Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə14/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

onun  hüdudlan  və  birliyi  sosial  nəzarət  metodları  ilə  təmin  edilməlidir.  O,  cinayətkarlıq  faktlarını  araşdıraraq,  bu 
qənaətə gəlirdi ki, həmin faktlar cəmiyyətin hüdudlarını dəyişdirmək cəhdləridir. Bu kənaraçıxmalar cəmiyyətin qalan 
üzvlərinə  cəmiyyətin  birliyini  qoruyub  saxlamaq  üçün  davranış  normalanna  əməl  olunmasmm  zəruriliyini  başa 
düşməkdə, yəni sosial konsensusun saxlanmasını dərk etməkdə kömək edir. 
T. Parsons belə hesab edirdi ki, sosial sistem böyük insan fəaliyyəti sisteminin altsistemlərindən biridir. Öz 
növbəsində sosial sistemdə daha dörd altsistemi ayırd etmək olar: mədəniyyət sistemi; siyasi sistem; iqtisadi sistem; 
sosietal sistem. Üç əvvəlki sistemlər sonuncu sistemin fəaliyyət mühitini [53 - 54] qərarlaşdınr. Cəmiyyətin özəyini 
strukturlaşdınimış normativ nizam təşkil edir; bunun vasitəsilə əhalinin kollektiv həyaü təşkil olunur. Nizam dəyərləri, 
normaları və qaydaları ehtiva edir. Məhz nizam sayəsində fərdlərin cəmiyyətə mənsubiyyət meyan, məlum ərazidə 
onların  davranışı  üzərində nəzarət  ölçüsü  müəyyənləşir,  kollektiv  vahid  bütövlük  kimi  fəaliyyət  göstərə  bilir.  Eyni 
zamanda  məlum  normativ  nizam  sosietal  birlik  üzvlərinin  statuslannm,  hüquq  və  vəzifələrinin  toplusu  kimi 
səciyyələnir; onlar vahid mədəni oriyentasiya zəminində müxtəlif fərdlər və qruplar üçün fərqlidir. Sosial səviyyədə 
cəmiyyət  davamlı,  qarşılıqlı  surətdə  əlaqəli,  inteqral  bütövlük  olub,  mədəni  və  sosial-  struktur  diferensiasiyaya 
malikdir. Cəmiyyətdə qeyri-adekvat sosiallaşmaya malik adamlar (deviantlar adlandırılan şəxslər) mövcuddur; onlar 
cəmiyyətin dəyər və normalarını yetərincə mənimsəməmişlər. Deviasiya müvazinətdən kənara çıxmadır, ona görə də 
sosial nəzarətin müxtəlif vasitələrindən istifadə edilməsi zəruridir. 
Mədəni  sistem  cəmiyyətdə  normativ  nizamın  legitimləşdirilməsi  (qanuniləşdirilməsi)  funksiyasını  yerinə 
yetirir: sosial icazələr və qadağanlar üçün əsaslar formalaşır. 
Orqanizmlər və fiziki əhatə cəmiyyətin mühiti kimi çıxış edir; onlar sosial sistemin mövcudluğu üçün zəruri 
şərtləri təmin edir. Bütün fiziki kompleksin özəyi iqtisadi sistemdir. İqtisadiyyat təkcə texniki-texnoloji prosedurlann 
sosial  cəhətdən  nizamlanması  üçün  yox,  həm  də  onlarm  sosial  sistemə  qoşulması  üçün,  onlar  üzərində  fərdlərin, 
qrupların  mənafeləri  naminə  nəzarətin  həyata  keçirilməsi  üçün  fəaliyyət  göstərir.  İqtisadiyyatın  başlıca  funksiyası 
cəmiyyətdə  mövcud  olan  rəngarəng  tələbatlann  ödənilməsi  üçün  ehtiyatların  səfərbər  edilməsidir.  Cəmiyyətlə  onu 
əhatə  edən  mühitin  tarazlı  qarşılıqlı  təsiri  onun  sabit  fəaliyyətinin,  birliyinin,  bütövlüyünün  mühüm  şərtidir.  T. 
Parsonsun fikrincə, istənilən sosial sistem, ən əvvəl cəmiyyət kifayət səviyyədə daxili nizamhlığa malik olmalıdır. [54 
- 55] 
Adətən cəmiyyətin dörd böyük sferasını ayırd edirlər: iqtisadi, siyasi, sosial, mənəvi. Bu sferalar və onların 
ayn-ayn  elementləri  bir-birinə  fasiləsiz  surətdə  qarşılıqlı  təsir  göstərir,  dəyişilir,  yeniləşir.  Bu  sferalardan  hər  hansı 
birinin  mütləqləşdirilməsi  və  ya  onun  əhəmiyyətinə  laqeydlik  göstərilməsi  bütün  cəmiyyətin  taleyində  fəlakətli  iz 
buraxa bilər. 
