Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə6/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   2   3   4   5   6   7   8   9   ...   142

açıq bir şəkildə mövcuddur. Quranda isə
Nuh, İbrahim, Yusif, Musa və İsa kimi
peyğəmbərlərin öz ümmətlərinə
axirət
əqidəsini təlqin etdikləri bildirilir. Ayrıca Al-
laha və axirət gününə iman gətirən Yəhudi,
Nəsrani və Sabiilərin qurtuluşa nail ola-
caqları da Quranda qeyd edilir. Bununla
bərabər axirətə inananların “özündən əvvəlki
ilahi kitabları təsdiqləyən” Quranı qəbul
edəcəkləri xəbəri də verilir. Qurandan
əvvəlki müqəddəs kitabların həm kanonik
(kilsə tərəfindən tanınan), həm də apokrif
(kilsə tərəfindən tanınmayan) qəbul edilən
nüsxələrində axirət inancına yer verilmişdir. 
Tədqiqatçıların bir çoxu hesab edir ki,
İslam axirət inancına aid düşüncələri Yəhudi-
lik və Xristianlıqdan almış olması ehtimalı
yoxdur. Səmavi dinlərin təməl əsaslarından
birini təşkil edən axirət inancı arasında oxşar-
lığın olması o qədər də təəccüblü deyildir.
Çünki, bu dinlər ilahi mənşəli dinlər
olduğundan bənzərliyin olması da normaldır.
Çünki bu dinlərin qaynağı vəhydir.
Fəxrəddin ər-Raziyə görə axirət
mövzusunun əqli və nəqli olmaq üzrə iki
yönü vardır. Bədənin və bizi əhatə edən
kainatın  fani olduğunu, öldükdən sonra
təkrar dirilməyin də imkan daxilində
olduğunu qəbul etmək mövzunun əqli
yönünü təşkil edir. Qiyamətin necə qopacağı
və axirət həyatının necə başlayacağı məsələsi
isə mövzunun nəqli tərəfini bildirir.
İlk dövrlərdən başlayaraq filosoflar da es-
xatologiya ilə məşğul olmuşlar. Onların bu
mövzu ilə məşğul olmaları dini inanclarından
deyil, yaradılış fəlsəfəsi, əxlaq anlayışı və
ruhun ölməzliyi problemindən irəli gəlir.
Axirət və digər metafizik problemlər beş
duyğu orqanı və pozitiv elmlərlə dərk
edilməz. Ona görə də pozitiv elm adına dəqiq
bir şey söyləmək absurd olardı. Axirət inanc
məsələsi olduğu üçün ancaq ona inanmağı
tələb edir.
Quran digər müqəddəs kitablarla müqay-
isədə axirət əqidəsini olduqca çox təlqin et-
məkdədir. Bununla birlikdə İslamiyyət dünya
həyatından da əl çəkməyi tövsiyə et-
məmişdir. Dünya başlanğıc, axirət son
olduğuna görə ikisi arasında tarazlıq qurmaq
İslamda xoş qarşılanır. İnsan axirətə hazırla-
narkən dünya nemətlərindən də faydalan-
mağı unutmamalıdır. Önəmli olan dünya
həyatının  cazibəsindən  ayrıla bilib, axirət
səadətini əldən verməməkdir. Çünki “Dünya
həyatı axirətə nisbətən keçici və az fay-
dalanılan yerdir”. Axirət həyatına gəlincə isə
əsl həyat, səadət və rahatlıq oradadır.
Rəvayətlərə görə qiyamət Allahın dörd
böyük  mələklərindən biri  İsrafil iki dəfə
“suru” üflədikdən sonra başlayacaqdır
(Quran, 39: 68). Birinci dəfə üfürdükdən
sonra bütün kainatdakı varlıqlar məhv ola-
caqdır. Allah göyü (Quran, 21: 104), ulduz-
ları (Quran, 77: 8), dənizləri (Quran, 82: 3)
də məhv edəcəkdir Bundan sonra dünya
yenidən yaradılacaq (Quran, 18: 47; 14: 48)
və yer üzü yenidən ovuc içi kimi hər yer
görüləcək qədər düz olacaqdır. İsrafil ikinci
dəfə suru üflədikdə isə bütün insanlar dirilib
(Quran, 36: 51-52), bir yerə toplanacaqlar.
Buna isə dini ədəbiyyatda “həşr” (toplantı
yeri) deyilir. Bundan sonra Allahın ədalət
məhkəməsı başlayacaq, (Quran, 36: 53, 54)
orada hakim Allah olacaqdır (Quran, 1: 4).
Məhəmməd peyğəmbər bütün müsəlmanlar
üçün Allahdan şəfaət diləyəcək, sonda
müsəlmanlar cənnətə, kafirlər isə cəhənnəmə
girəcəklər.
İlahiyyatçılara görə, Allahdan başqa heç
kim Qiyamət gününün nə zaman qopacağını
bilmir. Ancaq, rəvayətlərdə qiyamətin yaxın-
laşmasının əlamətləri haqqında məlumat
vardır. Bunlardan bəziləri Yəcuc və Məcucun
hücumu; İsa və Mehdinin zühuru; Dəccalın
peyda olmasıdır.
Axirət hər bir insan üçün ölümdən sonra
başlayır. Rəvayətlərə görə dünyasını dəyişən
hər bir insan üçün öncə qəbir əzabı vardır.
13
AXİRƏT


Daha sonra insanın ruhu “bərzəx” adlanan
bir yerdə qiyaməti gözləyəcəkdir. İnsan bu-
rada dünya həyatında etdikləri yaxşı və ya
pis əməllərə görə cavab verəcəkdir.
Axirət Quran və hədislərdə geniş işıq-
landırılmışdır. İslam mənbələrində bu
məqamlar haqqında çoxlu əsərlər
yazılmışdır. Ancaq buna baxmayaraq, axirət
ilə əlaqədar hadisələri insan düşüncəsi ilə
dərk etmək olduqca çətindir.
AİŞƏ BİNT ƏBU BƏKR (56/676-cı
ildə vəfat etmişdir) – Məhəmməd peyğəm-
bərin həyat yoldaşlarından biri, Əbu Bəkr
Siddiqin qızıdır. Təxminən miladi 612-ci ildə
Məkkədə doğulmuş, kiçik yaşlarından müsəl-
man olmuşdur. Rəvayətlərə görə, Məhəm-
məd peyğəmbərlə 620-ci ildə Məkkədə
evlənmiş, ər evinə isə iki ildən sonra
köçmüşdür. O zaman onun 9 və ya 10 yaşı
olmuşdur. Ancaq, bu hadisə barəsində başqa
rəvayətlər də mövcuddur. İbn Hişamın eləcə
də, digər tarixçilərin yazdıqlarına görə, Aişə
ilk İslamı qəbul edənlərdən biridir. Buna görə
də, onların izdivacı reallaşanda onun 15
yaşının olduğu qeyd edilir. Bununla belə,
müxtəlif tarixçi və tədqiqatçılara görə,
peyğəmbərdən əvvəl Cubeyr ibn Mutim
Aişəyə elçi göndərmişdir. Buna görə də, tar-
ixi hadisələrdən hərəkətlə deyə bilərik ki,
peyğəmbərlə evləndiyi vaxt onun 17 yaşının
olması ehtimal da vardır. Ayrıca, yaşının
daha çox olduğu haqqında da ehtimallar
güman edilir. Bu evlilik, erkən müsəlman
cəmiyyətində hörmət sahibi olan Əbu Bəkr
Siddiqlə Məhəmməd peyğəmbərin dostluq
bağlarını daha da gücləndirmişdir. Rə-
vayətlərə görə, peyğəmbər Aişəni çox
sevmişdir. Hicrətdən sonrakı dövrlərdə, Aişə
müxtəlif döyüşlərdə iştirak edərək yaralı
müsəlman döyüşçülərə tibbi yardım göstər-
mişdir. Rəvayətlərdə onun həyatında
xoşagəlməyən bir hadisənin baş verdiyi
haqqında məlumat verilir. Bəni Müstəliq qə-
biləsinə qarşı yürüş zamanı o, müəyyən
səbəblərdən karvandan uzaq düşmüş, Səfvan
adlı bir müsəlman isə onu Məhəmməd
peyğəmbərin yanına gətirmişdir. Müsəlman-
ların arasında olan münafiqlər (I) Aişə
haqqında yalan və böhtanlar yaymağa
başlamışdırlar. Onlar müsəlmanlar arasında
onun namusunun kirləndiyi haqqında şay-
iələr yayaraq, orada müsəlmanlar arasında
nifaq salmağa çalışmışdırlar. Buna görə o,
çox üzülmüş, Mədinəyə qayıdandan sonra
xəstələnmişdir. Hətta, bir ay atasının evində
qalmışdır. Nəhayət, Məhəmməd peyğəmbərə
Allahdan Aişənin günahsız olduğunu sübut
edən ayə (Quran, 24: 1-10) nazil olmuş,
bununla da problem ortadan qalxmışdır. 
Məhəmməd peyğəmbər həyatının son
günlərini Aişənin evində keçirmiş və onun
yanında dünyasını dəyişmişdir. Onun və-
fatından bir qədər sonra, Aişənin həyatında
daha bir önəmli hadisə baş vermişdir. Xi-
lafətdə daxili çəkişmələr gedən zaman o,
Cəməl döyüşündə xəlifə Əlinin qoşununa
qarşı vuruşanların sırasında yer almışdır.
Ancaq, bu döyüşü qazanan xəlifə Əli ona
böyük hörmət və izzət bəsləyərək Mədinəyə
yola salmışdır. 
Aişə bacarıqlı və bilikli qadın olmuşdur.
Onun yaxşı yaddaşı olduğundan, çoxlu
hədislər rəvayət etmişdir. O, müsəlman
hüquq elminin yaradıcılarından biri hesab
edilir. Ayrıca, Aişə tibb və ədəbiyyat
sahəsində də bacarığa sahib olmuşdur. Aişə,
Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti
dövründə Mədinədə dünyasını dəyişmişdir. 
ALLAH –  yaradıcı və idarəedici xü-
susiyyətə malik olan mütləq varlıqdır.
Ondan başqa heç bir varlığın bu kimi mütləq
xüsusiyyətləri yoxdur. Allahın olması dünya
üçün  vacib, yoxluğu isə imkansızdır. O,
yetkin bir varlıqdır. İslam ilahiyyatına görə
Allah bütün kainatın yaradıcısı və sahibidir.
O, bütün yüksək xüsusiyyətləri özündə
14
AİŞƏ BİNT ƏBU BƏKR 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə