Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə6/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   2   3   4   5   6   7   8   9   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

18



əhatə etsə  də, lakin bütün cəmiyyətlərin, xüsusilə  də planlı sosialist siste-

mindən bazar münasibətlərinə keçən ölkələrin tarixində son nəticə etibarilə 

iqtisadi amillər, təsərrüfat həyatı ilə bağlı məsələlər həmişə ön sıraya çıxa-

raq şübhəsiz ümumi tarazlı inkişaf baxımından az əhəmiyyət kəsb etməyən 

digər problemlərin həlli gedişinə öz təsirinə göstərmişdi. 

Azərbaycan Respublikasının iqtisadi həyatında, istehsal, elm və 

texnika, xarici ticarət və kooperasiya, tikinti, nəqliyyat, sığorta, kredit və 

digər bank əməliyyatları sahəsində, həmçinin digər müxtəlif xidmətlərin 

həyata keçirilməsi də daxil olmaqla, xarici iqtisadi əlaqələr mühüm yer 

tutur. Azərbaycan Respublikası yaxın və uzaq xarici ölkələrlə beynəlxalq 

əməkdaşlığın dərinləşməsinə özünün xarici siyasətinin  əsas istiqamət-

lərindən biri və mühüm vəzifəsi kimi baxır. Respublikamız inkişaf etməkdə 

olan digər ölkələr kimi, bazar iqtisadiyyatına keçidlə  əlaqədar olaraq milli 

iqtisadiyyatın struktur cəhətdən təkmilləşdirilməsi ilə yanaşı, dünya 

təsərrüfat  əlaqələri sisteminə inteqrasiya məsələlərini həll etməyə  məcbur 

idi. Bütün bunlar isə ölkənin milli maraqlarına müvafiq olaraq daxili və 

xarici siyasətinin elmi əsaslara malik strateji xəttinin hazırlanmasını, iqtisadi 

inkişaf konsepsiyasının müəyyən edilməsini, ölkənin bütün potensialının 

onların reallaşmasına yönəldilməsini tələb edirdi. Çünki dövlətin beynəlxalq 

əmək bölgüsündə özünəməxsus yer tutmasının imkan və  şərtlərini 

müəyyənləşdirmək baxımından xarici ticarət  əməliyyatlarının kompleks 

şəkildə araşdırılması mühüm əhəmiyyət daşıyırdı.  

Müstəqil ölkə kimi Azərbaycan xarici iqtisadi fəaliyyətə 1991-ci ildən 

başladı. Bu dövrə  qədər bütün iqtisadi siyasət mərkəzi Moskva hökuməti 

tərəfindən həyata keçirilirdi. Buna görə  də bütün sabiq müttəfiq respub-

likalarda, o cümlədən Azərbaycanda xarici iqtisadi fəaliyyətin uçotu və 

statistikası aparılmırdı. Yalnız beş ildən bir Dövlət Statistika İdarəsi tərə-

findən sahələrarası balans hazırlanırdı ki, burada da Azərbaycandan çıxa-

rılan və gətirilən malların göstəriciləri verilirdi. Azərbaycan SSR-in sonuncu 

sahələrarası balansı 1987-ci ildə hazırlanmışdı. Həmin ildən etibarən 

Beynəlxalq Valyuta Fondu (BVF) nəşriyyatı  tərəfindən hər il Azərbaycan 

Respublikasının tədiyyə balansı  dərc olunurdu. Nazirlər Kabinetinin 

“Azərbaycan Respublikasının tədiyyə balansının hazırlanması haqqında” 

1994-cü il 9 iyun 1994-cü il tarixli 225 nömrəli Qərarından sonra tədiyyə 

balansını Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, bank 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

19



statistikasının və digər nazirlik və  təşkilatların məlumatlarına  əsasən 

Azərbaycan Respublikasının Milli Bankı  işləyib hazırlayırdı [44, 1994, 10 

iyun; 45, 319-320] . 

1990-cı ildə keçmiş SSRİ-nin tərkibinə daxil olan müttəfiq respub-

likalarda istehsal edilən məhsulun 21 faizi mübadilə edilirdi. Bu göstərici 

Rusiyada 18, Qazaxıstanda 39,9, Qırğızıstanda 50,2, Özbəkistanda 43,2, 

Tacikistanda 41,8, Türkmənistanda 50,7, Azərbaycanda 52,1 faiz səviy-

yəsində idi. Müasir şəraitdə bazar iqtisadiyyatı  və ticarət münasibətlərinin 

liberallaşdırılması prizmasından yanaşdıqda aydın olur ki, sovet dövründə 

respublikalar arasında süni surətdə yaradılmış  əmək bölgüsü sxemi digər 

göstəricilər baxımından da səmərəli olmamışdır [3,12]. 

Hesablamalara görə, 1991-ci ildə SSRİ-nin süqutundan sonra 

postsovet məkanı ilə iqtisadi əlaqələrin tamamilə dayanması  şəraitində 

Rusiya istehsal səviyyəsinin 64,5, Azərbaycan - 31, Qazaxıstan - 28,1, 

Ukrayna isə yalnız 14,8 faizini qoruyub saxlaya bilərdi. Bir sıra respublika-

larda, o cümlədən Moldova və Ermənistanda iqtisadiyyat tamamilə iflas 

etmiş olardı [141, 14]. 

SSRİ dağıldıqdan sonra müstəqillik  əldə edən respublikalar xarici 

iqtisadi-ticarət fəaliyyətinin  əsas istiqamətlərini, o cümlədən, gömrük, 

maliyyə-valyuta siyasətini formalaşdırmağa başladı. Azərbaycan Respubli-

kasının beynəlxalq iqtisadi münasibətlər sistemində yeri və rolunun ümum-

milli mənafelərə uyğunlaşdırılması, ilk növbədə, milli dövlətçiliyin möh-

kəmləndirilməsi, siyasi və milli müstəqilliyi,  ərazi bütövlüyü və dövlət 

sərhədlərinin toxunulmazlığının təminatı kimi fundamental məsələlər həyata 

keçirilməli idi. Təbii ki, bu zaman respublikamız dünya birliyinə daxil olan 

ölkələrlə ikitərəfli iqtisadi əlaqələr qurmalı, tərəfdaş ölkələr və beynəlxalq 

təşkilatlarla bərabərhüquqlu  əsasda  əməkdaşlıq etməli idi. 1992-ci ildə 

Azərbaycan Respublikası da öz milli valyutasını (manat) dövriyyəyə burax-

dı. Milli Bank manatın Rusiya rubluna nisbətini və  rəsmi “bazar” məzən-

nəsini, o cümlədən, müəssisələr üçün “kommersiya məzənnəsini” müəy-

yənləşdirdi. Xarici iqtisadi əlaqələrin genişlənməsi idxal olunan məhsulların 

həcmini və çeşidini xeyli artırdı. Bu proses milli sənayenin inkişafına mənfi 

təsirini göstərdi. Digər keçmiş sovet respublikaları kimi Azərbaycan da bu 

problemlə üzləşdi. Azərbaycan Respublikasında dövlət quruculuğu prosesi 

müstəqilliyin ilkin mərhələsində çox çətin və mürəkkəb bir yol keçdi. 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

20



Respublikanın ictimai-siyasi həyatında hökm sürən hərc-mərclik, tez-tez baş 

verən hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzül və inflyasiya meylləri, 

əhalinin həyat səviyyəsinin kəskin surətdə  aşağı düşməsi Azərbaycanın 

dövlət suverenliyini təhlükə altına alırdı. Yüksək hakimiyyət kreslolarında 

əyləşənlərin ekstremist çağırışları, bir-birini inkar edən bəyanatları  və 

qərarları üzərində qurulan “dövlət siyasəti” müstəqilliyin ilk illərində 

Azərbaycana nəinki heç nə vermədi, əksinə, onun beynəlxalq aləmdə nüfu-

zuna və maraqlarına ağır zərbələr vurdu. Azərbaycanın dövlət sərhədlərində 

iqtisadi və gömrük hüquqpozmaları kütləvi xarakter almışdı, strateji mate-

riallar və istehsalat tullantıları qeyri-leqal yolla ölkədən daşınıb aparılırdı. 

1991-1992-ci illərdə  və 1993-cü ilin birinci yarısında Azərbaycan 

hökumətinə  rəhbərlik edənlərin obyektiv gerçəkliyi və dövlətçilik məna-

felərini  əks etdirməyən, birtərəfli, qeyri-prinsipial və qeyri-ciddi daxili və 

xarici siyasət xətti yürütməsi nəticəsində milli maraqlarımıza xidmət edə 

bilən iqtisadi inkişaf strategiyası hazırlanmadı.  Əksinə, iqtisadi geriləmə 

daha da sürətləndi. 1992-ci ilin sonlarında milli valyuta – manat çox tezliklə 

qiymətdən düşməyə başladı və 1995-ci ildə onun məzənnəsi Rusiya rubluna 

nisbətən 9 dəfə, ABŞ dollarına nisbətən 245 dəfə  aşağı düşmüşdü. Xarici 

ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı [87, 1998, № 2, 67]. 

Dövlət idarəçiliyinin mühüm bir həlqəsini təşkil edən iqtisadi siyasət 

ayrı-ayrı strukturlara başçılıq edən məsul vəzifə sahiblərinin korporativ 

maraqlarına tabe edilmişdi. Hökumətdə  və  əlaqədar qurumlarda ölkənin 

iqtisadi siyasət strategiyasının hazırlanmasına marağı  və qabiliyyəti olan 

rəhbər kadrlar və mütəxəssislər yox idi. Əksinə, hakimiyyətdə olan siyasi 

qüvvələr tərəfindən qonşu dövlətlərə - Rusiyaya, İrana qarşı  səsləndirilən 

məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri, 

vəzifələri, prinsipləri və onların reallaşma üsulları haqqında beynəlxalq 

aləmdə yanlış  təsəvvür, rəylər yaradır, respublikamızın sivil dünya dövlət-

lərindən təcrid olunmasına xidmət edirdi. Azərbaycanın dövlət müstəqil-

liyinin ilk mərhələsində ölkənin xarici iqtisadi siyasətinin elmi cəhətdən 

əsaslandırılmaması da səhv qərarların qəbul edilməsinə səbəb oldu. 

Bu “islahatlar” nəticəsində 1991-1993-cü illərdə orta illik geriləmə 

sənayedə 20-24, kənd təsərrüfatında 15-20, tikintiyə kapital qoyuluşunda isə 

40 faizə çatmışdı. Ümumi daxili məhsul (ÜDM) istehsalında orta illik 

tənəzzül 22-24, büdcə  kəsirinin ÜDM-yə nisbəti 12-13 faiz təşkil etmişdi. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə