Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   2   3   4   5   6   7   8   9   ...   67


I Hissə
POSTSOVET  
TƏFƏKKÜRÜNÜN 
DURULMASI:
LİBERALİZM VƏ 
MÜNAQİŞƏLƏRİN HƏLLİ


Leyla Əliyeva
Postsovet təfəkkürünün sərhədlərinin
genişləndirilməsi: liberalizm və
konfliktlərin həlli 
Giriş
Sovet İttifaqının əksər ölkələrində  keçid dövrü artıq bitmişdir, 
lakin ittifaqın dağılması zamanı  başlayan konfliktlər isə davam 
edir  və  ya  öz  siyasi  həllini  tapmayıb.  Hərçənd  ki,  münaqişələr 
“dondurulmuş” adını almışdır, amma mütəmadi pozulan atəş kəs-
lər,  2008-ci  ildə  Rusiyanın  Gürcüstan  sərhədlərini  pozmasıyla 
ku lminasiya nöqtəsinə çatan və iki ölkə arasında müharibəyə sə-
bəb olan barışıqların pozulması hələ də regional stabillik və təh-
lü kəsizlik üçün təhlükəlidir.
Həm  Gürcüstanda  olan  həm  də  Azərbaycan  Ermənistan 
kon fliktləri  misalında  beynəlxalq  aləm  münaqişələrin  həlli  üçün 
öz  mexanizmlərini  təklif  etdilər,  belə  ki,  bu  müharibələr  öz 
inten siv liyinə,  ikinci  və  üçüncü  ölkələrin  qarışması  və  regional 
təhlükəsizliyə  potensial  təhlükə  olaraq  dövlətlərarası  konflikt 
müs  təvisinə keçmişdi. Bundan başqa regional səviyyədə effek-
tiv  fəaliy yət  göstərən  təhlükəsizlik  təşkilatları  mövcud  deyil,  və 
MDB  sülhməramlıları  isə  barışığı  qorumaq    missiyasını  yerinə 
yetirmədilər.  Lakin  indiyə  qədər  təklif  olunan  mexanizmlərdən 
heç  biri,  nə ATƏT-in  Minsk  qrupunun  danışıqları,  nə  BMT  qət-
na   mələri, nə də AB səyləri-artıq 20 ildir ki, münaqişənin siyasi 
həllinin tapılmasına gətirib çıxarmır.
Beynəlxalq  diskussiyalar  və  nəşrlər  həsr  olunan  vəziyyətin 
təhlilində münaqişəni şərh etmək üçün beynəlxalq münasibətlərə 
realist yanaşma, geopolitika və ya konspirasiya nəzəriyyəsi, yəni 
heç bir elmi əsaslanması olmayan iddialar üzərində qurulan fər-
ziy yələrdən istifadə üstünlük təşkil edir.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
13
Faktiki olaraq Qafqaz regionu özlüyündə mürəkkəb tarixə ma-
likdir. Regional və dünya dövlətlərinin maraqlarının mərkəzində 
yerləşir  və  Avropa  ilə  Asiya  arasında  enerji  resurslarının  və 
tranzit vəziyyətinin gücünə görə strateji əhəmiyyət kəsb edir, və 
eləcədə imperiya ambisiyaları olan ölkələrin əhatəsində yerləşir.
Bütün bunlar, söz yox ki, uzunmüddətli münaqişələrin gedi-
şin də  vacibdir,  lakin  yetərli  faktorlar  deyil.  Münaqişəyə  qa ne-
edici səviyyədə təhlil və yanaşmanın olmaması, həmçinin geo-
siyasi  balansa  ciddi  təsir  göstərə  bilməyin  qeyri-mümkünlüyü 
münaqişənin kökündə duran səbəbləri ünvanlayan və etimadın 
qurul ması  siyasətinin  səmərəsiz  olmasında  özünü  göstərir  ki, 
bu  tədbirlərin  həyata  keçirilməsinə  xarici  donorlar  milyonlar-
la dollar və avro xərcləyiblər. Məlumdur ki, ideologiya, inam və 
dəyərlər sistemi münaqişələrə olan münasibət və baxışlarda da 
öz  əksini  tapır.  Gürcüstan,  Ermənistan  və  Azərbaycanda  hələ 
də  xatırlayırlar  ki,  bu  və  ya  başqa  kommunist  liderləri  ideolo-
ji  qardaşlıq  prinsipi  əsasında  hansısa  əraziləri  öz  qonşularına 
könüllü  olaraq  vermişdilər.  Bütün  sadalananlar  isə  göstərir  ki, 
təhlilin digər səviyyəyə keçməsi zəruriliyi var. Bunun nəticəsində 
münaqişələrə ənənəvi konspirasiya nəzəriyyəsi perspektivindən 
yanaşma  tərzi  azalar,  və  münaqişədə  olan  döv lət lərin  ya  da 
separatçı  regionların  konfliktlərə  baxışı  obyektiv  deyil,  sub-
yektiv prinsiplər əsasında formalaşar. Bu o deməkdir ki, diqqət 
bütün  münaqişələrin  sülh  yolu  və  kompromislə  həllinə  kömək 
edən, ictimai təfəkkürdə, dəyərlər və baxış sistemində kök sal-
mış  səbəblərin  öyrənilməsinə  yönələr.  Regionun  böyük  qon-
şularından biri olan Rusiyanın, Qafqaz ölkələrində milli azlıq ların 
həll olunmamış problemləri ilə manipulyasiya etməyə meyilli ol-
masının dəfələrlə sübut olunmasına baxmayaraq, bu region dakı 
münaqişə  tərəflərinin  həmin  manipulyasiyaya  qarşı  mü qa vi mə-
tinin artırılması vasitəsilə konfliktlər həll oluna bilər. 
Təfəkkür və düşüncə tərzi ilə bağlı problemlərin üzərində daha 
çox  dayanmaq  beynəlxalq  hüquq  normalarına  tamamilə  riayət 
olun maması, dövlətlərin və qeyri-rəsmi şəkildə mövcud olan döv-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
14
lətlərin isə zorakılıq və zorakı metodlardan istifadə zamanı mə-
suliyyətdən boyun qaçırması anlamına gəlmir. Tamamilə əksinə, 
münaqişələrin  həlli  zamanı  məsuliyyətin  artırılması,  və  leqal 
metodlardan istifadə və institutların dəyərli töhvələrindən yarar-
lanmaq  münaqişə  tərəfləri  arasında  qarşılıqlı  inam  hissinin  ya-
ranmasına və konfliktlərin daha səmərəli formada həllinə aparıb 
çıxardacaq uyğun bir mühitin formalaşmasına şərait yaradacaq. 
Həll olunmamış münaqişələrdəki
daxili faktorlar
Keçmiş Sovet məkanında müstəqil ölkələrin yaranması eyni 
vaxtda milli və demokratik quruluşun formalaşmasına imkan ve-
rirdi. Konfliktlərin nəticələri və digər konfliktlərin yaranması yeni 
siyasi elitanın hansı siyasi quruluşu, vətəndaşlığı və milli azlıq-
ların  problemlərinin  həllini  seçməsindən  asılı  idi.  Bir  çox  ölkə-
lərdə  yeni  elita  qısa  müddətdə  hakimiyyətə  gəlmişdi,  lakin  bir 
çox başlanğıc tədbirlər, məsələn etnik çoxluğun ana dilinin rəs-
mi dövlət dili elan olunması azlıq etnik qruplar arasında təhlükə 
və  dövlətə  inamsızlıq  hissinin  yaranmasına  səbəb  oldu. Ya  da 
bütün  bu  münaqişələr  fonunda  milli  azlıqlar  haqqında  qanun 
Elçibəy hökuməti dövründə ilk qəbul olunan qanunlardan biri idi. 
Lakin  belə  qanunlar  münaqişənin  qızğın  vaxtında  effektiv  ola-
raq həyata keçirilmirdi ya da bu elitanın hakimiyyətda çox qısa 
müddətdə  qalmasına  görə  bu  qanunların  reallaşdırılması  üçün 
kifayət qədər vaxt qalmırdı.
Çox vacib məqamlardan biri də o idi ki, hökumət liberal de-
mokratik islahatları və millətçiliyi uyğunlaşdırmaq zərurəti qarşı-
sında durmuşdu.
Azərbaycanda  partiyaların  yaranması  mərhələsində  gedən 
siyasi və ideoloji müzakirələr hər şeydən daha aydın şəkildə yeni 
dövlətin hansı dilemma qarşısında qaldığını göstərir.
Xalq Cəbhəsinin gənc demokratları yeni dövlətin siyasətində 
prioritetlər və partiyaların proqramlarındakı istiqamətlər, döv lə tin 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə