Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   2   3   4   5   6   7   8   9   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
15
gücləndirilməsinin əsasında liberal islahatların yoxsa millətçiliyin 
durması fikirlərində 2-yə bölünmüşdülər. Bu mər hə lədə Qərb de-
mokratiyası tərəfindən regionun xüsusuilə də Azər bay canın yeni 
demokratik elitasına az diqqət ayrılırdı (Məxməri in qilablar vaxtı 
AB və ABŞ tərəfindən qələbə çalmış liderlərin dəs təklənməsini 
yada salaq). Ona görə də əsas kömək gənc eli tanın siyasi və in-
tellektual dillemmanı həll etmək və dövlət quruculuğunda böyük 
rol oynayacaq ekspert biliklərinin inkişafına deyil, humanitar böh-
ran dövründə yardım və qaçqınlara köməyə istiqamətlənmişdi.
Əvvəlcədən  zorakılıqla  müşayət  olunan  münaqişələr  çox 
sürətlə  müstəqil  dövlətlər  arasında  geniş  miqyaslı  müharibəyə 
çevrildilər,  və  ancaq  resurslar  bitdikdən  və  beynəlxalq  iştirak-
çı ların  müdaxiləsindən  sonra  müharibələri  dayandırdılar.  O 
vaxtdan  bəri  konfliktlərin  parçaladığı  ölkələrdə,  bütün  “vintlərin 
bərkidilməsi”  nəticəsində  münaqişələr  “dondurulmuş”  statusu 
aldılar,  və  Gürcüstan  istisna  olmaqla  bu  ölkələrdə  avtoritar  və 
yarımavtoritar  rejimlərin  konsolidasiyası  başlandı.  Liberal  isla-
hatlar  məsələsi  nəinki  ikinci  dərəcələri  müstəviyə  keçdi,  hətta 
yeni  dövlətlərin  sonrakı  liderlərinin  siyasətindən  ümumiyyətlə 
silindi. Bundan başqa iqtisadi islahatlar dayandırıldı, və iqtisadi 
istehsalın və resursların inhisar prosesi başlandı. Bu həm də li-
beral ideologiyanın, müstəqil mətbuatın və azadlıq prinsiplərinin 
əsası sayılan bazar iqtisadiyyatının inkişafı üçün şəraitin aradan 
götürülməsi demək idi. 
Bütün  bunların  münaqişələrin  həlli  və  cəmiyyətin  sosial-
mənəvi  transformasiyası  üçün  kritik  nəticələri  olurdu.  Keçid 
dövrünün əsas məsələlərindən biri totalitarizm və avtoritarizmin 
nəticələrindən  ictimai  şüuru  azad  etmək,  siyasi  pluralizm  üçün 
şərait yaratmaq, və fərdi və ictimai səviyyədə söz azadlığının inki-
şaf etdirmək idisə tədricən azadlıqların məhdudlaşdırılması Sovet 
dövrünün mənəvi və psixoloji irsini ancaq möhkəmləndirirdi. Bun-
dan başqa bu irs keçmiş kommunist liderlərin şəxsi səviyyəsində 
90-cı illərin avtoritar siyasətini müəyyən edirdisə, bu mirası icti-
mai səviyyədə də siyasətin əsasına çevirirdilər. Siyasi baxışlar 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
16
sahəsində rejimin sərtləşməsi, xüsusilə də toplaşma azadlığının 
məhdudlaşması,  siyasi  partiyalara  qarşı  repressiyalar  liberal 
baxışlı  fikrin  inki şa fının  və  yayılmasının  qarşısını  alırdı. Yeltsin 
Rusiyasında  Xodorkovski  tərəfindən  liberalizmi  siyasi  cərəyan 
kimi yaymaq cəhdi hakimiyyətin çox sərt müqavimətilə rastlaşdı, 
və nəticə etibarilə o, uzun müddətə azadlıqdan məhrum edildi. Li-
beral dəyərlərin inkişafı üçün şəraitin məhdudlaşdırılması bir sıra 
nəticələrə gətirdi: radikal millətçi və solçu ideologiyanın inkişafı, 
dini cərəyanın güclənməsi, ictimai şüurda totalitar xüsusiyyətlərin 
əmələ gəlməsi, həmçinin təfəkkürün və identikliyin feodal və mo-
dernist olmayan xarakteristikasının peyda olmasına səbəb oldu.
Siyasi staqnasiya münaqişənin faktoru kimi
Keçmiş İttifaqın bir çox ölkələrində siyasi və iqtisadi elita SS-
Rİ-nin dağılmasından sonra demək olar ki, dəyişməyib. Status 
kvo hakimiyyətin monopoliyası və onun nəzarət etdiyi seçkilərlə, 
məhdud  və  ya  tamamilə  yox  səviyyəsində  olan  azad lıq lar 
nəticəsində  qorunub  saxlanılır  ki,  bu  da  sosial  partlayış  riskini 
artırır. Digər tərəfdən milliyətçi ritorika imkan yaradır ki, tez-tez 
cəmiyyətin digər problemlərindən diqqət yayınsın və ya demokra-
tik islahatların olmamasına bəraət qazanılsın. Mü naqişənin həlli 
onunla mürəkkəbləşir ki, demokratiyanın ol ma ması və həll olun-
mamış münaqişələrin davam etməsi çıxılmaz bir vəziyyət yaradır 
və  onlar  qarşılıqlı  olaraq  bir  birini  dəstəkləyir  və  gücləndirirlər. 
Lakin demokratik inkişafa nail olmadan kon flik tin həlli cəhdi, və 
ya siyasi islahatlardan asılı olmayaraq mü naqişənin həllinə nail 
olmaq istəyi artıq 20 ildir ki, heç bir nə ti cə vermir. Azərbaycanda 
və  Ermənistanda  da  seçkilər  ən  azı  10  ildir  ki,  beynəlxalq 
müşahidəçilər  tərəfindən  beynəlxalq  stan dartlara  uyğun  hesab 
olunmur. Bu o deməkdir ki, onların heç biri hakimiyyətlərinin legi-
timlik bazasının zəifliyi ucbatından ciddi güzəştlərə getməyəcək. 
Bütün bu illər elə belə də baş verirdi, əgər hökumətlər arasında 
hər hansı güzəşt əldə olunurdusa da, onlar xalq qarşısında öz ic-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
17
timati çıxışlarında milli ritorikaya üstünlük verirdilər baxmayaraq 
ki, beynəlxalq vasitəçilər hər dəfə cəmiyyəti kompromislərə hazır 
olmağa çağırırdı. 
Demokratiyanın  olmaması  həmçinin  münaqişənin  həllinə 
şərait  yaradan  institutların  da  olmaması  deməkdir.  Məsələn, 
münaqişənin  həlli  yollarını  müzakirə  etmək  üçün  açıq  debat-
lara  şəraitin  yaradılması,  toplaşma  azadlığı,  real  seçkilər,  az-
lıqların  bütün  idarəetmədə  təmsilçiliyi  üçün  kvotanın  tətbiqi, 
bərabər  hüquqların,  siyasi  pluralizmin,  azad  bazar  iqtisadiyya-
tının, intellektual mərkəzlərlə təmin edilməsi. Bu həm də region-
da fəaliyyət göstərən şəxslərə aiddir. Rusiyada demokratiyanın 
bərqərar  olması  ən  çox  Qafqaza  təsir  edəcək  belə  ki  Cənubi 
Qafqaz  ölkələrinə  təzyiqlər  azalacaq,  Qərb  ölkələri  ilə  rəqabət 
hissi  azalacaq,  Rusiya  Cənubi  Qafqazda  müsbət  siyasi  təsirin 
mənbəyi olacaq. Bu proses XIX əsrdə liberal islahatlar vaxtı da 
belə olmuşdu. Öz növbəsində Rusiyadakı demokratik islahatlar 
Şimali Qafqazda stabilliyə birbaşa təsir edəcək ki, bu da Cənubi 
Qafqazda müsbət effekt yaradacaq. 
Beləliklə,  demokratiyalar  bir-biri  ilə  müharibə  aparmır  fikrini 
əsas  götürərək  demokratiyanın  qurulması  əlbəttə  ki,  konfliktin 
həllində müsbət nəticəyə səbəb olacaq, çünki demokratiya təkcə 
azad və ədalətli seçkilər nəticəsində seçilən populyar lider demək 
deyil. Bu bir sıra institutların yaradılmasıdır ki, idarəetmədə disk-
riminasiya prinsipini aradan qaldırsın, bütün vətəndaşların bu mil-
li  azlıqlar  da  daxil  olmaqla  siyasi,  iqtisadi  idarəetmədə,  mədəni 
həyatda  iştirakını  təmin  etsin.  Bununla  yanaşı,  Cek  Sneyderə 
görə demokratikləşmiş ölkələr qeyri stabilliklə xarakterizə olsalar 
da, demokratikləşmə regionda uzunmüddətli sülh üçün vacib fak-
tordur, belə ki, rasional və praqmatiq qərarlar qəbul etmək üçün 
icraedici, qanunverici və məhkəmə orqanları arasında bərabərlik 
və balans prinsipinin tətbiq olunması başlıca faktordur. Ən əsası 
isə, demokratik institutlar cəmiyyətin totalitarizm və provinsializm 
barəsindəki  düşüncəsi  və  baxışını  müsbət  şəkildə  dəyişməyə 
köməklik göstərəcək, və cəmiyyətin əsl sosial trans for masiyasının 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə