Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

kiçiltmədən qeyd etməliyik ki, sosiologiya üçün sosial anlayışı daha ümumiləşdirici olub, ən mühüm, mərkəzi anlayış 
kimi nəzərdən keçirilə bilər. 
Sosial anlayışını həm geniş məzmunda (ictimai mənasında), həm də məhdud (empirik) mənada başa düşülməsi 
həmişə müəyyən çətinliklər doğmuşdur. Birinci halda sosioloji biliyin spesifik obyekti (sosial əlaqə və münasibətlər) 
əslində unudulmuş, ikinci halda isə bütövlükdə cəmiyyətə aid olan hadisə və prosesləri dəqiq ifadə etmək mümkün 
olmamışdır.  Ona  görə  də  sosiologiyanın  inkişafının  müəyyən  mərhələsində,  ümumi  sosioloji  nəzəriyyə  işləyib 
hazırlamaq zəmrəti yarandıqda bütövlükdə cəmiyyəti, ictimai münasibətlərin bütün sistemini xarakterizə etmək üçün 
«sosial» anlayışı elmi dövriyyəyə daxil edilmiş, «sosial» anlayışı tədricən müstəqil məna kəsb etmişdir. 
Sosial münasibətlər şəxsiyyətin cəmiyyətlə qarşılıqlı fəaliyyətinin (sosial qruplar, təşkilatlar, təsisatlar və s. 
vasitəsilə) səciyyələndirir, istər iqtisadi, istər siyasi, istərsə [15 - 16] də mənəvi münasibətlərin mahiyyətini, mühüm 
aspektini  təşkil  edir.  İctimai  münasibətlərin  hər  hansı  sistemi  həmişə  aydın  ifadə  olunmuş  sosial  aspektə  malikdir. 
Deməli, sosial ictimai münasibətlərin xüsusi aspektini səciyyələndirməklə qalmır, onların bütün növlərinə nüfuz edir. 
Sosialın spesifikasını hansı əsas cəhətlər səciyyələndirir? 
-
 
Fərdlərin  müxtəlif  qmplan  üçün  ümumi  xassə  olmaq;  belə  xassə  ictimai  münasibətlərin  bu  və  ya  digər 
xassələrinin inteqrasiyası nəticəsidir. 
-
 
Fərdlərin  qarşılıqlı  vəziyyətinin  ifadəsi  olmaq;  bu,  o  deməkdir  ki,  fərdlər  və  onlann  qmplan  arasında 
münasibətlərin  məzmunu  və  xarakteri  onlann  ictimai  stmkturlarda  tutduqlan  yerdən  və  yerinə  yetirdikləri  roldan 
asılıdır. 
-
 
Fərdlərin və onlann müxtəlif qmplannm münasibətlərində təzahür etmək; bu münasibətlər çoxaspektli olub, 
həm onlann bir-birinə, həm cəmiyyətdə öz vəziyyətinə, həm də ictimai həyatm hadisə və proseslərinə münasibətini əks 
etdirir. 
-
 
Fərdlərin birgə fəaliyyətinin nəticəsi olmaq; bu nəticə fərdlərin ünsiyyətdə və qarşılıqlı fəaliyyətində təzahür 
edir. Qarşılıqlı fəaliyyət prosesi fərdlərin bir-birinə təsir göstərməsinə şərait yaradır, ictimai münasibətlərin müxtəlif 
xassələrinin inteqrasiya olunmasına kömək edir. 
Sosial  münasibətlərin  təkmilləşdirilməsi  azadlıq,  bərabərlik,  ədalət  anlayışlannm  daha  real  məzmun  kəsb 
etməsi üçün zəruri şərtdir. 
3.
 
Nəzəri və tətbiqi sosiologiya 
Sosiologiya bir elm kimi müxtəlif xarakterli vəzifələri yerinə yetirir. Bu vəzifələrin xarakteri nəzəri və tətbiqi 
sosiologiyanı  fərqləndirməyə  əsas  verir.  Belə  fərqləndirmə  şərti  xarakter  daşıyır,  çünki  nəzəri  sosiologiya  praktik 
vəzifələrin, tətbiqi sosiologiya isə nəzəri, elmi vəzifələrin həllindən kənarda [16 a 17] qalmır. 
Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxanr. Nəzəri tədqiqatlar həmin qanunları 
daha adekvat əks etdirdikdə qi}mıətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial 
inkişaf  proseslərinin  izahı  və  dərk  olunması,  sosioloji  tədqiqatlarm  metodologiyası  və  metodlannm  işlənib 
hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala 
cavab verməlidir: nə dərk olunur və necə dərk olunur? 
Tətbiqi sosiologiya konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi 
cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayır. Başqa sözlə, tətbiqi sosiologiya elə 
problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qumiması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin 
yollarmı, vasitələrini araşdırmaqla bağlıdır. Tətbiqi sosiologiya cəmiyyətin qarşıya qoyduğu praktik vəzifələrin həlli 
üçün vasitələr axtarmalı, nəzəri sosiologiyamn üzə çıxardığı qanunlardan maksimum səmərəli istifadə etmək yollarım 
müəyyənləşdirməlidir. Bu sosiologiya əslində insan fəaliyyətinin praktik sahələrini bilavasitə öyrənir və «nə üçün?» 
sualına  cavab  verir:  sosial  inkişaf  üçün,  sosial  münasibətlərin  və  sosial  idarəetmənin  təkmilləşdirilməsi  üçün, 
şəxsiyyətin ahəngdar inkişafı, onun qabiliyyətlərinin daha tam reallaşdırılması üçün və s. 
Tətbiqi sosiologiya real sosial effekt əldə etməyə istiqamətlənmişdir. ABŞ-da tətbiqi sosiologiyanı həm də 
«problem baxımmdan istiqamətlənmiş elm», «müştəriyə istiqamətlənmiş tətbiqi sosial elm» adlandırırlar. 
Tətbiqi sosiologiyanın tarixi kökləri Aleksis de Tokvillin (1805-1859), Emil Dürkheymin (1858-1917), Albion 
Budberi  Smollun  (1854-1926)  əsərlərinə  gedib  çıxır.  Hazırda  tətbiqi  sosioloqların  sayı  durmadan  artır.  Onlar  həm 
universitetlərdə və kolleclərdə, həm də xüsusi biznes sahəsində, dövlət [17 - 18] və hökumət orqanlarında, müxtəlif 
təşkilatlarda  çalışırlar.  Adətən  hansı  metodlara  üstünlük  verməsindən  asılı  olaraq  tətbiqi  sosiologiyada  iki  başlıca 
istiqamət ayırd edilir: sosial mühəndislik və klinik sosiologiya. Mühəndis-sosioloq çox zaman kiçik miqyaslı sorğular, 
çöl  eksperimentləri  aparır,  kiçik  birliklərin  (məsələn,  istehsal  briqadalarının)  sosial  cəhətdən  yenidən  qumiması 
layihələrini işləyib hazırlayır, planlaşdırma ilə, dizaynla məşğul olur. Klinik 
10 


sosiologiya  sahəsində  çalışan  mütəxəssis  isə  diaqnoz  qoymalı,  alternativ  təklif  etməli,  «terapevtik»  tədbirlər 
hazırlamalı və bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda olaraq hər iki qəbildən olan mütəxəssislər 
sıx əlaqə saxlayır, öz səylərini birləşdirməyə çalışırlar. 
Çox  zaman  elmi  ədəbiyyatda  «fundamental»  sözünü  «nəzəri»  sözünün  sinonimi  kimi  işlədirlər.  Lakin  bu 
sözlərdə tam uyğunluq olduğunu söyləmək doğru deyildir. «Nəzəri» sözü elmi biliyin empirik səviyyəsindən fərqli 
səviyyəsini, eyni zamanda praktik, tətbiqi istiqamətdən fərqli istiqaməti  - fundamental istiqaməti ifadə edir. Nəzəri 
biliyin praktik istiqaməti, səpkisi mövcuddur. Sosioloji bilik həm elmi-nəzəri, həm də praktik vəzifələrin həllinə bu və 
ya  başqa  dərəcədə  kömək  edir.  Deməli,  məsələyə  ciddi  yanaşılsa,  qeyd  edilməlidir  ki,  sosioloji  biliyin  üstün 
istiqamətlənməsindən söhbət gedə bilər. Bu bilik ya elmi, fundamental, ya da tətbiqi, praktik xarakter daşıyır; birinci 
halda həmin bilik nəzəri sosiologiya, ikinci halda tətbiqi sosiologiya sahəsinə aiddir. 
Elmi ədəbiyyatda «empirik» sözünün «tətbiqi», «praktik» sözləri ilə eyniləşdirilməsinə təsadüf olunur. Əslində 
empirik sosioloji tədqiqatlar həm nəzəri-elmi problemlərin, həm də tətbiqi, praktik məsələlərin həllinə istiqamətlənə 
bilər. Belə tədqiqatlar həm nəzəri, həm də tətbiqi sosiologiya çərçivəsində aparıla bilər. Nəticə etibarilə deməliyik ki, 
«nəzəri» və «empirik» sözləri sosioloji biliyin spesifikasını və abstraksiyanm səviyyəsini, «fundamental» və «tətbiqi» 
sözləri isə həmin biliyin istiqamətini, səpkisini, məqsədli yönəlişini ifadə edir. Deməli, nəzəri bilik (o cümlədən nəzəri 
sosiologiya)  fundamental  biliklə,  tətbiqi  bilik  (o  cümlədən  tətbiqi  sosiologiya)  empirik  biliklə  eynimənah  deyildir. 
Nəzəri sosiologiyanın praktik, tətbiqi istiqaməti ola bildiyi kimi, tətbiqi sosiologiyanın da müəyyən səviyyəsindən bəhs 
etmək mümkündür. 
Nəzəri  və  tətbiqi  sosiologiyanın  qarşılıqlı  əlaqəsi  çox-cəhətlidir.  Nəzəri  tədqiqatlar  toplanılmış  zəngin 
informasiyanı təhlil edir, ümumiləşdirmələr apanr, bütövlükdə cəmiyyət üçün, ictimai tərəqqi üçün faydalı tövsiyələr 
işləyib hazırlayır. Həm ümumsosioloji nəzəriyyə çərçivəsində, həm də ayn-ayn sahələr (məsələn, əməyin sosiologiyası, 
mədəniyyətin sosiologiyası, siyasətin sosiologiyası, hüququn sosiologiyası və s.) miqyasında müxtəlif nəzəriyyələrin, 
konsepsiyalann  sərbəst inkişafı, rəqabəti  qanunauyğun  haldır.  Lakin  bütün  hallarda  o  nəzəriyyə,  o  konsepsiya  daha 
güclü  inkişaf  edə  bilir  ki,  ictimai  praktikanın  reallıqlarmı  düzgün  nəzərə  alır,  həmişə  faktlara  istinad  edir.  Öz 
növbəsində konkret sosioloji tədqiqatlar nəticəsində toplanan faktlar, məlumatlar elmi nəzəriyyə mövqeyindən şərh 
olunduqda mötəbər məna kəsb edir. Sosial təfəkkürün formalaşması və inkişafı həm nəzəri, həm də tətbiqi xarakterli 
tədqiqatlara möhtacdır. 
Cəmiyyətin keyfiyyətcə yeniləşməsi proseslərini maksimum optimallaşdırmaq üçün sosioloji biliyin müxtəlif 
səviyyələrini təmsil edən alimlər öz səylərini intensivləşdirməli və daha sıx əlaqələndirməlidirlər. Zənnimizcə, nəzəri 
və tətbiqi tədqiqatlar aşağıdakı vəzifələrin həllinə daha çox diqqət yetirməlidir: 
-
 
ümumi sosioloji nəzəriyyənin və sosioloji bilik sahələrinin inkişafı; 
-
 
fundamental sosioloji tədqiqatlann keçirilməsi
-
 
etibarlı sosial informasiya almaq metodlannm işlənib hazırlanması və təkmilləşdirilməsi
-
 
sosioloji bilik sisteminin müasir tələblər səviyyəsində qurulması; [19-20] 
-
 
sosioloji xidmətin təşkili və müntəzəm surətdə təkmilləşdirilməsi; 
-
 
sosiologiya  elminin  nailiyyətlərinin  praktikada  tətbiqini  sürətləndirməyə  imkan  verən  etibarlı  mexanizm 
yaradılması. 
4.
 
Sosiologiyanın funksiyaları 
Sosiologiyanın  fimksiyalan  müxtəlif  müəlliflər  tərəfindən  az-çox  fərqli  şəkildə  izah  olunsa  da,  ümumi 
mövqelər  üstünlük  təşkil  edir.  Bu  funksiyalar  sosiologiyanın  cəmiyyət  həyatı  ilə  əlaqələrinin  rəngarəngliyini  daha 
aydın nümayiş etdirir. Elmi ədəbiyyatda adətən sosiologiyanın aşağıdakı üç funksiyasından bəhs edirlər: 
1.
 
İdrak  funksiyası;  2.  Praktik  funksiya;  3.  İdeoloji  funksiya.  Bizcə,  sosiologiyanm  metodoloji  və 
proqnozlaşdırma fiınksiyalarmdan da bəhs etmək üçün kifayət qədər əsas vardır. 
1. İdrak funksiyası. Hər bir elm kimi sosiologiya da öz predmeti dairəsində insanlann fəaliyyəti üçün zəngin 
idrak  imkanlan  açır,  sosial  inkişafın  qanunauyğunluqlarını,  müxtəlif  sosial  hadisələrin  dəyişilməsi  meyllərini  başa 
düşməkdə  onlara  kömək  edir.  Sosiologiya  sosial  inkişaf  proseslərinin  mənbələrini  və  mexanizmlərini  aşkara 
çıxarmaqla  bütövlükdə  cəmiyyətin,  habelə  onun  ayn-ayn  sahələrinin,  tərəflərinin  gələcək  dəyişmə  və  təkamül 
perspektivlərini  dərk  etmək  üçün  ilkin  şərtlər  yaradır.  Sosioloji  biliyin  müxtəlif  səviyyələri  bunu  müəyyən  etməyə 
çalışır ki, insanlann sosial fəaliyyətində cəmiyyətin, müxtəlif sosial qruplann inkişaf tələbatlan necə ifadə olunur, hansı 
konkret  formalar  məlum  şəraitdə  şəxsiyyətin,  qrupun  və  cəmiyyətin  mənafelərinin  maksimum  uyğunluğunu  təmin 
etməyə imkan verir. Sosioloji nəzəriyyələr və konsepsiyalar səylə müasir dövrün aktual problemlərinə cavablar axtanr, 
heç bir xülyaya qapılmadan dünyamn [20 - 21] sosial yeniləşməsinə kömək edə biləcək real yollan müəyyənləşdirməyə 
çalışır. 
Sosioloji nəzəriyyələrlə sıx əlaqədə getdikcə təkmilləşən konkret sosioloji tədqiqatlar fərdlər, qruplar, birliklər 
və s. haqqında onlann tələbatlan, mənafeləri, sərvət yönümləri, davranış motivləri haqqında ilk 
11 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə