Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   2   3   4   5   6   7   8   9   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
7
ğu  kimi,  münaqişənin  həllinin  ilk  mərhələsində  məhsuldar  idi. 
Halbu  ki,  indiki  zamanda  məlum  olur  ki,  “Status  kvo”  prosesin 
bütün tə rəflərini,  hətta vasitəçi dövlətləri də qane edir. Baxma-
yaraq ki, konfiliktin həll edilməsi çağırışları daxili siyasət situasi-
yasının da “donunun açılması” daha tez-tez səslənməyə başla-
yıb.  Situasiyadan  çıxış  təkcə  demokratiyanın  inkişafında  deyil, 
həm  də  sosial  transformasiyadadır.  Məhz  bu  inkişaf  bütün  bu 
müddət ərzində hakimiyyətə həll olunmamış münaqişə ilə mani-
pulyasiya etmək əlverişli olaraq avtoritar idarəetmə nəticəsində 
ləngiyirdi.  Beləliklə  bu  lənətlənmiş  dairə  sovet  sosial  koqnitiv 
irsi  olan  ölkələrin  təfəkkürün  genişlənməsi  sərhədlərini  və  “de-
pro vin sial lığını”  ləngidən  liderlərinin  şüurlu  konsolidasiyası  he-
sa bına qapadılırdı. Rəhman Bədəlovun, Əli Abbasovun və Gia 
No dianın işlərində fəlsəfi və siyasi nöqteyi-nəzərdən liberalizmin 
ma hiyyıti və dəyərləri konfiliktin həllinə kömək edəcəyi məsələsi 
müzakirə olunur. Bütövlükdə liberalizmin münaqişənin sülh yolu 
ilə həllində pozitiv təsirin ideasını dəstələyərək Gia Nodia həmdə 
onun beynəlxalq münasibətləri təcrübəsini və liberal demokrati-
ya olan ölkələrin dünyada münaqişənin sülh həllinin seçiciliyini 
misal göstərərək ziddiyətli olduğundan qeyd edir. Öz növbəsində 
R.Bədəlov  tərəfindən  xüsusi  qeyd  olunan  “açıq”  şüurun  əsas 
tərkibi olan Maarifləndirməyə müraciət etmək Rusiyadan olan alim 
N. Rozov tərəfindən dəstəklənmişdi. Professor Rovoz Rusiyada 
siyasi inkişafı həm də liberalizm tendensiyasını avtoritarizmə və 
ya hakimiyyət böhranına yuvarlanma ilə bitən bir sıra mərhələlər 
kimi xarakterizə etmişdir ki, son nəticədə öz ölkəsində və ondan 
kənarda liberalizmin inkişafı və onun konfilitlərə müsbət təsirini 
həddən artıq uzaq qeyd edir.
Kitabın II hissəsi göstəriri ki, neftlə zəngin iqtisadiyyatı olan 
ölkələrdə  liderlər  sovet  irsinin  konsolidasiyası  üçün  əlavə  və-
saitlər alırlar. Əslində isə 3 Xəzəryanı ölkənin timsalında gös tə-
rildiyi  kimi  postsovet  elitanın  neftlə  zəngin  siyasi  iqtisa diy yatın 
qanunauyğunluqları  ilə  birləşməsi  mərkəzi  nəzarət  və  avtorita-
rizmin gücləndirən siyasi staqnasiyanı möhkəmləndirir. Əgər re-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
8
gionun  belə  ehtiyatları  olmayan  ölkələr  Moldova  və  Gür cüs tan 
siyasi elitanın dəyişməsi və regionun ölkələrinə nisbətən şəffaf 
seçkilərlə xarakterizə olunursa, Qazaxıstan, Azərbaycan və Rusi-
yada hakim elita resursları repressiv aparatı gücləndirməyə siya-
si təşkilatları satın almağa və ya sosial etirazı yatırmağa istifadə 
etməyi ilə xarakterizə olunur. İqor Mintusovun, Sergey Kovtunovs-
kinin və Anar Məmmədovun təhlili göstərir ki, hər üç Xəzəryanı 
ölkədə siyasi partiya və seçkilər həm də neft resurslarının olması 
ilə şərtlənən ümumi xüsusiyyətlərə malikdir. Bu ölkələrin hamı-
sı demokratik institutların qurulmasında hakim elitanın azad si-
yasi  rəqabəti  siyasi  patronajla  dəyişib  möhkəmləndirmək  üçün 
neft dollarlarından istifadə etməsi kimi güclü maneələrlə qarşı-
laşmışdır.  Hərçənd  ki,  patrimonializm  və  əhalinin  passivliyi  və 
ya  etnik  mədəni  müxtəliflik  kimi  sosial  faktorların  hakimiyyətə 
siyasi  inhisar  yaradan  faktorlar  kimi  göstərilir.  Müəlliflər  sübut 
edir  ki,  postsovet  elita  seçkiləri  və  başqa  təsisatları  adminis-
trativ  resurslara  söykənərək  Mintusovun  təbirincə  desək  ritual 
mexanizmə  çevrilərək  öz  hakimiyyətlərini  legitimləşməsi  üçün 
alət kimi istifadə edirlər. Beləliklə, hakim elita təkcə sosial trans-
formasiyaya imkan verən institutların inkişafını ləngitmir həm də 
resurslar hesabına öz hakimiyyətini sosial bazasını və patrimoni-
alizmi gücləndirərək konsolidasiya edir. Müasir siyasi sistemləri 
praktik olaraq bütün postsovet ölkələrində xarakterizə edən de-
mokratik cəmiyyətin və hüquqi dövlətin qurulması üçün başlıca 
maneələr  neftlə  zəngin  ölkələrdə  xüsusilə  parlayan  və  yüksək 
mükafatlandırılan siyasi və iqtisadi sistemin birləşməsidir. Rəsmi 
vəzifələrin “köhnə xeyirxah” sovet dövründə olduğu kimi dövlət 
əmlakı şəraitində zəngin resurslara başlıca iqtisadi resurslar ola 
neft, qaz və onların emalına əlləri çatır. Prof. Çarlz Ferbenksin 
fikrincə bu cür təzahürü mədəni determinasiya nöqteyi nəzərdən 
qiymətləndirmək  düzgün  olmaz,  daha  doğrusu  bu  sovet  quru-
luşundan miras qalmış irsdir ki, onu aradan qaldırmaq olar. Bu 
təzahürün səsəbələri isə təkcə universal – tarixi xarakter daşımır 
– bunu bir çox ölkələrin inkişaf tarixində müşahidə etmək olar. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
9
Belə  ki,  prof.  Ramazan  Qozen  onu  üstün  iqtisadi  konsepsiya 
kontekstində, siyasətin və iqtisadiyyatın əlaqəsi, dövlətin Türkiyə 
Respublikasının  yarandğı  dövürdən Türkiyənin  iqtidasiyyatında 
rolunu təhlil edir və bu təzahürü dövlətin inkişafında bu və ya digər 
iqtisadi  konsepsiyanın  tətbiqi  ilə  əlaqələndirir.  Öz  növbəsində 
professor Ferbenks sovet irsində kök salmış səbəbləri göstərir 
ki, bunların arasında kompromat təzahürü və buna görə rəsmi 
mövqeyin itirilməsi qorxusu insanlara münasibətdə sinizm, qanu-
nun aliliyinin olamamsı, həmdə tarixi universal səbəblər əsas yer 
tutur. Toğrul Cüvarlı siyasətin iqtisadiyyatla birləşmə səbəblərini 
və tarixini Azərbaycan misalında müstəqiliyin əvvəlindən izləyir 
hansı  ki,  özünümüdafiə  sistemini  belə  yaratmağa  müvəffəq  ol-
muşdur.  Cüvarlı bu situasiyadan çıxmaq üçün vacib olan bir sıra 
üsullar təkilf edir. Bunların arasında dövlətin iqtisadiyyatda rolu-
nu azaldılması, özünü idarəetmənin inkişafı, hakimiyyətin yuxarı 
eşolonunda korrupsiya ilə mübarizə və hətta daha müəyyən və 
dəqiqi  milli  dövlət  identikliyi  var.  Kitabın  adında  qoyulan  suala 
bir mənalı olmayan cavaba baxmayaraq hər bir müəllif postso-
vet  ölkələrində  sadalanan  problemlərdən  öz  çıxış  yolunu  təkif 
edir. Bu onu göstərir ki, əgər sovet irsi hələ də cəmiyyətin sosi-
al və institutsional strukturunda nəzərə çarpsa da 20 il əvvəldə 
olduğu kimi deyil. Xarici faktorlar təsirindən, ölkələrin daha ge-
niş  beynəlxalq  strukturlara  və  açıq  cəmiyyətlərə  inteqrasiyası 
nəticəsində  zəngin  resurslar  hesabına  bu  irsin  kosolidasiyası 
baş versə də tranformasiya qaçılmazdır və son nəticədə bu irs 
regionun ölkələrinin cəmiyyətlərinə, siyasətinə və iqtisadiyyatına 
öz təsirini itirəcək. 
Mili və Beynəlxalq Tədqiqatlar Mərkəzi bu layihənin sponso-
ru olan Milli Demokratiya Fonduna dərin təşəkkürünü bildirir. Biz 
həmdə  bu  layihədə  çalışmış  və  bu  kitabın  nəşrini  mümkün  et-
miş əməkdaşlarımız İlqar Həsənli, Ziba Murtuzova və Gülyanə 
Həbibovaya təşəkkürümüzü bildiririk.
Leyla Əliyeva    


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə