Sosiologiya Sual Sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 20,28 Kb.
səhifə1/15
tarix12.01.2023
ölçüsü20,28 Kb.
#98476
  1   2   3   4   5   6   7   8   9   ...   15
Sosiologiya


Sosiologiya
Sual 1.Sosiologiya cəmiyyət haqqında elmdir
Sosiologiya anlayışı XIX əsrin 30 -cu illərində fransız filosofu Ogüst Kont tərəfindən elmə daxil edilmişdir.Sosiologiya özü latınca cəmiyyət və yunanca söz , təlim sözlərindən əmələ gəlmiş hərfən cəmiyyət haqqında təlim deməkdir.Lakin bu heç də o demək deyildir ki,sosiologiya cəmiyyət haqqında yeganə və hər şeyi əhatə edən elmdir.Məlum olduğu kimi bir sıra ictimai elmlər vardır.Onların hər biri öz predmetinə uyğun olaraq cəmiyyətin yalnız müəyyən tərəfini tədqiq edir.Sosiologiyanın predmetini sosial münasibətlər,insanların bir-birinə onların həyat fəaliyyəti şəraiti və amilləri ilə cəmiyyətdəki mövqe və rolları ilə şərtləndirilmiş menasibətləri təşkil edir.Məhz bu münasibətlər mövqeyindən sosiologiya sosial topluları,təbəqələri ,ərazi və etnik birlikləri öyrənir.Sosiologiyanın mərkəzi problemlərindən biri ictima həyatın yəni müəyyən məhdud məkanda yerləşən fərdlər və onların toplularının qarşılıqlı təsirindən yaranan hadisələr kompleksinin tədqiqidir.
Sual 2.Sosiologiyanın təşəkkülü və predmeti
Sosiologiya latınca sosietas cəmiyyət və yunaca loqos söz,təlim birləşməsindən əmələ glib, сəmiууət haqqında təlim dеməkdi.Sosiologiya cəmiyyəti bütöv bir sosial sistem şəkilində təhlil edir.Sosiologiya sözü elmə ilk fransız alimi O.Kont tərəfindən gətirilmişdir.Ancaq sosioloji problemlər bəşəriyyət yarandığı gündən mövcud olmuşdur.Buna əsasəndə sosioloqlar tarixi baxımdan təxmini olaraq sosiologiyanı üç dövrəayırırlar:1.qədim(Platon,Aristotel),yeni(Hobbs,Makiavelli),müasir(Kont,Marks,Dürqeym,Veber).Sosiologiya-tarixən müəyyən sosial sistemlərin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqlarını habelə bu qanunauyğunluqların, şəxsiyyətlərin, sosial qrupların, birliklərin,siniflərin fəaliyyətində təzahür formları və mexanizmləri haqqında elmdir.Bildiyimiz kimi bütün elmlər bir-birindən predmetlərinə görə fərqlənir.Sosiologiyanın predmetini sosial münasibətlər,yəni insanların bir-biriniə onların həyat fəaliyyəti şəraiti və amilləri ilə cəmiyyətdəki mövqe və rolları ilə şərtləndirilmiş münasibətləri təşkil edir.

Yüklə 20,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə