Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə8/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
27
prin sip olaraq qalacaq.  Bu, o deməkdir ki, individ azaddır və o, 
öz mövcudluğunun qayğısına müstəqil şəkildə qala bilər. Digər 
tərəf dən, azad və bərabər hüquqlu fərdlərin əməkdaşlığı,  iqti-
sadi ma raqlarının təmin olunması zərurəti, daha doğrusu, bazar 
baş lıca  institut  sayılır  ki,  bu  münasibətlər  olmadan    vətəndaş 
cəmiyyətinin mövcud olması mümkün deyil.                                           
6.  Liberal  cəmiyyətlər  dözümlülük  (tolerantlıq)  tələb  edir. 
Vətəndaş cəmiyyətində rasional fərdlərin əməkdaşlığı indi vid lər 
müxtəlif dini və ya siyasi prinsiplər daşıdığı halda belə mümkün-
dür. Lakin dözümlülüyün həddi var: vətəndaş cə miy yə ti nin möv-
cudluğuna  təhlükə törədən ideyalar və əqidələr qəbul edilməzdir.                            
7.  Dövlət  idarəetməsində  siyasi  hakimiyyətin  məhdudluğu 
və qanunun aliliyi liberalizmin başlıca prinsipləri sayılır.  Siyasi 
ha kimiyyət azad individ üçün  zəruri, eyni zamanda təhlükəlidir. 
Ona görə də idarəedənlərin özbaşına qərar qəbul etməsini mi-
ni muma endirmək lazımdır. Çünki bütün insanlar bərabərdir, bir 
in san başqa insana yalnız  məntiqli qanunlar çərçivəsində tabe 
ola bilər. Tabe olanların həmin qanunların təfsilatına təsir etmək 
im kanının olması arzuolunandır.                                                                 
Müasir  dünyada  siyasi  aktuallıq  (həmçinin  də  bir-birinə 
ziddiyətlilik  perspektivindən)    baxımından  liberalizmin  iki  öl çü-
sü  mövcuddur:  iqtisadi  və  mədəni.    Birinci,  dövlətin  aşırı  mü-
da xiləsindən    bazar  prinsiplərinin  müdafiəsini  ehtiva  edir  (bu 
prin sip tərəfdarlarını tez-tez neo-liberalar və ya libertarianlar ad-
landırırlar).  İkincilər,    cəmiyyətdə  azlıqda  olan  etnik  və  ya  dini 
qrup ların, eləcə də cinsi azlıqların  təmsilçilərinin bərabər sə viy-
yəli qəbul edilməsində təkidlidirlər. 
Liberalizm prinsipləri müasir Qərb dünyasında üstünlük təşkil 
edir:  sonuncunu  liberal  sivilizasiya  da  adlandırmaq  olar.  Lakin 
bütün bunlar liberalizmdən kənarda mübahisə və siyasi mübarizə 
predmeti olaraq qalmaqdadır.   


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
28
Əbədi sülh, yaxud liberalizmin
daxili ziddiyyəti?
Böyük liberallardan biri olan İmmanuil Kantın formalaşdırdığı 
əbədi sülh konsepsiyası liberalizmin əsas prinsipləri ilə birbaşa 
bağlıdır. Əgər biz qarşılıqlı şəkildə və qeydsiz-şərtsiz olaraq bir-
birimizin dəyərini etiraf edəriksə, bu o deməkdir ki, digər bütün 
dəyərlər ikinci dərəcəlidir və onlara görə insan həyatına və  azad-
lığına qəsd etmək yolverilməzdir. Bu, o demək deyil ki, bizim ma-
raqlarımız daima üst-üstə düşür və konfliktlər öncədən istisna sa-
yılır: əksinə, ziddiyyətlər qaçılmazdır, lakin liberal prinsiplərə tapı-
nan rasional individlər  hər zaman anlaşa və zor tətbiq etmədən 
konfliktləri həll edə bilirlər.
Müasir dünyanın gerçək siyasətində əbədi sülh prinsiplərinə 
yaxınlaşmağın göstəricisi Avropa İttifaqı sayılır. Bu birlik li beral 
dövlətlərin  birliyidir.  Və  onun  başlıca  nailiyyəti  ondan  iba rətdir 
ki,  ittifaqda  olan    dövlətlər  arasında  müharibə  artıq  tə səv vü rə-
gəl məzdir. Hazırda bu birlik dərin böhran yaşamaqdadır. Lakin 
özü nün  əsas  funksiyasını  uğurla  davam  etdirməkdədir.  Üzvlər 
arasında ümumi büdcə və konstitusiya ilə bağlı fikir ayrılığı nə 
qədər  kəskin  olsa  belə  heç  kimin  ağlına  gəlmir  ki,  ziddiyyətlər 
müharibə həddinə çıxa bilər. Bununla belə, həmin nailiyyəti əldə 
etmək üçün Avropa İttifaqı kimi bir təşkilatın mövcudluğu zəruri 
deyil.  Birləşmiş  Ştatlar,  Kanada  və  ya  Yaponiya  həmin  birliyə 
daxil  deyillər,  eləcə  də  onların  və  Avropa  ölkələrinin  arasında 
müharibə perspektivlərini də heç kəs müzakirə etmir.  Liberallar 
öz aralarında savaşmırlar.
Lakin bu deməkdirmi ki, liberallar ümumiyyətlə, pasifistdirlər, 
və  ya  onlar  bütövlükdə  konfliktlərdən  uzaq  dururlar?  Qətiyyən 
yox. Məsələn, liberal olmayanlarla münasibətlərə gələndə on lar 
müharibəyə meylli və çox barışmaz ola bilirlər. Tarixən, liberal-
lar başqalarını bəyənməmək xüsusiyyəti, sadə dillə desək, ye-
ka xanalıqları  və  elitarlıqları  ilə    seçiliblər:  bir  qayda  olaraq  on-
lar  li beral  olmayanlara  geridə  qalmış  adamlar  kimi  baxırlar, 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
29
hesab  edirlər  ki,  onları  qabaqcıl  ideyalara  və  institutlara  cəlb 
etmək  lazımdır,  lazım  gələrsə  güc  tətbiq  etməklə  bu  məqsədə 
çatmaq olar. Məsələn, 17-ci əsr İngiltərəsində liberalların təsirli 
siyasi  güc  olaraq  meydana  çıxması  ölkəni  əvvəlcə  vətəndaş 
müharibəsinə, sonra “Böyük inqilab” (Glorious revolution) adla-
nan  zorakı  çevrilişə  sürüklədi.  Liberal  prinsiplər  uğrunda  zora-
kı  mübarizənin  nisbətən  “təmiz”  nümunəsi Amerika  inqilabıdır. 
Lakin bu  hadisələr qanlı Böyük Fransa İnqilabı ilə müqayisədə 
mötədilliyin zirvəsi sayıla bilər. Böyük Fransa İnqilabının liberallı-
ğı ilə bağlı (onun nəticələrinə əsaslanaraq) mübahisə etmək olar, 
lakin bu inqilabın Fransada liberal ideyaların yayılmasına başlıca 
nəticəsi olmasını inkar etmək çətindir.
Liberal zorakılıq formasının təzahürü Avropa imperializmidir: 
onun sivilizator missiyası (mission civilatrice) məhz liberal ideya 
və institutların yayılmasını ehtiva edir. Əlbəttə, bu, müstəmləkə 
siyasətinin  yeganə  motivi  deyil,  lakin  bu  prinsip  leqitimlik  üçün 
çox  vacib  idi  və  çox  halda  obyektiv  nəticə  məqsədə  müvafiq 
idi.  Müasir  dünyada  dırnaqarası  “humanitar  müdaxilə”  liberal 
prin siplərin  müdafiəsi  üçün  güc  tətbiq  edilmə  nümunəsidir.  İn-
san  lar tərəfindən heç də dəstəklənməyən İraq müharibəsi belə 
tə şəbbüslərin  legitimliyini  bir  qədər  sarsıtmışdır.  Lakin  yaxın 
vaxt larda NATO-nun Liviyaya qarşı yönəltdiyi hərbi əməliyyatlar 
gös tərdi ki, ideya sıradan çıxmayıb və dünyada Amerikanın təsir 
gü cünü  artırmaq  üçün  bəhanə  kimi  hələ  də  lazımlıdır  (Liviya 
əməliyyatında  Amerikalılar  məqsədli  şəkildə  ikinci  dərəcəli  rol 
oynadılar).
Nəticə: “liberalizm və konflikt” mövzusunu mücərrəd şəkildə 
müzakirə etmək olmaz. Bilirik ki, liberal cəmiyyətlər bir-biriləri ilə  
savaşmırlar, lakin bu onların pasifist olmasından irəli gəlmir. Hər 
şey mahiyyətdən asılıdır.
Liberalizm, demokratiya və milli konfliktlər
Qafqazda “konflikt” dedikdə avtomatik olaraq etnoərazi ət ra-
fın da qarşıdurma, ya da milli problem yada düşür. Ona görə də 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə