Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   2   3   4   5   6   7   8   9   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
21
Tolerantlıq, inklyuzivlik və insan haqqlarına
hörmət dəyərlərinin “hər şey və ya heç nə” 
prinsipinə qarşı durması
Hərçənd  ki,  bölümün  adında  artıq  liberalizmin  baş  vermiş 
kofliktlərin sülh yolu ilə həllinə niyə imkan verdiyi izah olunur, bu 
arqumentin daha ətraflı ifadəsinə ehtiyac var.
Bizim  cəmiyyətlərdə  konflikt  kontekstində  liberalizmin  mənfi 
konnotasiyası yaranmışdır. Liberalizm haqqında konfliktlərlə bağ-
lı mənfi fikir ondan ibarətdir ki, müharibə təhlükəsi ilə üzləşdikdə 
ya da milli azlıqların haqqlarının qorunması və sülhün bərqərar 
edilməsi ilə məqsədilə ərazinin güzəştə gedilməsi məğlub və ya 
barışmağa meylli bir təsəvvür yaradır. Lakin burada söz o liberal 
dəyərlər və onların cəmiyyətdə yayılmasından gedir ki, azsaylılar 
da  daxil  olmaqla  bütün  qrupların  maraqlarının  idarəetmədə  və 
vətəndaş  paradiqmasında  ümumi  təmas  nöqtələrinin  tapılma-
sına kömək edilsin. Postsovet avtoritarizmi cəmiyyətin təfəkkür 
tərzinin formalaşmasında totalitar mirası sosial bazar kimi istifadə 
edirdi.  Şüur  qapalı  qalır  və  milliyətçi  məqsəd  və  perspektivlər 
çərçıvəsində məhdudlaşır. 
Resursların, informasiya, siyasi və iqtisadi fəallığın pluralizm 
sahəsinin  məhdudlaşmasına  aparıb  çıxaran  monopolizasiyası 
cəmiyyətdə  tolerantlıq  (rəylərin  müxtəlifliyinə  olan  dözüm)  kimi 
vacib liberal dəyərin inkişafına mane olur. İnsan haqqlarının ça-
tışmaması isə insanları özlərinin və başqalarının azadlığına olan 
hörmət hissindən məhrum edir.
Ərazi  münaqişələri  ilə  bağlı  olan  problem  çox  vaxt  tərəfin 
özünün müstəsnalığı istiqamətində aparması ilə gedir ki, bu da 
danışıqlar zamanı “hər şey və ya heç nə” prinsipi əsasında dav-
ranışa səbəb olur. Liberal demokratiyanın qeyri-diskriminativ ya-
naşması və başqalarının da haqqlarına öz hüququ kimi baxması 
təfəkkürün sərhədlərini genişləndirər, və azlıqlara daha bərabər 
və  inklyuviz  münasibətin  əsasının  qoyulmasında  müstəsna  rol 
oynayar.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
22
Bu  yanaşma  azlıqların  ölkənin  iqtisadi  idarəçiliyində,  ha ki-
miyyətin  bütün  strukturlarında  daha  geniş  siyasi  iştirakında  tə-
za hür edə bilər.
Qeyri-diskriminativ  və  bərabər  hüquqlu  yanaşma  tərzi  eyni 
ərazidə  yaşayan,  lakin  başqa  etnik  azlıq  qruplarına  və  kon-
fessiyalarına mənsubiyyəti nəzərə almadan insanların hü quq la-
rının və arzularının həyata keçməsinə imkan verməz. Daha bir va-
cib dəyər münaqişənin həlli vaxtı zorakılığın olmaması, azlıqların 
tələblərinin isə institutlar və demokratik idarəetmə mexanizmləri 
ilə yerinə yetirilməsidir. Məsələn hər kəs hər halda xatırlayar ki, 
Birinci  Çeçen  müharibəsində  Sorokina  və  digər  teleaparıcılar 
Yeltsin Rusiyası tərəfindən Çeçen probleminin güc və zorakılıq 
metodları ilə həllini sərt tənqid etmişdilər. Bundan başqa Rusiya-
nın liberal düşüncəli ziyalıları 2008-ci ilin avqustunda Rusiyanın 
Gürcüstana qoşun yeritməsini kəskin tənqid etmişdilər.
Xülasə
Nə  qədər  ki  postsovet  cəmiyyətlərində  yarımavtoritar,  av to-
ritar və ya diktatura rejimləri hökm sürür danışıqlar yolu ilə han-
sısa qərara gəlmək çətin ki, baş tutsun. Halbuki cəmiyyətin özü 
münaqişənin həlli üçün daha yaradıcı modellər təklif edir. La kin 
onların rəsmi səviyyədə qərarlara təsir imkanları çox azdır. Bun-
dan  başqa  avtoritar  rejimlərin  mövcud  olduğu  dövlətlərdə  re-
gion lar və muxtariyyətlərdə müxtəlif dəyərlər və maraqlara görə 
hökumət ilə vətəndaş cəmiyyəti arasında hər şeydən əvvəl dərin 
bir uçurum mövcuddur. 
Eyni  zamanda  hakimiyyət  həll  olmamış  münaqişəni  və 
milliyətçi ritorikanı siyasi staqnasiyanı və islahatların olmamasını 
əsaslandırmaq üçün istifadə edir.
Təkcə Gürcüstanda deyil regionun digər ölkələrində də şəffaf 
və azad seçkilərin keçirilməsi Qafqaz düyününün açılması üçün 
vacib, ilk addımdır, lakin bu da yetərli deyil. Təkcə Konstitutsiya-
da deyil həm də əməldə bütün vətəndaşların hüquqlarını həyata 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
23
keçirən institutların yaranması, açıq cəmiyyətin qurulması, azad 
bazarın inkişafı, müstəqil istehsalçıların əmələ gəlməsi mü na qi-
şə nin sülh yolu ilə həlli prosesində atılacaq vacib addımlardır.
Liberal yanaşma beynəlxalq qanunların tam yaddan çı xarıl-
ma sı və ya inkar edilməsi demək deyil, onların kobudcasına po-
zul ması insanlığa qarşı cinayət cəzasıdır.
Beynəlxalq  aləm  qəbul  olunmuş  sərhədlərin  üçüncü  tərəf 
tərəfindən pozulmasını dayanmadan ittiham etməli və mə suliy-
yətə cəlb etməlidir (məsələn Gürcüstan misalında Rusiya, Azər-
bay can misalında isə Ermənistan), və ərazilərin işğalı və etnik 
tə mizlənməyə görə günahkarlar cəzalandırılmalıdır.
Bütün  bunlar,  bu  ölkələrdə  siyasi  vəziyyətin  dəyişməməsi 
fonun da bu ölkələr daxilində liberal dəyərlərin dərin öyrənilməsi və 
ümumi inkişafın şərtlərinin yaradılması vasitəsilə baş verməlidir. 
Bu isə öz növbəsində insan haqqlarına, tolerantlığa, ink lyu-
ziv liyə və diskriminativ olmayan yanaşmaya söykənən si ya sətin 
yaranmasına səbəb olar ki, bu da münaqişə tərəfləri üçün yeni 
perspektivlər açar. Resursların, siyasi və iqtisadi aktivliyin inhi-
sarı cəmiyyətdə açıq fikirliliyin inkişafının qarşısını alır ki, bu da 
o ölkələrin liderlərinə sərf edir. Çünki belə olan təqdirdə əha linin 
məhdud çərçivədə olan şüuru ilə manupulyasiya edilə bilər.
Tarixi  səbəblərə  görə  postsovet  məkanında,  Avrasiya  zo-
na sında  yerləşən  bütün  ölkələr  üçün  inkişaf  fərqli  gedib:  kənd 
təs sərrüfatı istehsalı mühüm rol oynayır, kənd və şəhər həyatı 
ara sında, həmçinin şəhər əhalisinin içindəki təbəqələr arasında 
böyük fərqlər mövcuddur, bazar iqtisadiyatının zəif və qeyri-bə-
ra bər inkişafı xarakterikdir. Cənubi Qafqazda inkişafın ziddiyyətli 
və mürəkkəb mahiyyətini əks etdirən bir məsələ vardır. Belə ki 
Xristianlıq feodalizmlə və İslam dini isə post-modernizmlə birgə 
öz mövcudiyyətini sürdürür. Siyasi elitanın konfliktə bağlılığı (iqti-
sadi və siyasi baxımdan) onları demokratik təsisatların inkişafını 
ləngitməyə sövq edir. Hərçənd ki, bu inkişaf onların cəmiyyətləri 
üçün  dünyaya  inteqrasiyaya-Avropa  Birliyinə  və  ya  UTT-na, 
həmçinin  postmodernist  özünüdərkə  bir  başa  yol  açardı.  Belə 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə