99
olunmuş yerdə dayanacaq, qızlarsa sonradan zala daxil olaraq
oğlanları rəqsə dəvət edəcəkdilər. Musiqi sədaları altında qızlar
oğlanlara yaxınlaşdılar. Elə incə rəqs hərəkətləri edirdilər, sanki
kəpənəklər asta-asta gülə yaxınlaşırdı. Vera Həsəni rəqsə dəvət
etdi. Qalan tələbələr də münasib bildikləri dostları ilə rəqs etməyə
başladılar. Veranın incə belini əlləri arasında tutan Həsənin həyə-
can dan boğazı qurumuşdu. Vera gecəyə Həsənin hədiyyə etdiyi
milli Azərbaycan geyimində gəlmişdi. Zəngin naxışlarla əhatə
olunmuş xara və qanovuzdan tikilmiş bu geyimdə – belindəki gü-
müş kəmərlə Vera Həsəni əfsunlamışdı. Vera onunla rəqs edə-edə:
– Həsən, əzizim, sən heç məni bu geyimdə görməmişdin,
eləmi?
– Yox, görmüşdüm, amma yuxumda.
– Eləmi? İstədim son dəfə sizin milli geyiminizdə sənin
yadında qalam.
– Sən istənilən geyimdə gözəlsən.
– Mənim gözəlliyimin sənin üçün artıq bir dəyəri qalmadı.
– Niyə elə deyirsən, Vera? Bir də bax, hamı bizə göz qoyur,
bir az ağıllı ol, məni də, özünü də kövrəltmə.
– Sabah nə zaman gedirsən?
– Günorta saat 1-də vağzalda olmalıyam.
– Sənə məktub yazacam, mənə cavab yazarsan?
– Əlbəttə, başqa cür necə ola bilər?!
– Söz ver ki, qocalanda da, nəinki ata, hətta baba olanda da
mənim məktublarıma cavab yazacaqsan.
– Sən mənim saçları küknar ətirli əbədi dostumsan. Səni heç
zaman unutmayacam. Nəinki sənin məktublarına cavab verəcəm,
mən özüm də sənə məktublar yazacam.
Rəqslər bir-birini əvəz edirdi. Müəllimlər, tələbələr sonralar
bu yadda qalan gecəni daim xatırlayacaqdılar.
Həsən tədbirdə bir dəqiqə belə Veradan ayrılmadı. Bütün
rəqsləri onunla başladı, onunla bitirdi. Vera bu dəqiqə, bu anlarda
elə xoşbəxt idi, ona elə gəlirdi Həsən fikrini dəyişəcək. Buraxılış
axşamı səhərə yaxın bitdi. Tələbələr vidalaşıb, ünvanlarını bir-
birinə verdilər. Həsən Veraya bir neçə ünvan verdi. Mixael burada
100
da zarafatından qalmırdı:
– Vera, Həsənin məktublarını külək əsəndə küləyə versən,
ünvansız olsa belə çatdırar. Qara, yağışa versən, yenə ona yetirər.
Həsən Veranı qapılarınacan ötürdü:
– Özündən muğayat ol. Salamat qal!
– Sən də…
– Çalış səni sevənlərin birilə tezliklə ailə qurasan.
– Sən də…
– Mənim hələ ki evlənmək fikrim yoxdur.
Vera vidalaşıb ayrılanda Həsəni elə qucaqladı ki, sanki bütün
gücü ilə ona sarılaraq ayrılığa müqavimət göstərirdi.
– Sağ ol, Vera, məni belə təmiz və təmənnasız sevdiyinə
görə. Səni həyatımın dəyərli varlığı kimi həmişə xatırlayacam və
sevəcəm.
Vera sakit-sakit ağlayırdı, amma onun göz yaşları sanki
Həsənin içinə axaraq, onu yandırıb-yaxırdı. Həsən bu mənzərəyə
dözə bilmədi, həyatında ikinci dəfə Veranın başını qolları arasına
alaraq saçlarından öpdü.
– Salamat qal. Ağlama, bizim sevgimiz ayrılıqların vüsal
dastanı kimi tarixə çevriləcək. Mən dedim axı, həmişə sənə məktub
yazacam. Sağ ol.
Həsən oradan arxasına baxmadan sürətlə uzaqlaşdı. Ona
elə gəlirdi, bir az da ləngisə, yaxud geri baxsa, hər şey yenidən
başlayacaq. Yollar da Həsəni “bu sevgi bəlası”ndan xilas edirmiş
kimi, sanki onun ayaqları altından qaçırdı. Tələbə həyatının son
gecəsində Moskva Həsəni elə sıxmağa başladı ki, o, bir anın
içərisində – bir vaxtlar onun üçün ən sevimli şəhər hesab olunan
bu məkandan qaçıb uzaqlaşmağa çalışırdı. Bu gecə ona hər şey çox
cansıxıcı görünürdü.
Səhər üzü yuxuya getməsinə baxmayaraq, Həsən adəti üzrə
yuxudan vaxtında oyandı. Bütün əşyalarını əvvəlcədən səliqə ilə
yığıb bağlamışdı. “Yolçu yolda gərək” deyib evdən çıxdı. Son
dəfə örtdüyü qapıya diqqətlə baxdı. Bu qapıdan girən dostlarını,
dostluq etdiyi müəllimlərini, dərnək yoldaşlarını, Veranı bir daha
xatırladı. Bu mənzil Moskvadakı tələbələr arasında məxsus olduğu
101
naz-nemətləri, düşüncə, məfkurə, əxlaq göstəricilərinə görə
Azərbaycanın kiçik mədəniyyət mərkəzi idi. Azərbaycan haqqında
bu mənzildən hər şeyi öyrənmək olardı, öyrənirdilər də. Çünki
Həsən təhsilin, elmin pillələrilə yuxarı qalxdıqca millətinə, onun
maddi-mənəvi dəyərlərinə daha çox bağlanırdı.
Qatara əyləşəndən sonra bir qədər toxtadı, bir anlığa ona elə
gəldi, qatar Moskva illərindəki bütün çətinliklərin, sarsıntıların
üstündən keçib onu qayğısız bir yerə aparır. “Hər şey yaxşı
olacaq,” – düşünürdü. Qarşıda onu gözləyən həyatın daha ağır
şərtlərini görə-görə, bilə-bilə Həsən çox səbirsizliklə təyinat aldığı
Tiflisə yetişməyə tələsirdi. O, tezliklə işə başlamaq, bu şəhərdə onu
gözləyən Fərəc bəylə, Mirzə Fətəliylə və başqa dostlarla birlikdə
içindəki böyük ideyaları həyata keçirməyə can atırdı. Qatarda yol
gedə-gedə tələbə yoldaşlarından eşitdiyi: “Sənin xalqın, millətin
haqqında ürək yanğısı ilə danışmağına müəllimlərin çoxu ağız
büzdü,” – sözləri yadına salaraq, bir daha bu tipli məsələlərə açıq
gözlə baxmağa çalışırdı. Qəlbində ağız büzənlərə işarə ilə: “Siz
“velikiy” söyləyə-söyləyə hər şey edə bilərsiniz, mən xalqımın
dərdini dilimə belə gətirə bilmərəmmi?” – öz-özünə deyirdi. “Güclü
dövlətlərin tabeliyində olan millətlər nə qədər böyük, əzəmətli
tarixi olsa belə, yenə də “istismar olunan xalq” statusunda qalır.
Əslində, millətin böyüklüyü, əzəməti nə onun əhalisinin sayı, nə də
ərazisinin böyüklüyü ilə ölçülür. Millətlər öz tarixi şücaəti, iradəsi,
bəşəriyyətə bəxş etdiyi maddi və mənəvi sərvətləri ilə sayılıb-
seçilir. Biz böyük təhsil ocaqlarında oxuyub məzun olanlar şəxsi
mənafeyimizi düşünüb hərəmiz bir rus xanımı ilə ailə qurmaqla
gələcək həyatımızda yalnız özümüzü düşünsək, vay onda millətin
halına. Bu istismarçı quruluşun, şovinist imperatorluğun bəlası
ən çox bizim millətə toxunub”. Həsən yol boyu düşünürdü. Onun
dərdi elə böyük, elə çəkilməz idi, bununla müqayisədə şəxsi sevgi
macərasının uğursuzluğu çox-çox aşağıda dayanırdı.
Həsən bəyin universiteti bitirib Zərdaba gəlişi xəbəri bir
anın içində bütün kəndə yayıldı, doğmaları, qohum-əqrəbaları
üçün toy-bayrama çevrildi. Qardaşları Mehralı, Səfərəli həmin
gün böyük qonaqlıq təşkil etdilər. Həyətdə qurulan ocaqlarda
Dostları ilə paylaş: |