Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   2   3   4   5   6   7   8   9   10   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
24
ki,  açıq  və  azad  cəmiyyət  fərdlərin  təfəkkürünün  sərhədlərini 
genişləndirər,  onların  həqiqi  pluralistik  mənsubluğunu  və  çoxlu 
cəmiyyət və qruplara məxsusluğunu gözlər özünə sərmiş olardı. 
Münaqişənin  başqa  səviyyəyə  çıxarılmasının  digər  üsulu  hamı 
üçün cəlbedici olan ümumi bir perspektivin yaradılmasıdır. 
Bir sıra səbəblərə görə münaqişəli ölkələrin liderləri belə pres-
pektivi yaratmaq iqtidarında deyillər-çünki onlar şəxsi maraqları-
nı reallaşdırmaq məqsədilə ya da özlərinin totalitar təcrübələrinin 
verdiyi məhdud çərçivədən baxış səbəblərinə görə qısa müddətə 
aid olan məqsədlərini həyata keçirməyə çalışırlar. Bundan başqa 
Avropaya  inteqrasiya  ilə  bağlı  mürəkkəb  geosiyasi  situasiya 
və  risklər  (həmçinin  Qafqaz  mənsubluğuna  görə Avropanın  bu 
ölkələrə münasibətindəki tərəddüdlü siyasəti) hamının arzu etdi-
yi Avropa ölkələrinin klubuna girmək kimi orta və uzun müddətli 
məqsədlər haqqında əminliklə bəyanat verməyə imkan vermir.
Başlıcası odur ki, belə real və müəyyən perspektivin olmama-
sı ucbatından avtonomiyaya və milli azlıqlara sahib olan ərazilər 
Qafqaz və ya başqa postsovet respublikaları ilə deyil, ancaq ay-
rıca dövlət formasında öz gələcəklərini qurmaq istəyirlər. Ərəb 
ölkələrindəki  hadisələr  göstərdi  ki,  siyasi  dinamika  dünyanın, 
siyasətin,  beynəlxalq  münasibətlərin  daha    təbii  halıdır,  nəinki 
stabillik  adı  altınada  staqnasiya  vəziyyəti.    Müasir  informasiya 
texnologiyaları dünyasında avtoritar liderlərə ictimai fikrin arxaik 
formasını qoruyub saxlamaq çox çətinləşib. Bu mənada postso-
vet məkanında hadisələrin inkişafı açıq demokratik cəmiy yət lərin 
qurulması və provinsial və modernist təfəkkürdən azad olmağa 
imkan verəcək Avropaya inteqrasiya prosesi vasitəsilə tez ya gec 
ən mürəkkəb ziddiyyətlərin həllinə aparacaq. 


Giya Nodia
Liberalizmin ziddiyyət kəsb edən tərəfləri:
sülhsevərlilik və konfliktlərə meyllilik
Ilkin mülahizələr
İlkin fərziyyə ondan ibarətdir ki, liberal cəmiyyətlər öz təbiətləri 
etibarı  ilə  liberal  olmayan  cəmiyyətlərdən  daha  az  konfliktlərə 
meyllidirlər,  belə  ki,  Qafqaz  ölkələrinin  indiyə  kimi  konfliktə  cəlb 
edilmələrinin kökü bu cəmiyyətlərin yetərincə liberal olmamasında-
dır. Buradan belə bir əməli tövsiyə çıxarmaq olar ki, bu konfliktləri 
həll etmək üçün bizim cəmiyyətlərimiz daha liberal olmalıdır.
Mən özümü liberal sayıram və istəyirəm ki, mənim yaşadığım 
cəmiyyət indi olduğu vəziyyətindən daha çox liberal olsun. Ona 
görə də qeyd etmək istəyirəm ki, bu təhlildə  mən tərəfkeş möv-
qe dəyəm və liberalizmin tərəfindəyəm. Digər tərəfdən isə mən 
skeptik liberalam və hesab edirəm ki, liberalizmin özünün də çox 
ciddi daxili çətinlikləri var və daimi olaraq liberalizm prinsiplərinə 
sadiq qalmaq çox çətindir.
Mənim  bu  münasibətim  ilkin  fərziyyəyə  də  uyğun  gəlir  – 
əslində mən də düşünürəm ki, cəmiyyət nə qədər liberal olarsa, 
onun zorakı konfliktlərə cəlb edilməsi ehtimalı o qədər az olar. 
Tarix bütünlükdə bu ənənəni təsdiq edir. Lakin mən bu məsələyə 
həssas  yanaşaraq  Qafqaz  ölkələri  üçün  bu  qədər  ağrılı  olan 
hazırkı  mərhələdə  (demək  olar  ki,  iyirmi  il  ərzində)  müəyyən 
bir konfliktin həlli üçün belə  ümumi prinsiplərin bir başa tətbiq 
edilməsində tənqidi mövqə tutacağam.
Liberalizmin xüsusiyyətləri
Söhbəti  davam  etdirmək  üçün  liberalizm  deyəndə  mənim 
nə  başa  düşdüyümü  müəyyən  etməyim  vacibdir.  Bu,  aşağıda-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
26
kı  prinsiplər  əsasında  formalaşmış  konsepsiyadır  və  ya  inanc 
rəmzləridir:
1. “Liberalizm” sözünün etimoligiyasından da göründüyü kimi 
bu, insanın fərdi azadlığına qeyd-şərtsiz hörmət deməkdir. Lakin 
qeyd-şərtsizlik  əsassızlıq demək deyildir. Insan və onun azadlığı 
bu hörmətə layiqdir, çünki insan tayı-bərabəri olmayan dəyər və 
daxili ləyaqət daşıyıcısıdır. Dini dillə desək belə ifadə etmək olar 
ki, insan yaradılışın əşrəfidir. Bütün digər yaradılmışlardan fərqli 
olaraq  insanın  qəlbi  var.  Liberallar  daha  dünyavi  dilə  üstünlük 
verərək insan təbiətinə istinad edirlər, lakin oxşar nəsə deyirlər.
2.  Bərabərliyə  hörmət  –  yenə  də  insan    ləyaqəti  əsasında  
qəbul edilmiş bərabərlik. Biz o yerə kimi bərabər ola bilərik ki, 
hamımız spesifik insan mahiyyəti daşıyaq. Əlbəttə, əmlak və ziy-
yə tindən, sosial statusdan, istedaddan, nailiyyətdən deyil, məhz 
bu qarşılıqlı etirafdan hüquq bərabərliyi doğur. 
3. İnsan təbiətinin rasional düşüncə tərzi baxımından üstün-
lüyü.  İnsan  ləyaqəti  anlayışı  –  insanın    azad  iradə  daşıyıcısı 
olaraq  qə  bul  edilməsindən  ayrılmazdır.  Bu  da  öz  növbəsində 
qərarları ins tinktə deyil, zəkaya əsaslanaraq qəbul etmək, insa-
nın  öz    zəifl iklərini  və  arzularını  idarə  etmək    gücünün  olması 
mənasını  da şı yır.  Rasional  düşünə  bilməyən  insan  bərabər  və 
ağıllı varlıq kimi qəbul edilərək azadlığına hörmət edilməsi iddia-
sında ola bil məz.  
4.  İnsan  ləyaqəti  o  vaxt  yüksək  dəyərləndirilir  ki,  o  ümumi 
maraqlar və dəyərlər naminə bərabər hüquqlu individuumlar ara-
sında əməkdaşlıq və həmrəylik  yarada bilir.  Bu əməkdaşlığın 
forması vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti dövlət insti-
tut ları  ilə  yanaşı    normativ  əsaslarla  ilkin  olaraq    insanın  təbii 
hüquqlarını  qoruyur  və  bununla  da  vətəndaş  cəmiyyətinin  fəa-
liyyəti üçün məkan yaradır.  Bu, konkret olaraq vətəndaş azad-
lı ğınının təminatı sayılır ki, bütün bunlar, o cümlədən azad söz, 
azad qurumlar və s.  olmadan vətəndaş cəmiyyəti mövcud ola 
bil məz.                                          
5. Mülkiyyət hüququ liberal cəmiyyətlər üçün zəruridir: bu, ol-
maz sa individual azadlıq prinsipinə hörmət ideyası abstrakt bir 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə