Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə32/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   28   29   30   31   32   33   34   35   ...   245

99

olunmuş  yerdə  dayanacaq,  qızlarsa  sonradan  zala  daxil  olaraq 

oğlanları  rəqsə  dəvət  edəcəkdilər.  Musiqi  sədaları  altında  qızlar 

oğlanlara  yaxınlaşdılar.  Elə  incə  rəqs  hərəkətləri  edirdilər,  sanki 

kəpənəklər  asta-asta  gülə  yaxınlaşırdı.  Vera  Həsəni  rəqsə  dəvət 

etdi. Qalan tələbələr də münasib bildikləri dostları ilə rəqs etməyə 

başladılar. Veranın incə belini əlləri arasında tutan Həsənin həyə-

can dan  boğazı  qurumuşdu.  Vera  gecəyə  Həsənin  hədiyyə  etdiyi 

milli  Azərbaycan  geyimində  gəlmişdi.  Zəngin  naxışlarla  əhatə 

olunmuş xara və qanovuzdan tikilmiş bu geyimdə – belindəki gü-

müş kəmərlə Vera Həsəni əfsunlamışdı. Vera onunla rəqs edə-edə:

–  Həsən,  əzizim,  sən  heç  məni  bu  geyimdə  görməmişdin, 

eləmi?

– Yox, görmüşdüm, amma yuxumda.



–  Eləmi?  İstədim  son  dəfə  sizin  milli  geyiminizdə  sənin 

yadında qalam.

– Sən istənilən geyimdə gözəlsən. 

– Mənim gözəlliyimin sənin üçün artıq bir dəyəri qalmadı. 

– Niyə elə deyirsən, Vera? Bir də bax, hamı bizə göz qoyur, 

bir az ağıllı ol, məni də, özünü də kövrəltmə.

– Sabah nə zaman gedirsən?

– Günorta saat 1-də vağzalda olmalıyam. 

Sənə məktub yazacam, mənə cavab yazarsan? 

– Əlbəttə, başqa cür necə ola bilər?!

– Söz ver ki, qocalanda da, nəinki ata, hətta baba olanda da 

mənim məktublarıma cavab yazacaqsan. 

– Sən mənim saçları küknar ətirli əbədi dostumsan. Səni heç 

zaman unutmayacam. Nəinki sənin məktublarına cavab verəcəm, 

mən özüm də sənə məktublar yazacam.

Rəqslər bir-birini əvəz edirdi. Müəllimlər, tələbələr sonralar 

bu yadda qalan gecəni daim xatırlayacaqdılar.

Həsən  tədbirdə  bir  dəqiqə  belə  Veradan  ayrılmadı.  Bütün 

rəqsləri onunla başladı, onunla bitirdi. Vera bu dəqiqə, bu anlarda 

elə xoşbəxt idi, ona elə gəlirdi Həsən fikrini dəyişəcək. Buraxılış 

axşamı  səhərə  yaxın  bitdi.  Tələbələr  vidalaşıb,  ünvanlarını  bir-

birinə verdilər. Həsən Veraya bir neçə ünvan verdi. Mixael burada 




100

da zarafatından qalmırdı:

–  Vera,  Həsənin  məktublarını  külək  əsəndə  küləyə  versən, 

ünvansız olsa belə çatdırar. Qara, yağışa versən, yenə ona yetirər.

Həsən Veranı qapılarınacan ötürdü:

– Özündən muğayat ol. Salamat qal!

– Sən də…

– Çalış səni sevənlərin birilə tezliklə ailə qurasan.

– Sən də…

– Mənim hələ ki evlənmək fikrim yoxdur.

Vera vidalaşıb ayrılanda Həsəni elə qucaqladı ki, sanki bütün 

gücü ilə ona sarılaraq ayrılığa müqavimət göstərirdi.

–  Sağ  ol,  Vera,  məni  belə  təmiz  və  təmənnasız  sevdiyinə 

görə. Səni həyatımın dəyərli varlığı kimi həmişə xatırlayacam və 

sevəcəm.

  Vera  sakit-sakit  ağlayırdı,  amma  onun  göz  yaşları  sanki 

Həsənin içinə axaraq, onu yandırıb-yaxırdı. Həsən bu mənzərəyə 

dözə bilmədi, həyatında ikinci dəfə Veranın başını qolları arasına 

alaraq saçlarından öpdü. 

–  Salamat  qal.  Ağlama,  bizim  sevgimiz  ayrılıqların  vüsal 

dastanı kimi tarixə çevriləcək. Mən dedim axı, həmişə sənə məktub 

yazacam. Sağ ol.

Həsən  oradan  arxasına  baxmadan  sürətlə  uzaqlaşdı.  Ona 

elə gəlirdi, bir az da ləngisə, yaxud geri baxsa, hər şey yenidən 

başlayacaq. Yollar da Həsəni “bu sevgi bəlası”ndan xilas edirmiş 

kimi, sanki onun ayaqları altından qaçırdı. Tələbə həyatının son 

gecəsində  Moskva  Həsəni  elə  sıxmağa  başladı  ki,  o,  bir  anın 

içərisində – bir vaxtlar onun üçün ən sevimli şəhər hesab olunan 

bu məkandan qaçıb uzaqlaşmağa çalışırdı. Bu gecə ona hər şey çox 

cansıxıcı görünürdü.

Səhər üzü yuxuya getməsinə baxmayaraq, Həsən adəti üzrə 

yuxudan vaxtında oyandı. Bütün əşyalarını əvvəlcədən səliqə ilə 

yığıb  bağlamışdı.  “Yolçu  yolda  gərək”  deyib  evdən  çıxdı.  Son 

dəfə örtdüyü qapıya diqqətlə baxdı. Bu qapıdan girən dostlarını, 

dostluq etdiyi müəllimlərini, dərnək yoldaşlarını, Veranı bir daha 

xatırladı. Bu mənzil Moskvadakı tələbələr arasında məxsus olduğu 




101

naz-nemətləri,  düşüncə,  məfkurə,  əxlaq  göstəricilərinə  görə 

Azərbaycanın kiçik mədəniyyət mərkəzi idi. Azərbaycan haqqında 

bu  mənzildən  hər  şeyi  öyrənmək  olardı,  öyrənirdilər  də.  Çünki 

Həsən təhsilin, elmin pillələrilə yuxarı qalxdıqca millətinə, onun 

maddi-mənəvi dəyərlərinə daha çox bağlanırdı. 

Qatara əyləşəndən sonra bir qədər toxtadı, bir anlığa ona elə 

gəldi,  qatar  Moskva  illərindəki  bütün  çətinliklərin,  sarsıntıların 

üstündən  keçib  onu  qayğısız  bir  yerə  aparır.  “Hər  şey  yaxşı 

olacaq,”  –  düşünürdü.  Qarşıda  onu  gözləyən  həyatın  daha  ağır 

şərtlərini görə-görə, bilə-bilə Həsən çox səbirsizliklə təyinat aldığı 

Tiflisə yetişməyə tələsirdi. O, tezliklə işə başlamaq, bu şəhərdə onu 

gözləyən Fərəc bəylə, Mirzə Fətəliylə və başqa dostlarla birlikdə 

içindəki böyük ideyaları həyata keçirməyə can atırdı. Qatarda yol 

gedə-gedə tələbə yoldaşlarından eşitdiyi: “Sənin xalqın, millətin 

haqqında  ürək  yanğısı  ilə  danışmağına  müəllimlərin  çoxu  ağız 

büzdü,” – sözləri yadına salaraq, bir daha bu tipli məsələlərə açıq 

gözlə  baxmağa  çalışırdı.  Qəlbində  ağız  büzənlərə  işarə  ilə:  “Siz 

“velikiy”  söyləyə-söyləyə  hər  şey  edə  bilərsiniz,  mən  xalqımın 

dərdini dilimə belə gətirə bilmərəmmi?” – öz-özünə deyirdi. “Güclü 

dövlətlərin  tabeliyində  olan  millətlər  nə  qədər  böyük,  əzəmətli 

tarixi olsa belə, yenə də “istismar olunan xalq” statusunda qalır. 

Əslində, millətin böyüklüyü, əzəməti nə onun əhalisinin sayı, nə də 

ərazisinin böyüklüyü ilə ölçülür. Millətlər öz tarixi şücaəti, iradəsi, 

bəşəriyyətə  bəxş  etdiyi  maddi  və  mənəvi  sərvətləri  ilə  sayılıb-

seçilir. Biz böyük təhsil ocaqlarında oxuyub məzun olanlar şəxsi 

mənafeyimizi düşünüb hərəmiz bir rus xanımı ilə ailə qurmaqla 

gələcək həyatımızda yalnız özümüzü düşünsək, vay onda millətin 

halına.  Bu  istismarçı  quruluşun,  şovinist  imperatorluğun  bəlası 

ən çox bizim millətə toxunub”. Həsən yol boyu düşünürdü. Onun 

dərdi elə böyük, elə çəkilməz idi, bununla müqayisədə şəxsi sevgi 

macərasının uğursuzluğu çox-çox aşağıda dayanırdı.

Həsən  bəyin  universiteti  bitirib  Zərdaba  gəlişi  xəbəri  bir 

anın  içində  bütün  kəndə  yayıldı,  doğmaları,  qohum-əqrəbaları 

üçün  toy-bayrama  çevrildi.  Qardaşları  Mehralı,  Səfərəli  həmin 

gün  böyük  qonaqlıq  təşkil  etdilər.  Həyətdə  qurulan  ocaqlarda 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə