Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
30
məhz  bu  növ  konfliktlərdə  liberallara  münasibətlərimizə  nəzər 
sal  maq uyğun olardı. 
Əgər İmmanuel Kantın formalaşdırdığı kimi maarifli liberalizmə 
mü  cərrəd-normativ  mövqedən  yanaşsaq  liberallar  gərək  bəzi 
mə  sələlərə, o cümlədən konfliktin yaranma səbəblərinə biganə 
ol sunlar. Liberaldan liberala fərq var və onların ateist və ya kos-
mopolit  olması  şərt  deyil.  Lakin  çox  hallarda  onlar  dini  və  milli 
hisslərə şübhə ilə yanaşırlar. Çünki millətçilər bir tərəfdən irra-
siona ldırlar, digər tərəfdən fərdləri kollektiv birliklərə tabe edir lər 
ki,  bu  da  individual  azadlıqların  məhdudlaşması  ilə  nəticələnə 
bilir. 
Tarixən maarifçi liberalizm dini müharibələrə reaksiya olaraq 
yaranıb. Bu, vəziyyəti dəf etmək strategiyasıdır ki, sonda bu kimi 
müharibələrə gətirib çıxardı.
Mötədil liberal Con Lokk ilk dəfə olaraq əsasında praqmatik 
anlayış  olan  dini  dözümlülük  konsepsiyasını  formalaşdırdı.  Bu 
konsepsiyaya görə  dini mümkün olduğu qədər siyasətdən ayır-
maq lazımdır, çünki onların əlaqəsi sülh və sabitlik üçün təh lü-
kə dir. Maarifçi liberalizmin radikal təmsilçiləri, xüsusilə, Fransız 
Maarifçiliyi ənənələri üzərində böyüyən intellektuallar bir az daha 
irəli getdilər və zənn etdilər ki, elm və təhsilin yayılması ilə din 
sıradan çıxacaq.
Liberal mühitdə, xüsusilə ikinci dünya müharibəsindən sonra  
millətə münasibətdə eyni  analoji gözləntilər var. Avropa İt ti fa qı, 
ideal liberal sivilizasiyaya yaxınlaşma modeli kimi vaxtı keç miş, 
təhlükəli,  könflikt  tərkibli  siyasi  sistem  olan  milli  dövləti  ya vaş-
yavaş  sıradan  çıxarma  layhiəsi  olaraq  qəbul  edilir. Avropa  İt ti-
fa qının əsasını qoyan böyüklər başa düşürdülər ki, bunun üçün 
vaxt lazımdır, lakin onlar bu prosesi prinsip etibarı ilə mümkün 
hesab edirdilər.  Millətçilik haqqında müasir elmi ədəbiyyatda (bu 
müəlliflərin  çoxu  məhz  liberal  dünyagörüşü  daşıyır)    məhz  bu 
kimi fikirlər üstünlük təşkil edir: millətlər tarixi proseslərin yetişdi-
rib yaratdığı məhsuldurlar, yəni konstruktdurlar, nəzərə alsaq ki, 
yaxın zamanlarda meydana çıxıblar, onlar tarixdə keçicidirlər, və 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
31
millətin və milli dövlətin sonunun nə vaxt və necə gələcəyi mü-
ba hisəlidir. 
Beləliklə,  liberallar  arasındakı  fərqlərə  baxmayaraq  həmin 
mü  hitdə üstünlük təşkil edən düşüncə ondan ibarətdir ki, dini və 
etnik zəmində baş verən konfliktlər həmin cəmiyyətin geridə qal-
mışlığının göstəricisi və izləridir.
Uyğun olaraq, bu kimi konfliktlərin qabağını almaq və ya həll 
etmək üçün cəmiyyətin ümumi modernləşməsi çox mühümdür ki, 
liberal ideyalarıın yayılması elə bunu nəzərdə tutur. 
Lakin  20-ci  əsrin  son  qərinəsindən  başlayan  gerçəklik  bu 
gözləntilərdən  imtinaya  bəraət  verir.  Dini  və  etnomilli  fakto-
run siyasətə təsiri nəinki azalmır, əksinə artmaqda davam edir. 
Bu  ənənələrin  daha  kəskin  büruzə  verməsi  Qərb  sivilizasiyası 
məkanından  kənarda,  eləcə  də  digər  yerlərdə  baş  verir. ABŞ-
da və Qərbi Avropada Dini hərəkatların nüfuzu böyükdür. Sağ-
çı  milliyətçilərinin  təsiri  daima  artır.  Kvebek,  Şotlandiya,  Ka-
taloniyanın müstəqillik hərəkatları ayrı-ayrı ölkələrin ərazi bü töv-
lüyünə ciddi təhlükə törətməkdədir. Bütün bu qeyd edilən ha di-
sə lərdə dini və milli hərəkatlar liberal demokratlar üçün məqbul 
sa yılan yalnız dinc üsullardan istifadə edirlər. 
Postsovet  dövrünün  inkişaf  qanunauyğunluğu  bütövlükdə 
bu  ümumi  tendensiyanı  əhatə  edir.  Hələ  20  il  əvvəl  Qorbaço-
vun “yenidənqurma” siyasəti liberal islahatın bütün tərəfdarlarını 
birləşdirmədi, əksinə, Sovet respublikalarında kütləvi milli-azad-
lıq hərəkatlarının baş qaldırmasına, nəticədə dövlətin çökməsinə 
gətirib çıxardı. Belə bir  sonluq Qərbdə, eləcə də Moskvada bir 
çox liberalları  heyrətə salmışdı. “Milli məsələyə” verilən üstünlük 
bəzilərinə az qala atavizmin zühuru kimi görünmüşdü. Liberalları 
belə bir sual düşündürürdü: Avropada köhnə sərhədlər aradan 
götürüldüyü halda, burada  yeni sərhədlərin yaranmasına nə eh-
tiyac vardır? 
Sovetlərin  çökməsi  prosesinə  ötəri  bir  nəzər  salsaq  görərik 
ki, baş verənlər radikal maarifçi liberalizmə  ziddir. Bu məntiqlə 
liberal  dəyərlərin  –  insan  hüquqlarının  müdafiəsi,  qanunun  ali-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
32
liyi və s. kimi dəyərlərin çox da yayqın olmadığı həmin cə miy-
yətlərdə millitətçilik daha güclü olmalı idi. Lakin gerçəklik ta ma-
milə əksinə oldu. Ən əzəmətli milli hərəkatlar Avropa liberal də-
yərlərinə  daha  yaxın  olan  cəmiyyətlərdə  -  Baltikyanı  ölkələrdə 
for malaşdı. Digər respublikalar isə onları təqlid etməyə çalışdı. 
Bu qanunauyğunluq Sovetlərin çökməsindən sonra da qüvvədə 
qal maqdadır:  müstəqillik  uğrunda  mübarizədə  qüvvələri  uğurla 
bir ara ya gətirmiş cəmiyyətlər yeni müstəqil dövlətlər arasında ən 
azad  ölkələrə çevrildilər. 
Bütün  bunlardan  belə  bir  nəticə  çıxır  ki,  maarifçi  liberalizm 
prinsiplərinin abstrakt-normativ interpretasiyası dini və milli mə-
sə lələrə münasibətdə gerçəkçi deyil. Əgər liberalizm yalnız fərdi 
mənəvi mövqe yox, həm də siyasi strategiyadırsa o insan təbiəti 
və  siyasi  hakimiyyət  kimi  gerçəkliklərə  “dırnaqarası”  baxa  bil-
məz.  Əgər liberallar siyasi cəhətdən uyğun və qəbul edilən ol-
maq istəyirlərsə, gərək həm insan, həm də hakimiyyət təbiətini 
nəzərə alsınlar. 
Bununla əlaqədar olaraq liberalların demokratiyaya mürəkkəb 
və qərəzli münasibəti xüsusi önəm kəsb edir. Tarixən onlar elə də 
demokrat olmayıblar. Aydındır ki, demokratiya təcrübədə çoxluğun 
hakimiyyəti mənasını daşıyır ki, bu da tiranlıq mühitində inkişafa 
başlaya  bilər.  Xüsusən,  insanların  əksəriyyəti  yetərincə  maarifli 
deyillər və irrasional motivlərə (o cümlədən dini fanatizm, kseno-
fobiya, sosial həsəd) həddən artıq meyllidirlər. Ona görə də 19-cu 
əsrdə liberallar ümumxalq seçki hüququ ideyasına skeptik yana-
şırdılar. Əvvəlcə onlar mədəni monarxiya və ya şəklini dəyişmiş 
aristokrat idarəetməsinə üz tutdular: daha müasir dönəmlərdə isə 
onlar modernləşmiş avtoritar rejimləri müdafiə edirdilər.
Lakin hazırda bütün əgər-əskiklərinə baxmayaraq əsasən bu 
qənaətə gəlinir ki, demokratiya, yəni çoxluğun hakimiyyəti libe-
ral prinsiplərin mövcudluğu üçün ən münbit şərtdir. Əgər Uinston 
Çörçilin məşhur deyiminə əsaslansaq digər siyasi sistemlər daha 
təhlükəlidir. Bu səbəbdən liberallar həvəssiz olsa belə əksər hal-
da çoxluğun iradəsinə tabe olmalı olurlar.  


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə