SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə70/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   66   67   68   69   70   71   72   73   74

264 
 
Amelius  Plotinin  irəli  sürdüyü  bəzi  anlayışları  üçlükdə 
təsəvvür  edirdi.  Belə  ki,  Amelius  Demiurqos  (ikinci 
yaradıcı)  kimi  təsəvvür  edilən  Əqli  üçlükdə  görürdü. 
Üçlüyün  birinci  üzvü  (hipostasisi)  Əqlin  özüdür.  İkinci 
hipostasis  birincini,  üçüncü  isə  ikincini  dərk  edir.  Bunlar 
da  Platonun  “Timeus”unda  söhbət  açılan  üç  krallardır 
(demiurqoslardır):  Fanet  (varlığın  əsası),  Uran  (hər  şeyin 
sahibi) və Kronos (hər şeyi görən tanrı) (14). 
 
2.8.2. Apameya məktəbi 
 
Apameya  şəhərində  yerləşən  yeni-platonçuluğun 
Suriya məktəbinin ən tanınmış nümayəndəsi və yaradıcısı 
Yamblix  (yun.  Ἰάμβλιχος,  təxminən  m.  245  –  325) 
olmuşdur.  Yamblixin  soyu  Suriyanın  Xalkida  şəhərindən 
idi.  O,  Romada  təhsil  almış,  Porfiriusun  öyrəncisi  olmuş, 
sonra  isə  Suriyanın  Apameya  şəhərində  fəlsəfədən  dərs 
demiş, bir sıra kitabların müəllifi kimi tanınmışdır. 
Yamblix Plotinin davamçısı olaraq onun  Vahid-Əql-
Ruh  üçlüyü  haqqında  monistik  təlimini  bir  qədər  fərqli 
şəkildə  təsəvvür  edirdi.  Məsələn  o,  Vahidi  ikiyə 
bölmüşdür.  Plotində  olduğu  kimi,  Birinci  Vahid  hər  bir 
varlıqdan daha ucadır. İkincisi isə özündən sonra gələn hər 
şeyin  başlanğıcıdır.  Yamblix  burada  Vahid-Əql  və  Vahid-
çoxluq  arasında  keçid  mərhələsini  qurmuşdur.  Bu 
bölgünü  ona  görə  etmişdir  ki,  bir  tərəfdən  hər  şeyin 
başlanğıcı  olan  Tanrı  sonsuz  olaraq  uzaqlarda  təsəvvür 
edilir.  Başqa  tərəfdən  isə  o  bu  dünyada  var  və  hər  şeyi 


265 
 
yaradır.  Vahid  tanrının  ikiyə  bölünməsi  ilə  Yamblix  bu 
ziddiyyəti aradan qaldırmaq istəmişdir.  
Bu  quruluşu  Yamblix  Əql  anlayışına  da  aid  edirdi. 
Onun  fəlsəfəsində  Əql  də  ikiyə  bölünür.  Birincisi  hər  bir 
var  olan  şeyin  paradiqmasıdır  (ilk  obrazıdır),  ikincisi  isə 
ideyaların  toplusudur.  Bu  kimi  görüşlə  Yamblix  yenə  də 
keçmiş  platonçuların  ziddiyyətlərini  çözmək  istəmişdir. 
Çünki,  Əqldə  ideyaların  olmasından  öncə  onların  ilk 
obrazları  düşünülməli  idi.  Buna  görə  də,  Yamblix  bu 
ziddiyyəti  həll  etmək  üçün  Əqli  iki  hissədən  ibarət 
təsəvvür edirdi. 
Hər  şeyin  paradiqması  olan  birinci  Əqlin  tərkibi  bir 
deyil, ata (varlıq) – güc (varlığın mümkünlüyü)  – əqlin özü 
(varlığın 
həqiqiliyi 
kimi, 
onun 
mümkünlüyünün 
düşünülməsi)  üçlüyündən  ibarətdir  (15,  23-30).  Bu 
üçlüyün hər bir üzvü ayrıca varlıq və tanrılardır.  
Bu  cür  bölgünü  Yamblix  ikinci  Əqlə,  sonra  Ruha  və 
onun  hissələrinə  də  aid  edirdi.  Beləliklə,  onun 
təsəvvüründə  dünyanın  üstündə  duran  Vahidə,  Əqlə  və 
Ruha aid tanrılar panteonu yaradılmışdır. Onların ardınca 
dünyanın  içində  olan  tanrılar  gəlir.  Bu  tanrılar  isə  öz 
növbəsində 12 göy tanrısına bölünürlər. Bu tanrılar da 36, 
onlar  isə  360  tanrıya  bölünür  (27). Eyni  zamanda, 
Yamblixa  görə  Tanrının  birliyi  və  tanrıların  çoxluğu 
arasında  fərq  də  yoxdur.  Çünki,  bir  olan  yaradan  çoxlu 
sifətlər  və  adlarda  təzahür  olunur.  Onlar  tanrılar  kimi 
sayılsa  da,  bir  Tanrının  hissəcikləridir.  Beləliklə,  Yamblix 
göylərdən  başlayan  və  yerdə  bitən  bir  ardıcıl  düzən 


