Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

4.
 
Metodoloji funksiya. Müxtəlif ümumilik səviyyəsinə malik olan sosioloji nəzəriyyələr, konsepsiyalar daha 
konkret elmlər sahəsinə aid olan tədqiqatlar üçün metodoloji əsas ola bilər. Sosial sistemlərin fəaliyyəti və inkişafinm 
ümumi qanunauyğunluqlanm aşkara çıxaran nəzəriyyələr daha geniş tətbiq imkanlanna malikdir. Onlann yaşamaq və 
fəaliyyət  göstərmək  hüququ  uğmnda  sərbəst  bəhsləşməsi  və  mübarizəsi  tamamilə  qanunauyğun  haldır.  Müxtəlif 
sosioloji  nəzəriyyələrin,  cərəyanlann,  istiqamətlərin  (məs.,  antropoloji  istiqamət,  naturalizm,  neopozitivizm, 
stmkturalizm,  psixoloji  istiqamət  və  s.)  özünəməxsus  məziyyətləri  və  nöqsanlan,  məhdudluqları  vardır.  Bu 
nəzəriyyələrin, eərəyanlann başlıca müddəaları, prinsipləri konkret bilik sahələrində apanlan tədqiqatlar üçün həlledici 
məna kəsb edə bilər. Lakin konkret bilik sahəsində əldə edilmiş faktlar həmin müddəalarla, prinsiplərlə ziddiyyət təşkil 
edə  bilər  və  yeni  bünövrə,  əsas  axtarışı  üçün  stimul  yarada  bilər.  Deməli,  sosiologiyanın  metodoloji  funksiyasını 
birtərəfli  başa  düşmək  doğm  olmazdı:  ümumi  və  xüsusi  sosioloji  nəzəriyyələr  konkret  sahələrdə  tədqiqaü 
istiqamətləndirir, konkret sahələrin tədqiqatları sosioloji nəzəriyyələrin zənginləşməsini, dolğunlaşmasmı şərtləndirir. 
5.
 
Proqnozlaşdırma funksiyası.  Sosiologiya sosial həyatın, onun ayn-ayn sahələrinin fəaliyyəti və inkişafı 
proseslərini  elmi  sürətdə  idarə  etmək  üçün  müəyyən  proqnozlar  işləyib  hazırlamağa  kömək  edir.  Proqnozlaşdırma 
inkişafin qanunauyğunluqlanm, meyllərini dərindən başa düşməyə əsaslanır, cəmiyyəti daha səmərəli metodlarla idarə 
etməyin müqəddəm şərti kimi çıxış edir. Bu, qərarlann yerinə yetirilməsi prosesində vaxtında zəmri təshihlər aparmağa 
imkan verir. 
Müxtəlif ümumilik səviyyəsində olan sosioloji nəzəriyyələr sosial hadisələrin nisbətən geniş dairəsində böyük 
[24 - 25] miqdar informasiyam cəmləşdirdiyindən, onlann inkişaf qanunauyğunluqlanm aşkara çıxardığından ayn-ayn 
sosial  hadisələrin,  proseslərin  tədqiqinə  münasibətdə  nəzəri  əsas  rolunu  yerinə  yetirə  bilər.  Lakin  bu  nəzəriyyələri 
ehkama çevirmək yox, konkret bilik sahələrinin imkanlan hesabına yaradıcılıqla daha da inkişaf etdirmək lazımdır. 
5. Sosial qanunların mahiyyəti və təsnifatı. 
Sosiologiyanın kateqoriyaları 
Məlumdur  ki,  qanun  hadisələrin  daxili,  mühüm  və  sabit  əlaqəsi  və  ya  münasibəti  olub,  onlann  nizamlı 
dəyişilməsini şərtləndirir. Qanunlan bilmək əsasında prosesin cərəyanını irəlicədən etibarlı surətdə müəyyənləşdirmək 
mümkündür. 
Qanun  anlayışı  qanunauyğunluq  anlayışına  çox  yaxındır.  Qanunauyğunluq  qanunun  məzmunu  baxmımdan 
qarşılıqlı əlaqədə olan, sistemdəki dəyişikliklərin sabit meylini və ya istiqamətini təmin edən cəhətlərin məcmusudur. 
Sosial  qanunlar  sosial  hadisələrin,  proseslərin  mühüm,  zəruri  və  ümumi  əlaqələrini  ifadə  edir,  fərdlərin, 
qrupların, birliklərin fəaliyyətində təzahür edir, onlar arasındakı rəngarəng münasibətləri müəyyənləşdirir. İnsanlar bu 
qanunları dərk edərək, öz həyat fəaliyyəti şərtlərini dəyişdirir, yeniləşdirir. Dəyişilmiş, başqalaşmış şərait isə insanlara 
ən  müxtəlif  şəkildə  təsir  göstərir.  Hər  bir  aynca  şəraitin,  hər  bir  aynca  tarixi  hadisənin  spesifik  xarakteri, 
təkrarolunmazlığı, zənginliyi sosial qanunların təzahüründə dərin iz buraxır. Hətta eyni sosial qanun birtipli, yaxud 
oxşar şəraitdə müxtəlif, fərqli intensivlikdə təzahür edir. Ona görə də sosial qanunlarm fəaliyyətini hər bir konkret 
halda müxtəlif ehtimal dərəcəsini aşkara çıxaran meyl kimi nəzərdən keçirmək lazımdır. 
Hadisə və proseslərin təbii gedişində təşəkkül tapan sosial qanunlar fərdlərin, qmplann, birliklərin müxtəlif 
istiqamətli fəaliyyətinin nəticəsidir. Lakin bu fəaliyyyətdə qanunauyğun [25 - 26] meyllər də təzahür edir, qarşılıqlı 
sosial fəaliyyətin məqsədini, məzmununu, xarakterini və istiqamətini müəyyənləşdirir. 
Sosial qanunlarm fəaliyyət mexanizmini aşkara çıxarmaq, onlan hərtərəfli tədqiq etmək çox mürəkkəb işdir, 
lakin  vacib  vəzifədir.  Bu,  hər  hansı  hadisənin,  prosesin  bütövlükdə  ictimai  həyatda,  ən  müxtəlif  sosial  sistemlərin 
fəaliyyətində yerini və rolunu, təzahür xüsusiyyətlərini müəyyənləşdirməyi, onun sosial genezisini aşkara çıxarmağı, 
rəngarəng sosial əlaqələri real faktlar əsasında öyrənməyi nəzərdə tutur. 
Sosial qanunlan müxtəlif əsasa görə təsnif etmək olar. Fəaliyyət müddətinə görə adətən ümumi və spesifik 
qanunlan fərqləndirirlər. Ümumi qanunlar (məsələn, dəyər qanunu) bütün ictimai sistemlərdə, spesifik qanunlar isə 
(məsələn, bir cəmiyyətdən digərinə keçidlə bağlı olan qanunlar) bir və ya bir neçə ictimai sistemdə fəaliyyət göstərir. 
Ümumilik  dərəcəsinə  görə  iki  qrup  qanunlardan  bəhs  etmək  mümkündür:  a)  bütövlükdə  sosial  sferanın 
inkişafinı  xarakterizə  edən  qanunlar;  b)  sosial  sferanın  ayn-ayn  ünsürlərini  (sinif,  qmp,  millət  və  s.)  inkişafinı 
xarakterizə edən qanunlar. 
Təzahür üsuluna görə qanunlann dinamik və statik (stoxastik) növlərini ayırd etmək olar. Dinamik qanunlar 
sosial dəyişmələrin istiqamətini, amillərini və formalanm müəyyən edir. Statik (stoxastik) qanunlar isə sosial hadisələri 
qəti şəkildə determinasiya etmir, məlum sosial bütövün sabitliyini saxlamaqla dəyişmələrin əsas 
13 


istiqamətlərini, meyllərini əks etdirir. Bu, o deməkdir ki, statik qanunlar sosial gerçəklikdəki hadisə və proseslərin 
əlaqəsini  müəyyən  ehtimal  dərəcəsində  ifadə  edir,  onlara  bütövlükdə  xas  olan  bəzi  xassələri  və  ya  əlamətləri 
səciyyələndirir. 
Dinamik qanunlar səbəb və funksional qanunlara aynlır. Səbəb qanunlan sosial hadisələrin inkişafında qəti 
surətdə şərtlənmiş əlaqələri, funksional qanunlar isə sosial [26 - 27] hadisələr arasında empirik surətdə müşahidə edilən 
və ciddi şəkildə təkrar olunan qarşılıqlı asılılıqları əks etdirir. 
Statik qanunların inkişaf qanunlan (məs., tələbatlann daha dolğun ödənilməsi, xalqın özünüidarəsinin inkişafı 
və  s.)  və  fəaliyyət  qanunlan  (kollektivdə  formal  və  qeyri-formal  strukturlann  vəhdəti,  ailədə  rol  funksiyalannm 
bölüşdürülməsi) kimi növləri vardır. 
Əlaqələrin formalanna görə sosial qanunların aşağıdakı növlərini ayırd etmək olar: 
a)
 
Sosial hadisələrin, yaxud onlarla bağlı olan hadisələrin invariant (dəyişməyən) yanaşı yaşamasını əks etdirən 
qanunlar. Bu qanuna görə A hadisəsi varsa, hökmən B hadisəsi də olmalıdır. Məsələn, cəmiyyətdə totalitar idarəetmə 
sistemi mövcuddursa, hökmən latent (gizli) müxalifət də mövcud olmalıdır. 
b)
 
İnkişaf  meylini  əks  etdirən  qanunlar.  Belə  qanunlar  qarşılıqlı  münasibətlərin  bir  səviyyəsindən  digərinə 
keçidi  şərtləndirir,  sosial  obyektin  strukturuna  xas  olan  dinamikanı  ifadə  edir.  Məsələn,  fəhlə  sinfində  baş  verən 
keyfiyyət  irəliləyişləri  onun  bütün  sosial  münasibətlərə  təsirini  gücləndirir,  onun  bütövlükdə  ictimai  mövqeyini 
möhkəmləndirir. 
c)
 
Sosial hadisələr arasında funksional asılılığı müəyyən edən qanunlar. Bu qanunlan fəaliyyət qanunlan da 
adlandırmaq olar. Bunlar inkişaf qanunlanndan fərqli olaraq hər hansı sosial sistemin nisbi sabitlik halında qalmasını 
təmin edir, sistemdəki ayn-ayrı ünsürlərin mühüm dəyişikliyə səbəb olmayan mütəhərrikliyini səciyyələndirir, başqa 
sözlə, sosial obyektin yeni keyfiyyət qazanması üçün ilkin şərtlər yaradır. Məsələn, əhalinin idarəetmə işində, siyasi 
həyatda  iştirakı  ilə  onun  siyasi  mədəniyyətinin  yüksəlməsi  arasında,  kollektivdə  ideyatərbiyə  işinin  səviyyəsi  ilə 
mənəvi-psixoloji iqlimin vəziyyəti arasında funksional asılılığı görmək o qədər də çətin deyildir. 
ç) Sosial hadisələr arasında səbəb əlaqəsini əks etdirən qanunlar. Səbəb əlaqəsi və funksional əlaqə bir- birinə 
[27 - 28] yaxın anlayışlardır. Lakin onlan eyniləşdirmək doğru deyildir. Funksional əlaqə səbəbiyyəti ifadə edə də bilər, 
etməyə  də  bilər.  Funksional  asılılığın  olması  hələ  mahiyyətli  səbəb  münasibətlərinin  mövcudluğunu  ifadə  etmir. 
Məsələn, şəxsi və ictimai mənafelərin optimal əlaqələndirilməsi sosial inteqrasiyanın çox mühüm, zəruri şərtidir. 
d)
 
Sosial  hadisələr  arasında  ehtimalı  ifadə  edən  qanunlar.  Məsələn,  əhalinin  müəyyən  qruplarının  kənddən 
şəhərlərə axını ilə onlar arasında hüquq pozuntulanmn artmasını ehtimal etmək olar. 
Sosial qanunlar insanların fəaliyyətində, cəmiyyətin konkret şəraitində reallaşır. Ona görə də sosioloji tədqiqat 
prosesində  fərdlər  bu  və  ya  digər  əlamət  baxımından  qruplaşdırılır.  Bu  imkan  verir  ki,  sosial  qrupu  ən  müxtəlif 
aspektlərdə (həyat şəraiti, status, sosial rol və funksiyalar, fərdi xarakteristikalar) öyrənilsin. 
Sosial qanunlar müxtəlif təsadüflərlə, kənara çıxma hallan ilə üzləşir, onlan bir növ nizamlayır və özünə yol 
açır. Hər hansı sosial hadisənin, prosesin məzmununu və spesifikasını aşkara çıxarmaq üçün bu qanunların fəaliyyət 
mexanizmi  tədqiq  olunmalıdır.  Bu,  cəmiyyətin  həyat  fəaliyyətinin  müxtəlif  sferalannda  sosial  qanunlann  təzahür 
formalarını  aşkara  çıxarmağı,  sosial  mexanizmdə  öz  fünksiyalanm  yerinə  yetirməyə  qadir  olmayan  ünsürləri 
müəyyənləşdirməyi  və  aradan  qaldırmağı,  bütövlükdə  bu  mexanizmin  maksimum  səmərəli  olmasını  təmin  etməyi 
nəzərdə tutur. Fərdlərin, sosial qrupların həyat fəaliyyəti prosesində daim dəyişikliyə  məruz qalan, inkişaf edən və 
zənginləşən sosial əlaqələr sistemi təhlil olunarkən onların cəmiyyətdə qəbul olunmuş sosial normalar, sərvətlər və 
sosial nəzarət vasitələri ilə, habelə mənafelər, tələbatlar, yönümlər və s. ilə əlaqəsinə xüsusi diqqət yetirilməlidir. 
Hər bir elm kimi sosiologiya da müəyyən kateqoriyalardan istifadə edir. Məlum olduğu kimi, kateqoriyalar 
idrakın tarixi inkişafı gedişində, ictimai praktika prosesində formalaşır. [28 - 29] Bunların əsasında insanın predmet 
fəaliyyəti üsullarının, ünsiyyət vasitələrinin inkişafı dayanır. 
Sosiologiyanın  kateqoriyaları  real  gerçəkliyin  və  idrakın  mühüm,  qanunauyğun  sosial  əlaqələrini  və 
münasibətlərini  əks  etdirən  ən  ümumi,  fundamental  anlayışlardır.  Bunlar  sosioloji  biliyin  başlıca  «pillələridir», 
təfəkkürün sosial gerçəkliyin mahiyyətinə nüfuz məqamlarıdır. 
Obyektiv gerçəklik inkişaf etdikcə, sosioloji bilik dərinləşdikcə həm yeni kateqoriyalar meydana gəlir, həm 
mövcud kateqoriyaların zənginləşməsi baş verir, həm də ayrı-ayn kateqoriyaların yeri və rolu dəyişir. Sosiologiyanın 
kateqoriyalar sisteminin əsas ünsürlərinin müəyyənləşdirilməsi onun inkişaf məntiqini aşkara çıxarmağa imkan verir. 
Hər bir sosial kateqoriya sosial kateqoriyalar sisteminin yalnız bir ünsürü kimi dərk oluna bilər. 
Sosiologiyanın ən mühüm kateqoriyaları sırasına bunları aid etmək olar: «sosial», «sosial struktur», «sosial 
münasibətlər», «sosial təsisatlar», «sosial qanunlar» və s. 
14 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə