Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə7/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   73

məlumatlar əldə etməyə imkan verir. Belə tədqiqatlar elə bir informasiya bünövrəsi yaradır ki, ona əsaslanmaqla sosial 
gerçəkliyin sirlərinə daha dərindən nüfuz etmək mümkün olur. Konkret şəraitdə, konkret sahədə yeni meyllərin aşkara 
çıxarılması sosioloji nəzəriyyələrin xeyli zənginləşməsini təmin edir. Ümumi və xüsusi sosioloji nəzəriyyələr konkret 
sosial hadisələr, proseslər barəsindəki informasiyanı ümumiləşdirir, inkişaf qanunauyğunluqlannm elmi surətdə dərk 
olunmasına kömək göstərir. Həm rəsmi statistikanın məlumatlarını tamamlayan, dəqiqləşdirən obyektiv göstəriciləri, 
həm  də  müxtəlif  sosial  qruplann,  təbəqələrin  fəaliyyətinin  məqsəd,  niyyət  və  motivlərini  əks  etdirən  subyektiv 
göstəriciləri  birləşdirən  empirik  tədqiqatlar  insan  amilini  daha  da  fəallaşdıran  mexanizmin  mahiyyətli  cəhətlərini 
qavramağa kömək edir, kütləvi sosial proseslərin subyektiv məqamlannm həqiqi mənasını aşkara çıxarır. Bu inkişafm 
obyektiv  meylləri  ilə  həmin  meyllərin  müxtəlif  sosial  qrupların  şüurunda  subyektiv  inikası  arasında  uyğunsuzluğu 
görməyə, məlum sahədə artıq sosial problemin mövcudluğunu dərk etməyə istiqamətləndirir. 
2.
 
Praktik  funksiya.  Sosiologiyanın  praktik  funksiyası  onun  idrak  funksiyası  ilə  bilavasitə  bağlıdır.  Bu 
funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin, sosial 
proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini aydınlaşdırır, həmin 
perspektivlərin  reallaşdınimasına  istiqamətlənmiş  praktik  fəaliyyətə  təsir  göstərir.  Bu  elm  insanların  öz  sosial 
münasibətlərini  tərəqqinin  obyektiv  tələblərinə  uyğun  olaraq  tənzim  etməsinə  kömək  edir.  Sosioloji  tədqiqatlar 
nəticəsində hazırlanan tövsiyələr [21 - 22] idarəetmə orqanlarının ehtiyaclanm xeyli dərəcədə ödəyir, sosial tərəqqinin 
sürətlənməsində özünəməxsus rol 05mayır. 
Sosial  proseslər  üzərində  həqiqi  nəzarət  konkret  informasiyaya,  deməli,  konkret  sosioloji  tədqiqatlara 
möhtacdır. Tətbiqi sosiologiya müxtəlif qruplarda, təşkilatlarda, müəssisələrdə və s. sosial  inkişaf məsələlərini daha 
optimal  qaydada  həll  etmək  sahəsində  tövsiyələrin  işlənib  hazırlanmasında  bilavasitə  iştirak  edir.  Kompleks  sosial 
problemlərin  tədqiqi  mühüm  praktik  əhəmiyyətə  malikdir:  bu  halda  cəmiyyət  həyatınm  daha  bütöv  mənzərəsini 
təsəvvür  etmək,  neqativ  nəticələri  irəlicədən  görmək,  idarəetmənin  ən  səmərəli  yollanm  və  vasitələrini 
müəyyənləşdirmək mümkün olur. 
Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik tövsiyələr sosial amillərin iki qrupuna aid olur. Birinci 
qrup obyektiv xarakterli amilləri - insanm həyat fəaliyyəti şərtlərini (siyasi quruluş, sosial struktur, əməyin, məişətin və 
s. konkret şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup isə subyektiv xarakterli amilləri - subyektiv 
məqamları (məqsədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji təsəvvürlər, ictimai rəy və s.) əhatə 
edir.  Bunların  sıx  əlaqədə  öyrənilməsi  şəxsiyyətlərarası  münasibətləri  təkmilləşdirmək,  cəmiyyətdə  daha  möhkəm 
sabitlik qərarlaşdırmaq vasitələrini müəyyənləşdirməyə kömək edir. 
3.
 
ideoloji  funksiya.  Sosiologiya  kütlələrin  ideya  tərbiyəsi,  qeyri-elmi  baxışlarla  mübarizə  vəzifələrini  də 
yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında 
real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai prosesdə öz yerini, mövqeyini daha dürüst başa 
düşsün, onun fəallığı daha dolğun sosial məna kəsb etsin. 
Sosiologiya  elmi  təfəkkürün  formalaşmasında  və  inkişafında,  insanın  ideya  cəhətdən  yetkinləşməsində 
müəyyən rol oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik tövsiyələr işləyib hazırlamaq baxımından 
deyil, həm də düzgün idarəetmə, rəhbərlik üslubu, vərdişləri qazanmaq baxımından da əhəmiyyətlidir, çünki sosial 
qanunların daha dərindən başa düşülməsinə əsaslanır. Səmərəli, işgüzar, elmi idarəetmə üslubu tələsik, kifayət qədər 
əsaslandırılmamış iradi qərarlann qarşısını almağa kömək edir. 
Sosioloq faktlan, hadisələri araşdırarkən nə qədər obyektiv, neytral olmağa çalışsa da, müəyyən sosial-siyasi 
mövqe  tutur.  Renata  Maynts  (AFR)  1974-cü  ildə  Torontoda  keçirilmiş  VIII  Ümumdünya  sosiologiya  konqresində 
demişdir: «Siyasətə öz münasibətini müəyyən etmək sosiologiyanın aktual vəzifələrindən biridir. Axı sosiologiya bir 
çox cəhətdən siyasi qərarların qəbul edilməsi üçün əsasdır... Sosiologiya siyasətə təsir göstərməkdə başqa sahələrə, 
məsələn, texniki sahələrə nisbətən daha böyük imkanlara malikdir. Bu halda o vacibdir ki, sosioloqların təsir göstərə 
bildikləri  şəxslər  hansı  sferalara  mənsubdurlar.  Qərar  qəbul  edənlər  çox  tez-tez  sosioloqların  topladıqları 
məlumatlardan  sonralar  istifadə  edirlər».  Bu  bir  həqiqətdir  ki,  sosioloq  maksimum  obyektiv  və  dəqiq  informasiya 
almağa  maraqlı  olsa  da,  onun  tədqiqatlarının  nəticələri  hər  halda  siyasi  qiymətdən  kənarda  qalmır.  Mövzunun 
seçilməsi,  tədqiqat  problemlərinin  qoyulması,  nəticələrin  şərhi  hökmən  sosioloq  alimin  sosial-siyasi  mövqelərinin 
təsirinə məruz qalır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və ya çox dərəcədə asılı olur. Buraya onu da 
əlavə etmək lazımdır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa dərəcədə müxtəlif sosial qruplann siyasi 
mənafelərinə toxunur, müəyyən ideoloji məna kəsb edir. Sosioloqların ideya-siyasi mövqeləri müxtəlif konsepsiyalar 
arasında gedən mübarizənin mühüm amillərindən biridir. 
Əhalinin maariflənməsi, ideyaca yetkinləşməsi sahəsində dövlətin fəaliyyəti olduqca mürəkkəb işdir. Bu işin 
səmərəsini  yüksəltməkdə  ictimai  rəyi,  kütləvi  informasiya  və  təbliğat  vasitələrinin,  cəmiyyətin  siyasi  və  hüquqi 
təsisatlannm  [23  -  24]  fəaliyyətini,  sosial-psixoloji,  ideoloji  mövqeləri  sosioloji  baxımdan  tədqiq  etmək  böyük  rol 
oynayır. 
12 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə