Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   4   5   6   7   8   9   10   11   ...   142

düşmən mövqe tutan bir şəxsdir. Müsəlman
tarixçilərinə görə o, Məhəmməd peyğəmbəri
aşağılamaq məqsədi ilə oğul övladının olma-
masına görə, “arxası kəsik” və ya “nəsli
kəsilmiş” kimi ifadələr istifadə edirdi. Bu
səbəbdən də Kövsər (108) surəsi nazil olmuş-
dur. 
ASƏF İBN BƏRXİYƏ –  rəvayətlərə
görə Süleyman peyğəmbərin vəziri olmuş-
dur. O, çox imanlı bir şəxs kimi tanınır. Sü-
leyman peyğəmbər Səba kraliçasının taxtını
onun yanına gətirtmək əmrini verdikdə, öncə
İfrit adlı bir cin onu gətirmək istəmişdir.
Ancaq sonra, Asəf ibn Bərxiyə Süleymanı
inandırdı ki, o bu işi daha yaxşı yerinə ye-
tirəcəkdir. O, taxtı bir göz qırpımında
gətirəcəyini vəd vermiş və verdiyi vədi də
həyata keçirmişdir. Bu hadisə Quranda (27:
40) anılmaqdadır.
ASİYA BİNT MƏZAHİM –  Musa
peyğəmbərin dövründə yaşamış Fironun
həyat yoldaşı olmuşdur (Quran, 66: 11).
Firona bir oğlan uşağının doğulacağı və
həmin uşağın onun krallığına son qoyacağı
xəbərini vermişlər. Buna görə də o, həmin  il
doğulan  bütün oğlan uşaqlarının öldürülməsi
əmrini vermişdir. Musanın anası  isə oğlunu
ölümdən qurtarmaq üçün onu bir zənbilə
qoyub Nil çayına buraxmışdır. Suyun axarı
zənbili Fironun sarayının önünə tərəf
aparmış və sandığı görən kölələr onu sudan
çıxarıb saraya gətirmişdirlər. Orada Asiya
uşağı oğulluğa götürmüş və ölümdən qur-
tararaq boya-başa çatdırmışdır. Musa ona
peyğəmbərlik verilənə qədər, Misirdən uza-
qlaşmış və peyğəmbərlik verildikdən sonra
isə Fironun yanına gəlib, onu və yanın-
dakıları tək olan Allaha inanmağa dəvət et-
mişdir. Ancaq, özünü tanrı hesab edən Firon
bu çağırışı rədd, bəzi saray xadimləri isə Mu-
sanın möcüzələrini görüb, Allaha inam et-
mişdirlər. Buna görə də, Firon onları edam
etdirmişdir. Onlardan biri də, Asiya olmuş-
dur. Firon ona işgəncələr verərək edam et-
dirmiş, Allah isə onu Quranda cənnətlə
müjdələmişdir.                                                                                        
.                                            
AŞURA – bax: MƏHƏRRƏM.
ATA –  müxtəlif yerləri gəzib-dolaşan
türk sufi dərvişidir. Onlar xalq arasında
gəzib-dolaşaraq onlara öz məsləhətləri ilə
yardımçı olurlar. İslamın  türk xalqları
arasında yayılmasında bu şəxslərin böyük
rolu olmuşdur. Onların müdrik kəlamları indi
də atasözləri kimi şifahi xalq yaradıcılığında
yaşamaqdadır. Bu insanlar xalq arasında
böyük hörmət və izzətə sahib olmuşlar. Onlar
yüksək əxlaqları və örnək davranışları ilə
seçilirdilər. 
AYƏLƏR – sözünün etimoloji mənası
nişanə, işarə, ilahi hikmətin sərgilənməsi
deməkdir. Quran surələrindəki cümlələr də
ayə adlanır. Bu sözlə həm Allahın vəhylərini,
həm də Allahın yaratdığı müxtəlif təbiət
hadisələrini ifadə edirlər. Quran hər bir kəsi
bu hadisələrin mahiyyəti və onları yaradan
səbəblər haqqında düşünməyə çağırır. Heç
bir şeyin səbəbsiz yarana bilmədiyinə görə,
təbiətdə baş verən obyektiv hadisələr Allahın
varlığını sübut edir. İslam ənənəsində
peyğəmbərlərə endirilmiş bütün vəhylər də
ayələrdən ibarətdir. Quran ayələri mənalarına
görə  möhkəm və mütəşabih kimi bir neçə
kateqoriyalara bölünürlər. Quranda ayələrin
dəqiq sayı haqqında alimlər arasında fikir
ayrılığı vardır. Onlardan bəziləri orada 6600,
digərləri isə 6204, 6214, 6219, 6225 və 6236
ayənin olduğunu qeyd edirlər. 
Fərqli olan bu rəqəmlər müxtəlif səbəblər
üzündən ortaya çıxmışdır. Misal üçün, Quran
surələrinin bütünü (“Tövbə” surəsindən
başqa) “Mərhəmətli və mehriban Allahın adı
ilə” sözləri ilə başlayır. O ifadənin ayə hesab
edilməsi haqqında müxtəlif fikirlər vardır.
17
AYƏLƏR 


Eyni zamanda, Quranın bəzi surələri Hurufi-
Müqəttəə adlanan hərf və ya hərf birləşmələri
ilə başlanır. Bu baxımdan da, onların ayə
olub-olmamağı haqqında fərqli fikirlər
mövcuddur. Buna görə, Quranın bəzi nəşr-
lərində ayə sayı bir-birindən fərqli ardıcıl-
lıqla verilir. 
AYƏTİ-KÜRSİ
– 
“Bəqərə” (2)
surəsinin 255-ci ayəsidir. Bu sözlər orada
Allahın yer və göyləri əhatə edən kürsüsü an-
lamında işlədilir. İslam tarixində bu sözü
hərfi mənada başa düşənlər olsa da, alimlərin
çoxu ona alleqorik anlam verirlər. Onlar
hesab edirlər ki, bu sözlərlə Allahın elmi,
gücü və hakimiyyəti ifadə edilir. 
AYƏTULLAH  –  hüquqi məsələlər
ətrafında müstəqil şəkildə fətva verə bilən
şiə ilahiyyatçısıdır. Sözün etimoloji mə-
nasına gəldikdə isə “Allahın ayəsi” deməkdir.
Bu termin hicri XIII (miladi XIX) əsrin orta-
larında formalaşmış, sonra şiələr arasında
geniş vüsət tapmışdır. Günümüzdə İranda,
Livanda və İraqda çoxlu ayətullahlar
fəaliyyət göstərirlər. 
AYİN – ibadətlərin camaatla və ya fərdi
şəkildə yerinə yetirilməsidir. Sufilikdə Al-
lahın zikr edilməsi də ayin hesab edilir. Ayin-
lərin müxtəlif formaları mövcuddur.
Ümumiyyətlə, ayin sözü dini mahiyyət daşı-
nam bütün fəaliyyətlərə şamil edilir. Yəni,
metafizik məna daşıyan bütün fəaliyyət
növlərini ayin hesab etmək mümkündür. 
AZAN – namaz qılmaq və başqa dini-ic-
timai işləri görmək üçün yüksək yerlərdən
(əsasən minarələrdən) xalqa edilən səsli
çağırışdır.
Daha çox namaz
vaxtının
girdiyini bildirmək üçün səsləndirilir. Bunu
müəzzinlər yerinə yetirilər. Namazın qılın-
masından əvvəl, azanın oxunması hər bir
müsəlman üçün savabdır. Azan gözəl səslə,
tələsmədən oxunmalı, ancaq musiqiyə
çevrilməməlidir. Azan verilərkən müsəlman-
lar onu dinləməlidirlər. Rəvayətlərə görə,
Allah tərəfindən namazın qılınması müsəl-
manlara Məhəmmədin peyğəmbərliyinin 9-
cu ilində Məkkədə əmr edilmişdir. Bundan
əvvəl isə müsəlmanların namaza çağırış for-
ması olmamışdır. Onlar təqib dövrlərində na-
mazlara azansız yığışırdılar. 
İslam  Mədinədə surətlə yayıldıqdan
sonra, vahid azan formasının olmasına
ehtiyac hiss olunmuş, bu məqsədlə Məhəm-
məd peyğəmbər səhabələri ilə məs-
ləhətləşmişdir. Onlardan bəziləri zəng və ya
nəfəs alətlərinin çalınmasını, digərləri isə
tonqalların qalanması təklifini irəli sür-
müşdürlər. Ancaq peyğəmbər, bunları xris-
tianların, yəhudilərin və zərdüştilərin adətləri
olduğuna görə bəyənməmişdir. 
Rəvayətlərə görə, peyğəmbərin
səhabələrindən biri olan Abdullah ibn Zeyd
elə o gecə yuxusunda yaşıl geyimə bürünmüş
bir şəxsin (ehtimallara görə o, Cəbrayıl ol-
muşdur) ona yaxınlaşıb, azan qaydalarını
öyrətdiyini gördü. Abdullah yuxusunu
Məhəmməd peyğəmbərə danışmış, o da bunu
bəyənmiş və beləliklə də, azan forması təsbit
olunmuşdur. İslamın ilk müəzzini Bilaldır.
Bundan sonra azan bütün müsəlmanlar
arasında geniş yayılmışdır. 
AZƏR  –  Quranda (6: 74) İbrahim
peyğəmbərin atası kimi qeyd edilən şəxsdir.
Rəvayətlərə görə, o bütpərəst olub, bütlərin
düzəldilməsi və satışı ilə məşğul olmuşdur.
Ancaq, bir çox tanınmış İslam təfsirçiləri
Azərin İbrahimin doğma atası olmadığını da
iddia etmişdirlər. Onların dediklərinə görə
onun doğma atası Tarux adlı mömin bir insan
olmuşdur. Təfsirçilər Taruxun İbrahim
peyğəmbərin yetkinlik yaşına çatmamış vəfat
etdiyini qeyd edirlər.  
18
AYƏTİ-KÜRSİ


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə