Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə9/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   5   6   7   8   9   10   11   12   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

27



- ixtisaslı mütəxəssislər və kadr hazırlığının zəif aparılması və s. 

Həmin tarixi dönəmdə bir iqtisadi sistemdən digərinə ən az məsrəflə 

transformasiyanı  təmin edən iqtisadi inkişaf strategiyasının işlənilib 

hazırlanması, idxal-ixrac əməliyyatlarına dövlət nəzarətinin gücləndirilməsi, 

ölkənin iqtisadi maraqları  və  mənafelərini qorumağa qabil milli gömrük 

nəzarəti xidmətinin formalaşdırılması, sərhədlərimizin iqtisadi təhlükəsiz-

liyinin təmin edilməsi taleyüklü vəzifələrdən idi. Bu cür taleyüklü strateji 

konsepsiyanın hazırlanması  və  həyata keçirilməsinin məsuliyyət yükünü 

yalnız hərtərəfli elmi biliklərə, geniş dünyagörüşünə, qətiyyət və  cəsarətə 

malik müdrik şəxsiyyət öz üzərinə götürə bilərdi. Azərbaycanın xarici iqti-

sadi siyasəti və ticarət fəaliyyətinin formalaşması, prioritet və vəzifələrinin 

müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır.  



 

1.2.  Gömrük quruculuğu sahəsində problemlərin aradan 

qaldırılması 

 

Sovetlər Birliyinin dağılması ilə bu ittifaq daxilindəki respublikalar, o 



cümlədən Azərbaycan Respublikası öz milli iqtisadiyyatını müstəqil və milli 

mənafelərinə uyğun inkişaf etdirmək fürsəti qazandı. Azərbaycan Respubli-

kasının Sovet İttifaqından iqtisadi ayrılması  “Azərbaycan Respublikasının 

iqtisadi müstəqilliyinin  əsasları haqqında”  1991-ci il 25 may tarixli 

Konstitusiya Qanununun (“İqtisadi Müstəqillik haqqında Qanun”) qəbul 

olunması ilə baş vermişdir.  “İqtisadi Müstəqillik haqqında Qanun”da, 

Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin müstəqilliyi, torpaq, 

yerin təki, daxili və  ərazi suları, qitə  şelfi, bitkilər və heyvanlar aləmi və 

hava hövzəsi üzərində Azərbaycan Respublikasının müstəsna mülkiyyəti, 

xarici iqtisadi əlaqələrinin (dövlət, hüquqi və fiziki şəxslər), bank işinin və 

pul tədavülünün bütün səviyyələrdə müstəqil surətdə təşkil etmək hüququ və 

xüsusi mülkiyyət hüququ kimi əsas prinsiplər əks olunmuşdur. 

Azərbaycan Respublikasının siyasi müstəqilliyi “Azərbaycan Respub-

likasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli 

Konstitusiya Aktı (“Müstəqillik haqqında Akt”) ilə  rəsmiləşdirilmişdi. 

Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası Aktın 4-cü maddəsinə 

əsasən müstəqillik haqqında müddəalara zidd gəlməyən hissələrində 

qüvvədə qalırdı. Bundan başqa, bəzi Sovet qanunlarının Azərbaycan 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

28



Respublikası ərazisində tətbiq edilməsi “Azərbaycan Respublikasının ərazi-

sində hüquqi qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş SSRİ qanunları 

və onların tətbiqi haqqında” 1992-ci il 28 oktyabr tarixli 359 nömrəli 

Qanunla tənzimlənirdi. Bu qanunlar Azərbaycan qanunları ilə əvəz edilənə-

dək öz qüvvəsini müvəqqəti olaraq saxlayırdı.  

Xarici ticarət əlaqələrinin dövlət inhisarında olduğu sovet dövründən 

fərqli siyasətin yeridilməsi üçün idarəçiliyin bu sahəsinin hüquqi əsasları 

yenidən işlənib hazırlanmalı idi. Nəzərə almaq lazımdır ki, müstəqilliyin ilk 

illərində  tənzimləyici təşkilat və qurumların xarici ticarətə ümumi müna-

sibəti hələ  də Sovet ittifaqının xarici ticarətin total məhdudlaşdırılmasına 

əsaslanırdı. Respublikanın qarşısında olduqca mürəkkəb bir vəzifə – namə-

lum iqtisadi struktura daxil olmaq vəzifəsini həll etmək dururdu. Yeni 

şəraitdə ciddi çətinliklərlə qarşılaşan Azərbaycan bu sahələrin hər birində 

müvafiq liberal rejimlər qurmalı, onların effektiv tətbiqi üçün lazımi 

təşkilatları təsis etməli idi.  

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Ali Soveti Milli 

Şurasının  “Keçmiş SSRİ Gömrük Komitəsinin Azərbaycan Gömrük İdarə-

sinin Azərbaycan Respublikasının tabeliyinə keçirilməsi haqqında” 1992-ci 

il 15 yanvar tarixli 60 saylı  Qərarı  əsasında təşkil olundu. Milli Şura 

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya 

Aktını  rəhbər tutaraq qərara aldı ki, “keçmiş SSRİ Gömrük Komitəsinin 



Azərbaycan Gömrük İdarəsi Azərbaycan Respublikasının tabeliyinə keçi-

rilsin”.  Qərarda Azərbaycan Respublikasının Prezidentinə tövsiyə edilirdi 

ki, Azərbaycan Respublikasının Gömrük Komitəsinin yaradılması  məsə-

ləsinə baxsın [9, 1992, 15 fevral, № 3(856), maddə 39]. 

Bu tövsiyəyə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 



“Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılması haqqında” 

1992-ci il 30 yanvar tarixli 561 nömrəli Fərmanı ilə Gömrük Komitəsi təsis 

edildi. Azərbaycan Respublikası Gömrük İdarəsinin ixtiyarında olan əsas 

fondlar və başqa  əmlak yeni yaradılan quruma verildi. Fərmana  əsasən 

Gömrük Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Preziden-

tinə tabe idi [9, 1992, 15 fevral, №3(856), maddə 72].  

Gömrük Komitəsinin vəzifə və funksiyaları Azərbaycan Respublikası 

Prezidentinin  “Azərbaycan Respublikası Gömrük Komitəsinin təşkili və 



fəaliyyəti məsələləri haqqında”  1992-ci il 18 aprel tarixli 688 nömrəli 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

29



Fərmanı ilə təsdiq olunmuş Əsasnamədə sadalanmışdır. Əsasnaməyə uyğun 

olaraq Dövlət Gömrük Komitəsinə  mərkəzi gömrük orqanı statusu verildi. 

Dövlət Gömrük Komitəsinin qarşısında Azərbaycan Respublikasının göm-

rük siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının iqtisadi 

mənafelərinin qorunması kimi vəzifələr dururdu. 

Həmin dövrdən Bakı gömrükxanası Azərbaycan Respublikası Gömrük 

Komitəsinin strukturuna daxil edildi. Komitənin 29 may 1992-ci il tarixli 

əmri ilə Bakı Gömrük İdarəsi yaradıldı. 1992-ci il 2 iyul tarixli 95 saylı 

əmrlə  dəmiryol gömrük postu yaradıldı, idarənin tərkibinə iki yeni şöbə - 

maliyyə-iqtisad  şöbəsi və  dəmiryolu gömrük postunda əl yüklərinə  və 

baqaja nəzarət  şöbəsi təşkil edildi. 1994-cü ildə Bakı Gömrük İdarəsinin 

tərkibi belə idi: 1) Rəhbərlik; 2) Gömrük postu; 3) Mühasibat uçotu və 

nəzarəti  şöbəsi; 4) Sərhəddən keçən  şəxslərin  əl yüklərinə  və baqajlarına 

gömrük nəzarəti  şöbəsi; 5) Avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS), 

gömrük məlumatlarının təhlili, nəzarətin texniki vasitələrindən istifadə, poçt 

göndərişlərinə  nəzarət  şöbəsi; 6) Hava və  dəniz nəqliyyatında gömrük 

nəzarəti şöbəsi; 7) İdxal-ixrac, diplomatik, sərgi yüklərinə və avtomaşınlara 

gömrük nəzarəti  şöbəsi; 8) Qaçaqmalçılıqla mübarizə  şöbəsi; 9) Gömrük 

rüsum və yığımı tarifləri şöbəsi. 

Bir qədər sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



“Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri” haqqında 1992-

ci il 1 iyun tarixli 301 nömrəli qərarı verildi. Qərara olan əlavədə Gömrük 

Komitəsinə tabe olan aşağıdakı təşkilatların siyahısı təsdiq edilirdi: Astara, 

Bakı, Binə, Gəncə, Culfa, Sədərək, Xudafərin gömrükxanaları, elmi-

informasiya hesablama mərkəzi, Gömrükxana işçiləri hazırlayan və 

ixtisasını artıran mərkəz, Mərkəzi Gömrük laboratoriyası  və  təsərrüfat 

hesablı xarici iqtisadi “Azərterminalkompleks” birliyi. Gömrük gəlirlərinin

daxil olan gömrük rüsumları  və vergilərinin yığılması, uçotu və sistem-

ləşdirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə  həvalə 

edildi. Komitə gömrük gəlirindən dövlət büdcəsinə ayırma sistemini və 

formasını Maliyyə Nazirliyi ilə razılaşdırmalı idi.  

Gömrük xidmətinin qarşısında ölkənin perspektiv xarici iqtisadi və 

gömrük siyasətinin işlənib hazırlanmasında fəal iştirak etmək, xarici iqtisadi 

fəaliyyətə nəzarətin səmərəli təşkilinə nail olmaq kimi mühüm vəzifə qoyu-

lurdu. MDB üzvü ölkələri,  İran və Türkiyə ilə  sərhədlərdə yeni yaradılan 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə