Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə7/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   2   3   4   5   6   7   8   9   10   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

21



Ölkədə  ərzaq və  sənaye malları qiymətlərinin orta illik artımı 14-18 dəfə 

yüksəlmişdi. Bir sözlə, ölkədə yeridilən naşı büdcə-vergi, pul-kredit, 

qiymət-tarif siyasəti iqtisadi cəhətdən qeyri-sabit vəziyyətin güclü amilinə 

çevrilmişdi. Bütün bu amillər SSRİ dağıldıqdan sonra Azərbaycanın yeni, 

bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə daxil olmasına və beynəl-

xalq iqtisadi inteqrasiyada fəal iştirak etməsinə  əngəl törədirdi.  İqtisadi 

həyat və təsərrüfatçılıq sahəsində mövcud özbaşınalıq sosial-iqtisadi vəziy-

yətə  mənfi təsir göstərməklə  bərabər, xarici iqtisadi əlaqələrin düzgün 

təşkilinə də mane olurdu. 

Bir sıra obyektiv və subyektiv amillərin təsiri nəticəsində xarici 

iqtisadi-ticarət əlaqələrində tarazlıq pozulmuşdu. Ölkənin zorla müharibəyə 

cəlb edilməsi, hərbi-siyasi vəziyyətin mürəkkəbliyi,  ənənəvi satış bazar-

larının itirilməsi, ölkələr arası bank əməliyyatlarının aparılmasında çətinlik-

lər xarici iqtisadi əlaqələrin zəifləməsinə gətirib çıxarmışdı. Birinci mərhə-

lədə, Azərbaycanın  əvvəlki təsərrüfatçılıq sistemindəki keçmiş ittifaq 

respublikaları ilə geniş əlaqələri qırıldı. Respublikanın xarici iqtisadi fəaliy-

yətində yaranan mənfi meylər konkret olaraq aşağıdakılar idi: 1) istehsalın 

real səviyyəsinin aşağı düşməsi ilə xarici ticarət dövriyyəsinin zəifləməsi; 2) 

respublikada istehsal olunan məhsulların reallaşdırıldığı ittifaq bazarının 

itirilməsi və MDB ölkələri ilə ticarət dövriyyəsində ixracın üstünlük təşkil 

etməsi; 3) yerli məhsulların dünya bazarında rəqabət qabiliyyətinin xeyli 

aşağı olması və s.  

Müstəqil Azərbaycan Respublikasında bazar münasibətləri sisteminə 

keçidin ilk illərində keçmiş inzibati amirlik sisteminə xas olan məcburi 

iqtisadi əlaqələrin pozulması, beynəlxalq hüquq normalarına zidd olan “mili 

separatçılığı” qızışdıran maraqlı qüvvələrin köməyi ilə süni yaradılan 

Qarabağ probleminin gündəmə gətirilməsi, siyasi-ictimai həyatdakı ziddiy-

yətli qarşıdurmalar, bəzi dövlətlərin Cənubi Qafqaz bölgəsində bir-biri ilə 

uyuşmayan mürəkkəb xarakterli mənafeləri, müxtəlif ictimai hərəkat və 

partiya təşkilatı liderlərinin obyektiv, yaxud subyektiv səbəblərlə bağlı yol 

verdikləri səhvlər yeni cəmiyyət quruculuğu prosesini xeyli çətinləşdir-

mişdi.  


Düzdür, 1992-1993-cü illərdə həm keçmiş ittifaq respublikaları, həm 

də başqa xarici ölkələrlə iqtisadi əlaqələr inkişaf edirdi. Lakin bu əlaqələrdə 

əvvəlki dövrün təsiri hiss olunurdu. Əslində ötən onilliklər  ərzində 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

22



yaradılmış sənaye potensialı iqtisadi əməkdaşlığın davam və inkişaf etdiril-

məsində baza rolunu oynaya bilərdi. Məsələn, 1992-ci ildə Azərbaycanla 

keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsinin həcmi 187,2 

mlrd. rubl təşkil etmişdi ki, bunun 60 faizindən çoxu ixracın payına düşür-

dü. Daxili bazar isə xarici təsirlərdən demək olar ki, mühafizə olunmurdu. 

Məhz bu amillərin təsiri ilə uzaq xariclə ticarət əlaqələri üstünlük təşkil etsə 

də respublikadan ixrac olunan məhsulların çeşidi çox məhdud idi. Azərbay-

can Respublikası xarici bazarda ucuz xammal ixracatçısı mövqeyində idi. 

Bu dövrdə xarici ticarət  əlaqələrini səciyyələndirən bir əlamət də barter 

sövdələşmələrindən geniş istifadə olunması idi. Milli valyutanın dönərli 

olmaması  səbəbindən bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dövlətin 

iqtisadi maraqlarına ziyan vuran sövdələşmələrə gedirdi. İlk dəfə olaraq, 

belə sövdələşmələr neft və pambığın xammalının satışı üzrə aparılmışdı. 

İdxal olunan məhsullar içərisində  əsas yeri ərzaq məhsulları  və  dərmanlar 

tuturdu. İxracın əsasını isə neft məhsulları, pambıq, qara və əlvan metallar 

və başqa strateji məhsullar təşkil edirdi. Həm də strateji əhəmiyyətli xammal 

və  məhsulların  əvəzinə  ərzaq məhsullarının alınması heç bir ölkənin 

təcrübəsində məqbul sayılmırdı [52, 2003, №8, 11; 46, 2003, №3, 40-44].  

İqtisadiyyatın transformasiyasının ilkin mərhələsində dünya bazarına 

inteqrasiya meyllərinin güclənməsi və xarici iqtisadi fəaliyyətin liberal-

laşdırılması istənilən müəssisəyə dünya bazarına çıxış  əldə etmək imkanı 

versə  də, minlərlə müəssisə, təşkilat, firma və  şirkətlər bu işin normal 

əsaslar üzərində  təşkili, idarə edilməsi və iqtisadi təhlili sahəsində prob-

lemlərlə qarşılaşdı. Külli miqdarda yaradılmış kiçik müəssisələr və səhmdar 

cəmiyyətlərinin fəaliyyəti dövlət tərəfindən tənzim olunmur və vergilərə 

cəlb edilmirdi. Bəzi dövlət müəssisələri və kommersiya strukturları tərəfin-

dən strateji xammalların və maliyyə vəsaitinin respublikadan kənara aparıl-

ması hallarının çoxalması, xarici iqtisadi əlaqələrdən  əldə edilən gəlirlərin 

bir hissəsinin geri qaytarılmaması iqtisadiyyata dağıdıcı təsir göstərirdi. 

 Barter  müqavilələri bağlanarkən daha çox şəxsi maraqlara üstünlük 

verilir, respublikadan ixrac edilən sərvətlərin müqabilində bahalı minik 

avtomobilləri, videotexnika və zinət  əşyaları alınıb gətirilirdi. Xaricdən 

gətirilən kütləvi istehlak malları, habelə humanitar yardımlar möhtəkirlərin 

əlinə keçir və qat-qat baha qiymətə satılırdı. Böyük miqdarda əmtəə 

kütləsinin bir qrup şəxslər tərəfindən respublikadan kənara daşınması nəticə-



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

23



sində istehlak bazarı  zəifləyir, digər tərəfdən isə  dəyər məzmunu sıfıra 

yaxınlaşmaqda olan sovet pulları respublikaya axırdı. Respublikamızın o 

zaman vahid rubl məkanında olması, habelə MDB və digər qonşu ölkələrdə 

qiymətlərin sərbəst buraxılması  nəticəsində ölkənin özü üçün zəruri olan 

məhsul və malların kənara axını  təhlükəsi yaranmışdı. Gömrük işçilərinin 

rüşvətxorluqla məşğul olması barədə çoxlu siqnallar alınırdı, demək olar ki, 

sərhəd buraxılış  məntəqələrində xarici ticarət iştirakçılarından rüşvət 

alınmamış mal buraxılmırdı. 

Ölkə daxilində xarici iqtisadi fəaliyyətin düşünülmüş konsepsiya və 

idarəetmə mexanizmi yaradılmadan xarici ticarətin tələsik liberallaşdırılması 

əlaqələrdə xaos yaratmış, xoşagəlməz meylləri gücləndirmişdi. Bunun 

qarşısını almaq məqsədi ilə 1992-ci il ilin aprelində Nazirlər Kabineti 



“Respublikanın daxili bazarının iqtisadi müdafiəsi haqqında”  qərar qəbul 

etdi. Həmin qərara əsasən yalnız neft və qaz kondensatının, təbii və sıxılmış 

qazın, mühərrik və soba yanacağının, kerosin və benzinin, elektrik və istilik 

enerjisinin, çörəyin, uşaq qidasının  əsas növlərinin, tibbi və  təyinatlı 

məhsulların və dərman ləvazimatının, xidmətlərin əsas növlərinin qiymət və 

tariflərinin tənzimlənməsi nəzərdə tutulurdu.  

Dünya təsərrüfat sisteminin və iqtisadi inteqrasiya prosesinin üstün-

lüklərindən və imkanlarından istifadə etmək cəhdləri yox dərəcəsində idi. 

Prezidentin səlahiyyətlərini icra edən  İ.Qəmbərov tərəfindən imzalanan 

“Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa və sabotaja qarşı 

mübarizə tədbirləri haqqında” 1992-ci il 2 iyun tarixli fərman yalnız neqa-

tiv faktların sadalandığı arayış təsiri bağışlayırdı: bəzi dövlət müəssisələri və 

kommersiya strukturları tərəfindən strateji xammalın və maliyyə vəsaitinin 

nəzarətsiz olaraq respublikadan kənara aparılması hallarının çoxalması, 

xarici iqtisadi əlaqələrdən əldə edilən gəlirin heç də tam geri qayıtmaması, 

barter müqaviləsi zamanı ekvivalentliyə əməl edilməməsi, humanitar yardım 

yolu ilə  gətirilən malların möhtəkirlərə, kommersiya mağazalarına gedib 

çıxması və qat-qat baha satılması və s. [9, 15 iyun 1992, № 11, maddə 420]. 

1993-cü ildə ixrac mallarının dəyərinin idxaldan üstün olması heç də 

müsbət qiymətləndirilə bilməzdi. Milli ixrac tamamilə xammaldan, idxal isə 

əsasən  ərzaq mallarından ibarət idi. Valyuta tutumlu malların ixracı 

sahəsində özbaşınalıq hökm sürürdü. Məsələn, Nazirlər Kabinetinin 



“Azərbaycan Respublikasında gön-dəri xammalı ixracının vəziyyəti haqqın-


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə