Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   2   3   4   5   6   7   8   9   10   ...   31

Sona Xəyal 

20 


İnstitutda bir sıra tibbi əlyazmalar vardır ki, əksəriyyəti 

artıq nəşrə hazırlanıb, tədqiqata cəlb olunub. Vaxtilə insti-

tutumuzun  əməkdaşı  Ağaəmi  İbraimov türkcə  və azərbay-

canca tibbi əsərlər haqqında (RƏF. əsərləri, 1963, II c. səh. 

18-32) qısa məlumat çap etdirmişdir ki: İsa Dərbəndi “Tib-

bi-Calinus”, naməlum katib tərəfindən köçürülmüş “Kitabi-

tibb”, Məhəmməd Əttar Səlyani “Mənafeünnas”. Sonuncu-

su Dərviş Nidainin “Mənafeünnas” əsərinin fərqli nüsxəsi-

dir. Tədqiqatçı-alim 1972-ci ildə yenidən tədqiqat aparmış 

və bir neçə əsər haqqında da məlumat vermişdir. Bunlardan 

biri Nüsrət Əfəndinin Şamaxıda Nəcəfqulu Məşədi Həmid 

oğlu tərəfindən köçürülmüş “Risaleyi-tibb” əsəridir. Sonra-

lar tarix elmləri doktoru Fərid Ələkbərli bu mövzuya müra-

ciət etmiş, “Tibbnamə” və “Risaleyi-tibb” əsərlərini rus di-

linə  tərcümə etmişdir. Fərid  Ələkbərli tibb tarixinə dair 

yazdığı doktorluq dissertasiyasında institutdakı bütün tibbi 

kitablardan istifadə etmişdir. Onun məsləhəti ilə Dərviş Ni-

dainin “Mənafeünnas” əsərini tədqiqat obyekti seçdim. 

Məhəmməd Tahir Bursalının “Osmanlı müəllifləri” kita-

bında verdiyi məlumata görə, Dərviş Nidai Sultan Səlim 

Saninin dövründə yaşayıb-yaradan, öz zəmanəsində şəxsiy-

yət kimi böyük hörmət qazanan alimlərdən biri olmuşdur. 

Ətabayi Osmaniyyədən olub ankaralıdır. Səyahətə  çıxmış, 

Qəryəhə gəlmiş, burada xanın xacəsi olmuşdur. Bir neçə il 

burada xidmət etdikdən sonra Konyaya gəlmiş  və burada 

vali olan şahzadə Səlim Sanı ilə yaxın olmuşdur. Şahzadə-

nin taxta çıxması ilə  əlaqədar olaraq İstanbula gəlmiş  və 

onun sarayına həkimbaşı təyin edilmişdir. 

Dərviş Nidai mövləvilik təriqətinə meyl etmiş və bu yo-

lun sədaqətli yolçularından biri olmuşdur. Onun Üsküdarda 

Atlamadaş kitabxanasında, eləcə də Nuri-Osmaniyyə kitab-

xanasında tibbə, əxlaqa və s. aid əsərləri vardır ki, Məhəm-

məd Tahir onlardan bəzilərinin adını qeyd etmişdir: müxtə-

lif xəstəliklərdən, onları törədən səbəblərdən, onların müa-

licə üsullarından və dərman vasitələrindən bəhs edən “Mə-



Yaddaşlarda yaşayacaq 

21 


nafeünnas”, “Təbabəti-bəsriyyə və bitəriyyə”, taun və vəba 

xəstəliyinin müalicəsinə aid “Kətəbi-əsriyyə  və  həkimeyi-

tibbiyyədən cəm”, “Mənzum baytarnamə”,  əxlaqdan bəhs 

edən “Tənbihnamə” və  “Əsrari-gəncməni” adlı böyük bir 

mənzumə. 

Nidainin “Mənafeünnas”  əsərinin XVI əsrdə Türkiyədə 

yazılmış bir nüsxəsi də AMEA Məhəmməd Füzuli adına 

Əlyazmalar  İnstitutunda B-6292 şifrəsi altında saxlanılır. 

“Mənafeünnas” haqqında Topqapı Sarayı Müzesi yayınları-

nın 11-ci sayında belə bir yığcam qeydə rast gəldik: ”Meh-

met Nidainin II Sultan Selim (1566-1574) için yazdığı alt-

mış bap üzere mürettep ümumi bir tib kitabıdır. Eser 974 

(1566-67)-de telif edilmişdir.” 

Biz tədqiqat üçün Türkiyədə yazılmış nüsxəni seçdik. 

Əlyazma 222 səhifə həcmində, 22x16 sm ölçüdədir, nəstə-

liq xəttilə qara mürəkkəblə yazılmışdır. Yazıda ara-sıra qır-

mızı nöqtələr, vergülər qoyulmuşdur, amma bunlar durğu 

işarələri rolunu oynamır, ola bilsin ki, sadəcə bəzək üçün-

dür. Katibin özünəməxsus yazı tərzi diqqəti çəkir.  

Nidai girişdə günəşdən zərrə, dəryadan qətrə olan insa-

nın neçə il ömür sürməsindən asılı olmayaraq, bir gün qey-

ri-adi qüvvənin hökmü qarşısında zəif olduğunu qeyd edir. 

O, təbabətə aid bütün kitabları oxuyub, öyrəndiklərini bir 

kitabda topladığını bildirir, Allah-təalaya üz tutaraq südqi-

ürəklə həmdü səna edir: “Çünki bu aləmə hiç nəhayət yok. 

Cümləsin bilməkdə ləyaqət yok. Ya İlahi, bu elmi-hikmət-

dən qıl inayət bizə, bu nemətdən zərreyi-afitabı bildirəyim, 

hikmətinlə bu kitabı doldurayım. Çünki namınla ibtida et-

dim...” Allaha həmdü sənadan sonra Sultan Səlimi mədh 

edən müəllif onun taxta keçməsini alqışlayan planetlərin 

sevincini obrazlı ifadələrlə verir. Daha sonra sevinən, fə-

rəhlənən Nidai kitabı bu şərəfə ithaf etdiyini, adını “Məna-

feünnas” qoyduğunu bildirir və sonda yazılma tarixini belə 

təqdim edir: “Ol sərü dilə bir kitab etdim. Əncüm üzüb də 

afitab etdim. Nə ki, cəm etdim təbabətdən, ani kəsb etdim 



Sona Xəyal 

22 


kitabətdən. Hicrətin tarixi iyaşəhzad, çarü həftad bud həm 

nə sad. Hacətim ölkə məmləkət qövmi, sagü səhhətlə keçə 

luyüvmi.” Buradan bilinir ki, əsər 974-cü ildə yazılmışdır 

ki, miladiyə çevirəndə 1566-67-ci illərə düşür. 

Müəllif qeyd edir ki, kitabı yazmaqda məqsədi insanlara 

kömək etməkdir. O istəyir ki, təbibə, müalicəyə ehtiyacı 

olan adamlar özlərinə lazım olan dəvaları öyrənsinlər. Əgər 

bu kitabdan dərdlərinə dərman olarsa, əvvəlcə, Allah-təala-

ya və onun rəsuluna həmdü səna, sonra isə həzrəti padşaha 

dua etsinlər. Burada Nidai Allahın bəndələrinə olan mərhə-

mətini, onlar üçün yaratdığı nemətləri yada salır və insan 

üçün halal və haram olanlardan söz edir. Yeri gəldikcə Mə-

həmməd (s) peyğəmbərin hədislərindən və dini ayətlərdən 

sitatlar gətirir və  tərcüməsini də verir. Göstərir ki, “Həq-

təala onu öz kəndi nurundan xəlq edib, on səkkiz bin aləmi 

anun məhəbbətinə yaratdı. Məhəmməd (s) hədisində buyu-

rur: “Əl-elmi elmani: elmül-bədən, sümmə elmül-ədyan”, 

yəni elm ikidir: biri bədən elmi və biri dinlərin elmidir. 

Əmma bədən elmini əvvəl zikr elədi. Onu neçün ki, bir kişi 

xəstə olsa, əqli və könlü şikəst olub, bədəni zəif olub, süst 

olur. Din elmi təhsil ilə, fər ilə olsa, bu bədən elmini əvvəl 

bilib ögrənmək lazımdır.” Müəllif peyğəmdərimizin bir hə-

disini də diqqətə çatdırır: “Bir vilayətdə bir təbibi-haziq ol-

masa, andə sakin olmaq həramdır”. 

İnsanları düzgün yola istqamətləndirməyə çaslışan müəl-

lif ayələrə, hədislərə müraciət edir və bu sitatları təbabətlə 

bağlı misallarla paralel verir. Belə ki, həm qəzavü qədərə 

inanır və insanları da inanmağa çağırır, həm də tibb elminin 

faydasını, dəvaların, müalicənin gərəkliliyini bildirir və şə-

fanın Allah tərəfindən iznli olduğunu diqqətə çatdırır, pey-

ğəmbərin sözlərinə müraciət edərək deyir ki, “yüz şəfa xə-

zinəsindən dərman iç, əgər yuxarıdan izn yoxdursa, şəfa 

tapmayacaqsan. Çünki dərd anun, dəxi dərman onundur.” 

Müəllif daha sonra Həzrət Musadan bir rəvayət qeyd edir. 

Rəvayət olunur ki, bir gün Musa (ə) baş  ağrısına tutulur. 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə