Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   2   3   4   5   6   7   8   9   ...   142

Müaviyənin oğlu Yəzidin hakimiyyətini tanı-
mamışdır. O, Yəzidin ilk xəlifələrin tərtib et-
diyi idarə etmə üsulundan yayınmasına və
Əməvilərin hakimiyyətdə möhkəmlənməsinə
qarşı çıxmışdır. 
Abdullah ibn Zübeyrə Hüseyn ibn Əlinin
faciəli ölüm xəbəri çatanda, o xəlifə Yəzidə
qarşı çıxmış, Məhəmməd peyğəmbərin
nəvəsinin ölümündə günahkar olan sülaləyə
tabe olmaq istəməmişdir. O, Əməvilərə qarşı
olan üsyançılara başçılıq etmişdir. Məkkə və
Mədinə rəhbərləri, daha sonra isə bütün hi-
cazlılar ona dəstək olmuş, onu xəlifə kimi
tanımışdırlar. Əməvi xəlifəsi Yəzid, onun
üzərinə ordu göndərməsinə baxmayaraq,
onun müqavimətini qıra bilməmişdir. 
Tərəflər arasında gedən döyüşlər zamanı,
xəlifə Yəzidin ölüm xəbəri gəlmiş, bundan
sonra Əməvi ordusu Hicazdan Suriyaya çək-
ilmiş, bu bölgədə hakimiyyət Abdullah ibn
Zübeyrə keçmişdir. Onun xəlifəliyini Yəmən,
Bəsrə, Kufə, Xorasan, eləcə də bir sıra başqa
şəhərlər və bölgələr tanımışlar. Əməvilər isə
yalnız Suriya və Misirin ayrı-ayrı bölgələrini
öz əllərində saxlaya bilmişlər. Beləliklə,
İslam alimlərinin çoxu Abdullah ibn Zübeyri
xəlifə kimi tanımışlar. Onun hakimiyyəti hic-
rətin 64-cü ilindən 73-cü ilə qədər davam et-
mişdir. Ancaq, Əbdül-Məlik ibn Mərvan
dövründə güclənən Əməvilər, Abdullah ibn
Zübeyrin hakimiyyətinə son qoya bilmişlər.
Əməvi ordusunun baş komandanı Həccac,
Məkkəni ələ keçirmiş və döyüşlərdə şəhər
böyük dağıntılara məruz qalmışdır. Abdullah
ibn Zübeyr şəhərə girən Əməvi qoşunu ilə
sona qədər vuruşaraq, 73 yaşında Məkkə
məscidində həlak olmuşdur. 
ABİD – Allaha bütün qəlbi ilə inanaraq
bütün varlığı ilə Ona qulluq etməyə çalışan,
Allahdan qorxan, bütün dini ayinləri yerinə
yetirən və yaşadan, günlərini ibadətlərdə
keçirən, yüksək əxlaqi xüsusiyyətləri ilə
seçilən müsəlmandır. Abid insanlar İslamın
ilk dövrlərindən günümüzə qədər hər dövrdə
mövcuddurlar. Sufi ənənəsinə görə, abidlər
Məhəmməd peyğəmbərin və onun ardıcıl-
larının yolu ilə getmiş, öz həyatlarını
bütövlüklə Allaha həsr etmiş və dünyanın al-
dadıcı gözəlliklərinə aldanmamış insanlardır.
AD –  Yəmənin mağaralı dağlarında
yaşamış, Quranda (51: 41-42) adı anılan
qədim bütpərəst bir qövm olmuşdur. Onlara
göndərilmiş Hud peyğəmbər, onları Allaha
inanmağa və günahlardan çəkinməyə dəvət
etmişdir. Buna baxmayaraq, bu qövm büt-
pərəstlikdən və çirkin əməllərindən əl çək-
məyəcəklərini təkid etdikdə, rəvayətlərə görə
Allah onları yeddi gecə, səkkiz gün dayan-
madan əsmiş qasırğa ilə məhv etmişdir. 
ADƏM – İlk insan və bəşəriyyətin atası
hesab edilir. Quran ayələrinə görə Allah
Adəmi su ilə qarışdırılmış gildən yaratmış,
sonra ona ruh vermiş və bütün mələklərə in-
sana səcdə etməyi buyurmuşdur. Bu da in-
sanın üstün bir varlıq olmasının əsas
göstəricisi idi. Ancaq, öz təbiəti və yaradılışı
ilə mələklərdən fərqlənən İblis adında bir cin,
insana səcdə etməyib, özünün daha üstün
olduğunu bildirərək insanı tanımamışdır.
Bununla da İblis, Allahın əmrini yerinə ye-
tirməmiş, Ona qarşı çıxmış və yolunu
azmışdır.
Sonra, Allah Adəmi gözəl bir bağda (cən-
nətdə) məskunlaşdırmış, orada onun tən-
halığını aradan qaldırmaq üçün onun sol
qabırğasından Həvvanı yaratmışdır. Allah on-
lara cənnətdəki bütün nemətlərdən istifadə
etməyi icazə vermiş, təkcə bir ağaca yaxın-
laşmamağı əmr etmişdir (Quran, 2: 35).
Ancaq İblis, Adəm və Həvvanı yoldan çıxar-
mış, onlar da İblisin fitnəsinə uyaraq qadağan
olunmuş ağacın meyvələrini yemişdirlər
(Quran, 7: 20-22). Bu günahı etdikdən sonra
Allah onlara qəzəblənərək onları cənnətdən
yer üzünə qovmuşdur (Quran, 7: 24). Sonra
etdiklərindən peşman olan ilk insanlar tövbə
etmişdirlər (Quran, 7: 22-23). 
11
ADƏM


Bəzi rəvayətlərə görə Adəm Seylon
adasına, Həvva isə Ciddəyə (Ərəbistana)
endirilmişdir. Onlar 200 il boyu sıxıntılar
çəkmiş, Allahın onları bağışlaması üçün
çoxlu dualar etmişlər. Nəhayət, Allah onların
dualarını qəbul edib, törətdikləri günahları
bağışlamışdır (Quran, 20: 122). Bəzi rə-
vayətlərə görə, günahlarının kəffarəsi olaraq
onlara həcci vacib qılmışdır. 
Rəvayətlərdə, Allahın bu buyruğunu yer-
inə yetirən Adəm və Həvva uzun sürən
ayrılıqdan sonra Ərəfat
vadisində
görüşmüşlər. İndiki Məkkə torpaqlarına gələn
Adəm, Kəbəni inşa etmiş, sonra isə davamlı
olaraq həcc ibadətini yerinə yetirmişdir.
Daha sonralar isə Adəm və Həvva indiki
Suriyaya doğru istiqamət almış, orada on-
ların  Şit, Habil və Qabil adlı uşaqları
dünyaya gəlmişdir. Bu uşaqlardan isə fərqli
dillərdə danışan insan qəbilələri yaranmışdır.
Uşaqları, nəvə və nəticələri dünyaya
gələndən sonra Adəmə peyğəmbərlik  ver-
ilmiş və Cəbrayıl vasitəsi ilə vəhylər almışdır
(Onlara “səhifələr” deyilir). Bununla da, o
öz övladlarına dinin əsaslarını öyrətməkdən
məsul tutulmuşdur. Bəzi rəvayətlərə görə
Adəm 2000 il yaşamış, Həvva isə onun və-
fatından 40 il sonra dünyasını dəyişmişdir.
Adəmi 
İslam 
ənənəsində həmçinin
“Bəşəriyyətin atası” da adlandırırlar.
ADƏT – Xalqların məişətlərində tarix
boyu formalaşaraq kök salmış ənənələrdir.
Adətlərin yaranması cəmiyyətin idarə olun-
ması və nizamlanması ehtiyacından irəli
gəlir. İslam hüquqçuları cəmiyyətdə münasi-
bətlərin qurulması və tənzimlənməsində
şəriətə
qarşı olmayan adətlərə böyük
əhəmiyyət vermişdirlər (Quran, 7: 28). 
Ayrıca, İslam ənənəsində adət və örflər
dəlil kimi də istifadə olunmaqdadır. İslam
hüquqçuları  Quran və ya hədislərdə həlli
yolu tapılmayan problemin ortadan qaldırıl-
masında bu vasitədən istifadə etmişlər. Adət
doğru və yanlış ola bilər, doğru adət şəriətə
uyğundur, buna görə də tətbiq edilə bilər;
yanlış adət isə, şəriətə zidd olduğuna görə,
tətbiq edilə bilməz.
АDÜL-İRƏM
–  çoxsütunlu İrəm
deməkdir (Quran, 89: 7-8). Bu memarlıq
abidəsini  Ad qövmü (cənubi Ərəbistanda)
ucaltmışdır. Rəvayətlərə görə bu əzəmətli
abidə mənbələrdə həkk olunmuşdur. Bu
möhtəşəm abidəni ucaldan adlılar çox təkəb-
bürlü olduqlarından Allaha tabe olmamışlar.
Buna görə də, Allah onları doğru yola yönəlt-
mək üçün Hud peyğəmbəri göndərmişdir.
Ancaq, buna baxmayaraq Ad qövmü onu
qəbul etməmiş və yenə də, öz pis əməllərinə
davam etmişlər. Bu səbəbdən də, Allah onları
cəzalandıraraq yer üzündən silmişdir.
AXİRƏT – “son” mənasını ifadə edən
ərəb dilindəki axır sözünün müənnəs for-
masıdır. Quranın 26 yerində “son gün”, 9
yerdə “son qərar tutulan yer”, bir yerdə “son
yaradılış”, 50 yerdə isə dünya ilə eyni mə-
nada istifadə edilir. 
Axirət dünya həyatından sonra başlayıb
əbədiyyətə qədər davam edəcək ikinci həy-
atdır. Dünya həyatını izləyən ona oxşar,
ancaq fərqli və ən önəmlisi isə ölümsüz bir
həyatı, əbədiyyəti əhatə edir. İnsanın ölümü
ilə bədəndən ayrılan ruh axirət aləminin
başlanğıcı olan qəbir həyatını yaşayar.
Bu fikir digər səmavi dinlərdə (yəhudilik
və xristianlıq) və İslamda daha dərin şəkil
almışdır. Tövratda dünya həyatından sonra
ruhun ölməzliyi və insanların imtahana çək-
iləcəkləri, işlədikləri əməlin əvəzini ala-
caqları, ölümdən sonra Tanrının görüləcəyi
də ifadə edilir. Bununla bərabər Matta İn-
cilində (22/23-30), Sadduki məzhəbinə bağlı
yəhudilərin Musa peyğəmbərin nəql etdiyi
axirət ilə əlaqəli məsələni inkar etdikləri
bildirilir. 
İncildə istər axirət, istərsə möcüzə inancı
12
ADƏT


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə