Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə14/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   10   11   12   13   14   15   16   17   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

41



dan indiyə  qədər cürbəcür nadanların  əlindədir. Gömrük Komitəsi onun 

qarşısında qoyulmuş yüksək vəzifələri yerinə yetirmək  əvəzinə, ayrı-ayrı 

adamlar üçün qeyri-qanuni yolla pul əldə etmək mənbəyinə çevrilmişdir...  

Ona görə  də bu müzakirələrdən çıxarılan  əsas nəticə budur ki, biz 

Azərbaycanda gömrük orqanlarının işini kökündən dəyişdirməliyik, sağlam 

əsaslar üzərində qurmalıyıq. Həqiqi gömrük orqanları qurulmalıdır. Bu, 

bizim bugünkü dövrümüz və müstəqil Azərbaycanın gələcəyi üçün ən zəruri 

vəzifələrindən biridir. Elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici 

iqtisadi  əlaqələrimizdə öz yerini tutuşun, iqtisadiyyatımızın inkişafına 

xidmət etsin, xarici iqtisadi əlaqələrdə, bütün başqa  əlaqələrdə müstəqil 

Azərbaycanın nüfuzunu təmin etsin, bizə biabırçılıq, ləkə gətirməsin. Amma 

hələ ki, iqtisadi zərər, oğurluq, rüşvətxorluq, korrupsiya bir tərəfdən, eyni 

zamanda gömrük orqanlarının belə  vəziyyətdə olması siyasi baxımdan 

Azərbaycan Respublikasını  ləkələyir. Xaricdən gəlmiş  hər bir vətəndaş 

gömrük orqanından narazı gedirsə, o hə  də dövlətimizdən, xalqımızdan 

narazı olur. Amma bu, təkcə gömrük orqanlarına aid deyildir... Hamı  –

polis, prokurorluq orqanları, sərhədçilər, sərhəd məntəqələrində dayanan 

digər adamlar da özləri üçün nəticə çıxarmalıdırlar...  

Bu vəzifələrə nail olmaq üçün, şübhəsiz ki, Azərbaycan Respublika-

sının məqsədyönlü, çox dərin, ətraflı, məzmunlu, bu günümüz və gələcəyimiz 

üçün yararlı gömrük siyasəti olmalıdır... Onu hazırlayıb təcili surətdə 

həyata keçirmək lazımdır. Bu işi gecikdirmək olmaz... Gömrük siyasəti 

haqında hansı  sənədlərin və  nə vaxt qəbul ediləcəyi barədə  təkliflər qısa 

müddətdə, on beş gün ərzində hazırlanıb təqdim olunmalıdır”  [120, 1995, 

11 yanvar]. 

1995-ci il yanvarın 10-da mətbuatda K.F.Heydərovun Dövlət Gömrük 

Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı  dərc edildi. Həmin dövrdə milli gömrük xidmətinin 

təşkilində yol verilmiş nöqsan və çatışmazlıqlar ölkənin iqtisadi təhlükə-

sizliyinə zərbə vurmaqla bərabər, gömrük daxilolmalarının hesabına dövlət 

büdcəsinin gəlirlər hissəsinin artırılması  vəzifəsinin öhdəsindən gəlmirdi. 

Gömrük xidmətinin bütün sahələri kompleks problemlərin  əhatəsində idi. 

Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmi yenicə formalaşırdı. 

Xidmətin maddi-texniki bazası, kadr, elmi-texniki, hüquqi və informasiya 

təminatı ölkə iqtisadiyyatının tələblərinə cavab vermirdi. Gömrük nəzarə-




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

42



tinin yeni tələblərə uyğun təşkili bu işə peşəkarcasına daha həssas 

yanaşılmasından asılı idi. Dəyişən iqtisadi şəraiti və milli maraqları nəzərə 

almaqla Azərbaycan Respublikası DGK-nın yeni rəhbərliyindən düşünül-

müş və çevik qərarların qəbul edilməsini tələb edirdi.  

Dövlət Gömrük Komitəsinin rəhbərliyində aparılan kadr dəyişikliyi 

elə ilk günlərdən özünü müsbət mənada büruzə verməyə başladı. Belə ki, ilk 

olaraq gömrük xidmətinə bilikli, bacarıqlı  və ixtisaslı kadrlar qəbul edildi. 

Gömrük sisteminin qurulması və kadr siyasətində cinayət xarakterli nöqsan-

lara yol vermiş  və strateji əhəmiyyətli malların qaçaqmalçılıq yolu ilə 

ölkədən çıxarılmasına  şərait yaradan Gömrük Komitəsinin rəhbərliyini 

tutduqları  vəzifədən uzaqlaşdırmaqda başlıca məqsəd milli gömrük orqan-

larının sağlam  əsaslar üzərində qurulması idi. Ümummilli liderin müdrik 

tövsiyələri və tapşırıqları  əsasında gömrük işinin yenidən qurulması  və 

dünya standartları  səviyyəsinə çatdırılmasının vacibliyini dərk edən yeni 

rəhbərlik tapşırılan işə son dərəcə məsuliyyətlə yanaşdı. Azərbaycanın milli 

gömrük orqanlarının formalaşmasında DGK-nın yeni rəhbərliyi, uzun 

müddət onun sədri vəzifəsində  işləyən gömrük xidməti general-polkovniki 

Kəmaləddin Heydərovun böyük əməyi və xidmətləri oldu. Heydər  Əliyev 

hələ 1997-ci ilin yanvarında keçirilən təntənəli yığıncaqda onun fəaliyyətinə 

belə qiymət vermişdi:  “Mən məmnunam ki, gömrük təşkilatının nüma-



yəndələri – Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və digər 

şəxslər burada çıxış edərkən gömrük xidmətinin  əhəmiyyəti və  vəzifələri 

haqqında doğru-düzgün anlayışları olduğunu nümayiş etdirdilər. Bu onu 

göstərir ki, siz, Gömrük komitəsində çalışan Azərbaycan vətəndaşları öz 

vəzifələrinizin nə  qədər  əhəmiyyətli, nə  qədər məsuliyyətli olduğunu dərk 

edirsiniz. Bu, eyni zamanda əsas verir ki, siz bu vəzifələri layiqincə yerinə 

yetirə bilərsiniz” – sözləri böyük inam və etimad hissi ilə deyilsə də, eyni 

zamanda ciddi məsuliyyətə səsləyirdi [57, 350]. 

Azərbaycan Respublikasının gömrük xidməti tərəfindən gömrük 

siyasətinin fəal həyata keçirilməsi, xidmətin səmərəli fəaliyyətinin təmin 

edilməsi üçün Respublika Prezidenti Heydər  Əliyevin 1995-ci il 1 may 

tarixli 170 nömrəli Sərəncamı ilə Komitənin kollegiyasının tərkibi təsdiq 

edildi. Komitənin sədri, birinci müavini və müavinləri, Gömrük Nəzarətinin 

Təşkili Baş  İdarəsi, Gömrük Qaydalarının Pozulması  və Qaçaqmalçılıqla 

Mübarizə Baş  İdarəsi, Baş Maliyyə-Tarif  İdarəsi və Kadrlar İdarəsinin 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə