Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə5/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   2   3   4   5   6   7   8   9   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

15



İlham Əliyev iqtisadi inkişaf strategiyasının reallaşmasına yeni sosial-

siyasi və iqtisadi meyllər, fəaliyyət qaydaları, idarəçilik prinsipləri gətirdi. 

Azərbaycan Respublikasının investisiya imkanlarının yuxarı olması onun 

iqtisadi artımında  əsas meyllərdən biri oldu. ÜDM-nin artım tempində 

respublikamız təkcə MDB üzvü dövlətləri sırasında deyil, dünyada bu 

göstərici üzrə liderlik etməyə başladı.  İlham  Əliyevin prezidentliyinin ilk 

beş ilində ÜDM istehsalı 3,1 mlrd. manatdan 31,5 mlrd. manat səviyyəsinə 

yüksəldi. Dövlət büdcəsinin gəlirləri 2002-ci ildəki 931,8 mln. Manatdan 

2008-ci ildə 10,5 mlrd. manata çatdı, iqtisadiyyatın qeyri-dövlət bölməsi 65 

faizdən 84 faizə, xarici ticarət dövriyyəsinin artımı 4,1 dəfə, ixrac isə 6,9 

dəfə artmış, valyuta ehtiyatları 4-5 mln. ABŞ dollarından 14 mlrd. ABŞ 

dollarına qədər yüksəldi. 2012-ci il müstəqillik illərində xarici sərmayə-

çilərin ölkəmizdə ən yüksək fəallığı ilə xarakterizə olundu. Ölkə iqtisadiy-

yatına yönəldilmiş xarici investisiyaların həcmi  əvvəlki ilə nisbətən 18,9 

faiz artaraq 10,3 mlrd. ABŞ dollarına çatdı. Ölkə iqtisadiyyatına birbaşa 

investisiyaların həcmi 5,4 mlrd. dollar təşkil edərək 2011-ci illə müqayisədə 

25,4 faiz artmış, onun 4,3 mlrd. dolları və ya 79,7 faizi iqtisadiyyatın neft-

qaz sektoruna yönəldildi. Bütövlükdə 2004-2012-ci illər ərzində Azərbaycan 

iqtisadiyyatına 60,7 mlrd. dollar həcmində xarici sərmayə yönəldildi. Bu 

gün Cənubi Qafqazın insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji 

və maliyyə resurslarının 90 faizi, iqtisadi potensialının isə 75-80 faizi 

Azərbaycanın payına düşür. 

2013-cü il oktyabrın 31-də Bakıda keçirilən Üçüncü Beynəlxalq 

Humanitar Forumda Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 

iqtisadiyyatın son 10 il ərzində 3,4 dəfə artdığını dünya rekordu kimi 

qiymətləndirməklə yanaşı xüsusilə qeyd etmişdir ki, “... bu islahatların 



aparılması bir çox hallarda insanların yaşayış  səviyyəsinə  mənfi təsir 

göstərə bilərdi. Ancaq bizim siyasətimiz və ciddi sosial siyasət ona gətirib 

çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda, insanların rifah halına 

da müsbət təsir göstərmişdir” (“Azərbaycan” qəz ., 1 noyabr, 2013-cü il). 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev Bakı-Tbilisi-

Qars dəmiryolu layihəsinin müəllifi və reallaşmasının təşəbbüskarından 

biridir. Avropa ölkələrini Asiya ölkələri ilə birləşdirən bu dəmir yolu xət-

tinin işə salınması qitələr arası yük və  sərnişin daşımalarının artımına 

mühüm təsiri olacaqdır. Bu nəqliyyat dəhlizinin reallaşması Pekindən 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

16



Londona qədər iki qitə arasında  əlaqə yaradacaq, onlarca dövlət bu tranzit 

xətdən istifadə edəcəkdir. Ekspert hesablamalarına görə, 2030-cu ildə dəmir 

yolu ilə bu istiqamətdə 3 milyon nəfər sərnişin, 30 milyon ton yükün 

daşınacağı ehtimal edilir. 2014-cü ildə ölkə iqtisadiyyatına 27 milyard dollar 

investisiya yönəldildi ki, bunun 11 milyardı məhz xarici sərmayə olmuşdur. 

Bu gün Azərbaycanın nail olduğu iqtisadi müstəqillik, daim artmaqda olan 

valyuta ehtiyatları, uğurla inkişaf edən xarici iqtisadi-ticarət əlaqələr sosial-

iqtisadi tərəqqini daha da sürətləndirir.  İqtisadi təhlükəsizliyin qorunma-

sında müstəqil Azərbaycan Respublikasının gömrük xidmətinin rolu artır. 

Bütün bunlar Azərbaycan Respublikasının gömrük siyasətinin davamlı 

olaraq təkmilləşdirilməsi və gömrük işinin müasir tələblər səviyyəsində 

qurulmasının mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. 

Bir sözlə, Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafının 

həyata keçirilməsində mühüm yer tutan milli gömrük xidməti tarixi 

hadisələrlə zəngin bir dövr yaşamışdır. Bu baxımdan, təqdim edilən mono-

qrafiyada gömrük tariximizin elmi cəhətdən araşdırılması Azərbaycan 

təcrübəsinin gələcək nəsillərə doğru-düzgün çatdırılmasına xidmət edəcək-

dir.  İnanırıq ki, “Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində (XX-XXI 

əsrin başlanğıcı)” monoqrafiyası oxucular tərəfindən maraqla qarşılanacaq 

və bu sahədəki “boşluğu” aradan qaldıracaq.  



 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

17



 

 

 

 

 

 

I FƏSİL.     AZƏRBAYCAN RESPUBLİKASINDA  

MİLLİ GÖMRÜK İDARƏÇİLİYİNİN TƏŞKİLİ 

 

 

1.1. Müstəqilliyin ilk illərində xarici iqtisadi-ticarət 

əlaqələrində gerilik 

 

İyirminci yüzilliyin 80-ci illərinin sonu 90-cı illərin əvvəlində bəşəriy-



yətin inkişafının obyektiv nəticəsi kimi sosializm sisteminin böhrana 

uğraması, sovet imperiyasının dağılması yeni müstəqil dövlətlərin yaran-

masına səbəb oldu. Bu tarixi imkandan maksimum yararlanmaq üçün hər bir 

dövlət siyasi müstəqilliyinin qarantı ola biləcək güclü iqtisadiyyat qurmalı 

idi. Lakin müstəqilliyinin ilk dövrlərini daha ağır yaşayan ölkələr sırasında 

Azərbaycan Respublikası da var idi. 1970-1980-ci illərdə iqtisadi inkişafın 

sürətinə görə  fərqlənən ölkə iqtisadiyyatı  cəmi bir neçə il ərzində  ağır 

böhrana düçar oldu. 

Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının 

qarşısında aşağıdakı vəzifələr dururdu: 

 

– milli dövlətçilik prinsiplərini möhkəmləndirilməsi; 



– demokratik, hüquqi və dünyəvi bir cəmiyyət yaradılması; 

– ölkənin ərazi bütövlüyünü təmin edilməsi; 

– suveren ölkənin həyati tələblərinə cavab verən zəruri-iqtisadi sosial 

islahatlar, dəyişikliklər aparılması; 

– uğurlu və tarazlı daxili-xarici siyasət xəttini düşünülmüş ardıcıl 

mərhələlər həyata keçirmək; 

– əhalinin həyat səviyyəsini tədricən yaxşılaşdırılması; 

– beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma proseslərindən ölkə-

nin milli maraqlarına uyğun surətdə faydalanmaq. 

Bu vəzifələr siyasi-ictimai, iqtisadi-sosial, mənəvi-əxlaqi sahələri 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə