Sosial Sahibkarlıq Proqramı



Yüklə 8,67 Kb.
tarix01.11.2017
ölçüsü8,67 Kb.
#8099

Sosial Sahibkarlıq Proqramı

M.Ə. Rəsulzadə 163A | AZ5500 | Şəki | Azərbaycan | +994 2424 45447 | http://uluchay.org







28 oktyabr, 2011-ci il tarixdə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi “Sosial Sahibkarlıq Proqramı” Layihəsi çərçivəsində “Sosial Problemlərin Müəyyənləşdirilməsi” adlı Dəyirmi Masa təşkil edib.
Dəyirmi Masanın əsas məqsədi “Sosial Sahibkarlıq Proqramı” çərçivəsində maliyyələşdiriləcək gənc sahibkarlar üçün sosial mövzuların müəyyənləşdirilməsi olmuşdur. Tədbirdə dövlət, biznes, bank, QHT, media və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

Proqram “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin və Birləşmiş Ştatlar Sülh Korpusunun resurs imkanları və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilir.

“Sosial Sahibkarlıq Proqramı”nın əsas məqsədi sosial sahibkarlıq vasitəsi ilə icma ehtiyaclarının və problemlərinin həllinə yeni yanaşma gətirməkdir. Layihəyə cəmiyyətin sosial problemlərini sosial sahibkarlıq vasitəsi ilə aradan qaldırmaq istəyən gənclər cəlb olunacaq. Layihədə 18-30 yaş arası gənclər iştirak edə bilərlər.

Layihə 3 əsas komponentdən ibarətdir, bunlar: 1) Maarifləndirmə; 2) Bilik və bacarıqların artırılması; və 3) Gənc sosial sahibkarların biznes ideyalarına texniki dəstəyin göstərilməsi.

Layihə çərçivəsində 25 gənc biznesin əsasları, sosial sahibkarlıq və gidər spesifik təlimlərdə iştirak edərək, bilik və bacarıqlarını artıracaq və sonda sosial problemlərin həllinə yönəlmiş biznes ideyaları reallaşdırmaq üçün texniki dəstək alacaqlar. Ümumi texniki dəstək üçün ayrılmış vəsait – 3200 ABŞ dollarıdır və maksimum məbləq 800 ABŞ dollarıdır. Layihənin sonunda 3-4 biznesə texniki dəstəyin göstərilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumatı aşağıda qeyd olunmuş əlaqə vasitələrindən istifadə edərək, əldə edə biləriniz.

İlyas Səfərli – “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin İcraçı direktoru:
ilyas@uluchay.org | +994 2424 45447

M.Ə.Rəsulzadə 163A, AZ5500, Şəki, Azərbaycan


Namiq Rzayev – İcma nümayəndəsi

namiq.rzayev@gmail.com







Yüklə 8,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə