Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında



Yüklə 236,03 Kb.
səhifə1/3
tarix26.03.2018
ölçüsü236,03 Kb.
#34281
növüQaydalar
  1   2   3

Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 21 sentyabr 2015-ci il



     № 311

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


 

 

Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri (bundan sonra - Mərkəz) tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin (bundan sonra - müavinət), ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra - təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir.



1.2. İşsizlik müavinətinin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları” ilə tənzimlənir.

1.3. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

1.4. Birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:



2.1.1. müavinət, təqaüd və kompensasiya üçün müraciət - müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün şəxs tərəfindən Mərkəzə ərizənin təqdim olunması;

2.1.2. yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qocalar və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri;

2.1.3. müavinət, təqaüd və kompensasiya işi - müavinət, təqaüd və kompensasiya üçün müraciət edən şəxsə müavinət, təqaüd və kompensasiya təyin olunması üçün zəruri sənədlərin toplusu;

2.1.4. hərəkətdən çıxarılan iş - “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilən hallardan hər hansı birinin baş verməsi ilə əlaqədar ödənişi dayandırılan müavinət, təqaüd və kompensasiya işi.

 

3. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət

 

3.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxs müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Mərkəzə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər (1 nömrəli əlavə).



3.2. Əmək pensiyası hüququ olmayan uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilir.

3.3. 16 yaşından yuxarı uşaqlar bu Qaydalara uyğun olaraq müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müstəqil şəkildə müraciət edə bilərlər.

3.4. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olmuş şəxslərin müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir.

 

4. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizələrin qeydiyyata alınması və onlara baxılması

 

4.1. Mərkəzin ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi barədə ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğunluğunu 3 (üç) iş günü müddətində yoxlayır.



4.2. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizə Mərkəzə daxil olduğu gün ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi (bundan sonra - məsləhətçi) tərəfindən sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün ərizələrin qeydiyyatı jurnalında qeydiyyata alınır (2 nömrəli əlavə).

4.3. Ərizənin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir (1 nömrəli əlavə). Ərizə poçtla və ya elektron qaydada göndərildikdə, Mərkəz ərizənin daxil olduğu gündən ən geci 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə məlumat göndərir.

4.4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə uşaqları dispanser qeydiyyatında olan Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin) 16 yaşı tamam olmuş uşaqlarının ümumtəhsil məktəblərində əyani təhsil alması barədə sənəd 16 yaşı tamam olduğu vaxtdan təqdim edilir və qeydiyyatdan keçirilir.

4.5. Ərizə poçtla göndərildikdə, jurnalda onun daxilolma tarixi poçtla göndərilən gün hesab olunur və göndərildiyi tarix kimi rabitə şöbəsinin poçt möhüründə göstərilən tarix qəbul edilir. Müraciət elektron qaydada edildikdə, elektron poçt ünvanına daxil olduğu gün göndərildiyi tarix kimi qəbul olunur.

4.6. Mərkəz müraciət edən şəxsə ərizənin və digər sənədlərin formalarını verməyə, yaxud poçtla və ya elektron qaydada göndərməyə, müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün zəruri sənədlərin toplanılaraq təqdim olunmasına yardım göstərməyə borcludur.

4.7. Tibbi-sosial ekspert komissiyaları əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə müayinə aktından çıxarışı Mərkəzə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinə təqdim edirlər.

4.8. Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı bu Qaydaların 7 nömrəli əlavəsində göstərilib.

 

5. Müavinət, təqaüd və kompensasiya təyin olunmasına baxılması və qərarların icrası

 

5.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində Mərkəzin məsləhətçisi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və direktoru tərəfindən kollegial qaydada baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar Mərkəzin məsləhətçisinin, sektor müdirlərinin və Mərkəzin direktorunun imzaları və Mərkəzin möhürü ilə təsdiq edilir.



5.2. Mərkəz tərəfindən müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə qərar qəbul edildikdə, məsləhətçi qeyd olunan işləri ərizəçinin soyadını, adını, atasının adını, ünvanını, sosial müavinətin, təqaüdün və kompensasiyanın növünü, məbləğini göstərməklə və reyestr jurnalında imzalamaqla, mühasibat uçotu sektorunun məsləhətçisinə təhvil verir (3 nömrəli əlavə). Həmin jurnal Mərkəz üzrə vahid qaydada aparılır və onun qaytanlanması, səhifələrinin nömrələnməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən həyata keçirilir.

5.3. Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ vardır.

5.4. Mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən müavinət işi üzrə şəxsi hesab (4 nömrəli əlavə) açılır, bank və ya poçt müəssisəsinə müavinət, təqaüd və kompensasiya ödəmək üçün tapşırıq vərəqələri (5 nömrəli əlavə) hazırlanır və Mərkəzin direktoru tərəfindən təsdiq edildikdən sonra bank və ya poçt müəssisəsinə göndərilir. Ödəniş plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirildikdə isə bank müəssisəsinə plastik kartın hazırlanması üçün sifariş verilir.

 

6. Müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatdan çıxarılması və qəbul edilməsi

 

6.1. Yaşayış yerini dəyişməklə və ya pensiya təyin olunmaqla əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Mərkəzin və yaxud pensiya təyin edən orqanın sorğusu əsasında aparılır.



6.2. Müavinət, təqaüd və kompensasiya alan şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə Mərkəz tərəfindən müavinət, təqaüd və kompensasiya alanın haradan köçməsini göstərdiyi ərizəsi, yeni yaşayış yeri haqqında sənədlər (şəxsiyyət vəsiqəsi) əsasında onun əvvəllər qeydiyyatda olduğu Mərkəzə müavinət, təqaüd və kompensasiya işinin göndərilməsi üçün 3 (üç) iş günü müddətində sorğu göndərilir.

6.3. Müavinət, təqaüd və kompensasiya işinin əvvəllər qeydiyyatda olduğu Mərkəz tərəfindən hərəkətdən çıxarılması Mərkəzin direktorunun sərəncamı ilə həyata keçirilir. Hərəkətdən çıxarılan işə və şəxsi hesaba ödənildiyi müddət və ondan tutulmalar haqqında müvafiq qeydlər edilir. Hərəkətdən çıxarılan iş Mərkəzin məsləhətçi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və Mərkəzin direktoru tərəfindən imzalanaraq, Mərkəzin möhürü ilə təsdiq edilir və ödənişin dayandırılması barədə ödəniş müəssisəsinə rəsmi məlumat verilir.

6.4. Mərkəz tərəfindən 10 (on) gündən gec olmamaqla müavinət, təqaüd və kompensasiya işinin poçtla şəxsin yeni yaşayış yeri üzrə Mərkəzə göndərilməsi təmin edilir.

6.5. Yeni yaşayış yeri üzrə Mərkəz tərəfindən müavinət, təqaüd və kompensasiya işi qəbul olunduqdan sonra Mərkəzin direktorunun sərəncamı əsasında müavinət, təqaüd və kompensasiya ödənişi dayandırıldığı tarixdən bərpa olunur.

6.6. Müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılır və müavinət işi qeydiyyatdan çıxarılaraq müavinətdən tutulmalar olduqda, tutulmalara dair icra vərəqələri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə göndərilir. Sənədlərin surəti və göndərilmə qəbzi Mərkəzdə saxlanılır. İcra vərəqələrinin göndərilməsi haqqında icra qurumunun rəhbərinə və icra sənədini vermiş məhkəməyə və ya digər orqana məlumat verilir.

6.7. Şəxsin vəfat etməsi ilə əlaqədar müavinət, təqaüd və kompensasiya işlərinin və şəxsi hesabların hərəkətdən çıxarılması Mərkəzin mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən hər ayın birinci həftəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrindən alınan siyahılar üzrə aparılır.

6.8. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılması halları baş verdikdə, həmin halın yarandığı gündən etibarən müavinətin ödənişi dayandırılır.

6.9. Müavinət, təqaüd və kompensasiya işlərinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarından və digər Mərkəzlərdən tələb edilməsi haqqında daxil olan sorğular, göndərilən müavinət, təqaüd və kompensasiya işlərinin qeydiyyatı Mərkəzin kargüzarı tərəfindən ayrıca jurnalda aparılır. Bununla əlaqədar yazışmalar ayrıca qovluqda saxlanılır və Mərkəzin məsləhətçisi tərəfindən nəzarət edilir.

 

7. Müavinət, təqaüd və kompensasiya işlərinin saxlanılması

 

7.1. Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizələrin qeydiyyatı jurnalı Mərkəzin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdirində saxlanılır.



7.2. Məsləhətçi xidmət etdiyi ərazi üzrə hərəkətdə olan müavinət və təqaüd işlərinin növlər üzrə sayı barədə hər 6 (altı) aydan bir ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdirinə, mühasibat uçotu sektorunun məsləhətçisi isə xidmət etdiyi ərazi üzrə hərəkətdə olan şəxsi hesabların nömrə üzrə sayı və məbləği göstərilməklə mühasibat uçotu sektorunun müdirinə rəsmi məlumat verir. Sektor müdirləri alınan məlumatları 1 (bir) həftə müddətində ümumiləşdirib Mərkəzin direktoruna birgə məruzə edirlər.

7.3. Müavinət, təqaüd və kompensasiya işləri nömrələnməklə növlər üzrə saxlanılır.

7.4. Sosial xidmət müəssisələrində yaşayan müavinət, təqaüd və kompensasiya alan şəxslərin müavinət, təqaüd və kompensasiya işləri sosial xidmət müəssisələrinin yerləşdiyi ərazi üzrə Mərkəzdə saxlanılır.

7.5. Hərəkətdən çıxarılan müavinət, təqaüd və kompensasiya işləri ödənişi davam etdirilən müavinət, təqaüd və kompensasiya işlərindən ayrı saxlanılır.

7.6. İldə ən azı bir dəfə Mərkəzin direktorunun əmri əsasında Mərkəzdə müavinət, təqaüd və kompensasiya işlərinin inventarizasiyası (şəxsi hesablarla üzləşdirilməsi) aparılır. İnventarizasiya komissiyasının tərkibi əmrdə göstərilir. Komissiyanın tərkibinə Mərkəzin ünvanlı sosial yardım və sosial müavinətlər və mühasibat uçotu sektorlarının müdirləri və həmin sektorların məsləhətçiləri daxil edilirlər.

7.7. İnventarizasiyanın nəticələri haqqında akt tərtib olunur və inventarizasiya komissiyasının üzvləri tərəfindən imzalanır. Aktda inventarizasiyanın aparıldığı tarix, inventarizasiyanı aparan şəxslərin soyadı, adı, atasının adı və aşkar olunmuş hər bir nöqsan qeyd edilir.

7.8. İnventarizasiya haqqında müavinət, təqaüd və kompensasiya işlərində qeyd aparılır, işin vərəqlərinin sayı, inventarizasiyanın aparılması tarixi göstərilir və Mərkəzin möhürü ilə təsdiq edilir (6 nömrəli əlavə).

7.9. İnventarizasiyanın nəticələri haqqında ilin ilk ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə məruzə təqdim olunur.

7.10. Müavinət, təqaüd və kompensasiya işlərinin Mərkəzdə saxlanılmasına ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri və xidmət etdiyi ərazi üzrə məsləhətçilər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

7.11. Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilmiş şəxslərin işləri Mərkəzin arxivində saxlanılır. Bu işlərə müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar və təqdim edilmiş sənədlərin surəti daxildir.

7.12. Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərarın surəti və təqdim edilmiş sənədlərin əsli ərizəçiyə geri qaytarılır.

7.13. Hərəkətdən çıxarılan müavinət, kompensasiya, təqaüd işləri və bununla əlaqədar digər sənədlər üzrə yazışmalar Mərkəzdə aşağıdakı müddətlərdə saxlanılır:

7.13.1. yaşa, əlilliyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə və dövlət qulluqçularına ömürlük müavinət, əmək zədəsinə görə müavinət, kompensasiya və Azərbaycan Respublikası Prezidentinin təqaüdünə aid işlər - 20 il;

7.13.2. digər müavinət işləri -10 il;

7.13.3. müavinət, təqaüd və kompensasiya işləri üzrə şəxsi hesablar - 10 il;

7.13.4. müavinət, təqaüd və kompensasiya təyin olunmasına dair rədd edilən müraciətlər - 10 il;

7.13.5. müavinət, təqaüd və kompensasiya təyinatına dair digər yazışmalar - 5 il.

 

 



 

 

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

1 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasının

____________________________________________

(şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzinə)


 

sosial müavinətin, təqaüdün, kompensasiyanın təyin edilməsi barədə

 

ƏRİZƏ

 


___________________________________________________________ ünvanında yaşayan,

 

_____________________təvəllüdlü ______________________________________tərəfindən



 

                  (soyadı, adı, atasının adı)

Şəxsiyyət vəsiqəsi: seriya___________ nömrə ___________________________hansı orqan

 

tərəfindən verilib ________________________verilmə tarixi__________________________



 

 

(gün, ay, il)

 

Xahiş edirəm mənə_____ görə sosial müavinət, təqaüd, kompensasiya təyin edəsiniz və təyin olunmuş sosial müavinəti, təqaüdü, kompensasiyanı ______filialına köçürəsiniz.



(lazım olanın altından xətt çəkməli)

(bank, rabitə)

 

 

 

Əvvəllər mənə ______________tərəfindən sosial müavinət, təqaüd, kompensasiya təyin

 

(orqanın adı)

(lazım olanın altından xətt çəkməli)

edilib, edilməyib.

 

 

Sosial müavinətin, təqaüdün, kompensasiyanın ödənişinin dayandırılmasına səbəb olacaq hallar barədə 5 (beş) gün müddətində Mərkəzə məlumat verməyi öhdəmə götürürəm.

 

 

Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm:

1.

 

2.

 

3.

 

4.

 

Tarix_______                                                         İmza________

_____________________________________________________________________________

(kəsmə xətti)

 

 

Qəbz-bildiriş:

 


Vətəndaş _________________________________ ərizə və ___ vərəqdə sənədlərini 20___ il ___ __________ tarixində ____________ nömrəsi ilə qəbul etdim.

 

Bildiriş qəbzini verən (göndərən) məsləhətçi ________________________________



 

 (soyadı, adı, atasının adı və imzası)

























 

 


 

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na

2 nömrəli əlavə

Yüklə 236,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə