Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə67/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   59   60   61   62   63   64   65   66   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
210
cəmiyyət neft gəlirlərinə böyük ümidlər bəsləyirdi. Orta vətəndaş 
o vaxt hətta eyforiya mərhələsi yaşadı: adama elə gəlirdi ki, bu 
gəlirlər ölkənin bütün problemlərini həll edəcək. İndi isə neft fon-
dundan  toplanmış  vəsaitin  60  %-nin  xərclənməsi  artıq  əvvəlki 
optimizmə  imkan  vermir.  Ölkənin  potensial  sərvəti  elə  də  bö-
yük  deyil.  Rusiya  iqtisadiyyat  institutunun  bu  yaxınlarda  apar-
dığı  qiymətləndirməyə  görə  Azərbaycanın  sərvəti  400mld  dol-
lara  çatıb.  Bu  qiymətləndirmə  Ümumdünya  Bankının  məlumatı 
əsasında  aparılmışdır.  Belə  qiymətləndirilmələr  adətən  iqtisadi 
cəmiyyət tərəfindən skeptik qarşılanır, və bunu dünya ölkələrinin 
çoxu  öz  milli  hesabları  əsasında  iqtisadi  qiymətləndirmələri 
tətbiq edəndən sonra həyata keçirməyə başlayırlar. Ola bilər ki, 
Azərbaycan haqqında qiymətləndirmə mümkün olduğundan aşa-
ğı dərəcədə əks olunub. Buna baxmayaraq fakt odur ki, müxtəlif 
ölkələr  üzrə  eyni  göstəricinin  müqayisəli  qiymətləndirilməsi 
həmin ölkənin dünya iqtisadiyyatında tutduğu yer haqqında anla-
yış yaradır. Belə ki, Rusiyanın sərvəti 60 trl dollar hesablanmışdır 
ki,  bunun  da  30  trl-u  insan  kapitalına,  24  trl-u  təbii  sərvətlərə, 
və  yalnız  6  trl-u  isə  istehsalatın  payına  düşür.  Lakin  Rusiyada 
ümumi  insan  kapitalının  xüsusi  çəkisi  sənayesi  inkşaf  etmiş 
ölkələrə  nisbətən  xeyli  aşağı  idi.  Bu  yəqin  ki, Azərbaycana  da 
aiddir. Yeri gəlmişkən, dünyada ümummilli dəyərin (550 trl dol-
lar) daxilində insan kapitalı 365 trl dollar təşkil edir. Milli sərvətin 
adambaşına  düşən  göstəricisinə  görə  400.000  dollarla  Rusiya 
birincidir  və  bu  da  ümumdünya  göstəricisindən  4  dəfə  çoxdur. 
Azərbaycan isə adambaşına düşən milli gəlir göstəricilərinə görə 
Avropanın orta göstəricilərindən 3,5 dəfə, Mərkəzi və Şərqi Avro-
panınkından isə 2 dəfə geri qalır. Başqa sözlə desək, biz elə də 
zəngin dövlət deyilik ki, sosial rifahın yüksək təmin edildiyi Körfəz 
ölkələri  və  Səudiyyə  Ərəbistanı  ilə  özümüzü  müqayisə  edək. 
Körfəzin monarx rejimləri pul bolluğu bazasında qurulmuşdur və 
qismən cəmiyyətlə bölüşürlər ki, bu yazılmamış sosial kontrak-
dır.  Məlumdur  ki,  300  mld  dollar  büdcəyə  malik  olan  Səudiyyə 
Ərəbistanı monarxları uzaq feodal dövrlərdəki kimi monarx ailəsi 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
211
xeyrinə  onun  10%-ni  götürürlər  ki,  bu  da  30  mld  dollar  edir. 
Təsadüfi deyil ki, Ərəb Baharı vaxtı monarxlar insanlara pul pay-
layırdılar.  Kiçik  Qətərin  adambaşına  düşən  ÜDM-u  83.000  dol-
larla ümumiyyətlə dünyada Lixtenşteyndən sonra ikinci yerdədir. 
Bizim dövlətin belə imkanları yoxdur və çətin ki, nə vaxtsa olacaq. 
Demək hansısa başqa imkanlar və resurslar axtarmaq lazımdır. 
Bu  isə  dəyişikliyin  əsasıdır.  Buna  nail  olmağın  yolları  haqqın-
da isə qonşu qardaş Türkiyənin təcrübəsinə istinad etmək olar. 
Ölkənin ÜDM-u 1999-cu ildən 2011-ci ilə qədər 6,2 min dollardan 
14,7 min dollara qalxdı, inflyasiya 65 %-dən 6, 5 %-ə endi. Dövlət 
borcu 74 %-dən 49 %-ə endi, və ölkənin qızıl ehtiyatı isə dollara 
demək olar ki iki dəfə artaraq 90 mld dollara çatdı. 
Bu  nəticələri  təhlil  edərək  çox  saylı  müşahidəçilər  bir  mə-
sələdə  tam  razılığa  gəlirlər  ki,  son  illər  Turkiyənin  tərəqqisinin 
aparıcı ünsürləri sənayenin və xidmət sektorunun güclü inkşafı, 
gənclərin  təhsilinin  yüksəlməsi,  ölkənin  gələcəyi  üçün  həvəslə 
işləyən və vətənpərvər elitanın olmasıdır. Göründüyü kimi inki-
şaf  faktorları  arasında  təbii  sərvətlər  yoxdur,  hansı  ki,  adətən 
cəmiyyətin iqtisadi enerjisini azaldır. Xüsusi qeyd etmək lazımdır 
ki, Türkiyənin təsirli inkişafı ölkədə düzgün seçkilər keçiriləndən 
sonra başlayıb, və hakimiyyətə isə mötədil İslamçılar gəlmişdilər. 
Belə demokratik dəyişikliklər bizim ölkədə də yetişir. 
Nəhayət nə qədər siyasi və iqtisadi hakimiyyətin qovuşma sın-
dan danışılsa da ölkə qarşısında prezidentin bürokratik oliqarx-
lardan məsuliyyəti daha çoxdur. Buna görə də məhz o sorum-
ludur,  bunu  isə  başa  düşdüyünü  son  zamanlar  prezidentin  at-
dığı  bəzi  addımlar  göstərir.  Beləliklə  yuxarıdan  dəyişmə  şansı 
hələ  də  qalır.  Əlbəttə  bu  ölkə  rəhbərliyindən  siyasi  qətiyyət  və 
müəyyən dərəcədə isə siyasi riskə getməyi tələb edir. Lakin heç 
olmasa səmərəli həddə hakimiyyəti və kapitalı ayırmaq üzrə cid-
di və ardıcıl siyasi addımların atılması bu riski nəzərə çarpacaq 
dərəcədə azaldacaq. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
212
Bəzi konkret addımlar haqqında 
Burada hansı konkret addımlar daha vacib hesab oluna bilər? 
Birinci addım fikrimizcə hakimiyyətin qanunverici əsaslar üzərində 
kapitaldan  ayrılmasıdır.  Kapitalı  aministiya  etmək,  yəni  başqa 
sözlə azadlığa çıxarmaq həddindən artıq önəmli bir məqamdır. 
Əvvəl  etiraz  etmək  olar  ki,  bu  siyasi  cəhətdən  mümkün  deyil 
və hakimiyyət krizisinə gətirib çıxara bilər. Əlbəttə o saat etiraz 
etmək olar ki, siyasi cəhətdən bu mümkünsüzdür və hakimiyyət 
krizisi  yarada  bilər.  Lakin  başqa  ölkələrin  təcrübəsindən  çıxış 
edərək demək olar ki, bu heç də həmişə belə deyil. Azərbaycanla 
iqtisadi oxşar struktura malik olan Qazaxıstan bir vaxtlar kapitalın 
leqallaşmasına şərait yaratmışdı. 
90-cı illərin ortalarında Rusiyada kapital və siyasi hakimiyyət 
tandemdə  çıxış  edirdilər.  O  dövrdə  hətta  kapitalın  hakimiyyətə 
təsirinə işarə edən “yeddi banker” termini də meydana gəlmişdi. 
(yəni yuxarı hakimiyyətə öz şərtlərini diqtə edən yeddi iri maliyyə 
müəssisəsi).  Lakin  Rusiyada  bu  mərhələ  artıq  keçmişdir  və 
orada  artıq  müstəqil  (düzdü  hələ  hakimiyyətin  əli  çatan)  kapi-
tal  formalaşmışdır.  Yeri  gəlmişkən  90-cı  illərdə  ədliyyə  naziri 
olmuş deputat İlyas İsmayılov qeyri-rəsmi kapitalın leqallaşma-
sı  ideyasına  qarşı  qətiyyətlə  çıxış  edirdi.  O  bunu  amorallığın 
təntənəli  qələbəsi  kimi  qiymətləndirirdi.  Bütün  bunlarla  yanaşı 
bu  gün  kapitalın  gizlədilməsi  ilə  əlaqədar  olan  amorallığı  necə 
azaltmaq  haqqında  daha  çox  düşünmək  lazımdır.  Cəmiyyətin 
əhəmiyyətli hissəsi fikirləşir ki, kölgə kapitalı hakimiyyət və ka-
pitalın bölünməsinə nail olmaq üçün yeganə üsuldur, və bunun 
üçün  kölgə  kapitalının  leqal  status  alması  vacibdir.  Kapitalın 
və  hakimiyyətin  idarəetmə  səviyyəsində  bölünməsi  vacibdir. 
Nazirliklərin həddən artıq genişlənmiş təsərrüfat funksiyaları mi-
nimuma endirilməlidir. Hələ Sovet dövründən nazirlər və komitə 
rəhbərləri fiqur idilər, və onda da korrupsiya mövcud idi. Amma 
heç  vaxt  nazirlik  və  idarələr  böyük  kapitalın  indiki  ölçülərdə, 
özüdə bu qədər uzun bir müddətə “qərargahı”na çevrilməmişdi. 
Biz hələ də nazirliklərin təsərrüfat səlahiyyətlərinin artmasını gö-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
213
rürük,  halbuki  bunlar  azaldılmalıdır.  Nəhayət  hər  bir  məmurun 
qeyri leqal varlanma mənbələrindən ayrılmasını təmin etmək la-
zımdır. Buna qanunvericiliklə nail olmaq olar, belə ki, ikimənalı 
qadağaların  və  qanunların,  həmçinin  normativ  aktların  sayını 
azaltmaq mümkündür. Buna birbaşa da məmurların gəlirləri və 
xərcləri  haqqında  deklorasiyaları  vacib  etməklə  də  nail  olmaq 
olar. Yəqin ki, BMT-nin qeyri-qanuni varlanma haqqında konven-
siyanın 20-ci maddəsini imzalamağın vaxtı çatıb. Bu vətəndaşa 
birbaşa imkan verir ki, məmurdan gəlirlərinin mənbəyini tələb et-
sin. Bu yaxşı olardı ki, eyni vaxtda olan addımlarla iqtisadi və si-
yasi hakimiyyət arasında sərt demarkasiya xəttinin yaranmasına 
imkan versin.İdarəetmənin həllinin başqa bir dairəsi də var. Bi-
zim ölkənin (eləcə də təkcə bizim deyil) indiki dövrünün tarixinin 
əsas  xüsusiyyəti  odur  ki,  dövlətin  üzərinə  düşən  qərarlar  yükü 
artır. Bunu azaltmaq isə demokratiyanın əsas vəzifələrindən və 
üstünlüklərindən biridir. Lakin bizim siyasi sistemdə bu problem 
ikinci dərəcəli hesab olunur. Belə bir illuziya yaranır ki, pulla bü-
tün  problemlər,  həmçinin  idarəetmə  qəbul  edilən  qərarlar  belə 
həll  olunandır.  Özünüidarənin  vacib  məsələlərindən  biri  olan 
hakimiyyətin qismən bölünməsi hətta bələdiyyə sferasında belə 
alınmır.  Çox  az  adam  fikir  verir  ki,  bələdiyyələrin  rəhbərliyində 
adətən  hakim  partiyanın  nümayəndələri  oturub.  Lakin  bu 
şəraitdə  də  bələdiyyələrin  imkanları  və  səlahiyyətləri  artırılmır. 
Hərçənd  mövcüd  siyasi  sistem  üçün  bu  elə  də  böyük  təhlükə 
deyil. Mümkündür ki, bu mərkəzdən qaçma mərkəzləşmiş siste-
min mahiyyətinə ziddir və presedent yarada bilər. Ölkənin fiskal 
mərkəzləşməsi  də  bu  sıradandır.  Lakin  fikrimizcə  bu  addımlar 
atılmalıdır.  Və  nə  qədər  tez  olarsa  o  qədər  yaxşı.  Bu  həm  də 
ictimai özünü idarəetmənin digər formalarına da aiddir. 
Yadda saxlamaq lazımdır ki, yeni iqtisadiyyatın istənilən hal-
da özülü vətəndaşların aktivliyidir. Əlbəttə elə ölkələr var ki, onlar 
mərkəzləşdirilmiş iqtisadiyyatın inkişafına maraq göstərirlər. Bu 
halda  isə  menecerlərdən  aydın  tələblərin  irəli  sürülməsi,  me-
necmentliyin rəqabətliliyi, strateji planlaşdırma və korrupsiyanın 
sərt şəkildə qarşısının alınması yaranmağa başlayır. Bunu Çində 
müşahidə edirik. 


214
22 il sonra Sovet mirası: İnkar yoxsa Güclənmə?
Oliqarx  bürokrat  kapitalından  fərqli  olaraq  özəl  sektorun  in-
vestisiyalar üçün maddi vəsaiti yoxdur. Və əlavə olaraq, ölkədən 
kənarda,  yəni  ofşorda  olan  kapitalı  oradan  çıxarmaq  lazım 
gələcək. İndi bu ümumdünya tendensiyası hesab olunur və of-
şorda 48 mld (bəzi hesablamalara görə bundan da çoxdur) pulu 
olan Azərbaycan  bu  yeni  istiqamətlərin  fərqində  olmalıdır.  Son 
10  ildə Azərbaycan  yeni  texnologiyalar  tətbiq  edir-plastik  kart-
lar, idarələrin elektronlaşdırılması, elektron hökümət, və s. Lakin 
bəzən  isə  sadəcə  bu  yeniliklərin  öhdəsindən  gələ  bilmir  çünki 
bütün bunlar sosial münasibətlər sistemində də dəyişikliklər tələb 
edir. Yada salmaq lazımdır ki, nəğdsiz plastik kartlara keçid bir də 
ona görə mümkün deyil ki, korrupsiya aləmində bir çox hesablaş-
malar nəğd pulla aparılır. Rəqabətli iqtisadi mühit yaratmaq üçün 
əsas  fundament  olan  siyasi  rəqabəti  də  bərpa  etmək  vacibdir. 
Qeyd edək ki, bizdə sosial–iqtisadi qrupların təşkil etdiyi hansısa 
partiyanı yaratmaq mümkün olmamışdır. Həmkarlar ittifaqları isə 
mövcüd siyasi sistemə quyruq kimi yapışmışdır. Sosial liftin işi-
nin bərpa edilməsi istər dövlət idarəçiliyində, istərsə də iqtisadiy-
yatda cəmiyyətin quruculuğa qoşulması üçün yeni impuls verə 
bilərdi. Şumpeter cəmiyyətin imkanlarının real hesablamalarına 
əsasən onun iqtisadi yaradıcılığının reallaşmasının 5 istiqamətini 
göstərirdi:  yeni  bazarlara  çıxış,  yeni  texnologiyalardan  istifadə, 
yeni malların istehsalı, və yeni idarəetmə üsullarından istifadə.
Dövlət  hələ  ki,  bu  istiqamətdə  inamsız  addımlar  atır.  Lakin 
həqiqi qlobal sıçrayış iqtisadi aktiv cəmiyyətin ora cəlb olunması 
və  intellektual  potensialın  reallaşması  olmadan  mümkün  deyil. 
Azad  sahibkarlıq  üçün  bütün  şlüzlər  açılmalıdır.  Ölkədə  elə  bil 
ki, bu inkşafa yönəlmiş bir neçə institutlar da meydana gəlmişdir. 
Lakin yuxarıda deyildiyi kimi, dövlət proteksionizmi bu institutla-
rın effektivliyini azaldır. Dövlət üçün “bizim” və “yadlar” sözü ol-
mamalıdır. İqtisadiyyat hakimiyyətə yaxın qruplara satıla bilməz. 
Dövlətin simasında hökumət hər şeydən əvvəl baş hakim rolun-
dadır. O, ölkədə mülkiyyəti inkşaf etdirən sistemə nəzarət edən 
institutun özü olmalıdır, və heç vəchlə yeni mülkiyyət yaratma-
malıdır. Onun əsas vəzifəsi mülkiyyət hüququna stabil zəmanət 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
215
verən  və  istənilən  özbaşına  müdaxilədən  müdafiə  edən  insitu-
ta  çevrilməsidir.  Ölkənin  əsas  qanunu  bunu  ölkə  prezidentinin 
konstitutsion vəzifəsi kimi yazır. 
Tanınmış iqtisadçı və Nobel mükafatı laureatı Vasiliy Deontyev 
vaxtilə yazırdı ki, “iqtisadiyyat azad sahibkarlıq küləyinin itələdiyi 
yelkəni olan və dövlətin idarəetmə sükanı arxasında əyləşdiyi bir 
gəmidir.” Siyasi səviyyədə orta sinfi yaratmaq və inkşaf etdirmək 
lazımdır, iqtisadiyyat səviyyəsində isə müasir iqtisadiyyatın ba-
zisi  və  orta  sinfin  yaranma  mənbəyi  olan  kiçik  və  orta  biznesi 
hər cür dəstəkləmək lazımdır. Bizim ölkənin bir problemi də odur 
ki, “konteksdən kənarda qalır”. Biz sivilizasiya sahəsinə kifayət 
qədər  dağınıq  şəkildə  yerləşmişik,  hərçənd  ki,  Azərbaycanın 
Şərqlə Qərb arasında xüsusi yerini həmişə vurğulayırıq. Biz ölkə 
kimi proqresin Qərb modelinə bağlı olan nailiyyətlərindən istifadə 
etmək istəyirik.Bununla bərabər, mərkəzləşmiş idarəetmənin So-
vet modeli hələ də özünü açıq çəkildə büruzə verir. Biz çalışırıq 
ki, qloballaşmaya qoşulaq. Bunu isə yalnız 1 üsulla –neft və qaz 
istehsalı və satışı, və ölkənin hüdudlarından kənarda imic yarat-
maqla edə bilirik. Düzdür, bizim dövlət neft şirkətləri xarici eks-
pansiyanı daha kövrək ehtimallar üzərində qurmaq istəyir.
Ölkə  xaricində  sənayenin  diversifikasiyası  və  yeni  texnolo-
giyalara  qoşuluruq.  Azərbaycan  coğrafiyasına  görə  Avroasiya 
məkanında  yerləşən  bir  ölkədir,  lakin  biz  ədalətli  olaraq  bunu 
imperiya  ambisiyalarını  qəbul  etmiş  kimi  hesab  etmidyimizdən 
Rusiya tərəfə hərəkətdən çəkinirik. Biz Avroasiya məkanına hər 
hansı  inteqrasiyadan  çəkinirik,  halbuki,  ruhən  elə  Avroasiyalı 
hesab oluna bilərik. Biz özümüzü müsəlman ölkəsi adlandırırıq, 
lakin mərkəzləşmiş idarəetməni qoruyub saxlamaq üçün inanc-
lı  qruplara  mərkəzdənqaçma  qüvvələrinin  özəyi  kimi  baxaraq 
təzyiq göstəririrk. Eyni zamanda isə, artıq Avropada uzun illərdir 
işlədilən İslam Bankı prinsiplərini doğru-düzgün şəkildə öyrənib 
tətbiq  edə  bilmirik.  Təbii  ki,  bu  dağınıqlığı  multivektor  siyasət 
adlandırmaq olar. Bunun arxasında isə ölkənin inkişafına mane 
olan mənəvi dağınıqlıq durur. Həmçinin cəmiyət üçün vacib olan 
mədəni dəyərlər.


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
216
Biz  bilərəkdən  mövcud  sistem  çərçivəsində  heç  olmasa 
hissə-hissə  yerinə  yetirilməsi  mümkün  olan  addımlardan  danı-
şırıq. Hərçənd ki hakimiyyətin bütün qollarının müstəqil fəaliyyəti 
və bir sıra siyasi addımlar üçün daha geniş reformalar lazımdır. 
Yəqin ki, əsas vəzifə -dövlət strukturlarında korrupsiyanın yüksək 
səviyyəsini ram etmək və oliqarxların fövqəlqazancının qarşısı-
nı  almaqdır.  Marksın  kapital  haqqında  məhşur  sözlərinə  qayı-
daraq qeyd edək ki, 100% və ya 300 % gəlir ancaq soyuq duş 
vasitəsilə dayandırıla bilər. Digər qütbdə isə məişət korrupsiyası-
nın sosial riskləri azaltmaq üçün səviyyəsini aşağı salmaq durur. 
Görünür dövlət elə belə “Asan xidmət” kimi qurumun yaranması 
ilə fəxr etmir, hansı ki, Gürcüstandan mübadilə edilib və dövlət 
sənədlərinin alınması vaxtı korrupsiyanı azaltmağa xidmət edir. 
Bizim ölkəni istənilən qədər pozitiv işıqda göstərmək olar. Lakin 
yadda saxlamaq lazımdır ki, ölkənin bu və ya digər hansısa regio-
nunun taleyi hərdən gözlənilməz formalaşır. Ölkənin inkşafı üçün 
atılan səhv və ya atılmayan addımlar baha başa gəlir. Bizim üçün 
ən pis perspektiv uğursuzluğa düçar olmuş ölkələrlə bir sırada 
durmaqdır.  Bu  perspektiv  bu  gün  demək  olar  ki,  inanılmazdır. 
Lakin  dünya  tarixində  belə  şeylər  baş  vermişdir.  Cəmiyyətlərin 
təkamüllə inkşafı elə cəmiyyətin özü tərəfindən diqtə olunur. Bu 
inkişafa isə ən əvvəl hakim siyasi partiya dəyişikliklərin qaçılmaz 
olduğunu anlayan qarant verir.

Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə