Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
  1   2   3   4   5   6   7   8   9   ...   60


 
 
                                                                                                 
                                                        GIRIŞ 
 
                                                                  
        Neft  sənayesinin  tarixində  ,  xüsusən  son  illər  qazıma  sahəsində  sürətlə  inkişaf    
edən elmi – texniki tərəqqi Azərbaycan neft və qaz çıxarma  sahəsində müstəsna rol 
oynayır . 
Son 150 il ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir. Təməli 1994-cü 
il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla müstəqil Azərbaycanın neft 
strategiyasının prioritet problemlərindən birincisini Beynəlxalq Standartlara uyğun 
qazıma layihələrinin həyata keçirilməsi təşkil edir.  
Neft və qaz yataqlarının qazılmasında texniki tərəqqi qazıma avadanlıqlarının 
və alətlərinin səmərəli işi ilə xarakterizə olunur. Qazıma avadanlıqlarının etibarlılığı 
və  onun  ayrı-ayrı  düyünlərinin  resursu,  təmir  qabiliyyətliliyi  əhəmiyyətli  dərəcədə 
qazıma briqadalarının təqvim vaxtından istifadə olunmasına təsir göstərir.  
Son  onillikdə  neft  və  qaz  quyularının  qazılmasında  istifadə  olunan  müasir 
qazıma  avadanlıqları  və  mexanizmləri  qazıma  işlərinin  məhsuldarlığını  xeyli 
artırmışdır.  Qazımadakı  nailiyyətlər  bilavasitə  bu  avadanlıqların  müasirliyi  və 
quyuların  layihə  olunması  sahəsində  əldə  olunmuş  yeniliklər,  onların  texniki  sə-
viyyəsinin və etibarlılığının yüksəldilməsi ilə sıx əlaqədardır.  
Yeni  neft  erasının  təməlini  qoyan  Heydər  Əliyev  Azərbaycan  neftinin  birgə 
işlənilməsində əsas siyasi və iqtisadi amilləri nəzərə alıb , bu neftin üçüncü minillikdə 
Azərbaycan  xalqına,  onun  gələcək  nəsillərinə  xidmət  etməsinin  istiqamətlərini 
müəyyən etdi.  
Xəzər dənizinin Azərbaycan bölməsində yerləşən və neft ehtiyatları 500 milyon 
tondan çox olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının birgə istismarı beynəlxalq 
konsorsiuma  “AMOKO  Kaspian  Si  Petroleum  ltd”,  “Britiş  Petroleum  Eksplo-
reyşn(Kaspian  Si)  ltd”,  “Olyeselskap  A.C”,  “Lukoyl  səhmdar  cəmiyyəti”  “Mak- 
Dermott  Azərbaycan,  İNK”,  “Pennzoyl  Kaspian  korporeyşn”,  “Remko  Xəzər  enerji 
ltd”, “Türkiyə Petrolleri AO.” və digər şirkətlər daxil oldular. Müqaviləyə əsasən neft 
yataqlarının 30 il müddətində işlədilməsi nəzərdə tutulur.  
Bu nailiyyətləri daha da təkmilləşdirmək və inkişaf etdirmək üçün qazımada bir 
çox  işlərin  avtomatlaşdırılması  və  eləcə  də  qazıma  prosesinin  kompüterləşdirilməsi 
texnikası ilə idarə olunması, yüksək peşəkar qazımaçıların biliklərinin artırılması, gü-
nün  vacib  məsələlərindəndir  .  Burada  ən  son  məlumatlar  da  daxil  olmaqla  müasir 
tələblər səviyyəsində şərhlər verilmişdir.  
           Neft sənayesi çox sahəli bir sənayedir. Qazıma işi neft sənayesinin ən ağır və 
vacib sahəsidir. 
Bildiyimiz  kimi  Azərbaycanın  neft  strategiyasının  əsasını  “Əsrin  Müqaviləsi” 
təşkil  edir.  Prespektivli  strukturların  neftliliyinin  təyini  üçün  imzalanmış    bu  Pay 
Bölgüsünün həyata keçirilməsi qazıma layihələrindən çox asılıdır. 
Neft sənayesinin sürətlə inkişafı üçün Xəzər dənizində yeni yataqların qazılması 
nəzərdə  tutulmuş  və  respublikada  dərin  qazımanın  həcmi  ümumi  qazıma  həcminin 
40%- ni təşkil edəcəkdir.  
Beləliklə, qazımaçıların qarşısında qoyulan bu məsul vəzifələrin respublika üçün                  


 
 
 
 
 
böyük əhəmiyyəti aydın olur.  
Bütün  bu  vəzifələrin  yerinə  yetirilməsi  ilə  əlaqədar  olaraq  neft  və  qaz 
quyularının  qazılması  sahəsində  çalışan  mühəndislər  və  texniki  işçilər,  eləcə  də  ali 
məktəb tələbələri üçün Azərbaycan dilində dağ süxurlarının qazılmasına dair müasir 
kitabın  olması  zərurəti  yaranır.  Odur  ki, həmin  kitabda  ali  məktəblərdə  keçilən  kurs 
proqramına  müvafiq  olaraq,  əsasən  neft  və  qaz  quyularının  qazılması  ixtisası  alan 
tələbələrin təhsilinin xüsusiyyətləri də nəzərdə tutulmuşdur.  
           
 
       Quyuların qazılması haqqında ümumi məlumat 
Neft və qaz quyularının qazılması üsulları 
     
  Qazıma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb etməklə bərabər xalq 
təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Buna görə də xalq təsərrüfatının 
inkişafı ilə əlaqədar olaraq, qazıma işləri də inkişaf etdirilir. Neft və qaz hasilatının 
inkişafı ilk növbədə qazıma işlərinin inkişafından asılıdır. Bu gün qazılan quyu sabah 
üçün neft və ya qaz deməkdir. 
     Neft və qaz sənayesindən başqa, xalq təsərrüfatının bir sıra müxtəlif sahələrində də  
qazıma işləri aparılır. Ən çox qazıma işləri xüsusilə, dağ, metallurgiya, daş kömür 
sənayelərində, kənd təsərrüfatında və kurortologiyada tətbiq edilir. Xalq təsərrüfatının 
müxtəlif sahələrində aşağıda göstərilən quyular qazılır: 
1)
 
yerin dərinliklərindən neft, qaz, duz məhlulları, mineral və müalicə sularının 
çıxarılması üçün qazılan quyular; 
2)
 
bərk faydalı qazıntıların çıxarılmasında havadəyişdirici boruların, yeraltı 
hava xətərinin, kabellərin və s. çəkilməsi üçün qazılan quyular. 
3)
 
Yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlamaq  məqsədi ilə qazılan 
quyular; 
4)
 
Kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması və 
dondurulması məqsədi ilə qazılan quyular; 
5)
 
Tikiləcək binaların özüllərinin qoyulması üçün süxurların tədqiq 
edilməsindən ötrü qazılan dayaz quyuylar; 
6)
 
Yaşayış məntəqələrinin, kənd təsərrüfatının su ilə təchiz olunması üçün 
qazılan su quyuları; 
7)
 
Yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparmaq məqsədi ilə 
qazılan quyular; 
8)
 
Geoloji axtarış və xəritə alma məqsədi ilə qazılan quyular; 
9)
 
Dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro yollarının 
çəkilməsi,  karxanaların tədqiq edilib istismara hazırlanması və s. işlərdə 
köməkçi məqsədlərlə qazılan quyular; 
            Qazıma quyusu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən 
dərinliyindəki laya qazılmış silindirik lülədir. Bu lülənin uçulmadan qorunması 
üçün araya salınmış boru kəmərinə qoruyucu kəmər deyilir.Lülənin yer səthindəki 
başlanğıcına quyunun ağzı, yer altındakı qurtaracağına isə quyunun dibi deyilir. 
        Quyular qazıma məqsədlərindən asılı olaraq aşağıdakı növlərə ayrılır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə