Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

ON SÖZ 
Müasir  dünyanın  özünəməxsus  ciddi  problemləri  vardır.  Bu  problemlərin  həllinə  bütün  bilik  sahələri  öz 
töhfəsini verməlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə ümid etmək sadəlövhlük olardı. Ona görə də 
yaşadığımız dünyanı, cəmiyyəti daha da sağlamlaşdırmaq, humanistləşdirmək istiqamətində gərgin, fəal elmi axtarışlar 
apanlmah,  optimal  fəaliyyət  istiqamətləri  seçilməlidir.  Bu  prosesdə  sosioloji  biliklər  sisteminin  rolu  indi  artıq  heç 
kəsdə şübhə doğurmur. Çünki respublikamızda dəyişən sosial reallıq, həm ölkə daxilində, həm də qlobal miqyasda 
yeni sosial hadisələrin, meyllərin, problemlərin meydana gəlməsi həmin sistemin təkmilləşdirilməsini qətiyyətlə tələb 
edir. Nəzərə almaq lazımdır ki, sosioloji elmin özü də inkişaf edir: nəzəri və empirik xarakterli yeni sanballı tədqiqatlar 
meydana  çıxır,  sosioloji  təhlilin  metodologiyası  və  metodları  təkmilləşdirilir,  müasirləşdirilir.  Sosiologiyaya  dair 
ədəbiyyatın getdikcə zənginləşməsi də xüsusi qeyd olunmalıdır. Zənnimizcə, bu ənənənin kökləri XX əsrin 60-cı və 
70-ci  illərinə  təsadüf  edir.  C.  T.  Əhmədlinin  və  V.  Ə.  Paşayevin  «Buıjua  sosiologiyasının  tənqidi»  (1968),  C.  T. 
Əhmədlinin və J. Soqomonovun «Sosiologiyaya dair söhbətlən> (1972) əsərləri bu baxımdan diqqəti cəlb edir. Həmin 
əsərlər  Azərbaycan  oxucusunu  sosiologiyanm  bir  sıra  vacib  problemləri  ilə  tanış  edir;  burada  sanballı  sosioloji 
tədqiqatlar  aparmağın  zəruriliyi  əsaslandırılır,  sosioloji  biliklərin  müxtəlif  səviyyələri  yığcam  şəkildə  nəzərdən 
keçirilir.  Həmin  əsərlər  məlum  dövrün  bəzi  ideoloji  ehkamlanndan  azad  olmasa  da,  sosioloji  tədqiqatların 
müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir. 
60-cı  illərin  sonu-70-ci  illərin  əvvəllərində  bünövrəsi  qoyulan  ənənə  90-cı  illərdə  zənginləşmək  üçün  yeni 
imkanlar əldə edir. Azərbaycanın müstəqil inkişaf yolunu tutması, sosial elmlərin, o cümlədən sosiologiyamn əvvəlki 
dövrə məxsus qadağalardan xilas olması, demokratiyanın inkişafi, milli dövlətçilik ənənələrimizin bərpası və s. - bütün 
bunlar sosioloji elmin inkişafı üçün yeni perspektivlər açmışdır. 
Bir  sıra  dərsliklərin,  dərs  vəsaitlərinin,  metodik  tövsiyələrin  [3  -  4]  və  s.  nəşri  həmin  perspektivlərin 
reallaşdırılması  yolunda  atılan  ciddi  addımlar  kimi  qiymətləndirilə  bilər.  Məsələn,  «Sosiologiya»  (dərs  vəsaiti, 
müəlliflər kollektivi, 1994-ci il), «Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası» (dərs vəsaiti. Rüfət Quliyev, 
1995-ci il), «Sosiologiya» (dərs vəsaiti, H. Musayev və M. İsayev, 1996-cı il), «Sosiologiya» (mühazirələr mətni, S. 
Məmmədova və A. Məmmədova, 1998-ci il), «Sosiologiya» (dərs vəsaiti, M. Pənahova və K. Kazımova, 1999- cu il), 
«Sosiologiyanm nəzəri problemləri» (dərs vəsaiti, M. Əfəndiyev və A. Şirinov, 2001-ci il), «Sosiologiyada ölçmə və 
məlumatların  təhlili»  (ümumi  nəzəriyyə  məsələləri  -  dərs  vəsaiti,  C.  T.  Əhmədli  və  A.  A.  Rəhimov,  2002-  ci  il), 
«Sosiologiyaya dair sxemlər» (mühazirələrin konspekti, metodik vəsait, tərtibçi T. Ağayev, 2002-ci il), «Sosiologiya» 
(dərs vəsaiti, K. A. Əzimov və R. M. Həsənov, 2003-cü il), «Sosiologiya» (dərslik, müəlliflər kollektivi, 2005-ci il), 
«Sosiologiya» (dərs vəsaiti, F. Vahidov və T. Ağayev, 2005-ci il), «Sosiologiya» (dərslik, müəlliflər kollektivi, 2006-cı 
il) və s. Bundan əlavə, monoqrafik xarakterli xeyli tədqiqat əsəri meydana gəlmişdir. Ümid edirik ki, sosiologiyaya dair 
ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir. 
Sosiologiyanm  inkişafı  baxımından  bir  məqama  da  diqqət  yetirilməlidir:  sosiologiyanm  təsisatlaşdırılması 
prosesi  intensivləşir.  Azərbaycanın  müstəqilliyi  ilə  həmyaşıd  olan  Sosial  elmlər  və  psixologiya  fakültəsində  (Bakı 
Dövlət Universiteti) sosiologiya ixtisası üzrə kadrlar hazırlanır; sosiologiya kafedrası həm Azərbaycan, həm də rus 
bölməsində  təhsil  alan  tələbələrlə  və  magistrantlarla  müntəzəm  məşğul  olur.  «Sosiologiyanm  nəzəriyyəsi, 
metodologiyası və tarixi», «Sosial struktur, sosial institutlar və proseslər» ixtisasları üzrə aspiranturada yüksək ixtisaslı 
mütəxəssislər  hazırlanması  sahəsində  artıq  müəyyən  uğurlar  qazanılmışdır.  AMEA-nm  Fəlsəfə  və  Siyasi-  Hüquqi 
Tədqiqatlar İnstitutunda «Sosiologiya və sosial psixologiya» şöbəsi fəaliyyət göstərir, konfranslarda, dövri nəşrlərdə - 
jurnallarda sosiologiyaya dair xüsusi bölmələr ayırd edilir, müxtəlif sorğu mərkəzləri təşəkkül tapır və s. 
Lakin sosiologiyanm inkişafı müəyyən ziddiyyətlərlə, [4 - 5] problemlərlə bağlıdır. Bunlardan bəzilərini qeyd 
etməyə ehtiyac duyuruq. 
Əvvəla, ümumi sosioloji nəzəriyyənin inkişafına, zənginləşməsinə diqqət artırılmalıdır, çünki bu nəzəriyyə 
bütövlükdə  sosioloji  elmin  özəyidir,  onun  konseptual  və  kateqoriya-anlayış  əsasıdır.  İnsanlann  sosiol  varlığının, 
cəmiyyətin  fəaliyyət  və  inkişafının  ən  mühüm  məqamları  burada  öz  əksini  tapır.  Cəmiyyətin  öyrənilməsinə  öz 
məzmunu, öz məntiqi və spesifikası ilə seçilən sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır. İnkişaf etmiş 
ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını ifadə edir. 
İkincisi,  müxtəlif  sosioloji  sorğuların  aparılmasında  ciddi  qüsurlara  yol  verilir.  Metodoloji  mövqeyin  elmi 
surətdə əsaslandınimaması, seçmədə reprezentativlik (təmsiledicilik) prinsipinin pozulması, suallarm tərtibində zəruri 
tələblərə riayət olunmaması, nəticələrin, faktların təhlilində və şərhində siyasiləşməyə meyllilik və s. bu qəbildəndir. 
Sorğuların  hazırlanmasında  və  həyata  keçirilməsində,  nəticələrin  ümumiləşdirilməsində  obyektivlik  və  etiklik 
prinsipləri bir-birini tamamlamalıdır. 
Üçüncüsü,  sosiologiya  ixtisasının  məzunlannm  işlə  təmin  olunmasında  müəyyən  problemlər,  çətinliklər 
mövcuddur. Etiraf etməliyik ki, ənənəvi ixtisas sahibləri bu cəhətdən daha əlverişli vəziyyətdədirlər. Bəziləri hətta 
sosioloqun hansı işdə çalışa biləcəyini az-çox təsəvvür edə bilmirlər. Əmək bazarında sosioloq peşəsinə yiyələnmiş 



Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə