XVI
FƏSIL
AILƏNIN
SOSİOLOGİYASI
1.
Ailənin mahiyyəti
Ailə elə çoxaspektli sosial qurumdur ki, sosiologiyanın bütün bölmələrində ondan bəhs olunması təəccüblü
deyil. O, özündə sosial təşkilatın, sosial strukturun, institutun və kiçik qrupun xassələrini təcəssüm etdirir. Ailə
sosiologiyası daha geniş problemlər dairəsinin - sosiallaşdırmanm, təhsilin, siyasətin və hüququn, əməyin,
mədəniyyətin və s. öyrənilməsi predmetinə daxildir; o, sosial nəzarət və sosial nizamsızlıq, sosial mobillik, miqrasiya
və demoqrafik dəyişikliklər proseslərini daha mükəmməl başa düşməyə imkan verir. İstehsal və istehlakm əksər
sferalarında sosioloji tədqiqatlar ailəyə istinadsız mümkün deyildir.
Ailəyə maraq geniş məzmunlu çoxfunksionalhğm öyrənilməsində əlavə unikal vasitəçi roluna idrakı maraqla
dəstəklənir; onun bir fenomen kimi sosiomədəni, sərhəd mahiyyətli, sosiumun istənilən konstruksiyalaşdıniması
zamanı strukturların kəsişməsində, makro və mikroanalizin sərhəddində qərarlaşan təbiəti xüsusilə əhəmiyyətlidir.
Ailə sosietal proseslərin mikromühitin sosial davranışının nəticələrinə reduksiyasmı həyata keçirmək və empirik yolla
tədqiq olunan faktlarda qlobal səciyyəli problemləri müəyyənləşdirmək imkanlarına malikdir.
Bu baxımdan ailənin tərifləri onun universallığının müxtəlif görüntülərini ehtiva etməyə çalışmalı və burada,
hər şeydən əvvəl, ailənin sosial instituta və sosial qrupa xas əlamətləri defmisiyada toqquşmamalı, əksinə, üst-üstə
düşməlidir. Ümumailə fəaliyyəti, yaxud ailə davranışı haqqında təsəvvürlərə müraciət edərkən, ailənin, nikahını və
qohumluğun [281 - 282] müxtəlif keyfiyyətli xüsusiyyətlərini birləşdirən qənaət-bəxş ailə definisiyalan əldə etmək
mümkündür.
Ailə yaradan münasibətlər kimi ailənin həyat fəaliyyətinin müxtəlif tərəflərini vurğulayan çoxsaylı ailə
definisiyalan mövcuddur (məsələn,
ailə bir-birini sevən insanlar, yaxud ümumi əcdadlan
olan və ya bir yerdə yaşayan
şəxslər qrupudur; ailənin əlamətlərinin əhatəli sıralanması da bu qəbildəndir). Əhalinin nəsilartırma meyarlanm və
sosial-psixoloji tamlığını nəzərə alan ailə definisiyalan arasında sosioloq A. Q. Xarçevin verdiyi tərifə görə,
ailə həyat
yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, üzvləri nikah və qohumluq
əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına
cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur.
Ailənin hüquqi əsası olan nikah kişi və qadın arasında əlaqələrin, birgəyaşayışın və seksual portnyorluğun,
uşağın dünyaya gəlməsi ilə nəticələnən formalannın leqitim etirafı kimi çıxış edir. Ailənin mahiyyətinin daha dolğun
anlaşılması üçün ailənin məkanda lokallaşmasını (yaşayış yeri, ev, mülkiyyət) və ailənin iqtisadi bünövrəsini -
valideyn və uşaqlann məhdud məişət və iaşə hüdudlanndan kənara çıxan iqtisadi əsaslarım nəzərdə tutmaq lazımdır.
Beləliklə, ailə ər-arvadhq-valideynhk-qohumluq əlaqələri ilə bağlanmış və bununla əhali arhmmı və ailə
ənənələrini, varisliyini, həmçinin uşaqlann sosiallaşdırılmasmı və ailə üzvlərinin mövcudluğunu təmin edən, vahid
ümumailə fəaliyyətinə əsaslanan insan toplumudur.
Yalnız ər-arvadlıq - valideynlik - qohumluq üçər münasibətlərinin varlığı ailənin yaradılmasmdan ciddi
formada danışmağa imkan verir. Bu münasibətlərdən birinin, yaxud ikisinin olmaması haçansa məhz ailə olmuş
qrupların fraqmentarhğmı səciyyələndirir.
Belə vəziyyət ölkənin bəzi ailələrində müşahidə olunur. Bundan əlavə, ailə qurmayan insanlar ya ər-arvadlıq
münasibətləri [282 - 283] olmayan valideynlərdən, ya da faktik, yaxud legitim övladsız nikahla yaşayanlardan
ibarətdir. Bu fraqmentar «qınq» ailə formasına «ailə qrupu» termini uyğun gəlir: burada birgə ev təsərrüfatı və yalnız
qohumluq, yaxud valideynlik və ya ər-arvadlıq əlaqələri ilə birləşən insanlar qrupu nəzərdə tutulur.
Adətən ər-arvad cütlüyü ailənin özəyi hesab edilir və ailələrin tərkibinin bütün statistik təsnifatları bu «özəyə»
uşaqlann, qohumlann, qaynana və qaynatalann əlavə olunmasından asılı olaraq apanlır. Sosioloji baxımdan ailənin əsas
tipini - əhali arasında daha çox yayılmış, sadalanan münasibətlərin üçəp vəhdəti bərqərar olan ailəni əsas götürmək
düzgündür. Üç münasibətdən biri olmayanda yaranan ailəvi birlikləri isə, yuxanda deyildiyi kimi, ailə qruplan
adlandırmaq məqsədə müvafiqdir. Bu dəqiqləşdirmə onunla əlaqədardır ki, son zamanlar Qərbdə və bəzi hallarda
ölkəmizdə ailə sosiologiyasında onun mahiyyətini üç əlamətdən hər hansı biri ilə, əsasən ər-arvadlıq, yaxud hətta
portnyorluqla bağlamaq meylləri nəzərə çarpır. Təsadüfi deyildir ki, M. Sasmen və
S. Stenmetsin Amerika ensiklopediyasında nikah və ailəyə dair bir neçə fəsli ailənin «alternativ formalanna», yəni
112