Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə4/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

Sonralar  geniş  şöhrət  qazanmış  sosioloji  cərəyanların  -  simvolik  interaksionizmin  (C.  H.  Midin  əsərlərində), 
fenomenoloji  sosiologiyanın  (A.  Şyutsun  əsərlərində),  Frankfurt  məktəbinin  «tənqidi»  sosiologiyasının  (M. 
Horkhaymerin  və  T.  Adomonun  əsərlərində)  formalaşması  da  bu  dövrə  təsadüf  edir.  Bu  dövrdə  irəli  sürülən  bəzi 
ideyalar bir çox onilliklər ərzində irəlicədən sosioloji fikrin inkişafının bünövrəsini təşkil etmişdir. 
Əsrimizin  50-ci  illərindən  etibarən  sosiologiyada  sabitləşmə  səylərini  möhkəmləndirmək,  rasionalhq  və 
inkişaf ideyalanm daha dərindən işləmək meylləri üstünlük təşkil edir. Bu meyllər indi də geniş və qızğın mübahisə 
obyekti olaraq qalır. 
Hazırda sosiologiyanın müstəqil elm kimi mövcudluq [9 - 10] hüququ, onun sosial və intellektual inkişafda 
rolu, demək olar ki, heç kəsdə etiraz doğurmur. Bütün qabaqcıl və inkişaf etmiş dövlətlər cəmiyyətin sosial-iqtisadi və 
mənəvi  -  əxlaqi  baxımdan  sağlamlaşmasmda  sosiologiyanın  əhəmiyyətini  dərk  edərək,  onun  inkişafı  üçün  daha 
optimal şərait olmasına qayğı göstərirlər. 
Müstəqilliyin çətin, əzablı, lakin zəruri yolu ilə irəliləyən respublikamızda sosiologiyamn inkişafı müəyyən 
çətinliklərlə  üzləşir.  Erməni  təcavüzü  nəticəsində  respublika  ərazisinin  xeyli  hissəsinin  işğalı  və  dağıntıya  məruz 
qalması, qaçqınlar və məcburi köçkünlər problemi, iqtisadi, sosial, mənəvi potensialın xeyli zəifləməsi, sosiologiya 
sahəsində ixtisaslı kadrların azlığı, keçmiş SSRİ-də sosiologiyanın təsisatlaşdınimasma və öz qanuni yerini tutmasına 
lazımınca  diqqət  yetirilməməsi,  sosioloji  tədqiqatla  və  xidmətlə  məşğul  olan  laboratoriyaların,  şöbələrin  maliyyə 
çətinlikləri  ilə  üzləşməsi  və  s.  obyektiv  surətdə  vəziyyəti  mürəkkəbləşdirir  və  gərginləşdirir.  Lakin  nəzərə  almaq 
lazımdır  ki,  son  illərdə  respublikamızda  ümidverici  addımlar  da  atılmışdır.  Artıq  sosiologiya  ixtisası  üzrə  kadrlar 
hazırlığına  başlanılmış,  ali  məktəblərdə  və  kolleclərdə  sosiologiyanın  tədrisinə  diqqət  gücləndirilmiş,  onun 
təsisatlandırılması işi xeyli təkmüləşdirilmişdir. Əlbəttə, problemlər qalır. Lakin bu problemlərin həlli təkcə dövlət 
qayğısından  yox,  həm  də  bu  sahədə  çalışan  mütəxəssislərin  ictimai  tələbatı  dərk  etməsindən,  öz  bilik  və  ixtisas 
səviyyəsini yüksəltməsindən, respublikanın müstəqilliyinin möhkəmlənməsinə konkret töhfəsindən asılıdır. 
Bu  bir  həqiqətdir  ki,  tarixi-elmi  baxımdan  hər  bir  elm  nəinki  nəzəri  müddəalann  az-çox  nizama  salınmış 
sistemidir, həm də müəyyən predmeti öyrənən və onunla peşəkar surətdə məşğul olan adamlann daxil olduğu sosial 
sistemdir. Bu mənada sosiologiya da bir elm kimi konkret tarixi təsissatdır, onun meydana gəlməsi, inkişafı, yüksəlmə 
və enmə momentləri diqqətlə öyrənilməlidir. 
Bir sıra elmlərlə müqayisədə sosiologiyanın daha əhatəli [10 - 11] və dərin yol keçməli olacağı indi açıqca 
etiraf olunur. Bu baxımdan Amerika sosiologiyasmm görkəmli nümayəndələrindən biri olan Robert Kinq Mertonun 
sözləri  xarakterikdir:  «İyirminci  əsrin  fizikası  ilə  sosiologiyası  arasında  milyard  saatlıq  fasiləsiz  nizamlı  və 
təmərküzləşmiş tədqiqatçılıq işinə bərabər olan fərq mövcuddur. Ola bilsin ki, sosiologiya öz Eynşteyni üçün hələ ona 
görə yetişməmişdir ki, o, əvvəlcə öz Keplerini tapmalıdır». 
2.
 
Sosiologiyanın predmeti 
Sosiologiya termini iki sözün birləşməsindən ibarətdir: latın sözü «sosietas» (cəmiyyət) və yunan sözü «loqos» 
(söz, təlim). Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir. 
Aydın  məsələdir  ki,  bəşəriyyət  öz  tarixi  ərzində  həmişə  cəmiyyəti  dərk  etməyə,  ona  öz  münasibətini 
bildirməyə  səy  göstərmişdir.  Bunu  xatırlamaq  kifayətdir  ki,  keçmişin  bütün  mütəfəkkirləri  öz  fəlsəfi  sistemləri 
çərçivəsində həm də öz ictimai baxışlarını ifadə etmişlər. İqtisadi, hüquqi, pedaqoji fikir müvafiq xüsusi elmlərdən - 
siyasi iqtisaddan, hüquqşünaslıqdan, pedaqogikadan qədim olduğu kimi, sosial fikir də bir elm kimi sosiologiyadan 
daha  qədimdir.  Sosial  məsələlər  haqqında  mühakimlər,  ictimai  hadisə  və  proseslərin  qiymətləndirilməsi  müxtəlif 
formalarda,  müxtəlif  janrlarda  öz  əksini  tapmışdır.  Bəşəriyyətin  ən  ümumi  sosial  ideyalar  işləyib  hazırlaması 
uzunmüddətli mürəkkəb  və ziddiyyətli prosesdir. Zehni əmək bölgüsü elə bir yol keçməli idi ki, sosial təfəkkürün 
özünün spesifik formalarında təzahür də bilsin. Bu baxımdan sosioloji fikir tarixi sosial fikrin, sosial ideyaların xüsusi 
tərkib hissəsidir. 
Sosiologiyanın müəyyən ilkin şərtlərin mövcud olduğu XIX əsrdə meydana gəldiyi vaxtdan onun predmeti 
e5mimənalı  başa  düşülməmişdir.  Məsələn,  O.  Kont  belə  hesab  edirdi  ki,  [11  -  12]  sosiologiya  insan  zəkasının  və 
psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya ictimai həyat faktlarmı, 
proseslərini  müşahidə  etmək,  təsvir  etmək  və  sistemləşdirmək  vəzifələrini  yerinə  yetirməlidir.  H.  Spenserə 
(1820-1903)  görə,  sosiologiya  elə  ən  ümumi  elmdir  ki,  özündə  həm  tarixi  inkişafın  ümumi  nəzəriyyəsini,  həm 
antropologiyanı, həm də etnoqrafiyanı birləşdirir. Alman iqtisadçısı və sosioloqu Albert Şeffle (1831-1903) bildirirdi 
ki,  sosiologiyanın  predmetini  insanlar  arasındakı  qarşılıqlı  mənəvi  münasibətlər,  habelə  ünsiyyətin  ideal  və  texniki 
üsulları, formalan təşkil edir. Görkəmli hüquqşünas və sosioloq L. Qumploviçin (1838- 1909) fikrincə, sosiologiya 
bütün sosial elmlərin fəlsəfi əsasıdır. 
XIX əsrin sonlarına qədər Kontun nöqteyi-nəzəri, yəni sosiologiyanın cəmiyyətşünaslıqla eyni olan elm kimi 
nəzərdən  keçirilməsi  elmi  ədəbiyyatda  üstünlük  təşkil  etmişdir.  XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  cəmiyyət 
məsələlərinə həsr olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, onun iqtisadi, hüquqi və 



Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə