Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
45
si yasətində  də,  ictimai  şüurda  da  əvvəlki  kimi  yarımçıq  olaraq 
qal maq dadır. Bizim meqapolisin urbanistik inkişafının  da yarım-
çıq  olduğu  ortaya  çıxdı:  bir  vaxtlar    xammal  bazasından    təbii 
inkişafla  sənaye  şəhərinə  keçəcəyi  gözlənilirdi,  sonra  isə,  yəni 
artıq müstəqillik illərində böyük təhsil və mədəniyyət mərkəzinə 
çevrilmək  iddiasında  idi.  Lakin  indiki  halda    iri  supermarketləri 
olan böyük əyləncə və ticarət mərkəzlərinin tikintisi daha təbii gö-
rünür. Həyatımızın getdikcə daha bir ciddi reallığına çevrilməkdə 
olan dini faktoru da əlavə edək. Kim ki  bu  yaxınlarda baş vermiş 
bizim məşhur anım mərasiminə İnternetdə  baxa bilibsə söhbətin  
nədən getdiyini başa düşəcək. Biz  öz tarixini və müasir dünya-
dakı yerini ayıq başla qiymətləndirə bilməyən tipik “üçüncü dün-
ya” ölkəsi olaraq qalmaqdayıq.
Təəccüblü deyil ki, bizim fikrimizdə elə amillər törəmişdir ki,  –  
mən ona qəlpələnmiş şüur deyərdim – “bizdə, bizim əvəzimizə və 
bizim vasitəmizlə” (alman filosofu M.Haydeggerin bizim içimizdə 
olan “biganə insan” haqqında işlətdiyi ifadəsindən istifadə edirəm) 
keçmişin müxtəlif residivi fəaliyyət göstərir.  Keçmişin belə laqeyd 
residivlərini “şəxsi mövqelərdə” tez-tez görmək olur. 
Yenə  metaforadan  istifadə  etmək  istərdim.  Biz  çalışırıq  irəli 
gedək, lakin hər dəfə şüurumuzda, mən deyərdim ki, “keçmişin 
buxovlarını”  aşkar  edirik.  Biz  nə  qədər    düşünmədən    hərəkət 
ediriksə, önümüzdə açılan  yollar o qədər də  çözülməz  düyünə 
düşür. Belə çıxır ki, ümidlərimizi ya yeni Makedoniyalı İskəndərə, 
ya da  “keçmişin buxovlarından”  yavaş-yavaş  qurtarmaq üçün 
ağlımızın və iradəmizin  çatacağına  bağlamalıyıq.
Etiraf edək ki, məhz bu səbəbdən Qarabağ konflikti bizi qəfil 
yaxaladı, biz belə olacağını gözləmirdik və hazırlıqsız olduğumuz 
ortaya çıxdı. Əvvəlcə, biz qəti etiraz etdik, əmin idik ki, bizim qəti 
etirazımız bir an öncə dünya ictimaiyyəti tərəfindən eşidiləcəkdir. 
Sonra qərara gəldik ki, güc yolu ilə təcili qələbə qazanmaq üçün 
bizim  imkanlarımız  yetərincədir.  Sonra  belə  nəticəyə  gəldik  ki, 
məsələ yalnız informasiya gücünün olmamasındadır. Əgər  infor-
masiya blokunu yara bilsək hər şey öz-özünə həll olacaq. Sonra 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
46
hər kəsin asanlıqla inandığı və əlbəttə, hər birimizin üzə rin dən 
məsuliyyəti götürən belə bir qənaətə üstünlük verdik ki, gü nahkar 
üçüncü ölkənin hərbi müdaxiləsi və öz daxilimizdə olan satqın-
lardır. Bu qənaətlərin hər birində müəyyən həqiqət payı vardır, 
lakin  eyni  zamanda  biz  bu  qənaətləri  sona  qədər  düşün məyə 
macal tapmadıq və yaranmış vəziyyətdən çıxış yolu axtarmadıq. 
Nəticədə, biz elə bir vəziyyətə düşdük ki, bir məqaləmdə mən bu 
vəziyyəti “nevrastenik sindrom” adlan dır mışdım. Indiyə kimi də 
bu cür davam etməkdədir: bəziləri militarizmə və yubanmadan in-
tiqam almağa səsləyir.  Digərləri isə çox  halda  həvəssizcə etiraf 
edirlər ki,  artıq  Qarabağ ha yın da deyillər, çünki gün-güzəranın  
ağır yükündən başları ayılmır ki, Qarabağ barədə düşünsünlər. 
Hakimiyyət üçün isə belə bir vəziyyət – nə sülhün, nə hərbin ol-
ması    çox  münasib  oldu:  hakimiyyət  bir  tərəfdən  hərbi  ritorika 
seçmiş, digər tərəfdən isə tam bir fəaliyyətsizlik göstərməkdədir.  
Bir  daha  bu  mövzuya  qayıtmamaq  üçün  bir  başa  deyim  ki, 
hakimiyyətin  bu  dəvəquşu  siyasətində,  eləcə  də  cəmiyyətin 
buna münasibətində də yaxşı heç nə görmürəm. Biz istəsək də, 
istəməsək də, daima  Qarabağ probleminin Damokl qılıncı altında 
yaşayacağıq. Yenə də istəsək də, istəməsək də biz ermənilərlə 
hər rastlaşmada diksinəcəyik. Hətta bu şərti “erməni” əsl kosmo-
polit, Qarabağ konfliktinə tamamilə neytral  biri, eləcə də bizim 
şərti “azərbaycanlı”  həmin keyfiyyətləri daşımış olsa belə. Hətta 
bir başa bu problemlə bağlı olmayan  vəziyyətlərdə belə biz  bu 
problemin təzyiqini öz üzərimizdə hiss edirik və hiss edəcəyik. Və 
hətta bəzi özündəndeyən millətçilərin zənn etdiyi kimi biz istənilən 
etnik erməni ilə  görüşdən tamamilə təcrid olsaq belə (bunun prak-
tiki olaraq mümkün olmadığı başqa bir məsələdir) , biz problemin 
həllini yaxınlaşdırmırıq, əksinə düyünü bir az daha bərkidirik ki, 
bu da bizim digər problemlərimizdə də öz təsirini göstərir.
Mənim konkret təkliflərim yoxdur, yalnız bunu deyə bilərəm ki, 
məsələnin danışıqlar yolu ilə həllinə alternativ görmürəm (əlbəttə 
kapitulyasiya istisnadır, lakin bunu da çox pis də olsa  məsələnin 
həlli hesab etmək olar). 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
47
Siz etiraz edə bilərsiniz ki, hər iki tərəfin danışıqlara hazır ol-
ması lazımdır. Razıyam, lakin mənim fikrimcə  məhz hər iki tərəf 
buna hazır deyil, hər iki tərəf daima üçüncü qüvvəyə müraciət 
edir, hər iki tərəf beynəlxalq ictimaiyyətin gözündə  bir-birini qa-
ralayan informasiya müharibəsini dayandırmır. Internetdə hətta 
belə fikirlərə  rast gəlmək olur ki, bizim konfliktin dünya tarixində  
analoqu yoxdur, çünki biz qarşılıqlı şəkildə bir-birimizi inkar edi-
rik.  Bütün  bunlar  çox  gülməli  olardı,  əlbəttə  ki,  əgər  bu  qədər 
kədərli olmasaydı. Ona görə də mənim fikrimcə,  söhbət ondan 
gedir  ki,  nəhayət,  bu  gün  biz  sıfır  nöqtəsinə    yaxınlaşmalıyıq,  
daha doğrusu, mümkün qədər  şüurumuzu elə fəndlərlə işlədək 
ki, mövzumuz  konfliktin həllini  əngəlləyən deyil, real danışıqla-
rı başlamağın mümkün olduğu məqamlara toxunsun. Ona görə 
də  artıq  indi  –  öz  çıxışımın  bu  mərhələsində,  deyə  bilərəm  ki, 
əgər söhbət konfliktin hərbi güc yolu ilə deyil, müqavilə yolu ilə 
həllindən gedirsə, o zaman liberal ideyalar yeganə məqbul yol 
sayıla  bilər.  İndiki  halda  söhbət    ondan  gedir  ki,  bu  prosesdə 
vətəndaşların  özləri  iştirak  etməlidirlər,  konfliktin  həlli  onların 
iradələri və razılıqları ilə olmalıdır. 
Yenə də, mənə aydındır ki, bu kitabın oxucuları arasında çox-
saylı opponentlər tapılar ki, liberal əsaslı ölkələrdəki köhnədən 
davam  edən    regional  konfliktlərə  işarə  edə  bilərlər.  Məhz  bu, 
Maarifçilikdə  inamla  inamsızlıq  arasındakı  ayrılıq  nöqtəsidir, 
müasir  sivilizasiyanın humanitar şəcərəsində inam və inamsız-
lığın  ayrıldığı  məqamdır,  və  nəhayət,  Liberalizm    ide ya la rında 
inam  və  inamsızlıqdır.  Bu  məsələnin  üzərində  daha  artıq  da-
yanmayacağam.
İndi deyə bilərəm ki, mənim çıxışımın əsas məqsədi  təkcə  
ya şadığımız konflikti adekvat qavramağa deyil, eləcə də dünyada 
öz mövqeyimizi  anlamağa mane olan düyünləri  göstərməkdir. 
Baş lanğıcda  dediyim  “şüurunu  dəyişsən  dünyanı  dəyişərsən” 
şüarını yenidən təkrar edirəm. Yanlış stereotiplərdən, köhnəlmiş 
miflərdən yaxa qurtarmağın zamanı çatıb. Biz onlara təkrar-təkrar 
bulaşırıq, ənənəvi hərəkətlərimizi təhlil etməyə qətiyyətimiz çat-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə