«Sosiologiya» Fənni Üzrə Kollokvium Suallarının Cavabları Sıra №



Yüklə 149,69 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü149,69 Kb.
#8171


«Sosiologiya» Fənni Üzrə  Kollokvium  

Suallarının Cavabları 

Sıra 

№ 

 



Sosiologiya elminin meydana gəldiyi tarixi şərait 

«Sosiologiya» anlayışı latın dilində «societas» (cəmiyyət) və yunanca 

«loqos» (söz, təlim) sözlərinin birləşməsindən meydana gələrək ən ümumi 

mənada  cəmiyyət  haqqında  elm  deməkdir.  Bəşər  tarixinin  bütün 

mərhələlərində  insanların  yaşayıb,  fəaliyyət  göstərdikləri  cəmiyyətin  dərk 

edilməsinə  və  ona  münasibət  göstərilməsinə  tələbatı  təbiidir.  Cəmiyyətin 

inkişafına, siyasətə, əxlaqa, elmə, dinə və incəsənətə dair maraqlı və orijinal 

fikirlər qədim Hind, Çin və yunan filosofları, orta əsrlərin və Yeni dövrün 

mütəfəkkirləri  tərəfindən  irəli  sürülmüşdür.  Buna  görə  də  keçmiş  dövrün 

hər bir böyük mütəfəkkiri özünün fəlsəfi sistemi çərçivəsində eyni zamanda 

öz  ictimai  baxışlarını  da  əks  etdirmişdir.  Müstəqil  elm  sahəsi  kimi  isə 

Sosiologiya XIX əsrdə formalaşmışdır. Bu elmin «atası» haqlı olaraq 1817 

– 1824-cü illərdə XIX əsrin böyük utopik sosialistlərindən biri hesab olunan 

Anri  Sen  Simonun  şəxsi  katibi  işləmiş,  fəlsəfədə  pozitivizm  cərəyanının 

banisi olan fransız mütəffəkkiri Ogüst Kont (1798-1857) hesab edilir. XIX 

əsrin  40-cı  illərindən  etibarən  O.Kont  öz  tədqiqatlarında  yeni  termindən- 

Sosiologiyadan istifadə etməyə başladı. Həmin terminin məzmunu  təbiidir 

ki,  ötən  150  il  ərzində  xeyli  dəyişmişdir.  Çünki,  cəmiyyət  inkişaf  etdikcə 

həyat dəyişdikdə onu öyrənən elm də inkişaf etməli və dəyişməlidir. 

 



Sosioloji tədqiqatlarda əsas nəzəri prosedurlar 

Proqramda nəzəri (metodoloji) və metodiki (prosedur) bölmələri 

fərqləndirmək olar. Bunlardan birincisinə problemin qoyuluşundan tutmuş  

respondentlərin seçilməsinə qədər  olan cəhətlər, ikincisinə isə 

məlumatların toplanması, işlənməsi və təhlili aiddir. Birinci  bölmə  

sosioloqdan əsaslı nəzəri hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi 

təhlilə məruz qoymağı bacarmalıdır.  

Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın toplanması 

metodlarının səciyyəsini müəyyən edir. 



İctimai rəyin sosiologiyası 

Hələ  ən  qədim  zamanlardan  başlayaraq  mütəfəkkirlər  «ictimai  rəy» 

anlayışını diqqət mərkəzində  saxlayırlar. İctimai rəyin gücü, tarixi prosesin 

subyektlərinin  fəaliyyətinə  onun  fəal  təsiri  heç  kimdə  şubhə  doğurmur. 

Məsələn, İntibah dövrünün görkəmli mütəfəkkiri N.Makiavelli (1469-1527) 

özünün  məşhur  «Hökmdar»  adlı  əsərində  bu  fenomenin  son  dərəcə 

əhəmiyyətli  xarakter  daşıdığını  göstərmişdir.  Lakin  bizim  hazırda  nəzərdə 

tütdüğümüz  mənada  bu  anlayışa  ingilis  dövlət  xadimi  C.Solsberinin 

əsərlərində rast gəlinir. 1159-cu ildə Solsberinin çıxışlarının birində bu söz 

birləşməsi  irəli  sürüldükdən  az  sonra  digər  ölkələrə  də    keçərək  ictimai 

fikrin mərkəzində dayanır. XVIII əsrin sonlarından etibarən isə  ictimai rəy 

hamı tərəfindən qəbul edilən anlayışa çevrilir. 



 




Cəmiyyət, sivilizasiya və sosial münasibətlər anlayışlarının qarşılıqlı 

əlaqəsi 

Geniş  mənada  cəmiyyət  bəşəriyyət  deməkdir,  yəni  onun 

yaranmasından  bu  günə  qədər  insan  təbiətində  gedən  proseslər  deməkdir. 

İnsanlar  çoxmüddətli  birliklər,  kollektivlər  yaratmasalar  yaşaya  bilməzlər. 

Bu  geniş  mənada  cəmiyyət  məkan  və  zaman  anlayışında  bütöv 

münasibətlərin sosial məcmusudur. 



Cəmiyyət – bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan insanların özləridirlər; 

dövlət – onları idarəedən hakimiyyət orqanıdır və nəhayət, ölkə -  insanların 

yaşadığı, ümumi tarixi və mədəniyyəti olan müəyyən ərazidir. 

O.Kont hesab edirdi ki, cəmiyyət ümumiyyətlə insanları özünə məxsus 

qayda və bənzərinə görə formalaşdırır. 

İnkişafı  əks  etdirən  proseslərin  qanunauyğun  nəticəsi  olaraq 

sivilizasiya yaranmışdır. Sivilizasiya cəmiyyətin maddi və  mədəni inkişafı 

nəticəsində    yaranan  ictimai    inkişafın  səviyyəsi  və  pillələrinin 

göstəricisidir.  O,  latın  sözü  olub  «civis»  -  vətəndaş,  «civitas»  -  cəmiyyət, 



«civilis» - mədəni, sivilizasiyalı deməkdir. 

Hər bir cəmiyyət ictimai münasibətlərin müəyyən tipi ilə səciyyələnir. 

İctimai  münasibətlər  yalnız  cəmiyyətdə  mövcud  olan  insanların  sosial 

fəaliyyəti,  yəni  istehsalat,  siyasət,  mənəvi  həyat  və  digər  sahələrdəki 

fəaliyyəti  prosesində  meydana  gələn  xüsusi  növ  əlaqələr  və  qarşılıqlı 

təsirlərdir.  Bu  münasibətlər  ictimai  münasibətlər  adlandırılır.  Onlar  böyük 

insan  kütlələri,  sosial  qrupları  və  siniflərin  qarşılıqlı  təsirindən  meydana 

gəlir. 


 



Sosioloji tədqiqatların proqramı 

Sosioloji  tədqiqatların    hazırlanması    bəzilərinin  düşündükləri  kimi 

anketin  tərtibindən    deyil,  proqramın  tərtibindən  başlanır.  Tədqiqat 

proqramının  elmi  surətdə  tərtibi  böyük  əhəmiyyət  kəsb  edir.  Çünki 

tədqiqatın  nəticələri  xeyli  dərəcədə    bu  sənədin    səviyyəsindən  asılıdır. 

Proqram  sosioloqun  həyata  keçirdiyi  prosedurların  (informasiyanın 

toplanması,  işlənməsi  və  təhlili)    nəzəri-metodoloji    əsasını    təşkil  edir. 

Sosioloji  tədqiqat proqramı özündə aşağıdakı cəhətləri birləşdirir: 

1.

 

Problemin,  tədqiqat  obyektinin  və  predmetinin  müəyyən 



edilməsi. 

2.

 



Tədqiqatın  xarakterinin,  məqsəd  və  vəzifələrinin  müəyyən 

edilməsi. 

3.

 

Əsas anlayışların  irəli sürülərək izahının verilməsi. 



4.

 

Əməli  fərziyyələrin irəli sürülməsi. 



5.

 

Tədqiqatın strateji planının hazırlanması. 



6.

 

Respondentlərin seçilməsi planının tərtibi.  



7.

 

Məlumatların toplanması metodlarının təsviri. 



8.

 

Məlumatların təhlili sxeminin təsviri. 



Proqramda  nəzəri  (metodoloji)  və  metodiki  (prosedur)  bölmələri 

fərqləndirmək  olar.  Bunlardan  birincisinə  problemin  qoyuluşundan  tutmuş  

respondentlərin  seçilməsinə  qədər    olan  cəhətlər,  ikincisinə  isə 

məlumatların  toplanması,  işlənməsi  və  təhlili  aiddir.  Birinci    bölmə  

sosioloqdan  əsaslı  nəzəri  hazırlıq  tələb  edir.  O,  tədqiqat  obyektini  məntiqi 



təhlilə məruz qoymağı bacarmalıdır.  

Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın toplanması 

metodlarının səciyyəsini müəyyən edir. 



Qərbi Avropa ölkələrinə sosioloji fikir (Kont.Spenser, Şteyn və s.) 

Sosiologiya 

elminin 

banisi 


fəlsəfədə 

pozitivizm 

cərəyanının 

yaradıcılarından  biri  olan  fransız  filosofu  Ogüst  Kont  (1798-1857)  hesab 

edilir.    İlk  dəfə  məhz  O.Kont  kapitalizm  cəmiyyətinin  səciyyəvi 

xüsusiyyətlərini öyrənmiş, onun mövcudluq və inkişaf qanunlarını formulə 

etmişdir.  Kontun  təlimi  mövcudluq  qanunlarını  öyrənən  sosial  statika  və 

hadisələrin inkişaf ardıcıllığını şərh edən  sosial dinamika adlı iki hissədən 

ibarət  olub  «sosial  fizika»  adlanırdı.  Lakin  1839-cu  ildə  belçikalı  statistik 

Ketlenin  də  həmin  termindən  istifadə  etdiyi  məlum  olduqda  Kont  yeni 

termin – «sosiologiya» anlayışını irəli sürdü. 

Kontun  ideyaları,  cəmiyyətin  bütöv  sosial  orqanizm  kimi  fəaliyyəti 

haqqında  fikirləri  ingilis  filosofu  Herbert  Spenser  (1820-1903)  tərəfindən 

daha  da  inkişaf  etdirilmişdir.  Spenserin  «Sintetik  fəlsəfə  sistemi»,  «Elmi, 

siyasi  və  fəlsəfi  təcrübələr»,  «Əsas  mənbələr»  kimi  əsərlərində  cəmiyyət 

bioloji  və  sosial  amillərin  qarşılıqlı  təsirində  olan  vahid  sistem  kimi 

qiymətləndirilir.  Bu  nəzəriyyəyə  görə  ictimai  həyatın    bütün  tərəfləri  üzvi 

surətdə bir-biri ilə bağlıdır və bu əlaqələrsiz fəaliyyət gösətərə bilməz. 

XIX əsrin ortalarında alman dilli ölkələrdə  sosioloji ideyaların 

yayılmasında Lüdviq fon Şteynin (1815-1890) əsərlərinin mühüm rolu 

olmuşdur. Onun  1842-ci ildə nəşr olunmuş «Müasir Fransada sosializm və 

kommunizm» adlı əsəri Almaniyada sosioloji fikrin təməlini  qoymuşdur. 

Alman  sosioloqu Zombart (1863-1911) iddia edirdi ki, «Karl Marks 

sosializmə dair bütün ideyalarını məhz Lüdviq fon Şteyndən əxz etmişdir». 





Sosioloji biliklərin səviyyəsi. 

Sosioloji  biliklər  sistemi  mürəkkəb  struktura    malik  olub  ictimai 

gərçəkliyin tədqiqinin müxtəlif tiplərini və səviyyələrini əks etdirir. İctimai 

həyatın öyrənilməsinin nəzəri və tətbiqi (praktiki, əməli) aspektləri burada 

sıx vəhdətdə çıxış edir. Buna görə  də ictimai həyatın müəyyən sahələrinin 

tədqiqi  ilə  məşğul  olan  ixtisaslaşmış  sahələri  və  müxtəlif  sosioloji 

nəzəriyyələri  qeyd  etmək  zəruridir.  Deməli  sosiologiya  sosial  idrakın 

aşağıdakı  səviyyələrini  özündə  birləşdirir:  ümumi  nəzəriyyə,  xüsusi 

nəzəriyyələr və konkret (empirik)  tədqiqatlar. İkinci və üçüncü səviyyələri 

çox  vaxt  «tətbiqi  sosiologiya»  anlayışı  ilə  qeyd  edirlər.  Bu  səviyyələrdən 

hər biri ictimai həyatın öyrənilməsində özünəməxsus yanaşma üsuluna  və 

metodlarına  malikdirlər.  Ümumi  sosioloji  nəzəriyyənin  əsas  vəzifəsi 

cəmiyyətin mövcudluğu və inkişafının ümumi qanunlarını tədqiq etməkdən 

ibarət  olduğu    halda,  tətbiqi  sosiologiyanın  vəzifəsi  həmin  qanunların 

cəmiyyət  həyatının  müxtəlif  sahələrində  müxtəlif  tarixi  şəraitdə  təzahür 

etmə formalarını və fəaliyyət mexanizmini öyrənməkdən ibarətdir. Ümumi 

sosioloji  nəzəriyyə  hər  bir  sosial  hadisəyə  bütöv    ictimai  tamın  elementi 

kimi  baxır.  Onun  hüdudları  daxilində  xüsusi  sosioloji  nəzəriyyələr 

səviyyəsində  konkretləşən  sosial  hadisələrin  və  proseslərin  öyrənilməsinin 

əsas  metodoloji  şərtləri  formalaşır.  O,  ayrı-ayrı  sosial  prosesləri  və 

hadisələri sosial tamla uyğunlaşdırmağa və bununla  da onları elmi şəkildə 

izah  etməyə,  əsil  mənşələrini  aşkara  çıxarmağa,  strukturunu  və 




funksiyalarını müəyyən etməyə imkan verir. 

 

 



Tətbiqi sosiologiyanın məqsəd və vəzifələri 

Sosiologiya  elmi  iki  bərabər  hissədən:  nəzəri  və  tətbiqi  hissələrdən 

ibarətdir.  Nəzəri  hissə  problemlərin  ümumiləşdirilməsi  və  elmi  nəticələr 

çıxarılması  ilə  məşğul  olduğu  halda,  tətbiqi    hissə    ictimai  həyatın  ən 

müxtəlif  sahələrində  sosiologiyanın  köməyini  təklif  edir.  Buna  müvafiq 

olaraq  sosioloji  biliklərin  səviyyəsi  3  yerə  bölünür:  ümumi  sosioloji 

nəzəriyyələr, xüsusi nəzəriyyələr, empirik tədqiqatlar. 

 



O.Kont sosiologiya elminin banisidir. 

Sosiologiyanın  müstəqil  elm  sahəsi  kimi  meydana  gəlməsi  XIXəsrin 

birinci  yarısına  təsadüf  edir.  Bu  elmin  yaranması  cəmiyyətdə  kəskinləşən  

ictimai-siyasi  mübarizə  ilə  bağlı  olmuşdur.  Yeni  intellektual  sintezə,  insan 

və cəmiyyət haqqında realist təhlilə tələbat daim artırdı. Sosial hadisələri və 

prosesləri izah etmədən, ictimai  həyatın  müxtəlif tərəfləri  barədə konkret 

empirik  informasiya  almadan,  bir  sözlə  sosioloji  realizm  mövqeyində  

dayanmadan cəmiyyəti səmərəli  idarə etmək mümkün deyildi. 

Sosiologiya 

elminin 


banisi 

fəlsəfədə 

pozitivizm 

cərəyanının 

yaradıcılarından  biri  olan  fransız  filosofu  Ogüst  Kont  (1798-1857)  hesab 

edilir.    İlk  dəfə  məhz  O.Kont  kapitalizm  cəmiyyətinin  səciyyəvi 

xüsusiyyətlərini öyrənmiş, onun mövcudluq və inkişaf qanunlarını formulə 

etmişdir.  Kontun  təlimi  mövcudluq  qanunlarını  öyrənən  sosial  statika  və 

hadisələrin inkişaf ardıcıllığını şərh edən  sosial dinamika adlı iki hissədən 

ibarət  olub  «sosial  fizika»  adlanırdı.  Lakin  1839-cu  ildə  belçikalı  statistik 

Ketlenin  də  həmin  termindən  istifadə  etdiyi  məlum  olduqda  Kont  yeni 

termin – «sosiologiya» anlayışını irəli sürdü. 

Kontun  sosial-fəlsəfi  baxışlarının  mərkəzində  özünün  yazdığı  kimi 

«bəşəriyyətin  intellektual  təkamülünün  böyük  əsas  qanunu»  dayanır.  Bu 

qanuna  görə insanların  idrakı fəaliyyəti və ictimai şüuru aşağıdakı inkişaf 

mərhələlərindən keçmişdir: teoloji, metafizik və pozitiv. Birinci mərhələdə  

insan ağlı  təbiətdə baş verən bütün hadisələri fövqəltəbii qüvvələrlə, ikinci 

mərhələdə  abstrakt  anlayışlarla  izah  etdiyi  halda,  pozitiv  mərhələdə  insan 

öz  mühakimələrində    elmi  müşahidələrə  əsaslanır.  Kont  cəmiyyətin 

inkişafının  qanunauyğun  və  mütərəqqi  xarakter    daşıdığını  göstərirdi.  O, 

bunu sosial dinamika adlandırırdı. 

O.Kontun əsas xidməti  bundadır ki, o cəmiyyətə bütöv sosial orqanizm 

kimi baxırdı. 

10 

XIX əsrin sonu – XX əsrin əvvəllərində sosiologiya elminin inkişaf 

xüsusiyyətləri 

Sosiologiya elminin banisi fəlsəfədə pozitivizm cərəyanının 

yaradıcılarından biri olan fransız filosofu Ogüst Kont (1798-1857) hesab 

edilir.  İlk dəfə məhz O.Kont kapitalizm cəmiyyətinin səciyyəvi 

xüsusiyyətlərini öyrənmiş, onun mövcudluq və inkişaf qanunlarını formulə 

etmişdir. Kontun təlimi mövcudluq qanunlarını öyrənən sosial statika və 

hadisələrin inkişaf ardıcıllığını şərh edən  sosial dinamika adlı iki hissədən 

ibarət olub «sosial fizika» adlanırdı. Lakin 1839-cu ildə belçikalı statistik 




Ketlenin də həmin termindən istifadə etdiyi məlum olduqda Kont yeni 

termin – «sosiologiya» anlayışını irəli sürdü. 

XIX  əsrin  sonu  –  XX  əsrin  əvvələrində  sosioloji  pozitivizm 

cərəyanının  ən  görkəmli  nümayəndələrindən    biri  kimi    fransız  sosioloqu 



Emil  Dyürkheym  (1858-1917)  çıxış  edir.  Kontun  və  Spenserin  sosioloji 

baxışlarını  daha  da  inkişaf  etdirən  Dyürkheymin  fikrincə  bütöv  sosial 

orqanizmin  elementləri  öz  aralarında    harmonik  əlaqələr  yaratmaqla  tamı 

qoruyub  saxlamağa    borcludurlar.  Dyürkheym  sosiologizm  cərəyanının 

banisidir.  Özünün  «Sosiologiyanın  metodu»  adlı  əsərində    Dyürkheym 

sosiologiyanın  predmetinin  fərdlərin  iradəsindən  asılı  olmayaraq  mövcud 

olan və onlara təsir gösətərən sosial faktlardan ibarət olduğunu iddia edirdi.  

İtaliyada XIX yüzilliyin sonundan etibarən sosiologiyanın inkişafı  Vilfredo 



Paretonun (1848-1923) və Qaetano Moskanın (1858-1914) adları ilə 

bağlıdır. V.Pareto sosial hadisələrə qiymət verərkən, həm sosioloq və həm 

də iqtisadçı kimi təbii - elmi baxışlara əsaslanırdı. Onu  cəmiyyət həyatında 

daim təkrarlanan və ayrı-ayrı mənəvi sərvətlərdən asılı olmayaraq təhlil 

edilə bilən sosial faktlar maraqlandırırdı. O, hər cür nəzəri  tarixi yalana və 

ya özünü aldatmağa əsaslanan ideologiya kimi rədd edirdi. Paretonun 

fikrincə, tarix siyasi elitaların hakimiyyət uğrunda mübarizə meydanıdır. 

İnsanlar yalnız şərti olaraq  sosial mövcudat kimi nəzərdən keçirilə bilərlər, 

əslində isə onlar təbiətin ümumi qanunları əsasında inkişaf edirlər. 2600 

paraqrafdan ibarət olan «Ümumi sosiologiyaya dair traktat» əsərində Pareto 

müəyyən mənada sosial mexanikanı inkişaf etdirir. O, insan fəallığını iki 

əsas tipə: məntiqi və qeyri-məntiqi fəaliyyətə bölür. Real həyatda isə bu iki 

tip qarışıq şəkildə çıxış edir.  Paretonun fikrincə, insanların əksəriyyətinin 

gündəlik fəaliyyətini məhz hisslər müəyyən edir. Pareto həm burjua 

demokratiyasının ideallarına, həm də marksizm  nəzəriyyəsinin 

müddəalarına etinasızlıqla yanaşırdı. 



11 

Fenomenoloji sosiologiya nəzəriyyəsi və onun mahiyyəti 

Fenomenoloji  sosiologiya  nəzəriyyəsinin  nümayəndələri  P.Berger, 

A.Şyuts, T.Lukmann belə hesab edirlər ki, dünyanın dərk edilməsi, konkret 

faktların  qəbul  edilməsi  insanın    bu  və  ya  digər  hadisələrə  necə  qiymət 

verməsindən  asılıdır.  Şəraitə,  hadisələrə  qiymətvermə  isə  onun  həyat 

təcrübəsi  ilə  müəyyən  olunur.  Avstriya  sosioloqu  A.Şyutsun  fikrincə, 

sərvətlər  və  mənalar  arasındakı  fərqlər  sosiallaşmanın  spesifikası  ilə 

şərtlənir  və  fərdin  hansı  mədəniyyətə,  sosial  təbəqəyə,  peşə  qrupuna  aid 

olmasından asılıdır. 



 

12 

Sosiologiyanın funksiyaları 

Başqa  elm  sahələrində  olduğu  kimi,  sosiologiya  elmi  də  bir  sıra 

funksiyaları  yerinə  yetirir.  Hər  şeydən  əvvəl  o  sosial  inkişafın  obyektiv 

qanunauyğunluqları  barədə  dəqiq  bilik  verir.  Bu  sosiologiyanın  idrakı 

funksiyasıdır.  İkincisi,  sosiologiya  ictimai  həyatın  müxtəlif  sahələrinin 

inkişafı prosesinin idarə olunmasına kömək üçün təkliflər irəli sürür ki, bu 

da onun praktiki funksiyasıdır. Üçüncüsü, o kütlələrin ideya tərbiyəsi işinə 

xidmət edir ki, bu da onun ideoloji funksiyasıdır. 



İdrakı funksiya. Bu funksiya bir neçə aspektdə həyata keçir. 

Birincisi,  sosiologiya  tədqiqatçını  cəmiyyətin  inkişafı  və  bu  inkişafın 




                                                           

1

 «Социологические исследования» журналы. 1974, №2, с.180. 



2

 Рабочая книга социолога. М., 1977, с. 39. 

qanunauyğunluqları  haqqında  biliklərlə  silahlandırır,  bu  inkişafın 

mənbələrini və proseslər mexanizmini aşkara çıxarır. 

İkincisi, 

sosial 


hadisələrin 

və 


proseslərin 

obyektiv 

qanunauyğunluqlarını  açıb  göstərməklə  sosiologiya  istər  bütövlükdə 

cəmiyyətin,  isətərsə  də  onun  ayrı-ayrı  tərəflərinin  və  sahələrinin  gələcək 

inkişafı perspektivlərini başa düşməyə imkan verir. 

Üçünçüsü,  sosial  qanunlar  qanun-meyl  kimi  həyata  keçirilir.  Konkret 

sosioloji  tədqiqatların  vəzifəsi  adamların  ictimai  fəaliyyətində  sosial 

qrupların,  şəxsiyyətin,  peşə  qrupunun  və  cəmiyyətin  mənafelərinin 

maksimum uzlaşmasına imkan verən konkret formanı müəyyən etməkdir. 

Dördüncüsü,  sosiologiya  sosioloji  və  digər  sosial  tədqiqatlarda  idrakı 

fəaliyyətin  nəzəri  təhlilini  verməli,  sosial  idrakın  nəzəriyyəsini  və 

metodologiyasını  işləyib  hazırlamalıdır.  Sosiologiya  elminin  idrakı 

funksiyası  imkan  verir  ki,  sosial  proseslərin  təhlili  əsasında  cəmiyyətin 

maddi,  mənəvi  yaxud  siyasi  həyat  sferalarının  inkişafına  xidmət  edən 

proqnozlar irəli sürmək mümkün olsun. 

Praktiki  funksiya.  Sosiologiya  elminin  bu  funksiyası  onun  idrakı 

funksiyası  ilə  sıx  əlaqədardır.  O,  qabaqcadan  görmə  momentini  özündə 

birləşdirən  elmi  idrakın  təbiətindən  doğur.  Cəmiyyətin  və  onun  ayrı-ayrı 

tərəflərinin    hazırkı  vəziyyətinin  təhlilinə  əsaslanaraq  sosiologiya 

cəmiyyətin  yaxın  və  uzaq  gələcək  inkişaf  perspektivlərini  aşkara 

çıxarmalıdır. 

İctimai  münasibətlərin  hazırkı  vəziyyətini  tədqiq  etməklə  sosiologiya 

buna  nail  olur  ki,  insanlar  öz  ictimai  münasibətlərini  nəzarət  altına  ala  və 

ictimai  tərəqqinin  obyektiv  tələbatına  müvafiq  olaraq  onları  tənzimləyə 

bilsinlər. 

İctimai  inkişafın  qanunauyğunluqları  və  meyllərinin  dərindən  dərk 

edilməsinə  əsaslanan  proqnozlaşdırma  cəmiyyətin  elmi  idarə  olunmasının 

başlıca şərtini təşkil edir. Proqnozlaşdırmanı praktika ilə uzlaşdırdıqda uzun 

müddətli  sosial  proqnozlaşdırma  proqram,  qısamüddətli    isə    plan  kimi 

təfsir  edilə  bilər.  Cari  sosial  proqnozlaşdırma  isə  plana  düzəlişlər 

verilməsini, yəni onda vaxtında dəyişikliklər aparılmasını nəzərdə tutur. 



İdeoloji funksiya.  Elmi-idrakı və praktiki funksiyalarla yanaşı sosiologiya 

elmi eyni zamanda mühüm ideoloji funksiyanı da yerinə yetirir. 1974 – cü 

ildə Toronto şəhərində  keçirilən VIII Ümumdünya Sosiologiya 

konqresində məşhur Qərbi Almaniya sosioloqu  Renata Maynts 

«Sosiologiya: mənəvi  sərvətlərdən azadlıq və siyasi təkliflər problemi» adlı 

məruzəsində  qeyd edirdi ki, «sosiologiyanın ən aktual vəzifələrindən biri 

siyasətə öz münasibətini müəyyən etməkdir. Axı sosiologiya çox vaxt siyasi 

qərarlar qəbul edilməsi üçün baza rolunu oynayır və buna görə də o da bu 

mənada siyasətdir»

1

. Məşhur amerikan alimi Rayt Millz isə «Sosioloji 



təxəyyül» adlı kitabında ürək ağrısı ilə yazır ki, ABŞ-da sosiologiya 

generalların, həbsxana rəislərinin, biznesmenlərin xidmətçisinə 

çevrilmişdir.

2

 Sosiologiya zəhmətkeşlərin siyasi şüur səviyyəsinin 



yüksəldilməsində, onlarda fəal həyat mövqeyi tərbiyə edilməsində, onların 


sosial fəallıqlarının gücləndirilməsində  mühüm rol oynayır. Sadəcə olaraq 

sosioloji sorğuda iştirakın özü belə  adamlarda ictimai məsələlərə marağın 

yüksəlməsinə, onların sosial fəallıqlarının artmasına səbəb olur. İdeoloji 

funksiya, hər şeydən əvvəl təbii-tarixi prosesin dərk olunmasına və 

cəmiyytəin inkişafının məqsədlərinin müəyyən edilməisnə xidmət göstərir, 

ikincisi, digər konsepsiyalara qarşı elmi və ideoloji mübarizəni nəzərdə 

tutur; üçüncüsü əhali arasında düzgün elmi ideologiyanın yayılması işinə 

xidmət edir; nəhayət, dördüncüsü yüksək səviyyəli mütəxəssislərin 

hazırlanması və onların elmi ideologiyanı mənimsəməsi işini həyata keçirir. 

13 

“Münaqişələrin sosiologiyası” cərəyanının mahiyyəti 

Darendorf  cəmiyyətdə  münaqişə    probleminə  xüsusi  diqqət  yetirirlər. 

Münaqişələrə  təsir  göstərmək,  onu  nizamlamaq  mümkündür.    Sosial 

münaqişənin əsas funksiyaları isə aşağıdakılardır: 

 

Sosial strukturun inteqrasiyası; 



 

Qruplar daxilində həmrəyliyin qorunub saxlanması; 



 

İnsanlararası münasibətlərin möhkəmlənməsi; 



 

Sosial dəyişikliklərin idarə olunması. 



Son  10-15  ildə  münaqişələrin  sosiologiysına  maraq  xeyli  artmışdır. 

Dünyanın  müxtəlif  ölkələrində  və  regionlarında  baş  verən  müxtəlif  tipli 

münaqişələr məsələyə elmi yanaşma tələb edir. 

 

14 

“Simvolik interaksionizm” cərəyanının mahiyyəti. 

Simvolik  interaksionizm  müasir  Qərb  sosiologiyasında  ən  çox  diqqəti 

cəlb  edən  cərəyanlardan  biridir.  Onun  banisi,  amerikan  psixoloqu  və 

sosioloqu  C.Mid  (1863-1931)  Darvinin    ardınca  insanın  təkamülü 

nəzəriyyəsini  yaratmağa  cəhd  göstərir.  Midin  fikrincə,  insan  fəaliyyətinin 

səciyyəvi  cəhəti  simvollardan  istifadə  olunmasıdır.  O,  sosial  hərəkatın  iki 

formasını və ya pilləsini göstərir: jestlər vasitəsi ilə ünsiyyət və simvolların 

vasitəsi    ilə  ünsiyyət.  Sonuncunu  o, funksional  və  antropoloji baxımlardan 

izah  edir.  Funksional  izah  etibarlı  instinktlərə  malik  olmadıqları  üçün 

insanların davranışını uzlaşdırmaq zərurəti ilə bağlıdır. Antropoloji izah isə, 

insanların  ünsiyyəti  asanlaşdırmaq  üçün  simvollar  yaradarıq  onlardan 

istifadə etmələrini nəzərdə tutur. 

 

15 

ABŞ sosioloqlarının sosioloji  fikrin inkişafında rolu (R.M.Makayver, 

R.K.Merton, T.Parsons, P.A.Sorokin, N.Smelzer). 

XX  yüzilliyin  əvvələrindən  etibarən  sosiologiya  elminin    inkişaf 

mərkəzi  ABŞ  universitetlərinə  keçir.  Buna  görə  də  müxtəlif  problemlər 

üzərində  elmi  tədqiqatlar  aparan  alimlər  içərisindən  biz  bəzilərinin 

yaradıcılığının  öyrənilməsini  zəruri  hesab  edirik.  Xüsusən  amerikan 

sosioloqlarından  Robert  Morison  Mak  -Ayver  (1882-1970),  Robert  Kinq 

Merton  (1910-1987),    Talkott  Parsonsun  (1902-1973)  və  Pitirim 

Sorokinin(1889-1968) baxışları böyük elmi maraq doğurur. 



R.M.Mak–Ayver 

1915-1927-ci 

illərdə 

Kanadanın 

Toronto 

universitetində siyasi elmlər professoru vəzifəsində çalışmışdır. Daha sonra 

Nyu-Yorkun  Kolumbiya  universitetinə  dəvət  alan  Mak-Ayver  burada 

əsasən dövlətin və istehsalın sosiologiyası ilə məşğul olmuşdur. O, 1940-cı 

ildə  Amerika  Soiologiya  Cəmiyyətinin  30-cu  prezidenti  seçilmişdir.  Mak-



Ayverin sosiologiyasında morfologiya  etiologiya adlı təlimlər xüsusi yer 

tutur.  Morfologiyanı  o,  sosial  formalar  haqqında,  etiologiyanı  isə,  sosial 

səbəblər  haqqında  təlim  kimi  nəzərdən  keçirirdi.  Onun  fikrincə,  hər  bir 

sosial  fakt  müəyyən  formaya,  həmçinin  onu  doğuran,  meydana  gətirən  və 

inkişaf  etdirən  səbəbə  malikdir.  Sosiologiya  elminin  başlıca  və  əsas 

məqsədi  sosial  faktların  mahiyyətinə  varmaqdan,  onların  səbəblərini  və 

formalarını aşkara çıxarmaqdan ibarətdir. 

Robert Kinq Mertonu sosioloq kimi məşhurlaşdıran XX yüzilliyin 30-

cu  illərində    bürokratik  struktur  və  şəxsiyyət  problemini  tədqiq  etməsi 

olmuşdur.  Xüsusən  o,  bürokratik  struktur  daxilində  münaqişə,  sosial 

fəaliyyətin  sosial-psixoloji  əsasda  ortaya  çıxardığı  gözlənilməz  nəticələr 

probleminin  təhlilinə  daha  çox  diqqət  yetirmişdir.  O,  bunu  çoxlu  sayda 

mənafelərin  və    iradələrin  qarşılıqlı  mübarizəsi  ilə  əlaqələndirirdi.  Bundan 

əlavə Merton elmin sosioloji tədqiqi problemi ilə  də məşğul olmuşdur.  

Talkott  Parsons  əvvəlcə    təbiət  elmlərini  öyrənirdi  və  həkim  olmaq 

fikrində  idi.  Lakin  1924-cü  ildə  o,  fikrini  dəyişərək  London  İqtisadiyyat  

Məktəbinə  daxil  olur.  Daha  sonra  Parsons  Almaniyanın  Heydelberq 

Universitetində  «M.Veber  və  V.Zombartın  kapitalizm  anlayışı  haqqında» 

mövzusunda  dissertasiya  müdafiə  etdi.  1944-cü  ildən  etibarən  Harvard 

Universitetində  çalışmışdır.  O,  1949-cu  ildə  Amerika  Sosiologiya 

Cəmiyyətinin 31-ci prezidenti seçilmişdir. 

Sosiologiya  elminin  inkişafında  XX  yüzilliyin  əvvəllərində    Sankt-

Peterburq 

Universitetinin 

professoru, 

milliyyətcə 

mordvin 

olan 


P.A.Sorokinin  böyük  xidmətləri  olmuşdur.  1922-ci  ildə  əvvəllcə  Avropaya 

mühacirətə gedən alim 1923-cü ildə ABŞ-a köçmüşdür. Onun əsas əsərləri  

aşağıdakılardır:  «İnqilabın sosiologiyası», «Müasir sosioloji nəzəriyyələr», 

«Sosial  və  mədəni  mobillik»,  dörd  cilddən  ibarət  olan  «Sosial  və  mədəni 

dinamika», «İnsan, sivilizasiya, cəmiyyət» və s. 

Amerika  sosiologiyasının  gənc nəslinin  nümayəndələri  olan  T.Mur  və 



N.Smelzer  sosial  sistemdə  baş  verən  dəyişiklikləri  sosial  dəyişikliklərlə 

bağlayırlar.  Onlar  hesab  edirlər  ki,    məhz    K.Marks  sosial  dəyişikliklər 

nəzəriyyəsinin  banisidir.  Smelzer  özünün  «İqtisadi  həyatın  sosiologiyası» 

əsərində    iqtisadiyyatı  sosial  proseslərin  dinamikasına  həlledici  təsir 

göstərən  amil  hesab  edir.  Smelzerin  fikrincə,  tarixin  sosial-iqtisadi 

inkişafının  əsas  problemlərinin  əsil  elmi  izahı  K.Marksa  və  M.Veberə 

məxsusdur. 

 

16 

XX əsr ABŞ sosiologiyası və onun mahiyyəti 

XX  əsrin  əvvələrindən  başlayaraq  sosiologiyada  milli  məktəblərin 

spesifikası  özünü  göstərməyə  başlayır.  Bu,  onların    formalaşması 

xüsusiyyətləri  ilə  bağlı  idi.  Məsələn,  Fransada  sosiologiya  tarixi-fəlsəfi 

ənənələrdən,  Almaniyada  isə  fəlsəfi-iqtisadi  köklərdən,  İtaliyada  siyasi 

elmlərdən, İngiltərədə idarəetmədən ayrılaraq tam müstəqillik əldə edir. Bu 

dövr həmçinin sosioloji tədqiqatlar  mərkəzinin  Avropadan  ABŞ-a  keçməsi 

ilə    səciyyələnir.  1905-ci    ildə  ABŞ-da  Sosiologiya  cəmiyyəti  təşkil 

olunduqdan  sonra  çox  qısa  müddət  ərzində  bu  elm  geniş  inkişaf  yoluna 

qədəm  qoydu. Hazırda ABŞ-ın bütün universitetlərində və kolleclərində bu 

fənn geniş tədris olunur. 



Amerikada sosiologiyaya  dair 300-dən çox jurnal nəşr olunur. Müasir 

sosiologiyanın    ən  görkəmli  nümayəndələrinin  böyük  əksəriyyəti  ABŞ 

universitetlərində  çalışır.  XX  əsr  amerikan  sosiologiyasının  aşağıdakı 

görkəmli    nümayəndələri  vardır:  A.  İnkels,  C.Devis,  T.Milz,  P.Braun, 



M.Trou, A.Koen, E.Şillz, R.Mak-Ayver, R.K.Merton, T.Parsons və s. 

 

17 

Cəmiyyət sosioloji kateqoriya kimi. 

Cəmiyyət  sosioloji  kateqoriya  kimi    -  insanların  birgə  yaşamasını 

həyata  keçirən  bütöv  təşkilatdır.  O,    müəyyən  məkan  və  zaman  sərhədləri 

olan  özünəməxsus  orqanizm  və  sistemdir.      Cəmiyyət  insanların  birgə 

fəaliyyətinin tarixən yaranmış formalarının məcmusudur.  

Cəmiyyətin bərqərar olması mürəkkəb və uzun sürən prosesdir. O, bir 

neçə millyon il sürüb və  bu proses bir neçə on min il  bundan  əvvəl başa 

çatıb.  Marksizm  nəzəriyyəsinə  görə  cəmiyyət  iqtisadi,  sosial,  siyasi  və 

ideoloji münasibətlərin vahid sistemidir və burada əsas rolu səbəb və nəticə 

əlaqələri  oynayır.  Hər  bir  cəmiyyətin  özəyi  (elementi)  insandır.  İnsanlar  

qohumluq,  təsərrüfat,  etnik,  dini,  siyasi  və  digər  əlaqələr  əsasında  

birləşirlər.  K.Marksın  fikrincə,  cəmiyyət  insanların  birgə  fəaliyyəti  və 

ünsiyyətinin  məhsuludur,  onun  yaranmasının  vacib  ünsürü  –  əmək 

olmuşdur.  Cəmiyyətin    maddi  yaradıcıları  insanlardır,  həmçinin  onların 

birgə  fəaliyyətidir,  çünki  insanlar  çoxmüddətli  kollektivlər  yaratmasalar 

yaşaya  bilməzlər.  Bu  ünsüyyətin  zərurililiyi  prosesi  cəmiyyətin 

formalaşmasına təkan vermişdir. 



 

18 

Sosiologiyada “fəaliyyət nəzəriyyəsi” və onun mahiyyəti  

Sosial  fəaliyyət  nəzəriyyəsinin  meydana  gəlməsi  amerikalı  tədqiqatçı 

C.Homansın (1910-1989) adı ilə bağlıdır. O, empirik sosial elmin vəzifəsini 

hadisələr  arasında  əlaqələrin  təsviri  və  izahında  görürdü.    Homansın 

fikrincə,  təsvir  yalnız    müşahidə  olunan  əlaqə  və  münasibətlərin 

ümumiləşdirilməsi  sayəsində  mümkündür.  O,  bu  cür  ümumiləşdirilmələri  

fərziyyələr  adlandırır.  Sosial  hadisələri  izah  etməni  Homans  yalnız 

psixologiya 

ilə 


bağlayır. 

Onun 


fikrincə, 

sosial 


fəaliyyətin 

qanunauyğunluqlarını  dərk  etmək  sosiologiyanın  başlıca  vəzifəsini  həll 

etmək deməkdir. 

 

19 

Sosioloji tədqiqatların təşkili və aparılması 

Sosioloji tədqiqatların təşkili və aparılması dörd əsas mərhələdən keçir: 



Birinci  mərhələ  tədqiqata    hazırlığı  nəzərdə  tutur.  Buraya  məqsədin, 

proqramın, planın düşünülməsi, tədqiqat müddətinin, informasiyanın  təhlil 

edilməsi üsullarının müəyyən edilməsi və s. daxildir. 

İkinci  mərhələ  ilkin  sosioloji  məlumatların  toplanması  prosesindən 

ibarətdir. Buraya müxtəlif mənbələrdən toplanmış məlumatlar (sənədlərdən 

çıxarışlar, tədqiqatçının qeydləri, rəyi, soruşulanlardan bəzilərinin  fikirləri 



və s.) aiddir. 

Üçüncü  mərhələ    soioloji  tədqiqatların  (anket  sorğusu,  müsahibə, 

kontent-analiz  və  s.)  gedişi  prosesində  toplanmış  məlumatların  EHM-də 

işlənmə  üçün  proqramın  hazırlanması  və  EHM-də  işlənməsini  nəzərdə 

tutur. 


Dördüncü,  sonuncu  mərhələ  işlənmiş  materialın  təhlili,  tədqiqatın 

yekunlarına  həsr  olunmuş  hesabatın  tərtibi,  sifarişçi,  yaxud  idarəetmə 

subyekti üçün nəticələrin və təkliflərin hazırlanması mərhələsidir. 

Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və vəzifələrin xarakteri ilə, 

sosial    proseslərin  təhlilinin  dərinliyi  və  s.  ilə  müəyyən  olunur.    Buna  

müvafiq  olaraq  sosioloji  tədqiqatların  üç  əsas  növünü  fərqləndirirlər: 



axtarış, təsviri və analitik

 

20 

T.Parsons cəmiyyət tipləri haqqında 

Parsonsun  fikrincə,  cəmiyyətin    inkişafı  təkamül  xarakteri  daşıyır.  O, 

üç cəmiyyət tipi göstərir: 

 



Primitiv,  burada  differensiasiya  güclüdür,  cəmiyyətin  ölkələr, 

dövlətlərə, xalqlara parçalanması baş verir; 

 

Ara  cəmiyyət  tipi.  Bu  tip  yazının,  sosial  təbəqələşmənin 



meydana  gəlməsi  və  mədəniyyətin  müstəqil  fəaliyyət  sahəsinə 

çevrilməsi ilə əlamətdardır; 

 

Müasir,  bu  tipin  xarakterik  cəhəti  hüquqi  sistemin  dini 



sistemdən 

ayrılmasından, 

inzibati 

bürokratiyanın, 

bazar 

iqtisadiyyatının  və  demokratik  seçki  sisteminin  formalaşmasından 



ibarətdir. 

T.Parsons 1937-ci ildə nəşr etdirdiyi «Sosial fəaliyyətin strukturu» adlı 

əsərində  irəli  sürdüyü  təfəkkür  üsulunun  struktur  və  funksional  aspektləri 

arasındakı  fərqləri  göstərmişdir.  Onun  fikrincə,  struktur  gec  dəyişən 

moment  olub  sabitliyi  təmin  edir,  funksiya  isə  əksinə  olaraq  dinamikliyi, 

mütəhərrikliyi  əks  etdirərək  hadisələrin  mahiyyətinə  varmağa,  onların 

məzmunu və xarakterinin aşkara çıxarılmasına imkan verir. 

 

21 

Sosiologiya elminin tədqiqat metodları 

Sosioloji  tədqiqatların  aparılması  müəyyən  metodlardan  istifadə 

olunmasını tələb edir. Həmin metodlar aşağıdakılardan ibarətdir: sənədlərin 

təhlil  edilməsi,  müşahidə  və  sorğu.  Sənədlərin  təhlili  sosioloji  tədqiqatlar 

üçün zəruri olan məlumatların əldə olunmasına kömək edir. Çünki, həmin 

sənədlər  bu  və  ya  digər  dərəcədə  sosial  prosesləri  və  hadisələri  əks 

etdirirlər.  Sosioloq  tədqiqat  obyektinə  aid  olan  sənədləri  öyrənməklə  elmi 

problemi  düzgün  formulə  edə,  elmi  fərziyyələr  irəli  sürə  bilər.  Sənədləri 

təhlil  edərkən  əldə  olunan  məlumatların  etibarlılığına,  düzgünlüyünə  və 

dəqiqliyinə  xüsusi  diqqət  yetirilməlidir.  Sosioloji  tədqiqatlarda  müşahidə 

metodu sosial gərçəkliyin bilavasitə, məqsədyönlü, planlı və şüurlu şəkildə 

təşkil  edilmiş  inikasına  xidmət  edir.  Əvvəlcədən  tərtib  edilmiş  proqram 

əsasında  müşahidə  vahidlərində  (fərdlər,  qruplar)  baş  verən  dəyişikliklər 

sistemli  şəkildə  təsvir  olunur.  Tədqiqatın  xarakteri  və  məqsədindən  asılı 

olaraq müşahidə açıq və gizli şəkildə aparıla bilər. 



Seçmə  yolu  ilə    sorğu  aparılması.  Sorğu  metodu  əhalinin  müxtəlif 

təbəqələrinin  bu  və  ya  digər  konkret  məsələyə  münasibətini  öyrənmək 

məqsədi  ilə  anket  (yazılı),  yaxud    telefon  (şifahi)  vasitəsi  ilə  sorğu 

keçirilməsini  nəzərdə  tutur.  Qeyd  etmək  lazımdır  ki,  anket  sorğusu 

sosiologiyada  ən  geniş  yayılmış  və  səmərəli  fəaliyyət  növüdür.  Sosioloji 

informasiyanın  demək  olar  ki,  80  faizə  qədəri  onun  köməyi  ilə  toplanır. 

Elmi  cəhətdən  düzgün  təşkil  olunmuş  anketin  köməyi  ilə  sosioloq 

adamların  əmək,  davranış,  istirahət  və  s.  motivlərini  müəyyən  edə  , 

proqnozlar verə bilər. 

Sosiologiya  elmi  digər  ictimai  elmlərlə  sıx  qarşılıqlı  əlaqədə  inkişaf 

edir.  Psixologiya,  fəlsəfə,  hüquq,  tarix,  iqtisadiyyat  və  s.  elmlərin  verdiyi 

məlumatlar sosioloji tədqiqatları daha məqsədyönlü və məzmunlu edir. 



 

22 

T.Parsons və onun “struktur-funksional təhlil” nəzəriyyəsinin 

mahiyyəti 

Struktur-funksional təhlil anlayışı iki mənada işlənir: 

 

1.Sistemdə  baş  verən  dəyişiklikləri  onun  elementlərində  baş  verən 



dəyişikliklərlə  əlaqədə götürən metod kimi; 

2.

 



Əsası  amerikan  sosioloqu  T.Parsons  (1902-1979)  tərəfindən 

qoyulmuş  sosioloji  məktəbin  adı  kimi.  T.Parsons  tarazlıq 

(müvazinət) kateqoriyasını ön plana çəkərək iddia edir ki, cəmiyyət 

yalnız  tarazlığa  əsaslanmaqla  özünü  qoruyub  saxlaya  bilər.  Buna 

görə  də  sosiologiyanın  vəzifəsi –  cəmiyyətdə  sabitliyin (tarazlığın) 

qorunub saxlanılması üçün  təkliflər verməkdir. Parsonsun fikrincə, 

istər  cəmiyyət,  istər  istehsal  vahidi  və  istərsə  də  ayrılıqda  

götürülmüş  fərd  aşağıdakı  əsas  problemləri  həll  etmədən  mövcud 

ola bilməz: 

-

 



ətraf mühitə uyğunlaşma (adaptasiya); 

-

 



məqsədlərin müəyyən edilməsi və onların əldə olunması üçün 

bütün imkanların səfərbər edilməsi

-

 

daxili vəhdətin və nizamın qorunması (inteqrasiya); 



-

 

daxili  sabitliyin,  müvazinətin,  sistemin  özünəuyğunluğunun 



təmin edilməsi (latentlik – nümunənin  qorunub saxlanması). 

 

23 

Sosioloji tədqiqatların əsas növləri  

Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və vəzifələrin xarakteri ilə, 

sosial    proseslərin  təhlilinin  dərinliyi  və  s.  ilə  müəyyən  olunur.    Buna  

müvafiq  olaraq  sosioloji  tədqiqatların  üç  əsas  növünü  fərqləndirirlər: 



axtarış, təsviri və analitik

1.

 

Axtarış    sosioloji    tədqiqatların    ən  sadə  növü  olub  ən  məhdud 

dairəli  vəzifələrin  həlli  yollarının  toplanmasına  yönəlmişdir.  O, 

adətən  20-100  nəfəri  əhatə  edən  anket  sorğusunu  nəzərdə  tutur. 

Axtarış  tədqiqatı  zamanı  əsasən  problemin  dərindən  öyrənilməsi 

baş  verir.  Bu  işin  gedişi  zamanı  məqsədlər  dəqiqləşdirilir, 

fərziyyələr  irəli  sürülür,  vəzifələr  formulə  edilir.  Bu  tədqiqat  o 

zaman  aparılır  ki,  problem  ya  az  öyrənilmişdir,  ya  da  ki, 

ümumiyyətlə  tədqiq  olunmamışdır.  Axtarış    tədqiqatı  operativ 




sosial məlumatın əldə olunmasına imkan verir. 

2.

 

Təsviri  tədqiqatlar    sosioloji  təhlilin  daha  mürəkkəb  növü  kimi 

çıxış  edir.  Onun  köməyi  ilə  öyrənilən  sosial  obyekt  haqqında 

bütöv  təsəvvür  yaradan  empirik  məlumatlar  əldə  olunur.  Bu  cür 

tədqiqatlar o zaman  aparılır ki, təhlil obyekti böyük səciyyələrin 

məcmusu  olub  müxtəlif  peşədən,  yaş  qrupundan,  peşə 

səviyyəsindən  olan  insanları    birləşdirən  kollektiv    olsun.  Bu 

tədqiqat zamanı empirik məlumatların toplanmasında bir və ya bir 

neçə  metodun  köməyindən  istifadə  olunur.  Bir  neçə    metoddan 

istifadə    sayəsində  əldə  olunan  məlumatlar  daha    dolğun    və 

düzgün  olur,  daha  dərin  elmi  nəticələr  əldə  olunması  və 

əsaslandırılmış   təkliflər  irəli sürülməsi üçün imkan yaranır. 

3.

 

Analitik  tədqiqatlar  sosioloji  tədqiqatların  ən  ciddi  növü  hesab 

olunur.  O,  təkcə  öyrənilən  hadisə  və  proseslərin  elementlərinin 

təsviri  ilə  kifayətlənməyərək  həmçinin  onların  əsasında  dayanan 

səbəbləri  də  aşkara    çıxarmağa  imkan  verir.  Təsviri    tədqiqatlar 

öyrənilən  hadisənin  səciyyəvi  cəhətləri  arasında  əlaqəni  axtardığı 

halda  analitik  tədqiqatlar  bu  əlaqələrin  səbəblərini  aşkara 

çıxarmağa yönəlmişdir. 

Analitik  tədqiqatlar  bu  və  ya  digər  sosial  hadisəni  şərtləndirən 

çoxlu  amillərin  məcmusunu  öyrənir.  Adətən  bu  amilləri  əsas  və 

qeyri-əsas,  daimi  və  müvəqqəti,  nəzarət  olunan  və  nəzarətdən 

kənar və s. adlandırırlar. 

Analitik    tədqiqatlar  kompleks  xarakter  daşıyır  və  özündən 

əvvəlki tədqiqat növlərinin məntiqi yekunu kimi çıxış edir. 

 

24 

Cəmiyyətin tarixi tipləri və onların təsnifatı 

Hal-hazırda  sosiologiya  elmində  cəmiyyətin  tarixi  tipləri  dörd  növə 

bölünür: 

1.

 

Ovçuluqla,  yığıcılıqla  məşğul  olan  cəmiyyət  tipi.  Onun 

səciyyəvi  cəhəti  təbiətlə  vəhdətdə  olmaqdır.  Məsələn,  Cənubi  -  Qərbi 

Afrikada  buşmenlər,  Mərkəzi  Avstraliyada  –  aborigenlər.  Onlar  köçəri 

həyat  sürərək,  ovçuluqla,  giləmeyvə  yığıcılığı  ilə  məşğuldurlar.  Onların 

olduqca  primitiv  əmək  alətləri  vardır,  öz  əmlaklarını  özləri  ilə  gəzdirirlər. 

Sosial  həyatları  qohumluq  əlaqələri  əsasında  qurulur.  Belə  bir  cəmiyyətdə 

siyasi  sistem  mövcud  deyildir,  cəmiyyət  isə  ağsaqqallar  tərəfindən  idarə 

olunur. 



2.

 

Bağçılıq  cəmiyyəti  –  ilk  dəfə  olaraq  Yaxın  Şərqdə  təxminən 

eramızdan  əvvəl  4  min  il  əvvəl  yaranmışdır  (Babilistan).  Getdikcə 

insanların davranış üsulu dəyişilir və bu tipli cəmiyyətlər Çindən Avropaya 

qədər  yayılmışlar.  Müasir  dövrdə  onlar  əsasən  Afrikada,  Saharanın 

cənubunda qalmaqdadırlar. Bu cəmiyyətlər izafi dəyər əldə etmirlər, burada 

yüksək keyfiyyətli kənd təsərrüfatı sistemi yaradıla bilməz.  



3.

 

Aqrar cəmiyyətlər. Bu cəmiyyətlər Qədim Misirdə  eramızdan 

əvvəl birinci minillikdə yaranmışdır. Burada işçi qüvvəsi kimi heyvanlardan 

istifadə      edilmişdir.  Bu  da  kənd  təsərrüfatının  məhsuldarlığını  artırmış  və 

bu  kimi  cəmiyyətlər  kənd  əhalisinin  tələb  olunandan  artıq  məhsul  əldə 

etməsinə şərait yaratmışdır. Kənd təsərrüfatında izafi dəyərin əmələ gəlməsi 



şəhərlərin,  sənətkarlığın  və  ticarətin  yaranmasına  təkan  verdi.  Aqrar 

cəmiyyəti əsasında dövlət, özünün bürokratik aparatı və ordusu ilə meydana 

gəldi,  ilk  pul  sistemi  yarandı,  yazı  kəşf  edildi,  ticarət  genişləndi.  Aqrar 

cəmiyyəti  şəraitində,  cəmiyyətin  siyasi  təşkilində  daha  mürəkkəb 

formaların  yaranması      baş  verdi.  Qan  qohumluğu  əlaqələri  cəmiyyətdə  

yeni  sosial  struktur  ilə  tədricən  əvəz  edildi,  lakin  siyasi  həyatda  onlar  bu 

gün də vacib rol oynayırlar. Burada mühüm mülki və hərbi vəzifələr  irsən 

atadan oğula keçirdi. Lakin aqrar cəmiyyətlərdə əsas istehsal vahidini daim 

ailə təşkil edirdi. 

4.

 

Sənaye  cəmiyyəti.  Bu  tipli  cəmiyyətlər  İngiltərədə  XVIII  əsrin 

sonunda  sənayeləşmə  prosesinin  təsiri  nəticəsində  yaranmışlar.  Bu  proses 

göstərdi ki, cəmiyyətin mövcud olduğu müddət ərzində məhsuldar qüvvələr 

yüksək  inkişafa  çatmışlar    və  maşınlı  istehsalın  meydana  gəlməsi  üçün 

şərait  hazırlanmışdır.  O  zaman  İngiltərədə  birinci  sənaye  inqilabı  baş 

vermişdir  və  burada  başlanan  sənaye  çevrilişi  XIX  əsrdə  digər  Avropa 

ölkələrinə,  Şimali Amerikaya yayılır. Müasir qabaqcıl sənaye cəmiyyətləri 

Şimali Amerikada, Avropada, Şərqi Asiyanın Yaponiya, Tayvan, Honkonq, 

Cənubi  Koreya  kimi  ölkələrində    XX  əsrdə  yaranmışlar.  Digər  ölkələrdə 

sənayeləşmə prosesi bu gün də getməkdədir. 



 

25 

İctimai rəyin formalaşmasında KİV-in yeri və rolu 

İctimai  rəyin  təşəkkülündə  və  formalaşmasında  cəmiyyət  həyatının 

ayrılmaz  elementlərindən  birinə  çevrilmiş  olan    kütləvi  informasiya 

vasitələri,  yəni  mətbuat,  radio,  televiziya,  kino  və  s.  çox  böyük  rola 

malikdir. Onların sosial rolu hər şeydən əvvəl bununla müəyyən olunur ki, 

şəxsiyyətin inkişafı və formalaşmasının bütün mərhələlərində iştirak edirlər. 

Hələ  XIX  əsrdə  KİV-in  yalnız  mətbuat  forması  geniş  yayıldığı  bir  vaxtda 

bu  ictimai  fenomenin  əhəmiyyəti  marksizm  klassiklərri  tərəfindən  yüksək 

qiymətləndirilmişdir.  Onların  fikrincə  mətbuat  ictimai  rəyi  formalaşdıran  

çox  kəskin  bir  silah  olduğu  üçün  siniflər  arasındakı  mübarizədə  geniş 

istifadə  olunur.  Buna  görə  də  hər  bir  partiya,  xüsusən  də  fəhlə  partiyası 

özünün    gündəlik  qəzetini  yaratmalıdır  ki,  düşməni  ilə  bərabər  mübarizə 

apara  bilsin.  Müasir  dövrdə  hər  bir  partiya  siyasi  mübarizə  səhnəsinə 

atılarkən məhz öz işini mətbuat orqanının yaradılmasından başlayır. Bundan 

başqa müxtəlif hərəkatlar və təşkilatlar, dövlət orqanları və idarələri də öz 

mətbuat orqanları vasitəsi ilə daha səmərəli fəaliyyət göstərirlər. 

Kütləfi  informasiya  vasitələri  sistemi  sosial  institut  olub  informasiyanın 

toplanması,  işlənməsi  və  geniş  miqyasda  yayılmasına,  kütlələrin  şüuruna 

sirayət  etməsi  işinə  xidmət  edir.  KİV-in  sosiologiyasının  predmeti  onun 

elementlərinin  insanların  şüurunun  formalaşmasına  və  sosial    davranışına 

ideoloji təsirinin qanunauyğunluqlarını öyrənməkdir. 

1935-çi  ildə  C.  Gellap  tərəfindən  yaradılmış  olan  Amerika  İçtimai  Rəy 

İnstitutu  müntəzəm  olaraq  əhali  arasında  daxili  və  beynəlxalq  problemlər 

üzrə rəy sorgusu keçirir. Bu institutun gəldiyi qənaətə görə dünyanın əksər 

ölkələrində  insanlar    KİV  –in  sözünə  inanır  və  etibar  edirlər.  Çünki  öz 

strukturuna görə monist olan içtimai rəy  yalnız KİV –in köməyi sayəsində 

plyuralist  xarakter  ala  bilər.  Xüsusən  son  illərdə  İNTERNET  şəbəkəsinin 

daha da genişlənməsi və görünməmiş dərəçədə ünsiyyət sərhədlərini aradan 




qaldırması  KİV-nın  səmərəliliyini  artırmış  və  fikir  mübadiləsini  daha  da 

asanlaşdırmışdır. 




 

 

Yüklə 149,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə