Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   2   3   4   5   6   7   8   9   10   ...   142

ehtiva edən adlara sahib olan bənzərsiz var-
lıqdır. “Allah” sözü müəyyənlik bildirən
“Əl” və “İlah” (Tanrı) sözünün bir-
ləşməsindən yaranmış, mənası isə “Ona
ibadət etmək üçün layiqli olan” varlıq
deməkdir.
Allah sözünü hələ qədim samilər (müasir
ərəb və yəhudilərin əcdadları) istifadə et-
mişdirlər. Onlar tanrını Eloh (Eloah) ad-
landırmışlar. Bu söz Əhdi-Ətiqin “Yaradılış”
kitabında da vardır və orada bu ad Tanrının
adlarından biri kimi istifadə edilir. 
Allah hər şeydən əvvəl mövcud olan,
eləcə də sonsuzdur (əbədi və əzəlidir). Onu
insan düşüncəsi ilə dərk etmək mümkün dey-
ildir. Bununla belə, Onun ayrı-ayrı özəllik-
lərini insan düşüncəsi qavraya bilər.
Məsələn, Allahın varlığı, mükəmməl olması
kimi xüsusiyyətlərini dərk etmək
mümkündür.
Quranda (45: 3-5) bu dünya haqqında
düşünməyə çağırışlar vardır. Bütün dövrlərdə
insanlar dünyanın yaradıcısı haqqında düşün-
müşdürlər. Məsələn, mütəfəkkirlər dünyanın
və insanın yaranması, insanın dünyadakı yeri
haqqında çox saylı məsələləri cavablandır-
mağa çalışmışlar. Hələ qədim dövrün
mütəfəkkirləri bir olan Yaradanın olduğunu
etiraf edərək, Onu bir şəxs kimi deyil, sonsuz
varlıq kimi təsəvvür edirdilər.
Quranda (10: 22-23, 39: 3) deyilir ki, bir
çox insanlar bir olan Yaradıcının varlığını
qəbul edirlər. Ancaq bununla belə, yalançı
tanrılara da tapınırlar. Tanrının varlığını in-
sanlar öz düşüncələri ilə dərk edə bilərlər.
Buna misal olaraq İbrahim  peyğəmbəri
göstərə bilərik, hansı ki, Quranda bu haqda
məlumat verilir (6: 76-79). 
Bununla belə, İslam mənbələrinə görə Al-
lahın varlığı və Onun haqqında biliklərin
əldə edilməsi, təkcə düşüncənin və
təcrübənin məhsulu ola bilməz. Allah qədim
zamanlarda, yer üzərindəki bütün millətlərə
təktanrıçılıq inancını yayan, Onun sifətləri
haqqında doğru məlumatlar verən peyğəm-
bərləri göndərmişdir. Onlar bu məlumatları
vəhy yolu ilə əldə etmişlər.
İslam ilahiyyatçılarına görə, Allah insan
əqli ilə tam dərk edilə bilməz. O, hər şeyin
tək yaradıcısıdır. Ondan başqa heç bir tanrı
yoxdur. Allah bütün varlıqları yoxdan var
edən və idarə edəndir. Dünyada mövcud
fenomenlər və varlıqlar arasında qırılmaz
bağlantı və ahəng vardır. O, dünyanın bütün
hadisə və proseslərini idarə edir. Allah var-
lığın bütün formalarının yaradıcısı və həy-
atvericisidir. Eyniliklə O, bütün yaratdığı
varlıqları ölümlü və sonlu xəlq etmişdir. 
Dünyada hər bir şey Allahın istəyi ilə baş
verir. Yalnız, Onun mütləq istəyi ilə hər şey
var və ya yox olur. Heç bir şey Onun
gözündən əsla yayına bilməz. Allah insanın
anlamadığı bir tərzdə, hər şeyi bilir və eşidir,
heç bir şey Ondan gizli qala bilməz. O, bütün
varlığın bir olan sahibidir. Allahdan başqa
tanrının olmadığına görə, ibadət yalnız Ona
edilməlidir. 
Allah yalançı tanrılara tapınmağı
yasaqlamışdır. Ona ibadət etmək isə insanı
ucaldır, müxtəlif mifik varlıqlara, təbiət
qüvvələrinə və insanlara boyun əyməkdən və
onların köləsinə çevrilməkdən qoruyur. Büt-
pərəstlik, eləcə də digər batil inanclar Allah
dərgahında ən ağır və bağışlanmaz günahlar-
dan hesab olunur. Bununla belə O, qarşısında
tövbə etmiş hər insanı da bağışlayandır. 
İslam mütəfəkkirlərinə görə Allahın
mahiyyətini insan düşüncəsi və ya duyğuları
ilə anlamaq mümkün deyildir, hətta buna
cəhd etmək belə yanlışdır. Beləliklə insan,
Allahın mahiyyətini bənzəri olmadığına görə
təsəvvür edə bilməz (Quran, 112: 1-5). İnsan
öz duyğu orqanları ilə yalnız maddi aləmi
dərk edə bilər. İnsan yalnız Allahın özü
haqqında bildirdiyini bilə bilər. Bu isə Onun
peyğəmbərləri vasitəsi ilə mümkündür. 
İslam ənənəsində Allahın müəyyən adları
vardır ki, bunlar da Allahın zati-sifətlərinin
15
ALLAH


dərk olunmasında xüsusi əhəmiyyətə ma-
likdir. Bu adlar yalnız Allaha aid adlardır. Bu
adların Allahdan başqasına verilməsi və ya
bənzədilməsi yolverilməzdir. Hədislərə görə,
Allahın 99 adı (Əsmaül-Hüsnə) vardır. Al-
lahın Quran və hədislərdə qeyd edilməyən
adları da mövcuddur. 
ALLEQORİYA –  mənaları aydın ol-
mayan Quran ayələrinin və hədislərin fərqli
obrazlarla açılması və ya izah olunmasıdır.
Bu izahlar Məhəmməd peyğəmbərin, onun
əhli-beyti və səhabələrinin dediklərinə zidd
olmamalıdır. Ənənəvi İslamda izah buna
uyğun olarsa, qəbul oluna bilər. Bu şərtə
uyğun olmayan alleqoriyalar təfsirçinin öz
düşüncəsi hesab edilərək, dəlil kimi qəbul
edilmir. Bundan başqa, Məhəmməd peyğəm-
bərin hədislərinə görə belə alleqoriyalar
təriqətçiliyə və dində olmayan bidət
inancların ortaya çıxmasına səbəb ola bilər.
Buna görə də, müsəlmanların əksəriyyəti
alleqoriyalara ehtiyatla yanaşırlar. 
İslam alimlərinin çoxu Quran ayələri 
hədislərdən hərəkətlə hökmlər çıxarırlar.
Alleqoriyaları isə müstəsna durumlarda,
ehtiyac olanda istifadə edirlər. Ancaq, bəzi
müsəlmanlar Quran ayələrinin açıq, eləcə də
gizli mənalarının olduğunu qeyd edərək, on-
larda alleqoriyaların olduğunu iddia etmişlər.
Məsələn, alleqoriyalarla ayə və hədislərdə
olan cənnət və cəhənnəmin izahını vermək
mümkündür. Çünki, bunları insan düşüncəsi
qavraya bilmir. Üstəlik belə ayələrin gerçək
mənada başa düşülməsi, əqidədə təhriflərə
yol aça bilər. Buna görə də, ehtiyac halında, bu
kimi ayələri alleqorik izahlarla izah etməyə
cəhd edirlər. Onlar bunu edərkən, onların doğru
mənasının yalnız Allaha dərgahında bilindiyini
qeyd edirlər (Quran, 3: 7). 
ANTAKİYA – qədim dövrdə Antioxiya
adlanan bir şəhərdir. Şəhər Mons Silpius
dağının ətəyində, Kasius Mons (Kuşeyr
Akra) dağ silsiləsinin şimal yamacında, Asi
çayı vadisinin kənarında, Aralıq dənizinin 22
kilometrliyində, indiki Türkiyə ərazisində
yerləşir. Ərəblər Silpius dağının adını Həbib
ən-Nəccar adlandırmışlar. Həmin dağ indiyə
kimi onların ibadət yeridir. Antakiyanın əsası
eramızdan 3000 il əvvəl iki tərk edilmiş
qədim Roma koloniyasının yerində impera-
tor Selevkius (311 – 281) tərəfindən qoyul-
muşdur.
ARİF  –  irfani elmlərə sahib insandır.
Bununla belə, ariflər də yanlışlıqlara yol verə
bilərlər. Çünki, yalnız peyğəmbərlər yanlış
və  günah əməllər işləməzlər. Ariflərin bu-
raxdığı səhvlər, müctəhidin hüquqi problemi
həll edəndə buraxdığı səhvlərə bənzərdir.
Arif insanlar dərin imanları və müdriklikləri
ilə digər insanlardan seçilərlər. Onlar həyat-
larını ibadət etməklər keçirir, hər hansı bir
problemin həllində öz müdrikliklərindən is-
tifadə edərək çıxış yolu taparlar. Arif insanlar
Allah dostlarıdırlar. 
ARİYƏ – yardımlaşma və ya bir şeyin
müvəqqəti olaraq istifadə edilməsi üçün
ödənişsiz olaraq başqa adama verilməsidir.
İslamın ilk dövrlərində yardımlaşma müsəl-
manlar üçün vacib bir məsələ idi, ancaq son-
ralar bu ənənə ortadan qaldırılmışdır. İslam
mənbələri (Quran 5: 2) ariyəni əhəmiyyətini
vurğulamışdır. Ariyə ictimai münasibətlərdə
əhəmiyyətli bir vasitə hesab edilir. Rə-
vayətlərə görə, Məhəmməd peyğəmbər 
onun səhabələri müəyyən insanlardan müx-
təlif şeyləri ödənişsiz istifadə etmək üçün
alırdılar. Bəzi hüquq məktəblərində ariyənin
əsas  şərtlərindən biri kimi həm əşyanın
sahibinin, həm də onu alanın buna razı ol-
masını qeyd edirlər. 
AS İBN VAİL –  Məkkənin varlı
adamlarından biri olmuşdur. Məhəmməd
peyğəmbərə və ilk müsəlmanlara qarşı
16
ALLEQORİYA


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə