Redaktor: Fərid Hüseyn
Sona Vəliyeva “İşığa gedən yol”
Bakı, “Zərdabi LTD” MMC, 2016, 768 səh.
Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin
keçdiyi ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik yolundan bəhs edən
“İşığa gedən yol” romanı bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat,
bir sözlə, ziyalılıq tarixinə işıq salır. Roman bəlli bir dövr ərzində Azərbaycan
ziyalılığının tarixi hesab oluna bilər.
XIX-XX əsrlərdə cərəyan edən hadisələr təkcə dövrünün reallıqlarını de-
yil, həm də sonrakı onilliklərdə ziyalılıq tariximizin bizi müstəqillik tariximizə
qovuşdurduğunu ifadə edir. Azərbaycan tarixinin olduqca ziddiyyətli dövrünün,
Rus imperiyasının tərkibindəki illərin əks olunduğu əsərdə xalqımız üçün bu-
günkü müstəqilliyin nə qədər önəmli olduğu bütün aydınlığı ilə görünür.
Tarixi faktlar, müstəsna hadisələr, ağrılı məqamlar müəllifin qələminə xas
ustalıqla verilir. Tarixə ekskurs, iç dialoqların dərinliyi, üslubun kamilliyi və
müəllifin mənzərə yaratmaq ustalığı baxımından da roman oxucuların ma ra-
ğına səbəb olacaq. Romanda işıqlandırılan hadisələr ilk dəfə Azərbaycan oxu-
cusuna belə sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim edilir. XIX əsr və
XX əsrin ilk onilliyinin reallığının dərki baxımından “İşığa gedən yol” romanı
ədəbiyyatımızda mühüm yeri olan əsərdir.
ISBN 978 9952 504 34 7
© Sona Vəliyeva, 2016
4
İyul, 1848-ci il, Kür çayının sahilləri
Bu isti yay səhəri ömrünün ən gözəl günü kimi altı yaşlı
Həsənin yaddaşına əbədi həkk olunacaqdı. Həsən ailənin yeni yet-
mə gəncləri – özündən dörd-beş yaş böyük əmisi uşaqları ilə Kürün
qırağında çox sevdiyi söyüd ağacının altında oynayırdı. Yazağzı
Kür çayı daşdığından ağacın altı lil və narın qumla örtülmüşdü.
Kürün həzin səsi altında Həsən bir qırağa çəkilərək heç kimin
eşitməyəcəyi və anlamayacağı avazla hansısa nəğməni dodaqaltı
zümzümə edirdi. Qum üzərində çəkdiyi şəkillər, saldığı yollar,
körpülər isə uşaq təxəyyülünün yaratdığı “ilk əsərlər” idi.
Bu gün sanki Həsənin günü idi. Narın qum topalarını əlilə
bir yerə yığarkən qəfil böyük bir balıqqulağı gözünə sataşdı.
Götürüb qulağına tutdu. Balıqqulağından Kürün səsini xatırladan
xəfif uğultu gəlirdi. Həm balıqqulağı, həm də onun içindən gələn
uğultulu səs Həsəni çox təəccübləndirdi. O bu vaxta qədər belə
böyük balıqqulağı görməmişdi. Bu “qəribə möcüzəni” bərk-bərk
qulağına sıxan Həsən qışqıraraq uşaqları səslədi:
– Uşaqlar, bura baxın! Görün nə tapmışam.
– Ver baxım! Ver görüm, ver, mən də qulaq asım!
– Bunu neyləyəcəksən?
Uşaqların hərəsi bir sual verirdi və cavab gözləmədən də
balıqqulağını Həsənin əlindən almağa çalışırdılar.
– Ver, mən də qulaq asım!
– İçindən Kürün səsi gəlir! Amma balıqqulağına necə ke çib,
bilmirəm.
Uşaqlardan inandırıcı cavab ala bilmədiyindən Həsən Kürün
bu “əziz ərməğan”ını ovcunda bərk-bərk sıxaraq birbaşa evlərinə
– babasının yanına qaçdı.
Rəhim bəy və oğlu Səlim nəhəng tut ağacının altındakı tax-
tın üstündə oturmuşdular. Mirzə Əhmədin üzünü köçürdüyü ki-
tabı gözdən keçirirdilər. Alaqapıdan səs-küylə içəri girən uşaqlar
Rəhim bəyi söhbətdən ayırdı. Ən öndə gələn və babasının hamıdan
çox istədiyi Həsən təngnəfəs deyirdi:
5
– Baba, ay baba, bax gör mən nə tapdım… Kürün səsini
bu balıqqulağı içinə yığıb. Qulağına yaxınlaşdır, çayın səsini
eşidəcəksən!
Rəhim bəy Həsənə elə vurğunluqla qulaq asırdı, elə bil bu
dəqiqə onun gözləri önündə dünyanın ən izaholunmaz möcüzəsi
baş verirdi. Nəvəsinin ağlına, tərbiyəsinə və çevik düşüncəsinə
heyranlığı babanın gülümsəməsindən duyulurdu.
– Gəl görüm, gəl, – Rəhim bəy Həsəni yanına çağırdı. – Sən
demə, Kürün belə-belə sirləri də varmış.
Balıqqulağını ehmalca nəvəsinin əlindən alaraq diqqət
kəsilmişdi. Küləyə bənzər uğultu eşidincə, ciddi görkəm alaraq
Həsənin atasına – oğlu Səlimə sarı döndü:
– Bax, atası, Həsən “Dəli Kür”ü evimizə gətirib.
Atası da astaca balıqqulağını dinləyərək Həsəni yanına
çağırdı, bir də onun qulağına dayadı.
– Eşidirəm, ata, Kürün səsini eşidirəm.
Rəhim bəy Həsəni yanına çağırıb qucağına aldı:
– Həsən, sənə bunu izah edəcəm, amma bir şərtlə, ömrün
boyu sözlərimi unutmayasan. Bu balıqqulağı sənin damarlarında
axan qanın, alıb-verdiyin nəfəsin səsini sənə çatdırır. Deməli,
dinlədiyin səs Kürün yox, sənin içinin səsidir, – deyib Rəhim bəy
nəvəsini qucaqladı: – İndi çox balacasan, amma deyəcəklərimi
yadında möhkəm saxla! Həyatın boyu səni əhatə edən insanları,
yaxınlı-uzaqlı, doğmalı-yadlı hər kəsi dinləməklə və insanlara
kömək əli uzatmaqla bərabər, qərar qəbul edəndə hər zaman
içindən gələn xeyirxah səsi dinlə və onun ardınca get!
– Sən bağışladığın qılıncla birgə bu balıqqulağını həmişə
qoruyacağam, baba, – Həsən cavab verdi.
Babası keçən il Həsənə kiçik qılıncını bağışlayanda söylə-
mişdi ki, bu qılınc mənə babamdan yadigardır, mən də onu sənə
hədiyyə edirəm. Əlbəttə, kəsib-doğramaq üçün yox. Qoy bu qılınc
haqq-ədalət yolunda gücünə, qüvvətinə çevrilsin, duala rımla birgə
həmişə səni qorusun! – demişdi. Çox qəribə idi, Rəhim bəy Həsənə
həmişə yeniyetmə oğlan kimi müraciət edirdi. Nəqqaşa qılıncın
üstündə bu sözləri yazdırmışdı: “Tanrıdan sənə ağlının və dilinin