Sona Xəyal
2
Kitab görkəmli ədəbiyyatşünas
Bəxtiyar Məmmədzadənin
əziz xatirəsinə ithaf olunur.
Toplayıb tərtib edən:
AYGÜN İMANZADƏ
Redaktor:
SƏADƏT NƏSİROVA
Ön söz müəllifi:
VÜSALƏ MUSALI
filologiya üzrə fəlsəfə doktoru
Sona Xəyal. Yaddan çıxmayacaq.
Bakı–“MBM –2011. 100 səh.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
böyük
elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İRS” komis-
siyasının sədri, 70-dən artıq kitabın (təlif və tərtib) müəllifi Sona
Xəyalın “Yaddan çıxmayacaq” adlı növbəti kitabında müxtəlif
illərdə çap olunmuş məqalələr toplanmışdır.
ISBN 978-9952-29-045-8
© S.Xəyal, 2011
Bakı, “MBM”
Yaddaşlarda yaşayacaq
3
SONA XƏYAL QƏLƏMİNDƏ AZƏRBAYCAN
ƏDƏBİYYATŞÜNASLIĞI MƏSƏLƏLƏRİ
Əlyazmalar İnstitutunun böyük elmi işçisi, tanınmış ədəbiy-
yat tənqidçisi, publisist və şairə Sona Xəyal klassik şeirlə bağlı
iyirmiyə yaxın təlif və tərtib kitabının müəllifidir. Sona xanımın
tədqiqatlarının böyük bir qismi Bakı ədəbi mühitinin yetişdirdiyi
şairlərin həyat və yaradıcılığına həsr olunmuşdur. Tədqiqatçının
bu qəbildən olan “Mirzə Əbdülxalıq Yusif” (həyat və yaradıcılı-
ğı), “Əlli yaşlı xəzinədən əlli məqalə”, “Əliabbas Müznib Bakı
və bakılı şairlər haqqında”, “Maştağa ədəbi mühiti və Mircəlal”
kitablarını göstərmək olar. Sona Xəyal həm də Bakı-Abşeron
ədəbi mühitində yaşayıb-yaradan şairlərin silsilə şeir toplularını
nəşrə hazırlamış, o cümlədən Mirzə Əbdülxaliq Yusifin “Diriltdi
aləmi eşqin nidası”, Səməd Mənsurun “Əsərlər”, Əmin Abidin
“Seçilmiş əsərlər”, Əliabbas Müznibin “Seçilmiş əsərləri”, Mir-
zə Həsib Qüdsinin “Mehriban qardaş tək ülfət eyləyək”, Əbdül-
xalıq Cənnətinin “Vətən təranəsi”, Hacəli Pərişanın “Gəl edək
qeyrətü hümmət” və başqa kitabları işıq üzü görmüşdür.
Qəzet və jurnallarda, eləcə də konfrans materiallarında müəl-
lifin klassik şeirlə bağlı iki yüzdən artıq məqaləsi dərc olunmuş-
dur. Sona xanımın “Müasirlərim” seriyasından iyirmiyə yaxın
monoqrafiyası çap edilmişdir. Bunların arasında “Mailin ünvanı
vətəndir”, “Rəsul Rza, “Cabir Novruz”, “Nigar Rəfibəyli”, “El-
çin”, “Fikrət Qoca”, “Samət Əlizadə”, “Zeynal Xəlil”, “Əli Tu-
də”, “Adil Babayev” və başqa əsərləri sadalamaq mümkündür.
Sona Xəyalın məqalələrindən ibarət bu kitab onun ədəbiy-
yatşünaslıq məsələləri barədə müxtəlif illərdə dərc etdirdiyi ya-
zılarını əhatə edir. Kitabın adı müəllifin çox dəyər verdiyi müəl-
limi, Bakı Dövlət Universitetinin dosenti, mərhum Bəxtiyar
Məmmədzadə haqqında yazdığı məqalənin sərlövhəsindən götü-
rülmüşdür: “Yaddan çıxmayacaq”. Sona xanım bu kitabının
Sona Xəyal
4
epiqrafında əsəri görkəmli ədəbiyyatşünas Bəxtiyar Məmmədza-
dənin əziz xatirəsinə həsr etdiyini yazır.
“Rəsul Rza poeziyası ədəbi tənqiddə” adlı məqaləsində
S.Xəyal, Simuzər İsmayılovanın eyni adlı monoqrafiyasından
bəhs edir. Sona xanım Rəsul Rzanın əsərlərinə yönəlmiş ədəbi
tənqiddən bəhs edərkən yazır: “Bədxahları Rəsul Rzanı nə qədər
çox tənqid edirlərsə, onun yaradıcılığına bir o qədər çox müraci-
ət olunur, əsərləri bir o qədər çox tədqiq olunur və haqqında mə-
qalələr, monoqrafiyalar çap olunur”. Sona Xəyal bu məqaləsində
monoqrafiyanı fəsillər üzrə təhlil etmişdir. Belə ki, monoqra-
fiyanın girişində Rəsul Rza yaradıcılığından və görkəmli tənqid-
çilərin bu yaradıcılığa münasibətindən söz açıldığı, şair haqqın-
da müxtəlif illərdə nəşr olunmuş Azərbaycan və rus dillərində
kitabların adlarının sadalandığı, birinci fəsildə isə Rəsul Rzanın
H.Cavid, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm kimi şairlərlə bir sıra-
da görüldüyü, şairin yaradıcılığının hələ XX əsrin 30-cu
illərindən üzü bəri tənqid obyekti olduğu diqqətə çatdırılır.
Kitabdakı məqalələrdən biri də Sədnik Paşa Pirsultanlının
“Aşıq Şəmşirin poetik aləminə səyahət” başlıqlı kitabına həsr
olunmuşdur. S.Xəyal məqalənin əvvəlində son illərdə Azər-
baycan aşıq sənətinin dünya miqyasında təbliğ olunduğunu, bu
sahədə xeyli işlər görüldüyünü, Heydər Əliyev Fondunun dəstə-
yi ilə aşıq sənətinin dünyaya tanıdıldığını, tədqiqatçıların nəşr
etdirdiyi kitabların öz bəhrəsini verdiyini qeyd edir. Daha sonra
monoqrafiyanın fəsilləri ayrı-ayrılıqda nəzərdən keçirilir. Sona
xanım məqaləsinin sonunda bu əsərin aşıq ədəbiyyatını sevənlər,
bu sahədə tədqiqat aparanlar üçün, eyni zamanda gələcək nəslin
aşıq sənətimizi öyrənməsi baxımından dəyərli vəsait olduğunu
qeyd edir.
Hacı Soltanın “Yaşamaq, yaşatmaq, yaratmaq” adlı toplusu
haqqında məlumata da bu kitabda rast gəlirik. Axund, qazı və
həm də şair olan Hacı Soltanı başqa din xadimlərindən fərq-
ləndirən cəhət vaxtaşırı oxucuların ixtiyarına verdiyi kitablardır.
Onun ərsəyə gətirdiyi kitablar arasında tarixlə bağlı yazdıqları
daha çox diqqəti çəkir. Hacı Soltanın “Yaşamaq, yaşatmaq,