266 
 
qurmuşdur.  Bu  düzəndə  hər  bir  hissə  öncəkinə  tabe olur, 
ondan doğur. Buna da iyerarxiya deyirlər. 
Yamblixə  görə  ideyalar  da  şeylərdən  fərqlidir. 
Sadəcə  şeylər  onun  bəzi  özəlliklərini  əks  etdirir.  Bu 
yansıma  ideya  haqqında  qismən  bilgi  verir  və  sonludur. 
İdeya isə əbədi olaraq yaşayır. Deməli, hər bir şeyin əbədi 
və “yansıyan” (əks olunan) varlığı vardır. Maddi dünyada 
olan hər şey dünya Ruhundan yaranırsa, deməli o da ikiyə 
bölünür.  Biri  "təmiz"  Ruhdur  ki,  onun  bu  dünyada 
"yansıması"  yoxdur  və  o  ideal  aləmə  yönəlir.  Dünyada 
olan  "yansımalar"  ancaq 
dünya  Ruhunun 
ikinci 
hissəsindən  əmələ  gəlir  (26).  Ola  bilsin  bu  bölgü  hansısa 
daha qədim dini inanclar, magiya və astrologiya  əsasında 
yaranmışdır.  
Yenə  Yamblixə  görə  insan  və  heyvan  ruhlarının 
təbiəti  bir-birindən  fərqlənir.  İnsan  ruhu  düşüncə  ilə 
qavranılan təbiətlə bağlantıdadır. Bu keyfiyyət heyvanlara 
aid edilə bilməz. 
Porfirius kimi Yamblix də teurgiya ilə məşğul olurdu. 
Onun tanrılara ibadət edən zaman yer üzərində qalxması, 
işıq  saçması  haqqında  əfsanələr  gəzirdi  (5,  363-373). 
Yamblixin fikrincə heykəllər tanrı deyillər və onlara ibadət 
etmək olmaz. Ancaq kahin zikr, qurbanlar və başqa mistik 
aktlarla göy tanrılarından aldığı gücü heykəllərə və başqa 
maddi  obyektlərə  ötürüb  onları  tanrılaşdıra  bilər. 
Beləliklə,  kahinin  fəaliyyətindən  sonra  tanrı  ruhu 
heykəllərə və başqa maddi şeylərə keçə bilər. 
Göründüyü  kimi  Yamblix  tənəzzülə  uğrayan  və 
Xristianlıqla  artıq  rəqabət  apara  bilməyən  çoxtanrılığın 


267 
 
(politeizmin)  dirçəldilməsi  üçün  yeni  ideyalarla  çıxış 
edirdi.  Bunu  edərkən  o,  qədim  yunan-roma  fəlsəfəsini 
mifləşdirmiş,  onu  müxtəlif  mistik  təlimlər  və  teurgiya  ilə 
qarışdırmışdır. 
Yamblixdən  sonra  Apameya  məktəbinə  onun 
öyrəncisi Apameyalı Sopater (yun. Σώπατρος ὁ Ἀπᾰμεύς
m.  IV  yüzillik)  başçılıq  etmişdir.  O,  müəlliminin  irsini 
davam  etdirmiş,  zamanının  ən  bacarıqlı  natiq  və 
müəlliflərindən  biri  olmuşdur.  Ancaq  onun  fəlsəfi 
görüşləri  haqqında  zamanımıza  demək  olar  heç  bir 
məlumat  çatmamışdır.  Tarixçi  Eunapius
98
 onun  haqqında 
yazırdı  ki,  o  Xristianlıqla  rəqabət  edən  antik  dinin 
dəyişdirilmiş  təlimini  Romada  yaymaq  istəmişdir  (5,  379-
391).  Bir  müddət  imperator  I  Konstantin  də  onun  təsiri 
altına  düşmüşdür.  Ancaq,  sonra  saray  xadimləri  Sopater 
haqqında mənfi rəy yarada bilmiş və o, imperatorun əmri 
ilə edam olunmuşdur.
 
 
Deksippus  (yun.  Δεξίππος,  m.  IV  yüzillik)  və 
Asinalı Teodorus (yun. Θεόδωρος ὁ Ἀσίνεύς təxminən m. 
275  –  360)  da  Yamblixin  ardıcıllarından  olmuşdurlar. 
Ancaq,  onların  yaradıcılığı  haqqında  dövrümüzə  çox  az 
məlumat çatmışdır. 
 
2.8.3. Perqama məktəbi 
 
Daha  bir  yeni-platonçu  məktəb  Perqamada  fəaliyyət 
göstərmişdir. 
Bu 
məktəbin 
Kappadokiyalı 
                                                
98
 Rus ədəbiyyatında Yevnapiy (Евнапий)’dir. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə