Şoran torpaqlar və onların şorlaşma səbəbləri



Yüklə 13,38 Kb.
tarix21.10.2017
ölçüsü13,38 Kb.


Şoran torpaqlar və onların şorlaşma səbəbləri

Tərkibində duzların miqdarı mədəni bitkilərin inkişafı və böyüməsi üçün zərərli təsir göstərəcək həddədirsə, belə torpaqlar şoran torpaqlar adlanır.

Şorlaşmış torpaqları ilk dəfə 1882-ci ildə A.Middendrof, sonra V.Dokuçayev, P.Zemyatçenski və K.Qlinka (1890) öyrənmişlər. Məhz, Q.N.Vısotski birinci olaraq, torpaq profilində duzların toplanmasına görə şorlaşmış torpaqların bölgüsünü verməyə çalışmışdır (1900). O, şorlaşmış torpaqları səthə yığılmış duzlara əsasən səthi şoran, torpağın müəyyən dərinliyində toplanmış duzlara görə isə dərin şoran torpaqlar adlandırmışdır.

P.Kossoviç (1903) şorlaşmış torpaqları iki qrupa bölmüşdür;


a).Əsas şorakət torpaqları (indiki terminə görə şoran );

b).Tərkibində soda olan aşınma tipli şorakət torpaqlar;


Qeyd etmık lazımdır ki, K.Hedroytsun “Torpaqşünaslıq məsələlərində kolloid kimya” kitabının nəşrinə qədər (1912) torpaqşünaslar şorlaşmış torpaqları “şoran” və”şorakət” terminləri ilə deyil, ancaq, “şorakət” adlandırırdılar. İlk dəfə K.Hedroyts təcrübə əsasında şoran və şorakət torpaqlar arasında genetik əlaqə olduğunu müəyyən etmışdir. Sonralar bu fikiri K.Qlinka, N.Dümo və başqa torpaqşünaslar təsdiq etmışlər. N.Dümo bi az da irəli gedərək, şoran torpaqların morfoloji və kimyəvi xüsussiyyətləri ilə bərəbər onların meliotativ cəhətdən yaxşılaşdırılması yollarını (şorlaşmış torpaqların gipslənməsini,drenaj fonunda yuyulmasını və s.) göstərmışdir.
S.Türemnev 10 ldən artıq Muğan zonasında işləmış və K. Hedroytsun şoran torpaqlar yuyulandan sonra şorakətləşmə prosesinin əmələ gəlməsi haqda nəzəriyyəsinin düzgünlüyünü sübut etmişdir. Həmçinin o, torpaqdakı xlior duzlarının sulfat duzlarına nisbətən sürətlə hərəkət etdiyini də müşahidə etmişdir.

V.Vılyams şorlaşmış torpaqlarda duzların toplanması prosesində bioloji amillərin və birinci növbədə bitkilərin əsas rol oynadığını qeyd etmişdir (1935-1936). O, duzların kapilyarlarla yuxarı qalxaraq, şum qatında toplanmasını torpağın struktursuz olması ilə əlaqəlındirir, çünki struktursuz torpaq kapilyarlarla qrrunt sularını yuxarı qaldırır.

Ümumiyyətlə, bir sira alimlər və torpaqşünaslar şorlaşmış torpaqların öyrənilməsilə məşğul olmuş, həmin torpaqlrın meliorasiya eilməsi üsullarını, həmçinin bitkilərin şorluğa qarşı davamlılığının artırılması yollarını göstərmışlər.
Hansı rayonlarda buxarlanmanın ümumi həcmi yağıntıların ümumi həcmini üstələyirsə, həmin ərazilərdə torpaqlarda şorlaşma prosesi daha çox inkişaf etmış olur.

Aqroexniki tədbilərin kifayət qədər və vaxında aparılmaması, suvarma suyundan nizamsız istifadə edilməsi (suvarma normalarının düzgün müəyyən edlməməsi), suvarma şəbəkəsi kanallarından əmələ gələn suyun filtrasiyası, suvarma sistemlərinin pis istismar edilməsi və s. səbəblərdə suvarılan torpaqların şorlaşmsınasında əsas rol oynayır.




Torpaqların şorlaşmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər-aqrotexniki və meliorativ-istismar tədbirləri həyata keçirilir.



Aqrotexniki tədbirlər—kənd təsərrüfatı bitkilərinin suvarma rejiminə ciddi əməl etməli; torpağa orqanik gübrələrin verlməsini təmin etməli; su-hava və duz rejimlərini yaxşılaşdırmaq və buxarlanma itkilərini azaltmaq məqsədilə torpağın düzgün becərilmə sisteminin tətbiq edilməsi (dərin şumlama və s.); yerli şəraitə uyğun növbəli əkin sisteminin tətbiq edilməsi; yer səthinin düzəldilməsi və hamarlanması; qoruyucu meşə zolaqlarının salınması (torpağın üst qatindan buxarlanmanı azaldır, ağacların çox su təlabatı ilə qrunt sularının səviyyəsi aşağı düşür);
Meliorativ-istismar tədbirləri—suvarma texnikasının mütərəqqi üsulunun tətbiqi;suvarlan sahəyə suvarma normalarına ciddi əmıl etməklə artıq suların buraxılmaması; kanal və qurğuların vaxtında təmir edilməsi; sızma itkilərinə qarşı mübarizə aparmaq və sistemin faydalı iş əmsalını artırmaq; hidromodul qrafikinə əsaslanaraq, sistemin bütün kanallarına ciddi norma əsasında suyun verilməsini təmin etmək; şoran torpaqlaın yuyulması və qrunt sularının səviyyəsinin aşağı salmaq məqsədilə kollektor-drenaj şəbəkəsinin tikilməsı:
Ümumiyyətlə, suvarılan torpaqların şorlaşmasının qarşısını almaq məqsədilə şorlaşmanın səbəbləri öyrənilməli və onların miqyası müəyyənləşdirilməlidir.

.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə