ailə və ailə-nigah münasibətləri daim sosiologiyanın diqqət
mərkəzində olmuşdur.
Ailə ikili xarakterə malikdir. Belə ki, ailə kiçik qrup ob
maqla yanaşı, eyni zamanda sosial intitutdur. Ailə sosial va
hiddir və qədim sosial institutlardan biridir. Lakin heç də digər
sosial intsitutlann mənşəyi ailədən başlamır. Tabeçilik, koope
rasiya və həmrəylik heç də valideynlərlə uşaqlar arasında, ər-
arvad və qohumlar arasında münasibətlər nümunəsində qurul
mur. A ilə mövcud ictimai quruluşdan asılıdır. Ailə institutu ilə
nigah institutu sıx bağlıdır. Ailənin hüquqi əsası cəmiyyət tə
rəfindən bu və ya digər formada müəyyən edilmiş nigah ittifa
qıdır. Nigah kişi ilə qadın arasında, valideynlər və uşaqlar ara
sında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara
salır, bununla da ona mühüm sosial institut xarakteri verir.
Nigah kişi ilə qadm arasında münasibətlərin tarixən dəy
işkən sosial formasıdır ki, onun vasitəsilə cəmiyyət onların
cinsi həyatını rəsm ən qaydaya salır və təsdiq edir, valideyn və
həyat yoldaşı kimi hüquq və vəzifələrini müəyyənləşdirir. Ai
lə nigaha nisbətən daha mürəkkəbdir. Belə ki, ailə təkcə kişi
ilə qadını deyil, uşaqları və qohumlarını da birləşdirir.
Ailəni sosiologiya elmi ilə bərabər iqtisadiyyat, hüquq,
etnoqrafiya, psixologiya, pedaqogika, demoqrafiya və s. elmlər
də öyrənir. Digər elmlərdən fərqli olaraq , sosiologiya ailəni
nigaha əsaslanan, müəyyən sosial funksiyaları yerinə yetirən
sosial institut kimi təhlil edir. Ailə və nigahın sosiologiyası
ailə üçün xarakterik olan sosial münasibətləri, ailə birliyinin
quruluş və sayını müəyyənləşdirən amlləri, ailənin digər sosial
birliklərlə və sosial həyatın digər sahələri ilə əlaqəsini, sosial
və psixoloji institut kimi ailənin ictimai funksiyalarını və onun
xüsusiyyətlərini, nigahın və boşanmaların motivlərini, ailə
həyatının planlaşdınlmasına təsir edən sosial və psixoloji fak
torları, ailədaxili konfliktlərin meydana gəlməsi və aradan qal
dırılmasım, aillə-nigah münasibətlərinin tarixi tipləri və for
malarını, onun inkişaf pesrpektivlərini və bu sahəyə dair nəzə
riyyələri öyrənir. Ailə ərlə-arvad, valideynlərlə uşaqlar,
118
habelə yaxın qohumlar arasında münasibətləri nizamlayan
kiçik qrupdur. Ailənin fərqləndirici əlaməti ev təsərrüfatının
birgə aparılmasıdır. Ailənin əsası nigaha girmiş ər və arvaddır.
Lakin nigahsız ailələr də mövcuddur. M əsələn, Qərb ölkələ
rində nigahsız yaşayan ailələrin sayı son zamanlar artmışdır.
Ailənin quruluşu dedikdə onun üzvləri arasındakı müx
təlif münasibətlərin məcmusu başa düşülür. Nümayəndələrinin
sayına görə ailələr nuklear (valideynlər, uşaqlar) və geniş
ailələrə (qayınana, qayınata, digər qohumların da daxil olduğu
ailələr) bölünür. Eyni zamanda ailələri «standart» və «qeyri-
standart» ailələrə də bölürlər. «Standart» ailələrə iki və ya
daha çox adamı birləşdirən, bir-birilə qohumluq telləri ilə sıx
bağlı olan, nigaha əsaslanan və yaxud övladlığa götürülmüş
şəxslərin yaşadığı ailələr aid edilir. «Qeyri-standart» ailələrə
isə bir-biri ilə qohumluq telləri ilə bağlı olmayan iki və ya
daha çlx adamın yaşadığı ailələr aiddir. Bütün bunlarla yanaşı
qeyd etmək lazımdır ki, son zamanlar Qərbdə tək yaşayan
kişilərin və qadınların sayı xeyli artmışdır.
Hər bir ailə üzvünün ailədə daşıdığı rola görə qarşılıqlı
münasibətləri dedikdə, həmin ailə üzvlərinin bir-birinə qarşı
davranış norma və münasibətlərinin məcmusu nəzərdə tutulur.
Ailədə rollarına görə bu münasibət kişi və qadm, ata və ana,
uşaqlar, qardaş və bacılar, qayınata və qayınana, yeznə, gəlin
və s. arasında olub ənənəvi və müasir ailələrdə özünəməxsus
xüsusiyyətləri ilə xarakterizə olunur. O.Konta görə, «normal»
şəraitdə ailələrdə uşaq valideynlərə (yaşına görə), qadın isə
ərinə (cinsi əlamətlərinə görə) tabe olmalıdırlar. Müasir
dövrdə hər iki parametrdə dəyişiklik baş verir. Uşaqlar çox
vaxt ailəni tərk edir, müstəqil yaşamağa meyl göstərir,
valideynlərinin istəyi ilə deyil, öz istəklərinə uyğun sənət
seçirlətilənin üç əsas tipini ayırd edirlər. Birinci
tip ailə
ənənəvi (patriarxal) ailə hesab olunur. Belə ailələrdə azı üç
nəsil bir yerdə olur və burada lider kişidir. Belə ki, bu cür ailə
lərdə qadın iqtisadi cəhətdən ərindən asılı olur, kişi və qadının
funksiyaları dəqiq m üəyyənləşir (ər ailənin maddi təminatçısı,
119
arvad evdar qadındır) və ailə problemlərinin həll edilməsində
üstünlük kişilərə verilir. İkinci tip ailəyə ənənəvi olmayan
ailələr aid edilir. Bu cür ailələrdə də üstünlik kişilərin tərəfin
dədir, kişi və qadın funksiyaları fərqlənir. Lakin ənənəvi ol
mayan ailələrdə qadm işləməklə bərabər həm də ev işlərini
aparır. Bu cür ailələrə istismarçı ailələr də deyilir. Üçüncü tip
ailəyə eqalitar ailələri aid edirlər. Eqalitar ailələrdə ev işləri
kişi və qadın arasında bərabər bölünür, əsas problemlər birgə
müzakirə olunur, ailəyə aid mühüm qərarlar birgə qəbul edilir.
Eyni zamanda bu cür ailələr emosional münasibətlərin zəngin
liyi ilə seçilir. Avropa ölkələrində uşaqlara qulluq etmək üçün
kişilər hətta məzuniyyət də götürürlər.
Ailənin mahiyyəti onun həyata keçirdiyi funksiyalarda,
quruluşunda, hər bir ailə üzvünün ailədəki rolunda ifadə
olunur. Ailə dörd m ühüm funksiyanı yerinə y etirir: 1. Əhali
artım ı funksiyası, 2.T ərbiyə funksiyası, 3 .T əsərrü fat-iq ti-
sadi funksiya, 4.R ekreasion funksiya. İnsan nəslinin ardıcıl
olaraq dəyişilməsi prosesi ailədən keçir. Övlad ailədə dünyaya
gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyəsi
həyata keçirilir. Bir çox mütəxəssislərin fikrincə ailədə
minimum üç uşağın dünyaya gəlməsi və onun boya-başa
çatdırılması əhali artımı funksiyasının yerinə yetirilməsi üçün
ölçüdür. Nümunəvi ailə başçısı olan ailələrdə uşaqların
tərbiyəsi normal gedir, sərxoş, narkoman, cinayətkar ailə
başçıları isə uşaqların tərbiyəsinə mənfi təsir göstərirlər. Ailə
mülkiyyətinin toplanması və maddi tələbatların ödənilməsi
təsərrüfat-iqtisadi
funksiyaya aiddir.
Ailənin
rekreasion
funksiyası emosional müdafiəni təmin edir, psixoloji rahatlıq,
təhlükəsizlik hissləri, sakitlik, inam yaradılmasına xidmət edir.
Ailə tərbiyəsinin bəzi stereotipləri həm ailədə, həm də
cəmiyyətdə öz mənfi təsirini göstərir.
Belə stereotiplərdən biri uşaqların diqqət mərkəzində
olmasında, qayğı ilə əhatə edilməsində ifrata varmaqdır.
Uşaqlara heç bir qadağa qoyulmaması «gül balaların», eqoist
uşaqların yaranması ilə nəticələnir. Digər stereotip isə ailə
120
başçılarının tərbiyə funksiyasını öz üzərindən atmasında tə
zahür edir. Ba cür ailə başçılarına elə gəlir ki, uşaqların tərbiy
əsi ilə yalnız pedaqoqlar, peşəkar tərbiyəçilər (məktəblərdə,
uşaq bağçalarında) məşğul olmalıdırlar. Belə valideynlər öz
borclarını yalnız ailəni maddi cəhətdən təmin etməkdə görür
və çox vaxt hətta tərbiyə üsulu kimi öz uşaqlarını döyməyə
üstünlük veridir. Belə ailələrdə ailə problemlərinin birgə
müzakirəsi minimaldır, dialoq təcrübəsi aşağı səviyyədədir,
uşaqlar isə hətta valideynləri ilə ünsiyyətə girə bilmirlər. Ai-
’ədə praqmatizm uşaqlara öz həyatını necə qurmağı, necə ya
şamağı öyrətməklə izah olunur.
Ailədə kişi ilə qadm arasında konfliktlərin müxtəlif
səbəbləri vardır. Psixofizioloji konflikt ailədə kişi ilə qadın
arasında bir-birini başa düşməməkdən, seksual həyatın
pozulmasından, bır-birindən narazı qalmaqdan irəli gəlir.
Psixoloji konflikt ailədə qeyri-sağlam mühitin yaranmasından,
yersiz mübahisələr və iradlardan doğur. A ilə-m əişət yükünün
qeyri-bərabər bölünməsi, ailə tsərrüfatının xaotik idarə
olunması da ailədə konflikt yaradan sobəblərdəndir. Eyni
zamanda, bir-birini başa düşməmək, qarşılıqlı hörmətsizlik,
ünsiyyətin zəifliyi ailədaxili ziddiyyətləri artırır və bu
konfliktlər çox zaman ailələrin dağılması ilə nəticələnir.
Bütövlükdə ailələrin dağılmasının, boşanmanın səbələri
şəxslərarası konfliktlərlə yanaşı, məişətin çətinliyi
və
ailəxarici amillərlə də bağlıdır. Şəxslərarası konfliktlər ailədə
məhəbbət hissinin itirilməsi, kobudluq, qısqanclıq və s.-dən
doğur. Məişətin çətinliyi dedikdə isə mənzil şəraitinin
dözülməzliyi, tərəflərdən birinin ev təsərrüfatını aparmaq istə
məməsi, ardıcıl davam edən maddi çətinlik, məcburi birgəya
şayış başa düşülür. Xarici amillərə isə ər və arvadın bir-birinə
xəyanəti, tərəflərdən birinin və ya hər ikisinin qohumlarının,
yaxın adamlarının ailənin daxili işlərinə qarışması və s. aiddir.
121
Dostları ilə paylaş: |