6
qılıncdan iti olmasını diləyirəm”.
Rəhim bəy nədənsə soykökünün, əsil-nəcabətinin davamını
nəvəsi Həsənlə bağlayırdı:
– Oğlum, sən Həsəni günü sabah Hacı Məhəmmədin
mədrəsəsinə apar, qoy yavaş-yavaş müəyyən dərsləri öyrənməyə
başlasın. Əgər vaxtın olmasa, özüm də apara bilərəm. Gün boyu
hesablamışam, tək mənə verdiyi sualların sayı yüzü keçib. Molla
Hacı Məhəmməd həm savadlı, həm də imanlı adamdır.
– Atacan, sən deyirsən apar, aparım, amma inanmıram Həsən
orada tab tuta, dərs öyrənə.
– Yox, oğlum, sənin işlə bağlı səfərlərin olmasaydı, deyər dim
özün onun təhsiliylə evdə məşğul ol, amma indi onu evdə saxlamaq
gələcək inkişafdan məhrum etmək deməkdir.
– Oldu, ata. Amma ilk dəfə Həsəni mədrəsəyə sən apar. Biz
də mollanı, mədrəsəni ona izah edək, yoxsa “molla” sözü eşi dəndə
elə bilir, çatan kimi ayaqlarını falaqqaya salacaqlar.
Rəhim bəy nəvəsinin verdiyi suallara hər zaman təmkinlə,
məhəbbətlə cavab verir, onun gələcəyinə böyük ümid bəsləyirdi.
Həsən digər altı yaşlı uşaqlar kimi daha çox anasının və nənəsinin
deyil, hər zaman, hətta yatanda da babasının yanında uzanıb
keçmişdə baş verən hadisələri dinləməkdən doymazdı. Taxta
məhəccərli çardaqlı həyətlər Zərdabda o vaxtlar ancaq bəylərə
məxsus idi. Cunadan tikilmiş miçətkənli çardaqlarda evin kişi
xeylaqları və yeniyetmə uşaqlar yatardı. Çardaqlar həyətdə
olduğundan qadınlar orada yatmağa üstünlük verməz, isti olsa da,
otaqlarda gecələyərdilər. İsti yay gecəsinin dözülməz bürküsündə
balaca Həsən babasının yanında, məhəccərli çardaqda uzanaraq
onun söhbətlərini dinləyə-dinləyə yuxuya gedərdi. Mədrəsəyə
gedəcəyini eşidəndə çox məyus oldu:
– Bu molla, mədrəsə məsələsi haradan çıxdı? Baba, ay baba,
Nəbi əminin oğlu Musanın ayaqlarının altına mədrəsədə çubuqla
elə çırpmışdılar, ayağını yerə basa bilmirdi. Mənim də…
Həsən cümləsini tamamlamağa macal tapmamış babası onun
sözünü kəsdi:
– Mən bilirəm, səninlə belə rəftar heç vaxt olmayacaq. Bu
7
hafizə, yaddaşın sahibi də belə şeylər düşünərmi? Yat, səhər tez
duracağıq.
Oğlunun ilk dəfə mədrəsəyə məhz babası ilə getməsini
istəməsi Rəhim bəyə indi aydın oldu. Həsən babasını ata-anasından
qat-qat artıq sevir, heç vaxt onun sözündən çıxmırdı. Həm də bu
dünyada ən çox inandığı babası idi. Elə içinin səsinə qulaq asıb
qərar verəndə də ona elə gəlirdi, nə vaxtsa babası, Səlim bəyin də
qəlbinə, yaddaşına bu nəsihəti hopdurub.
Göy üzü elə aydın idi, bu gecə həmişəkindən parlaq və iri
ulduzlar sanki sirlərini bir-birinə pıçıldayırdı. Balaca Həsənin
yuxusu qaçmışdı. Göylərə baxa-baxa fikrində saysız sualların
cavabını axtarırdı.
Görəsən, göyü dirəksiz saxlayan nədir? Dirəksizdirsə, niyə
uçub yerə tökülmür? Yaxşı, bəs atam göyün sonsuz boşluq ol-
duğunu deyirsə, bu qədər ulduzlar boşluqdan necə asılı qala bilir?
Göylə yerin yeri dəyişilsə, nə baş verər? Bəs buludlar
evlərin üstünə tökülməzmi? Göylərin sirrini öyrənmək, görəsən,
mümkünmü? Günəş batdığı yerdən yenidən çıxa bilərmi?
Həsən istədi babasını oyadıb, bilmədiklərini ondan soruş-
sun, amma qıymadı. “Sabah hamısını öyrənərəm”. Lakin o, ürə-
yində bir şeyə əmin idi: dünyanın heç bir yerində göy üzü onların
kəndindəki kimi parlaq ulduzlarla dolu ola bilməz. Dünyanın heç
bir yerində onun babası qədər sevimli, müdrik, zəkalı baba, atası
kimi güclü, ağıllı ata ola bilməz!
Bu an içini bürüyən bir qorxu qəfil Həsənin bədənini tikan
batmış kimi incitdi. Bu qorxu sevdiklərini itirmək, onlarsız
qalmağın vahiməsi idi. Nədənsə ona elə gəldi, nə uşaqlar, nə də
cavanlar ölə bilərlər. Ölənlər yalnız həyatını kifayət qədər yaşamış
ağ saçlı nənələr və ağ saqqallı babalar ola bilər. Ona görə də Həsən
həyatda ən çox sevdiyi babasını itirəcəyindən qorxurdu. Babasına
tərəf döndü, özündən asılı olmayaraq onun ağappaq saqqalını
nəvazişlə tumarlamağa başladı: “Baba, nə olar, ölmə! Axı mən
sənsiz neylərəm?!” – düşünərək özündən asılı olma yaraq hıçqırtı
ilə ağladı.
Rəhim bəy başını qaldırdı, ayın çardağa düşən işığında nəvə-
8
sinin islanmış üzünü görcək hövlnak yerində dikəldi:
– Nə olub, dərdin alım, niyə yatmırsan? Mədrəsəyə getmək
istəmirsən, getmərik.
– Baba, heç vaxt sözündən çıxmaram. Nənəmi, anamı, atamı
incitmərəm. Amma sən heç zaman ölmə, mən sənsiz neylərəm?
Gecə yarıdan keçmişdi. Rəhim bəy yerində donub qalmışdı.
Nəvəsinin axşamdan uyumadığına, balaca ürəyini üzən böyük
ağrılara mat-məəttəl qalmışdı.
Yaxınlarına, doğmalarına aşıb-daşan ilahi sevginin hərarəti
Rəhim bəyin içinə elə bir işıq gətirmişdi, o bu işığın aydınlığında
Həsənin böyüklüyünü diqqətlə izləməkdə idi.
“Şükür sənə, İlahi, mən balam haqqında düşündüklərimdə
yanılmamışam”. Baba nəvəsinin saçını sevgilə sığalladı:
– Balam, sən həm mənim, həm də atanın gözünün işığısan. Sən
bir şeyi bilməlisən, Yaradan da var, yaranan da. Bir gün yaranan bir
gün də öz yaradanına dönməlidir. Biz bu dünyaya göndəriləndə
hərəmiz bir tapşırığı yerinə yetirməyə gəlirik. Gedəndə isə həya-
tımız, yaşadıqlarımız haqqında çiyinlərimizdəki mələklərin əməl
dəftərinə yazdıqlarıyla Tanrı qarşısında imtahan veririk. Hər kəsin
elədiyi yaxşılıqların, pisliklərin mükafatı və cəzası üçün ayrıca
məhkəmə qurulur.
Tanrıya, onun yaratdıqlarına içində böyük sevgi daşıyanlar
dünyadan köçəndə də ölmürlər. Yaxınlarının, doğmalarının ən dar
günündə düşüncələrinə işıq tuta bilirlər. Ona görə də mənim bu
dünyadan köçüb Tanrı hüzuruna getməyim sənə hər an daha yaxın
olmağım deməkdir. Bunu özünə dərd eləmə. İndisə yat. Sabah
dərsə gedəcəyik. Yuxun şirin olsun!
Həsən babasının böyrünə sığınanda həmişə əsrarəngiz yuxular
gətirərdi. Bu dəfə də belə oldu. O, yuxusunda gördü ki, həyətlərində
şam ağacından düzəldilmiş nərdivanı səmaya söykəyərək göy
üzündəki ən parlaq ulduzları dərib nənəsinin tik diyi güllü torbaya
yığır. Ulduzlar yığıldıqca torba şişir, ağır la şırdı. Həsən kürəyində
getdikcə artan ağırlığın altında müva zi nə tini güclə saxlayırdı.
Nərdivanla enmək istərkən özü ilə yer arasındakı məsafə birdən-
birə ucsuz-bucaqsız dənizə dönürdü. Demək olar, hər yer: uzaqdan
Dostları ilə paylaş: |