Sosial münaqişələr nəzəriyyəsinin tərəfdarları cəmiyyətdə mübarizəyə, daxili qarşıdurmaya, böhranlara xüsusi 
diqqət  yetirirlər.  Bu  halda  onların  mülahizələrinin  çıxış  məqamı  kimi  qeyd  olunur  ki,  cəmiyyətdə  müxtəlif  sosial 
qrupların  mənafelərində  uyğunsuzluq,  ziddiyyət,  əkslik  mövcuddur;  həmin  qruplar  öz  tələbatlanm  ödəmək,  öz 
maraqlannı reallaşdırmaq üçün səy göstərdiklərindən onların bir-biri ilə toqquşması, mübarizə aparması labüd olur. 
Sosial  münaqişələr  cəmiyyətin  simasını,  onun  əsas  sosial  təsisatlarını  və  ya  ünsürlərini  dəyişdirir.  Cəmiyyətin 
dəyişilməsi  mexanizmini  fəaliyyətə  gətirən  başlıca  amil  sosial  mənafe  olur;  o,  sosial  sistemin  qarşılıqlı  təsirinin, 
fəaliyyətinin bazası kimi çıxış edir. 
Münaqişələrin  sosioloji  nəzəriyyəsini  işləyib  hazırlamaqda  məşhur  olan  Amerika  sosioloqu  L.  Kozer 
funksional təhlili təkmilləşdirməyə səy göstərərək, sübut edirdi ki, münaqişə cəmiyyətin daxili həyatının məhsuludur. 
Mövcud sosial sistemin sabitliyi probleminin həlli sosial toqquşmaları, münaqişələri, mənafelərin mübarizəsini nəinki 
rədd etmir, əksinə, tamamilə etiraf edir; bu, sosial münasibətlərin aynimaz atributlanndandır. İstənilən sosial sistem 
fərdlər və sosial qruplar arasında hakimiyyətin, sərvətin, status mövqelərinin müəyyən bölgüsünü nəzərdə tutur. Heç 
zaman aynca şəxsin və ya qrupun mövcud bölgü sistemi nəticəsində faktiki nail olduğu ilə arzusunda olduğu, daha 
ədalətli  hesab  etdiyi  pay  arasında  tam  uyğunluq  olmur;  onların  öz  xüsusi  paylanm  artırmaq  cəhdləri  münaqişəni 
şərtləndirir. 
Münaqişələr cəmiyyətdə bir sıra pozitiv funksiyalar da yerinə yetirirlər. Belə ki, onlar qarşılıqlı etimadsızhğm, 
düşmənçiliyin araşdınimasma, gərginliyin zəiflədilməsinə səbəb [55 - 56] olur ki, bu da gələcəkdə tərəflərin qarşılıqlı 
münasibətlərinin yeniləşməsinə imkan verir. Bundan əlavə, münaqişələr ümumi mənafelərin təzahürü zəminində daxili 
düşmənlərə  qarşı  mübarizədə  insanları  birləşdirərək,  cəmiyyətdə  inteqrasiyaedici  rol  yerinə  yetirirlər.  Münaqişələr 
müəyyən  çağırışlara  cavab  olaraq,  həqiqi  mübarizənin  mənbəyi  kimi  sosial  dəyişikliklərin  stimullaşdıniması  və 
sürətləndirilməsi funksiyasını da həyata keçirirlər. 
Məşhur  alman  sosioloqu  R.  Darendorf  sosial  münaqişənin  mahiyyətini  hakimiyyətlə  ona  müqavimət 
göstərilməsi  arasındakı  antaqonizmdə  görürdü.  Çünki  hakimiyyət  həmişə  hakimiyyətsizliyi,  deməli,  hakimiyyətə 
müqavimət  göstərilməsini  nəzərdə  tutur.  Hakimiyyətə  müqavimətin  dinamikası  tarixin  hərəkətverici  qüvvəsidir, 
cəmiyyətdəki dəyişikliklərin sürət və istiqamətlərini müəyyən edir. Sivilizasiyalı, yüksək dərəcədə mobil cəmiyyətdə 
«sosial  sarsıntıları  qabaqlamaq»  vasitəsi  kimi  münaqişələrin  nizamlanması  praktikası  mövcuddur.  Cəmiyyətin 
münaqişə modeli «ən ümumi bərabərlik, sosial nizam, sabitlik» modelindən daha üstündür. 
24 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə