Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə1/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   73
42945

SOSİOLOGİYA
(Dərslik)
Azərbaycan  Respublikasının  Təhsil N a­
zirliyi  Elmi-Metodik  Şurası,  «Sosial- 
siyasi  elmlər»  bölməsi  tərəfindən  təsdiq 
edilmişdir  (8  iyun  2004-cii  il  tarixli 
iclasın 06 saylı protokolu).
Azərbaycan Respublikası  Prezidentinin 
İç ler İdarəsi
PREZİDENT KİTABXANASI
Bakı  - 2006


R edaktor:  Dosent, fəlsəfə elmləri namizədi V ahidov F.Q. 
R əyçilər:  Professor, fəlsəfə elmləri doktoru Ə hm ədli C.T.
Professor,  fəlsəfə elmləri doktoru  D aşdəm irov S.H. 
Professor,  fəlsəfə elmləri doktoru  R əhim ov A.A.
D ərslik respublika ali m ək təb lərin in  aşağıdakı müəlliflər 
kolektivi tərəfin d ən  h azırlan m ışd ır
Dosent,  f.e.n.  Vahidov  F.Q.  Ön  söz  və  Fəsil  I;  dos.  f.e.n. 
Ağayev  T.B.,  Fəsil  V,  XIII;  dos.  f.e.n.  Teymurlu  M.Ə.,  dos. 
f.e.n.  Abdiyeva  Ə.M.,  müəllim,  f.e.n.  Şirinova  N.F.  Fəsil  IV, 
XI,  XIV,  XV;  dos.  f.e.n.  Əliyev  S.H.  Fəsil  VI,  X;  dos.  i.e.n. 
Kərimov  Ə.H.  fəsil  VIII,  IX;  dos.  f.e.n.  Rüstəmov  A.S.  Fəsil 
II;  dos.  f.e.n.  Məmmədov H.Q.  Fəsil  III,  XVIII;  dos.  f.e.n.  İs­
mayılov  D.Y.  Fəsil  VII;  dos.f.e.n.  Mahmudov  M.Ə.  fəsil  XII; 
dos.  f.e.n.  Zeynalov E.G.;  dos.  f.e.n.  Hüseynov H.F.,  dos.  f.e.n. 
İsmayılov  Ş.M.  Fəsil  III,  IV,  XVII;  baş  müəllim,  f.e.n.  Məm­
mədova  A.N.  XVI;  dos.  f.e.n.  Əliyev  T.M.,  Məmmədov  E.H. 
Fəsil VIII, XVII.
Dərslik ali və orta  ixtisas  məktəblərinin  tələbələri,  aspi­
rant və müəllimləri,  habelə  ümumi sosiologiya  elmini müstə­
qil öyrənənlər üçün nəzərdə tutulmuşdur.
ISBN 5-86-874-070-20
© E.Zeynalov
ÖN  SÖZ
Müasir  dünyanın özünəməxsus  ciddi  problemləri  vardır. 
Bu problemlərin  həllinə  bütün  bilik  sahələri  öz  töhfəsini  ver­
məlidir.  Təbiidir  ki,  problemlərin  asan,  qısamüddətli  həllinə 
ümid etmək sadəlövhlük olardı.  Ona görə  də yaşadığımız dün­
yam,  cəmiyyəti  daha  da  sağlamlaşdırmaq,  humanistləşdirmək 
istiqamətində  gərgin,  fəal  elmi  axtarışlar  aparılmalı,  müxtəlif 
mövqelər,  nöqteyi-nəzərlər  diqqətlə  araşdırılmalı,  optimal 
fəaliyyət  istiqamətləri  seçilməlidir.  Bu  prosesdə  sosioloji  bi­
liklər  sisteminin  rolu  indi  artıq  heç  kəsdə  şübhə  doğurmur. 
Çünki  dəyişən  sosial  reallıq,  həm  ölkə  daxilində,  həm  də  qlo­
bal  miqyasda  yeni  sosial  hadisələrin,  meyllərin,  problemlərin, 
meydana  gəlməsi  həmin  sistemin  təkmilləşdirilməsini  q ə­
tiyyətlə  tələb  edir.  N əzərə  almaq  lazımdır  ki,  sosioloji  elmin 
özü  də  inkişaf edir:  nəzəri  və  empirik  xarakterli  yeni  sanballı 
tədqiqatlar meydana  çıxır,  sosioloji  təhlilin  metodologiyası  və 
metodları  təkmilləşdirilir,  müasirləşdirilir.  Sosiologiyaya  dair 
bir  sıra  dərsliklərin  və  dərs  vəsaitlərinin,  monoqrafiyaların, 
məqalə  və  tezislərin  nəşri  də  xüsusi  qeyd  olunmalıdır.  Zənni- 
mizcə,  bu  ənənənin  kökləri  XX  əsrin  60-cı  və  70-ci  illərinə 
təsadüf  edir.  C.T.Əhmədlinin  və  V.Ə.Paşayevin  «Burjua  so­
siologiyasının 
tənqidi» 
(1968), 
C.Əhmədlinin 
və 
J.Soqomonovun «Sosiologiyaya dair söhbətlər» (1972) əsərləri 
bu  baxımdan  diqqəti  cəlb  edir.  Həmin  əsərlər  Azərbaycan 
oxucusunu  sosiologiyanın  bir  sıra  vacib  problemləri  ilə  tanış 
edir;  burada  sanballı  sosioloji  tədqiqatlar  aparmağın  zəruruliyi 
əsaslandırılır,  sosioloji  biliklərin  müxtəlif səviyyələri  yığcam 
şəkildə  nəzərdən  keçirilir.  Həmin  əsərlər  məlum  dövrün  bəzi 
ideoloji  ehkamlarından  azad  olmasa  da,  sosioloji  tədqiqatların 
müntəzəmliyinə  və dərinləşdirilməsinə istiqamətlənmişdir.
60-cı  illərin  sonu  -   70-ci  illərin  əvvəllərində  bünövrəsi 
qoyulan  ənənə  90-cı  illərdə  zənginləşmək üçün  yeni  imkanlar 
əldə edir.  Azərbaycanın müstəqil  inkişaf yolunu tutması, sosial 
elmlərin,  o  cümlədən  sosiologiyanın  əvvəlki  dövrə  məxsus 
qadağalardan  xilas  olması,  demokratiyanın  inkişafı,  milli  döv­
lətçilik  ənənələrimizin  bərpası  və  s.  -   bütün  bunlar  sosioloji 
elmin  inkişafı  üçün  yeni  perspektivlər  açmışdır.  Bir  sıra  ali
3


məktəblərin  alimləri  tərəfindən  hazırlanmış  «Sosiologiya» 
(1994)  dərs  vəsaitinin,  N.Əfəndiyevin  vo  A.Şirinovun  «Sosio­
logiyanın  nəzəri  problemləri»  (2001)  kitabının  nəşri  həmin 
perspektivlərin  reallaşdırılması  yolunda  atılan  ciddi  addımlar 
kimi qiymətləndirilə bilər.  Güman edirik  ki,  sosiologiyaya dair 
ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir.
Sosiologiyanın  inkişafı  baxımından  bir  məqama  da  diq­
qət yetirilməlidir:  sosiologiyanın  təsisatlaşdırılınası  prosesi  in ­
tensivləşir.  Azərbaycanın müstəqilliyi  ilə  həmyaşıd  olan sosial 
elmlər  və  psixologiya  fakültəsində  (BDU)  sosiologiya  ixtisası 
üzrə  kadrlar  hazırlanır.  «Sosiologiyanın  tarixi,  nəzəriyyəsi  və 
metodologiyası»  ixtisası  üzrə  aspiranturada  yüksək  ixtisaslı 
mütəxəssislər  hazırlanması  müntəzəm  xarakter  kəsb  edir, 
AM EA-da  «Sosial  fəlsəfə  və  sosiologiya»  şöbəsi  fəaliyyət 
göstərir,  konfranslarda,  dövri  nəşrlərdə -  jurnallarda  sosiolog­
iyaya  dair  xüsusi  bölmələr  ayırd  edilir,  m üxtəlif  sorğu  m ər­
kəzləri təşəkkül tapır və s.
Lakin  sosiologiyanın  inkişafı  müəyyən  ziddiyyətlərlə, 
problemlərlə  bağlıdır.  Bunlardan  bəzilərini  qeyd  etməyə  eh­
tiyac duyuruq.
Əwəla,  ümumi  sosioloji  nəzəriyyənin  inkişafına,  zəngin­
ləşməsinə  diqqət  artırılmalıdır,  çünki  bu  nəzəriyyə  bütövlükdə 
sosioloji  elmin  özəyidir,  onun  konseptual  və  kateqoriya-anlayış 
əsasıdır.  İnsanlann sosial  varlığının,  cəmiyyətin  fəaliyyət  və  inki­
şafının ən  mühüm  məqamlan  burada öz  əksini  tapır.  Cəmiyyətin 
öyrənilməsinə  öz məzmunu, öz  məntiqi  və  spesifikası  ilə  seçilən 
sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır.  İnkişaf et­
miş ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını  ifadə edir.
İkincisi,  müxtəlif  sosioloji  sorğuların  aparılmasında  ciddi 
qüsurlara yol  verilir.  Metodoloji  mövqeyin elmi  surətdə  əsaslan 
dmlmaması,  seçmədə  reprezentativlik (təmsiledicilik) prinsipinin 
pozulması,  sualların tərtibində zəruri  tələblərə riayət olunmama­
sı,  nəticələrin,  faktların  təhlilində  və  şərhində  siyasiləşməyə 
meyllilik və s. bu qəbildəndir.  Sorğuların hazırlanmasında və hə­
yata keçirilməsində, nəticələrin ümumiləşdirilməsində obyektiv­
lik və etiklik prinsipləri bir-birini tamamlamalıdır.
Üçüncüsü,  sosiologiya  ixtisasının  məzunlarının  işlə  təmin 
olunmasında  müəyyən  problemlər,  çətinliklər  mövcuddur.  Etiraf
4
etməliyik  ki,  ənənə /i  ixtisas  sahibləri  bu  cəhətdən  daha  əlverişli 
vəziyyətdədirlər.  Bəziləri  hətta  sosioloqun  hansı  işdə  çalışa  bi­
ləcəyini  az-çox  təsəvvür  edə  bilmirlər.  Əmək bazarında  sosioloq 
peşəsinə yiyələnmiş  şəxsin  rəqabət qabiliyyətinə  bir çox hallarda 
lazımınca diqqət yetirilmir. Ənənəvi bilik sahələrinin nümayəndə­
ləri  tərəfindən bəzən  sosiologiyanın  ictimai  həyatda və  elmdə  öz 
qanuni və layiqli yerini tutmasına müəyyən müqavimət göstərilir.
Dördüncüsü,  sosioloji  biliklərin  təbliği  də  qənaətlondi- 
rici  deyildir:  əhalinin  bəzi  təbəqələri  bu  bilik  sahəsinə  ümu­
miyyətlə  bələd de> ildir.  Görünür  sosiologiyanın  uzun  illər ə r­
zində  ali  və  orta  ixtisas  məktəblərində  tədris  olunmaması  tə ­
sirsiz  qalmamışdır.  Kütləvi  informasiya  vasitələri  də  əksər 
hallarda sosioloji  b  Iik sahələrinə  o  qədər də  ciddi həvəs,  ma­
raq  göstərmir.  Mətbuatda,  radio və  televiziyada  sosioloq kadr­
ların azlığı  özünü  aydın  surətdə  hiss  etdirir.  Sosiologiyaya dair 
populyar nəşrlər də yox dərəcəsindədir.
Dərsliyin  işlənməsində  Azərbaycan  Milli  Elmlər  Akade­
miyasının,  Azərbaycan  Respublikası  Prezidenti  Yanında  Dövlət 
İdarəçilik Akademiyasının,  Bakı  Dövlət  Universitetinin,  Naxçı­
van  Dövlət  Universitetinin,  Azərbaycan  Dillər  Universitetinin, 
Azərbaycan Texniki  Universitetinin,  Azərbaycan  Dövlət  İqtisad 
Universitetinin  və  Azərbaycan  Memarlıq  və İnşaat Universiteti­
nin alimləri  iştirak  etmişlər.  Bunlar sosiologiya elminin müxtəlif 
sahələri üzrə tanınmış mütəxəssislərdir.
Güman  edirik  ki,  tələbələrə  təqdim  olunan  bu  dərs  və­
saiti  diqqətlə  qarşılanacaq  və  onların  intellektual  inkişafında 
müsbət rol  oynayacaqdır.  Ona  görə də  müəlliflər kollektivi  ki­
tabın  məzmunu,  strukturu  və  şərh  üslubu,  nəzəri  və  metodik 
səviyyəsi  haqqında  öz  mülahizələrini  bildirən  hər  kəsə  irə­
licədən öz minnətdarlığını  bildirir.
Dosent  Elmidar Zeynalova kitabın işıq  üzü  görməsindəki 
xidmətlərinə görə müəlliflər minnətdarlıq edirlər.
BDU-  nun sosial elmlər və  psixologiya 
fakültəsinin dekanı,  dosent,  f.e.n.
Vahidov Fazil
5


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə