Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə8/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   4   5   6   7   8   9   10   11   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

24



da” 1994-cü il 23 iyun tarixli 247 nömrəli Qərarında qeyd olunurdu ki, bu 

növ xammalın ixracının qadağan olunmasına baxmayaraq, əvvəlki illərdə 

ölkədən kənara aparılmasının qarşısı alınmamışdır.  İxracı qadağan olunan-

dan sonra 1992-ci il və 1993-cü ilin yeddi ayı  ərzində ölkədən kənara 

358114,7 min ABŞ dolları  dəyərində 346294 ədəd qoyun-quzu dərisi və 

191,5 ton mal-qara gönü göndərilmişdi. Xarici İqtisadi Əlaqələr Nazirliyi bu 

müddət  ərzində gön-dəri xammalının ixracı üçün 42 təşkilata 68 ədəd 

lisenziya vermişdi. Digər tərəfdən, gön-dəri xammalı  təkrar ixrac kimi 

göstərilərək, gömrük rəsmiləşdirilməsində ciddi nöqsanlara yol verilmişdi 

[12, 293-294]. 

Uzaq xarici dövlətlərlə ticarətində İran başlıca yer tuturdu. Lakin digər 

uzaq xarici dövlətlərlə ticarətdə ölkəmiz mənfi saldoya malik olmuşdur. 

1992 və 1993-cü illərdə həmin dövlətlər qrupu üzrə idxal mallarının 26 faizi 

Türkiyədən daxil olmuşdu. 1993-cü ildə xarici ticarət  əməliyyatları  əsasən 

sərt mərkəzləşdirilmiş qaydada aparılsa da, “yumşalma” meylləri də hiss 

edilməkdə idi. Məsələn, ixracın 60-70 faizini təşkil edən və yalnız tətbiq 

edilən kvotalar əsasında ixrac edilən strateji malların siyahısına daxil edilən 

mallar 36-dan 17-yə  qədər azaldılmışdı. Bu siyahıya neft, neft kimyası 

məhsulları, filiz, dəmir, əlvan metallar, alüminium, kağız, tikinti materialları 

və s. mallar daxil edilmişdi. ixrac edilən mallardan əldə edilən valyuta 

gəlirlərinin dövlət büdcəsinə köçürülməsini təmin etmək üçün 1993-cü ili 

noyabrın 1-dən ixrac mallarının dəyərinin öncədən ödənilməsi və ya 

akkreditasiya qaydası tətbiq edilsə də, 1994-cü ilin aprelindən bu qaydanın 

tətbiqi dayandırıldı. 1991-1993-cü illərdə Azərbaycanın xarici ticarət əlaqə-

lərinin mövcud vəziyyətini aşağıdakı cədvəldən təhlil etmək mümkündür: 

 

Cədvəl 1. 



1991-1993-cü illərdə Azərbaycanın xarici ticarətinin mal qrupları 

üzrə strukturu (mln. manatla

 

İllər Postsovet 



respublikalarına

Uzaq xarici 

ölkələrə 

Bütün 

dövlətlərə 

(cəmi) 

I. İxrac 

 

 



 

1991-ci il: 

1146 50,7 

1196,7 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

25



- sənaye malları 

1119 45,1 

1164,1 

- kənd təsərrüfatı malları 27 



1,4  28,4 

- kütləvi tələbat malları - 

4,2 4,2 

1992-ci il: 10217 

754,1 


10971,1 

sənaye malları 

8040 711,3 

8751,3 

- kənd təsərrüfatı malları 



1191 7,5 

1198,5 


- kütləvi tələbat malları 

987 35,3 

1022,3 

1993-cü il: 34197 

350,6 


34547,6 

sənaye malları 26872 

337,7 


34547,6 

- kənd təsərrüfatı malları 

2976 4,4 

27208,7 


- kütləvi tələbat malları 

4351 8,5 

4358,5 

II. İdxal 

 

 



 

1991-ci il: 

884 119,3 

1003,3 

- sənaye malları 



875 54,2 

929,2 


- kənd təsərrüfatı malları 8 

49,5 57,5 

- kütləvi tələbat malları 1 

15,6 


16,6 

1992-ci il: 8503 

332,5 


8835,5 

sənaye malları 

7340 143,7 

7483,7 

- kənd təsərrüfatı 



567 126,3 

693,3 


- kütləvi tələbat malları 595 

62,5 


657,5 

1993-cü il: 28264 

241,0 


28505,0 

- sənaye malları 

22590 124,6 

22714,6 


- kənd təsərrüfatı malları 5032 

78,5 5110,5 

- kütləvi tələbat malları 

641 38,0 

679,0 

III. Ümumi ticarət 

dövriyyəsi 

 

 



 

1991-ci il: 

2030 170 

2200 

- sənaye malları 



1994 99,3 

2093,3 


- kənd təsərrüfatı malları 

35 50,9 


85,9 

- kütləvi tələbat malları 

1 19,8 

20,8 


1992-ci il: 

18720 1086,6

19806,6 

sənaye malları 

15380 765 

16145 

- kənd təsərrüfatı malları 



1758 131,8 

1889,8 


- kütləvi tələbat malları 

1582 97,8 

1679,8 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

26



1993-cü il: 

62461 591,7 

63052,6 

sənaye malları 

49462 462,3 

49924,3 

- kənd təsərrüfatı malları 

8008 82,9 

8090,9 


- kütləvi tələbat malları 

4992 46,5 

5038 

 

Cədvəldən göründüyü kimi, Azərbaycanın ümumi ticarət dövriyyəsi 



1993-cü ildə 1992-ci ilə nisbətən 3,2 dəfə, 1991-ci ildə isə 28,7 dəfə 

artmışdı. 1993-cü ildə keçmiş sovet respublikaları ilə ticarət  əlaqələrinin 

həcmi ümumi ticarət dövriyyəsinin 99 faizindən çox olması uzaq xarici 

dövlətlərlə iqtisadi əlaqələrin hələ zəif olduğunu sübut edirdi.  

1993-cü ildə Azərbaycan Respublikasının keçmiş SSRİ-yə daxil olan 

respublikalarla ticarət  əlaqələrində ixracın 50, idxalın 40 faizi Rusiya 

Federasiyasının payına düşürdü. Qonşu respublika ilə ticarət dövriyyəsində 

müsbət saldo 5, 2 mlrd. manat təşkil etmişdi. Türkmənistanla ticarət dövriy-

yəsinin artması əslində türkmən qazının dünya qiyməti ilə idxal edilməsi və 

Azərbaycandan bu ölkəyə ixracın həmin nisbət əsasında ikitərəfli mübadilə 

hesabına həyata keçirilməsi idi. Ukrayna ilə iqtisadi əlaqələr bu ölkədə 

istehsalın azalması  və hesablaşmada yaranan problemlərlə  əlaqədar olaraq 

kəskin surətdə azalmışdı. Düzdür, bir il ərzində Azərbaycandan Özbəkistana 

685,7 mln. manat, Özbəkistandan Azərbaycana isə 738,5 mln. manat sənaye 

məhsulları göndərilsə  də, iki dövlət arasında 1993-cü il avqustun 17-də 

Daşkənddə imzalanmış ticarət-iqtisadi  əməkdaşlıq prinsipləri haqqında 

Sazişin tələblərinə uyğun deyildi [27, 1-3]. 

Azərbaycanın xarici iqtisadi əlaqələrinə aşağıdakı amillər mənfi təsir 

edirdi: 

- qanunverici bazanın qeyri-sabitliyi; 

- dövlət qurumlarında hökm sürən cinayətkarlıq və korrupsiya; 

- yüksək gömrük rüsumları  və gömrük nəzarəti orqanlarının infras-

trukturunun geriliyi; 

- biznes üzrə tərəfdaşların etibarlı olmamasına görə ixrac üzrə maliyyə 

vəsaitlərinin vaxtında ödənməməsi; 

- dövlətin qeyri-qənaətbəxş və zəif sığorta təminatı; 

- mal və xidmət bazarlarının inhisara alınması, xarici bazarlara aid 

informasiyanın azlığı, milli valyutanın dəyərdən düşməsi. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə