Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri Müəllif: Mehdi Barov 1 Alınan Tarix



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
tarix18.07.2018
ölçüsü0,55 Mb.
#56444
növüXülasə


 

Sosial şəbəkələrin Həyatımızdakı  

Rolu və Təsirləri 

Müəllif: Mehdi Barov

1

 



Alınan Tarix: 17/01/2017             Qəbul Tarixi: 01/03/2017 

Məqalənin xülasəsi 

“Global  Stats"  statistik  mərkəzinin  hesablamalarına  görə, 

son bir ildə Azərbaycanda “Facebook” sosial şəbəkəsinin 

istifadəçilərinin  sayı  kəskin  artsa  da,  “Youtube”  və 

“Twitter” sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub. 

Ölkəmizdə  “Facebook”  sosial  şəbəkəsinin  payı  23,3 

faiz  artaraq  sosial  media  bazarının  89,73  faizini  təşkil 

edib.  İstifadəçi  marağına  görə,  ikinci  yeri  (2,9  faiz) 

“Youtube”  sosial  şəbəkəsi  tutub.  Üçüncü  yerdə  2,24  faiz 

bazar  payı  ilə  “Twitter”  sosial  şəbəkəsi  yerləşib.  Eyni 

zamanda,  “Odnoklassniki”  şəbəkəsinin  Azərbaycanda 

bazar  payı  1  faizdən  aşağı  düşüb,  halbuki,  ötən  ilin 

müvafiq dövründə bu rəqəm 5,11 faiz təşkil edirdi. 

“Azərbaycanda  sosial  şəbəkələrə  qoşulanların  sayı  2 

milyona  çatıb”.  Bu  barədə  isə Lent.az-a  rabitə  və 

texnologiyalar  nazirliyinin  mətbuat  xidməti  Müşfiq 

Əmirov məlumat verib. Onun sözlərinə görə, “Facebook” 

abunələrinin  sayı  isə  milyon  yarıma  yaxınlaşıb.  Bu  da  o 

deməkdir ki, Azərbaycanda hər 4-5 nəfərdən biri internet 

istifadəçisidir. 



Açar Sözlər

Sosial şəbəkələrin, Həyatımızd, Rolu və Təsirləri



 

                                                           

1. 

barov.mehdi@yahoo.com

 




128  

PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar‎ 1396) 



Sosial şəbəkələrin Ailə Modelinə Müsbət və Mənfi Təsiri 

İnformasiya Texnologiyalar İnstitutunun “İnternetşünaslıq 

problemləri”  sektorunun  müdiri  Rasim  Mahmudovun 

fikrincə,  adətən  sosial  şəbəkələrin  faydalarından 

danışılmır:  “Daha  çox  fəsadlarından  danışılır.  Məsələn, 

internet  ailə  dağıdır:  “Yoldaşım  “Facebook”da  başqa 

adamla tanış olub, ailəmizi dağıtdı”.  

Lakin  demirlər  ki,  biz  “Facebook”da  tanış  olub 

evlənmişik.  Sosial  şəbəkələr  vasitəsi  ilə  tanış  olub  ailə 

qururlar. Bu sosial şəbəkələrin ailə modelinə müsbət təsiri. 

Cəmiyyətdə  buna  rəy  yaxşı  olmadığından,  qeyri-ciddi 

yanaşıldığından  ailələr  bunu  ictimailəşdirmirlər.  Gizli 

saxlayırlar.  Son  zamanlar  internet  vasitəsi  ilə  tanış  olub 

ailə quranların sayı hədindən çoxdur. İnternetdə tanış olub 

ailə  qurmağın  heç  bir  qəbahəti  yoxdur.  İnternet  sadəcə 

vasitəçi kimi qonşunu, xalanı, bibini əvəz edir”. 

R.  Mahmudov  onu  da  deyir  ki,  eyni  zamanda  internet 

ailələrin  dağılmasında  katalizator  rolunu  oynayır: 

“İnternet  vasitəsi  ilə  ər,  ya  arvad  kiminləsə  tanış  olur. 

Başlayır yazışmağa, görüşməyə. Bəzən elə olur ki, ailələr 

boşanma  həddinə  çatır.  Yaxud  boşanmadan  ər,  ya  arvad 

özünə  sevgili  tapır,  onunla  ünsiyyətdə  olur.  Bu  da 

internetin ailə modelin mənfi təsiridir. Amma bunu sadəcə 

internetə  bağlamaq  düzgün  deyil.  İnternet  o  insan  üçün 

əlverişli  mühit  yaranır.  Ona  qalsa,  insanlar  iş  yerində  də, 

küçədə də yeni adamlarla tanış ola bilər.  

Əvvəllər insanlar telefon vasitəsi ilə tanış olurdular. Qızlar, 

oğlanlar  tanımadıqları  nömrələrə  zəng  edir,  ünsiyyət 

qururdular.  Bunlar  hamısı  əslində  insanın  öz  tərbiyəsi, 

mənəviyyatı ilə bağlı məsələlərdir. Kommunikasiya imkanlar 

genişdir. Bundan mənfi,  yaxud müsbət dərəcəsindən istifadə 

etmək  insanın  öz  dünya  görünüşü,  əxlaqından  asılıdır. 

Həyatda necədirsə, internetdə də özünü elə aparacaq”. 



Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /129 

“Sosial şəbəkədə Başqasıyla Tanış Olan Qadını əri 

öldürmək üçün Axtarır” 

“Təmiz  dünya”  İctimai  Birliyinin  sədri  Mehriban 

Zeynalova  mövzuyla  əlaqədar  təcrübəsində  baş  vermiş 

ailədaxili  münaqişələrdən  danışır.  Hadisə  rayonların 

birində baş verib. 

Qadının  əri  evliliklərinin  elə  ilk  həftəsində  qızı  evdə 

qoyub Rusiyaya gedir. Evdə tək qaldığından qayınanasıgil 

gəlin əriylə internet üzərindən danışsın deyə evə kompüter 

alır.  “Facebook”da  qeydiyyatdan  keçən  qız  bir  oğlanla 

tanış olur. Bİr müddət danışıb dərdləşirlər. Qız ərinin onu 

qoyub getdiyini və tək darıxdığını deyir.  

Həmin  oğlan  da  başlayır  bu  qıza  sevgidən,  eşqdən 

danışmağa. Beləcə, qızı ələ alır. Və bir gün qız bu oğlana 

görə,  evdən  qaçır.  Təsadüfən  polis  onların  olduqları 

məkanda  reyd  keçirir  və  qız  aşkarlanır.  Hüquq  mühafizə 

orqanları  qızı  göndərdilər  bizim  sığınacağa.  Burda 

psixoloji  və  digər  yardımları  göstərmək  istəsək  də, 

qohumlarının basqısıyla qız evinə qayıtdı.  

Sonra  eşitdik  ki,  əri  təcili  Rusiyadan  qayıdıb.  Qızın 

ailəsi  baş  vermiş  hadisəni  oğlanın  ailəsindən  gizlətsə  də, 

oğlan  məsələni  öyrənir  və  qızı  öldürməklə  hədələyir. 

Atasının  evində  bir  müddət  qalandan  sonra  o  qız  yenə 

evdən qaçdı. Hazırda qızın harda və kiminlə olduğu haqda 

heç bir məlumat yoxdu. 

M.  Zeynalova  oxşar  hadisənin  yaxın  vaxtlarda  başqa 

rayonda  da  baş  verdiyini  deyir.  O  bildirir  ki,  sosial 

şəbəkələrdən  birində  başqasıyla  tanış  olan  qadın  evdən 

qaçıb. İndi əri onu öldürmək üçün axtarır. Və bütün kənd 

camaatı qadının öldürülməsini dəstəkləyir. 

Təcrübəsində  bu  kimi  hadisələrə  çox  rast  gəlib.  İnternet 

ondan düzgün istifadə etməyənlər üçün bir tələdir. Nəinki evli 

qadınlar, hətta subay qızlar da internetin qurbanına çevrilir.  




130  

PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar‎ 1396) 



Yeni tanışlar bir yolla qızın şəklini əldə edir və bundan 

sonra onun şəklini internetdə  yayacağı ilə şantaj edib, pul 

tələb edənlər də var. 

Sosial şəbəkələr Ailədaxili Münaqişələrə Rəvac Verir? 

 Psixologiya  Konsultasiya  Mərkəzinin  (PCC)  rəhbəri, 

psixoloq  Elnur  Rüstəmov  deyir  ki,  sosial  şəbəkələr  ailə 

daxili  münasibətlərin  pozulmana  şərait  yaradır:  “Ailə 

mövcuddursa, orda problem ola bilər, narahatçılıq da. Bu 

ailədən də qaynaqlana bilər, qaynaqlanmaya da. Ola bilsin 

ki,  kişinin  atası,  yaxud  bacısı  rəhmətə  getsin,  içində 

boşluq olsun. Bunlar  olan faktorlardır Məsələ ondadır  ki, 

bu boşluqları necə doldurulur?! Bu zaman sosial şəbəkələr 

başlayır dırnaqarası psixoloq rolunu oynamağa.  

Orda  kiminləsə  yazışır,  söhbət  edir.  Biri  var  işgüzar 

söhbət,  biri  var  mənəvi.  Nəticədə  emosional  bağlılıq 

yaranır.  İnsan  özünü  qarşı  tərəfə  borclu  hesab  edir,  onun 

üçün  yaxşı  olmağa,  onunla  ünsiyyətdə  olmağa  çalışır, 

onsuz darıxır. Və bütün bunlar zaman keçdikcə ailə daxili 

münaqişələr,  konfliktlər  yaratmağa  başlayır.  Sosial 

şəbəkələr  bu  işdə  insanları  təhrik  edir,  ailə  daxili 

münasibətlərin  pozulmasına  rəvac  verən  funksiyanın 

yerinə yetirir.  

İnsanlar, xüsusən də ailələr diqqətli olmalı, qabaqlayıcı 

tədbir  görmək  lazımdır.  Söhbət  ailədən  gedirsə,  mövcud 

problemin  həlli  yollarından  biri  sosial  şəbəkələrin,  mobil 

telefonların  şifrəsi  olur.  Bu  şifrəni  həyat  yoldaşlarının 

bilməsi  vacibdir.  Ən  azından  bu  tərəflər  arasında 

məsuliyyət,  güvən  yaradacaq.  Yox,  əgər  kiminsə 

xislətində  xəyanət  etmək  varsa,  o  başqa  adla  sosial 

şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq. 

Elə  ailələr  var  ki,  qadının  ehtiyatdan  1-2  dənə  də 

telefonu var. Kişi evə qalxanda gizlədir.  



Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /131 

Bu ayrı bir problemdir. Ümumi problemdən danışırıqsa, 

ailə  daxili  münasibətlər  şəffaf  olmalıdır  və  tərəflərin  bir-

birinin qarşısında öhdəliyi olmalıdır”. 



Nə Etməli? 

E.  Rüstəmov  sosial  şəbəkələrin  ailə  modelinə  müsbət 

təsiri 

olduğunu 



da 

deyir: 


“Ailəvi 

tədbirlərin 

işıqlandırılması  ailə  daxilində  münasibətlərin  yaxşı 

olmasına  şərait  yarada  bilər.  Burda  da  yenə  ehtiyatlı 

olmaq lazımdır.  

Yaxud  qohumlar  arasında  ünsiyyət  saxlamaq  üçün 

internet  yaxşı  vasitədir.  Sosial  şəbəkələrdə  hədindən  artıq 

vaxt  keçirilməməli,  daha  çox  ailə,  uşaqla  ünsiyyətdə 

olunmalıdır.  Bəzən  buna  görə  ailələrdə  yuxu  rejimi  də 

pozulur.  Ana  uşağıyla  maraqlanmalı,  uşaq  yatandan  sonra 

sosial şəbəkələrdə vaxt keçirməli. Amma internetdən istifadə 

asılılıq vəziyyətinə keçəndən çox pis nəticələrdə olur”. 



Sosial şəbəkə "Xəstəliyindən" Necə Qurtulmalı? 

Sosial  şəbəkələr  insan  həyatının  ayrılmaz  hissəsinə 

çevrilib.  İndi  hər  üç  nəfərdən  azı  biri  gününün  böyük 

hissəsini sosial şəbəkələrə həsr edir. Müasir dövrdə sosial 

şəbəkə  dedikdə  isə  ağıla  daha  çox  "feysbuk"  (Facebook) 

və  "tvitter"  (Twitter)  gəlir.  Dünyanın  ən  nüfuzlu  sosial 

medialarından  biri  olan  "feysbuk"  2004-cü  ildə  yaradılıb. 

Hazırda  700  milyona  yaxın  üzvü  olan  "feysbuk"un  illik 

gəlirinin təxminən 51 milyard dollar olduğu bildirilir. 

Sosial  şəbəkələrdən  asılılıq  isə  sosial-ictimai  həyata 

təsirsiz  ötüşmür.  Bu  gün  ailələrin  dağılmasında,  ictimai 

fikrin formalaşmasında, dövlət çevrilişlərində, aksiyaların 

təşkilində və sairədə sosial şəbəkələrin böyük təsiri var. 



132  

PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar‎ 1396) 



Bütün  dünyada  olduğu  kimi,  Azərbaycanda  da  sosial 

şəbəkələrə  maraq  gündən-günə  artır.  Belə  olan  halda, 

ortaya bir çox suallar çıxır: sosial şəbəkələr zərərlidirmi? 

Virtual  dünya  canlı  ünsiyyətdə  problemlər  yaradırmı? 

Və ən əsası internet asılılığından necə qurtulmaq olar? Bu 

suallarla ekspertlərə müraciət etdik. 

Psixoloq Dəyanət 

Rzayev sosial 

şəbəkələrin 

istifadəçilərdə  müəyyən  mənada  asılılıq  yaratdığını  bildirdi: 

"İnsanda daimi tələb yaranır ki, aramsız ondan istifadə etsin, 

nəyəsə  baxsın.  Bu  da  çox  vaxt  aparır.  Sosial  şəbəkələrdən 

çox istifadə həyəcanlar, narahatlıq yarada bilər.  

Olur ki, insan bir balaca vaxtı olan kimi məlumat almaq 

və  ya  ona  nə  yazıldığını  görmək  üçün  sosial  şəbəkəyə 

daxil  olmaq  istəyir.  Bu  baxımdan  asılılıq  yarada  bilir". 

Psixoloq  sosial  şəbəkələrin  bütün  problemlərin  səbəbkarı 

kimi  qələmə  verilməsini  də  düzgün  saymır:  "Sosial 

şəbəkələr 

insanların 

həyatında 

öz 


mövqeyini 

dərinləşdirdikcə  insanlar  real  ünsiyyətdən  uzaqlaşırlar  və 

sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar.  

Səmimiyyət  isə  daha  da  zəifləyir.  Amma  bunda  tam 

olaraq  sosial  şəbəkələri  də  günahlandırmaq  düzgün 

olmazdı. Axı bu sosial şəbəkələrin xeyir də var.  

Bir-birindən  uzaqda  yaşayan  insanlar  da  əlaqə  yarada 

bilir.  Sosial  şəbəkələr,  əksinə,  neçə-neçə  insanları 

ünsiyyətə  cəlb  edə  bilir".  Psixoloq  sosial  şəbəkələrdən 

zərərli  vərdişlər  üçün  istifadənin  daha  çox  gənclər 

arasında  yayıldığını  vurğuladı.  D.Rzayev  intiharların  bir 

səbəbini də virtual ünsiyyətdə görür.  

Onun  fikrincə,  insanın  nəinki  təkcə  insanla,  həm  də 

təbiətlə, digər canlılarla ünsiyyəti virtual ünsiyyətdən qat-

qat  üstündür.  Psixoloqun  fikrincə,  sosial  şəbəkələrdən 

tamamilə  imtina  etmək  də  doğru  olmazdı:  "Bütövlükdə 

bu, zamanın tələbidir və bunu heç vaxt ləğv edə bilmərik. 



Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /133 

Amma  onu  demək  önəmlidir  ki,  həddən  artıq  vaxt 

aparır.  Ümumiyyətlə,  sosial  şəbəkələrdə  maksimum  bir, 

ya  iki  saat  oturmaq  olar.  Ondan  artıq  oturmaq  düzgün 

deyil". 

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə hesab 

edir  ki,  sosial  şəbəkələr  ailələrdə  problemlərə  səbəb  olur: 

"Şəbəkələrin ailələrdə münaqişə yaratması halları da artıb.  

Ailələrdə  xəyanət  hallarının  artmasında  da  sosial 

şəbəkələrin  rolu  böyükdür.  Bəzən  də  sosial  şəbəkələrdə 

qurulan 

ünsiyyət 

xəyanət 

kimi 


dəyərləndirilərək 

boşanmalara  səbəb  olur.  Ancaq  sosial  şəbəkələr  tənha 

insanların həyatında danılmaz müsbət rolu oynayır.  

Bəzən  şəbəkələrdə  qurulan  münasibətlər  bu  insanların 

tənhalığına  son  qoyur  və  ya  onlar  ünsiyyətə  girdikləri 

üçün  özlərini  psixoloji  baxımdan  rahat  hiss  edirlər.  Ona 

görə  də  bu  şəbəkələri  lazımsız  kimi  dəyərləndirmək 

olmaz.  Sadəcə,  məsələyə  daha  açıq  gözlə  və  çərçivədən 

çıxmamaq şərti ilə yanaşmaq lazımdır". 

Azərbaycan  İnternet  Forumunun  prezidenti Osman 

Gündüz sosial  şəbəkələrə  marağın  sayının  artmasını, 

internetinin  inkişaf  göstəricilərindən  biri  olduğunu  deyir: 

"Ancaq bu sahədə neqativ hallar da az deyil. Məsələn, bu 

gün çoxları "Facebook"dan necə istifadə etməyi bilmir. 

Sosial  şəbəkədən  çat  kimi  istifadə  edənlərin  sayı  daha 

çoxdur.  İnkişaf  etmiş  ölkələrə  isə  sosial  şəbəkələr 

müzakirə,  diskussiya  yeridir.  Hesab  edirəm  ki,  vəziyyət 

getdikcə  dəyişəcək  və  şəbəkələr  sosial  mövzuların 

diskussiya  yeri  olacaq.  Sosial  şəbəkələrin  ailələrə  mənfi 

təsirinə  gəldikdə  isə  bu  fikirlərlə  razı  deyiləm.  Bu 

məsələni  ümumiləşdirmənin  əleyhinəyəm.  Buna  fərdi 

şəkildə yanaşmaq lazımdır.  

Real  həyatda  da  ailədə  xəyanətlər  olur.  İnternet  olmasa 

belə, bunu istəyən insan niyyətini reallaşdırır.  




134  

PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar‎ 1396) 



Hesab  edirəm  ki,  sosial  şəbəkələr  təhlükəsiz,  effektiv, 

ələçatımlı  olmalıdır.  Ümumilikdə  isə  sosial  şəbəkələrin 

insan  həyatında  müsbət  rolu  danılmazdır.  Sosial  şəbəkələr 

ölkənin  təbliğatında  mühüm  rol  oynaya  bilər.  Ona  gərə  də, 

bu  inkişafdan  kənarda  qalmaq  məntiqsiz  olar.  Hər  şeydən 

artıq  istifadə  fəsad  verdiyi  kimi,  internetə  də  aludə  olmaq 

düzgün  deyil.  Bu  həm  də  onların  səhhəti  üçün  yolverilməz 

haldır".  

Sosial  şəbəkələr:  gündəlik  həyatın  mühüm  tərkib 

hissəsi, yoxsa vaxt itkisi? 

Sosial obyektlərdən ibarət qovşaqları birləşdirən, sosial struktur 

olan  sosial  şəbəkə  internetdə  interaktiv,  çoxlu  istifadəçisi  olan 

saytdır.  İlk  sosial  şəbəkənin  yaranması  XX  əsrin  90-cı  illərinin 

ortalarına təsadüf edən "classmates.com" olsa da daha sonra 1999-

cu ildə "Livejournal", 2003-cü ildə "MySpace" yaradılıb.  

Son illərdə isə böyük populyarlıq qazanan, 2004-cü ildə 

yaradılan  "Facebook"  və  nəhayət,  2006-cı  ildə  Rusiyada 

yaradılan "odnoklassniki" və "V kontakte" oldu. 



Sosial şəbəkələr iş Rejiminə Necə Təsir Edir? 

Beləliklə,  sosial  şəbəkələrin  istifadəçilərinin  sayı  getdikcə 

artmağa  başladı  ki,  nəticədə  bu  gün  artıq  cəmiyyətdə 

kompyuter  oyunlarından,  virtual  həyatdan  asılılığı  olan 

insanlar  var.  Hətta  yeni  nəslin  nümayəndələri  öz  həyatlarını 

belə  internetsiz   təsəvvür  etmirlər.  Bu  gün  gənclər  asudə 

vaxtlarını  kinoda,  əyləncə  mərkəzlərində  keçirmək,  bədii 

kitab oxumaqdansa, internetdə əylənməyi daha üstün tuturlar. 

Sorğu nəticəsində müəyyən edilib ki, sosial şəbəkələrin 

saytlarının aktiv iştirakçılarının 40 %-i virtual əlaqəni real 

həyatdakı  əlaqəyə  bərabər  hesab  edirlər.  Hətta  Cənubi 

Afrikanın  bütün  sakinlərinin  30  %-i  və  Tayvan 

sakinlərinin  28  %-i  qeyd  ediblər  ki,  onların  internet 

şəbəkəsində daha çox dostları var, nəinki real həyatda. 




Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /135 

Hətta sosial şəbəkələrdən istifadə gündəlik iş rejiminə də 

ös  təsirini  göstərməyə  başlayıb.  Belə  ki,  Britaniyada 

firmalarda  işçilərin  bu  cür  sosial  şəbəkələrdə  bütün 

vaxtlarını  keçirmələri  sayəsində  hər  gün  firmaların  263 

milyondan çox dolları itirdiyi hesablanıb ki, nəticədə şirkət 

bu  cür  şəbəkələrə  girişi  bağlayıb.  Bu  isə  işdən  çıxanların 

sayının  artmasına  səbəb  olub.  Demək,  bu  gün  insanlar 

sosial şəbəkədən istifadə üçün işini belə itirməyə razıdır. 

Bütün  dünyada  olduğu  kimi  Azərbaycanda  da  sosial 

şəbəkələrə  maraq  gündən-günə  artır.  Bəziləri  üçün  sosial 

şəbəkə  gündəlik  həyatın  mühüm  tərkib  hissəsi,  digərləri 

üçün  isə  vaxt  itkisi  anlamına  gəlir.  İnsanlar  müxtəlif 

məqsədlər  üçün  onlardan  yararlanır.  Son  zamanlar 

istifadəçilərin  sayı  ilə  yanaşı  fəallığı  da  artıb  və  hətta  bu 

gün  ölkəmizdə  də  bəzi  iş  yerlərində  gündəlik  iş  rejminə 

mane  olduğu  üçün  sosial  şəbəkələrdən,  o  cümlədən 

Facebook-dan  istifadə  qadağan  edilib.  Bununla  yanaşı, 

sosial  şəbəkələrdən  məhz  iş  məqsədilə  faydalanların  da 

sayı az deyil. 

Uşaqların 

nəinki 


sosial 

şəbəkədə, 

internetdə 

informasiya 

təhlükəsizliyinin 

qorunması  ilə  bağlı 

təhlükələr var 

Ümumiyyətlə,  bu  gün  sosial  şəbəkələrdən  istifadəyə 

münasibət 

fərqlidir. 

Multimedia 

Mərkəzinin 

direktoru Osman  Gündüz bildirdi  ki,  sosial  şəbəkələrə 

yanaşması müsbətdir: 

"Sosial  şəbəkənin  sayının,  insanların  ona  marağının 

artması  Azərbaycan  internetinin  inkişaf  göstəricilərindən 

biridir.  İnternet  istifadəçilərinin  sayı  artdıqca,  onların 

internetdə  olan  müxtəlif  sahələrə,  o  cümlədən,  sosial 

şəbəkələrə münasibəti artır.  

Burada  müxtəlif  qruplar  yaranır,  müxtəlif  maraqları 

olan insanlar toplaşır və müəyyən məsələlərin müzakirəsi, 



136  

PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar‎ 1396) 



informasiya mübadiləsi, xəbər alınması və s. üçün istifadə 

edilir ki, bu da normaldır. İnsanlar bizdə sosial şəbəkələrə 

daha  çox,  xəbər  mənbəyi  kimi  baxırlar.  Halbuki  başqa 

ölkələrə  baxsaq,  sosial  şəbəkələr  xəbər  mənbəyi  olaraq  o 

qədər də yüksək göstərici deyil. Eyni zamanda, burada da 

ictimai-siyasi  hadisələrin  müzakirəsi  daha  qabarıqdır.  Bu 

da təbiidir və normaldır". 

Sosial  şəbəkələrin  ailələrə  mənfi  təsirinə  gəldikdə  isə 

O.Gündüz bununla razılaşmadığını deyir: 

"Mən  əslində  bu  fikirlərlə  razı  deyiləm.  Çünki  bu, 

mində, milyonda bir ola bilər. Real dünyada bu necədirsə, 

virtual  həyatda  da  belədir.  Virtual  dünya,  sosial  şəbəkə 

real dünyanın bir inikasıdır. Ola bilər ki, burada müəyyən 

kənara  çıxmalar  da  ola  bilər,  amma  bu,  ümumi  gedişata 

pis  qiymət  vermək  üçün  düzgün  deyil.  Sadəcə, 

yeniyetmələrlə,  azyaşlı  uşaqlarla  bağlı  belə  bir  əsas  ola 

bilər.  Yəni,  uşaqların  nəinki  sosial  şəbəkədə,  internetdə 

informasiya 

təhlükəsizliyinin 

qorunması  ilə  bağlı 

təhlükələr  var.  Məhz  bu  istiqamətdə,  yəni,  uşaqların 

təhlükəsizliynin  qorunması  ilə  bağlı  məsələyə  diqqət 

yetirilməsi,  müzakirəyə  çıxarılması,  onların  qorunması 

üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir". 

Evli  ailələr,  cütlər  üçün  vaxtının  böyük  bir  hissəsini 

sosial şəbəkələrdə keçirmək təhlükəlidir 

Sosioloq Əbülfəz  Süleymanovun  sözlərinə  görə,  son 

zamanlar  sosial  şəbəkələrlə  bağlı  tədqiqatlar  onu  göstərir 

ki,  bu,  həqiqətən  də  bəzi  ailələrin  dağılmasına  gətirib 

çıxarır: "Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar, 

kişilər  bəzi  hallarda  öz  ailələrini  unuda,  oradakı 

müvəqqəti,  hətta  virtual  sevginin  qurbanına  çevrilə 

bilirlər.  Bir  müddət  sonra  onlar  necə  böyük  səhvə  yol 

verdiklərini başa düşürlər.  




Sosial şəbəkələrin Həyatımızdakı Rolu və Təsirləri /137 

Mən  özüm  də  bəzən  sosial  şəbəkələrdən  istifadə 

edirəm.  Hətta  tələbəm  məndən,  onu  dostluğa  qəbul 

etməmi istəyir və mən ona deyirəm ki, sənin evdə körpən 

var. Sən mənlə danışmağa vaxt ayırsan, ona kim baxacaq? 

Görürsən ki, gənc qadındı, körpə uşağı var, amma vaxtının 

böyük  bir  hissəsini  sosial  şəbəkədə  keçirir.  Yəni,  bir 

xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü 

də təhlükəlidir". 

Sosioloq  onu  da  vurğuladı  ki,  ümumiyyətlə,  sosial 

şəbəkədən  insanlar  informasiya  almaq  məqsədilə  istifadə 

edə  bilər.  Yaxud,  uzun  müddət  görə  bilmədiyi  bir 

dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma 

vaxtının  böyük  bir  hisəsini  ona  ayırmaq,  ailəsini  bir 

kənara  qoyub  onu  unutmaq,  bəzi  hallarda  orada  təsadüfi 

tanışlıq  nəticəsində  virtual  bir  sevgi  yaşamaq,  xüsusilə, 

evli insanlar üçün çox təhlükəli tendensiyadır: 

"Amma eyni zamanda gənclər var ki, internet vasitəsilə 

evləniblər,  bunlar  arasında  bizim  dostlarımız  da  var  və 

xoşbəxtdirlər. Yəni, bunu ümumiləşdirmək doğru deyil ki, 

internet  vasitəsilə  evliliklərin  çox  mənfi  təsirləri  var. 

Müsbət rəqəmlər, faktlar da var. Sadəcə, evli ailələr, cütlər 

üçün  vaxtının  böyük  bir  hissəsini  sosial  şəbəkələrdə 

keçirmək təhlükəlidir". 

Sosial  şəbəkədən  istifadə  nəticəsində  ailənin  dağılması 

kimi  halların  dünyanın  bir  çox  yerlərində,  o  cümlədən, 

Rusiya,  Türkiyə  və  digər  ölkələrdə  də  olduğunu  deyən 

Ə.Süleymanovun  sözlərinə  görə,  son  zamanlar  bizdə  də 

Facebook  istifadəçilərinin  sayı  çoxalıb  ki,  burada  ev 

xanımları, ailəli kişilər də var: 

"Təbii ki, bu tendensiya bizdə də özünü biruzə verəcək. 

Bunun  qarşısını  almaq  isə,  elmi  və  maarifləndirici 



üsullarla mümkündür". 

 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə