Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə1/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
  1   2   3   4   5   6   7   8   9   ...   159




Unudulmaz valideynlərimin əziz xatirəsinə 

ithaf etdiyim bu romanla görəsən onlara olan  

övladlıq borcumun bir qismini 

ödəyə biləcəyəmmi?..


Hüseynbala Mirələmov 

«Sonuncu fateh» 

(Trilogiya)

Redaktor: 

Mehman Abdullayev 

Bakı Dövlət Universitetinin

“Azərbaycan tarixi” kafedrasının müdiri, dosent

Rəssamlar: 

Xalq rəssamı Arif Hüseynov, 

Yavər Əsədov

 

Чаьдаш  Азярбайъан  ядябиййатынын  танынмыш  нцмайяндяси,  йазычы-



дра  матург  Щцсейнбала  Мирялямовун  гялямя  алдыьы  бу  тарихи roman 

XVIII  яsrdя  d

ünyanın  яn görkяmli sяrkяrdяlяrindяn biri, Орта  Шяргин  vя 

Asiyan


ın sonuncu fatehi sayılan,  тцрк  ъащанэири Nadir шah  Яфшара  щяср 

олунуб. Ясярин мязмуну иля таныш олдугда айдын олур ки,  Македонийалы 

Исэяндяр, Чинэиз Хан, Ямир Теймур, Шащ Исмайыл Хятаи кими дцнйа шющ-

рятли  щюкмдарларла  бир  сырада  дайанан, 

öz qılıncıyla möhtяşяm Яfşar  im   -

peratorlu

ğu qurmuş  Nadir  şahın hяrbi fяaliyyяtini, qяtiyyяti vя fa ciя vi 

son luqla  bitяn hяyat

ını  oxucuların gözlяri  önündя canlandırmaq  цчцн 

мцял лиф bu tarixi 

şяxsiyyяt  щаггында  mövcud olan бир  чох qiymяtli tяd-

qi qat  яsяrlяrinя  vя  sяnяdli  гайнаглара  мцраъият  едиб. Bu tarixi faktlar 

яsas

ında müяllif  яsяrdя bir-birindяn maraqlı  döyüş  sяhnяlяri, dolğun xa-



rakterlяr ya ratma

ğa vя bяdii-fяlsяfi ümumilяşdirmяlяr aparmağa nail olub

.

© H.Mirələmov, 2012




5

ÖN SÖZ

Tarixi romanın imkanları

Dövlət müstəqilliyinə  əbədilik qovuşmuş Azər-

bay can  Respublikası bu gün özünün intibah döv rünü 

yaşayır və həyatın bütün sahələrində tarixi mizin heç 

bir mərhələsində görünməmiş yeni, bir-birindən vacib

əlamətdar uğurlara imza atır. Belə bir vaxtda millət öz 

yaradıcı ziyalılarının gözləri ilə bir növ arxaya boyla-

nır, xalq taleyinin yaxın-uzaq keç mişinə müraciət edib 

mühüm hadisələri, ötən əsrlərin görkəmli dövlət, elm, 

ədəbiyyat, incəsənət xadimlərinin həyat və fəaliyyətini 

yaşadığımız çağın intibah işığında yenidən araşdırır 

və qiymətləndirir. Bu, çox təbii və yüksək dərəcədə 

zəruri bir prosesdir. Attilladan üzü bəri ən görkəmli 

türk böyüklərinə həsr edilmiş elmi və bədii əsərlərin 

son illərdə bir sıra maraqlı nümunələrinin meydana 

gəlməsi xalqın özünün mənəvi istəklərindən doğdu-

ğu üçün məqbul, maraqlı və arzuedilən bir əlamətdir. 

Görkəmli  ədibimiz Hüseynbala Mirələmovun «So-

nuncu fateh» romanı da bu mənəvi tələbatdan doğan 

qiymətli əsərlərdən biridir.

* * *

Oxucular yaxşı bilirlər ki, H.Mirələmov keçən 



əsrin sonlarının və yaşadığımız  əsrin ilk onilliyinin 


6

S O N U N C U   FAT E H

çox populyar müəlliflərindən biridir. Onun bir sıra 

hekayələri, Bakı teatrlarında uğurlu səhnə  həyatı 

ya şayan pyesləri, «Xəcalət», «Cəza» povestləri, «Gə-

lin lik  paltarı», «Dağlardan atılan güllə» («Yanan 

qar») romanları, Bakıda və Moskvada nəşr olunmuş 

«Heydər  Əliyev», «İlham  Əliyev», «Zərifə  Əliyeva» 

kitabları hazırda ədəbi prosesin ən çox mütaliə edilən 

nümunələri sırasındadır.

Bu son üç qiymətli kitabı  ədibin heydərnaməsi 

ad landıran fəal ədəbiyyat tənqidçimiz, professor Ni-

zaməddin  Şəmsizadə tamamilə haqlıdır. Mən inanı-

ram ki, xalqın yeni-yeni nəsilləri bu əsərlərə zaman-

zaman, dönə-dönə müraciət edəcək, Azərbaycanı 

dövrümüzün millətlər yarışında ön sıralara çıxarmış 

Əliyevlərin ömür salnaməsini həmişə sevə-sevə oxu-

yacaqlar.

«Sonuncu fateh» ədibin ilk tarixi romanıdır.

Ümumiyyətlə, tarixi mövzuda əsər yazmağın, 

özəlliklə  də  məlum mövzularda sanballı tarixi ro-

man meydana qoymağın özünə görə çox ciddi yara-

dıcılıq məsuliyyəti var. Yazıçı  bədii təşrihini verdiyi 

dövrün mühüm ictimai-siyasi hadisələrini, adət-

ənənələrini, bu adət və ənənələrin daşıyıcısı olan in-

san ları, onların psixologiyasını, konkret zaman kə-

si yində  həmvətənlərinin həyat və dolanışıq tərzini, 

geydikləri  əlbisəni, işlətdikləri alətləri, vətənin, yur-

dun müdafiəsinə gedəndə qurşandıqları silahları, bir-

biri ilə ünsiyyətdə danışdıqları dilin xüsusiyyətlərini, 

ən vacib söz və ifadələrin işlədilməsi tezliyini, xalqın 

folklorunu, musiqisini və s. və i.a. yaxşı öyrənməli, 




7

N A D İ R   Ş A H   Ə F Ş A R

bütün bunlardan da əsərində yaradıcılıq yolu ilə 

faydalanaraq təsvir etdiyi dövrlə bu günün oxucusu 

arasında zaman səddini aradan qaldırmağı bacar-

malıdır. H.Mirələmov həmin vəzifənin öhdəsindən 

müvəffəqiyyətlə  gələrək, bundan əvvəlki cümlədə 

işlətdiyimiz bütün mətləblərin məcmusunu özünün 

əsas fikri – bədii məqsədinə yönəldə bilmişdir.

Sovetlər dövründə tarixi hadisələrə və tarixi sima-

lara münasibətdə bir çox hallarda «icazə məqamları» 

özünü göstərirdi. Xüsusən görkəmli din xadimləri, 

dövlət başçıları və sərkərdələr ya ümumiyyətlə gün-

dəmə gətirilmir, ya sosializm ideologiyasının tələbləri 

baxımından kəskin tənqid və ifşa olunurdular. «Xa la, 

xətrin qalmasın» deyimində olduğu kimi, bəzi xa-

dimlərin qiymətləndirilməsində müəyyən qayçıla-

malara da yol verilir, onların fəaliyyətindəki bir sıra 

çox mühüm cəhətlərin üstündən sükutla keçilirdi. Bu 

axırıncılardan biri məşhur dövlət xadimi və sərkərdə 

Nadir şahdır (1688-1747). Məsələn, 1980-ci ildə Mos-

kvada nəşr olunmuş  həcmcə çox sanballı (1600 

səhifəlik) «Sovetskiy Ensiklopediçeskiy slovar»da Na-

dir şah haqqında bir kəlmə söz yoxdur. «Azərbaycan 

Sovet Ensiklopediyası»nın bu mövzuya həsr olun-

muş  məqaləsində isə onun Əfşarlardan olduğu, Xo-

rasanın Dərəgöz qəsəbəsində doğulduğu göstərilir, 

tərcümeyi-halından bəzi faktlar sadalandıqdan sonra 

deyilir: Nadir şahın vaxtında Azərbaycan  ərazisi də 

İran dövlətinin tərkibində idi. Müharibələrin xərc-

lə rini  ödəmək üçün qəddar iqtisadi siyasət yeritmiş, 

vergilərin miqdarını müntəzəm olaraq artırmış, bu-




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə