Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

Yaddaşlarda yaşayacaq 

41 


Mərd oğul gərəkdir el üçün yana, 

Elin dar günündə öndə dayana. 

Elə oğul ol ki, Azərbaycana, 

Yayılsın dünyaya şöhrətin, oğul.” 

 

Monoqrafiyanı qiymətləndirən Daşdəmir  Əjdəroğlu ya-



zır: ”..Lətif müəllimə görə, Vahid Əlioğlunun şeiriyyətində 

sanki bu dərd-sərin caynağından qopmağa çağırış var, se-

vincli-fərəhli günlərinnin xiffətini çəkən bir şairin ümum-

xalq dərdlərinə çevrilən dərdlərinin qulaqlarımızdan çəkil-

məyən hay-harayı var. Valideyni, ana Vətəni, torpağı, yur-

du, təbiəti və onun gözəlliklərini sevmək və qorumaq bor-

cunun birinciliyinə, əzəlliyinə, ilkinliyinə and içdirmək is-

təyi var. Budur, şairin böyüklüyü və Lətif müəllim demiş-

kən, var olsun səmimiyyətdən doğan poeziya! Lətif müəlli-

min də  uğuru ondan ibarətdir ki, bu poeziyanın ləyaqətli 

davamçılarından olan V.Əlioğlu yaradıcılığına müraciət 

edib və bu uğurun kökü onun təbiiliyində, səmimiyyətində, 

təhkiyələrinin rəvan, səlis və axıcılığındadır”, 

Növbəti bölüm “Şairin yaradıcılığında məhəbbətin tərən-

nümü” adlanır ki, burada da müəllif məhəbbət şeirlərindən 

söz açır. Hər bir şairin ən ülvi dünyasını, ən təmiz duyğular 

aləmini əks etdirən bu şeirlərin səmimiyyətini diqqətə çat-

dırmağa çalışır və təbii ki, şairin misralarına müraciət edir: 

”Sənsizlik dünyamı  əlimdən alıb, Ay gülüm, mən sənin 

həsrətindəyəm”, “Saçlarına qızılgül Düzməyə  tələsirəm”, 

“Yaşayırsan bil məndə  sən”, “Gəlsən, Vahid qocalmaz, 

Gəl, ömrüm təzələnsin”, “Hər alovun sönməyi var, Bu mə-

həbbət sönməyəcək”, 

 

“Qəm çökmüş göz ağlayır, 



Sinəmdə köz bağlayır. 

Deyirəm,-söz ağlayır. 

Dözə bilmirəm sənsiz. 

 



Sona Xəyal 

42 


“Folklor ənənələri”nə ayrıca bölmə ayırsa da, biz elə ki-

tab boyu əvvəlki bölümlərdə  də  tədqiqatçı-alimin folklora 

müraciət etdiyinin və  şairin  şeirlərini folklor nümunələri 

ilə, o cümlədən “Dədə Qorqud” dastanından götürdüyü si-

tatla, bayatılarla müqayisələrinin  şahidi olmuşduq. Bu bö-

lümdə də onun laylaları, bayatıları, zərb-məsəlləri, “Koroğ-

lu” dastanından gələn ənənəni yadımıza salır. 

“Təbiətin tərənnümü” bölümündə Azərbaycanın misilsiz 

təbii gözəlliklərini  əks etdirən  şeirlər tədqiqata cəlb edil-

miş,  şairin “Vaxt yetişdi, vidalaşaq, Salamat qal, ulu dağ-

lar”, “Dərdə dərman bulaqların”, “Göz oxşayan çiçəklərin” 

və s. bu kimi misraları diqqətə çatdırılmışdır. 

 

Yaşıl çəmən, göy yaylaqlar, 

Qoca dağlar yadımdadır. 

Hər bir dərdə dərman olan 

Buz bulaqlar yadımdadır. 

  

Monoqrafiyanın son bölümü “Şairin yaradıcılığında sə-



nət adamlarının tərənnümü” adlanır. Burada el ağsaqqalı 

Camal Mustafayevə, alim, filosof Həmid  İmanova, Xitab 

həkimin unudulmaz xatirəsinə, şairin rəssam dostu Fərman 

Qulamova həsr olunmuş şerlərdən söz açılır.  

Lətif Süleymanlının bu monoqrafiyası Vahid Əlioğlu ya-

radıcılığını təqdim etmək, şairin poeziyasının səciyyəvi cə-

hətlərini oxuculara açıqlamaq baxımından maraqlı kitabdır. 

Müəllif burada müasirimiz olan bir şairin həyat və yaradıcı-

lığına güzgü tutmuş, təbii ki, böyük zəhmət bahasına bu 

əsəri ərsəyə gətirmişdir. Namizədlik işi “Böyük Vətən Mü-

haribəsi dövrü” olan Lətif Süleymanlının indi lirik şeirlər 

müəllifi olan bir şairin yaradıcılığına müraciət etməsi də 

maraq doğurur. Biz həmkarımıza yeni-yeni uğurlar arzula-

yırıq və yeni kitablarını gözləyirik.  

 

 “Real-press” qəzeti, 21. 07.10. 

 



Yaddaşlarda yaşayacaq 

43 


“YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ VƏ RUS 

MƏDƏNİYYƏTİ” 

 

Hər dəfə Əlyazmalar İnstitutunun oxu zalında Çəmənzə-



minlinin  əlyazmaları ilə  məşğul olan balaca qızcığazı gö-

rəndə düşünürdüm ki, görəsən onun neçə yaşı var? Harada 

oxuyur? Çəmənzəminlinin rus dilində yazdığı əsərləri niyə 

tərcümə edir? Nəhayət, bir dəfə Çəmənzəminlinin tədqiqat-

çısı olan rəfiqəm Şəlalə xanım mənə bu balaca qız haqqın-

da danışdı və mən bildim ki, o heç də mənim düşündüyüm 

kimi balaca deyil. 1972-ci ildə dünyaya göz açan, orta mək-

təbi medalla bitirən, 1993-cü ildə ekstern yolu ilə 

M.F.Axundov adına Pedaqoji Rus dili və ədəbiyyatı İnstitu-

tunu bitirən bu qızın Çəmənzəminli haqqında neçə-neçə 

məqaləsi çap olunub. O, Çəmənzəminli irsi ilə bağlı nami-

zədlik dissertasiyası üzərində işləyir. Elə o gün mən Leyla 

Məcidqızı ilə yaxından tanış oldum. Bir müddətdən sonra 

onun Çəmənzəminli irsindən topladığı yazıları kitab şəklin-

də çap olundu. Sonralar həmişə əlaqə saxlayır, ən azından 

telefon söhbətlərimizdə onun işi ilə maraqlanırdım.  

2000-ci ildən silsilə kitablar yazmağa başım qarışdığın-

dan ancaq haqqında kitab yazdığım yazıçıların yaradıcılığı-

nı oxumaq imkanım olurdu. Yeni çap olunmuş kitablar 

haqqında söz deməyə vaxt yox idi. Bəzən yubileylər olan-

da, ya da lap yaxın dostların gileyindən çəkinəndə hansı bir 

kitab haqqındasa yazırdım. Heç demə, Leylanın 2002-ci il-

də “Yusif Vəzir Çəmənzəminli və rus mədəniyyəti” adlı 

monoqrafiyası nəşr edilib. Srağagün İskəndər Etibarın ota-

ğında stolun üstündə kitabı görəndə  təəccübləndim. Götü-

rüb vərəqləyəndə, İskəndər müəllim dedi ki, istəyirsən gö-

tür. Elə bu sözə bənd idim, kitabı aldım. Dünən oxudum və 

oxuduqca qeydlərimi də götürdüm ki, sabah mütləq bu ki-

tab haqqında yazacağam... 

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, BDU-

nun professoru Tofiq Hüseynoğlu, rəyçiləri də universitetin 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə