ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

___________Milli Kitabxana_______________ 

50 

qadınlar ağı deyir, ağ xalatlı  şəfqət bacısı bayılanlara dərman 

verir, halı xarab olanları güclə otaqdan çıxarırdı.  

Şövkət key-key bu mənzərəni seyr edirdi. Kənardan 

baxanlara o daşdan yonulmuş heykəli xatırladırdı. Elə bil 

üstünə yaşıl örtük salınmış  cənazə  də, ağlaşan bu körpələr də 

ondan çox-çox uzaqlarda dumanlar içində getdikcə uzaqlaşır, 

yavaş-yavaş gözdən itirdi. 

– Şövkətə kömək eləyin, tez olun, həkim çağırın... – eşitdiyi 

bu səs də sanki yeddi arşın quyunun dibindən gəlirdi. 

...Ayılanda uşaqlarını görmədi. Ramizin anası  ağır-ağır dil-

ləndi: 


– Qızım, sən belə eləyəndə  gərək mən gedib özümü 

öldürəm. Bir az toxtaq ol, balalarına yazığın gəlsin. Bu müsibət 

bircə bizim başımıza gəlməyib ki...Bax, Ramizimi bütün el-oba 

ağlayır, bütün ölkə onlara yas saxlayır. Qalx ayağa,  ərinin 

məclisinə özün rəhbərlik elə. Qapına el yığışıb gəlib, biz 

Ramizə layiq qonaqlarımızı qarşılamalıyıq, onun məclisini ona 

yaraşan səviyyədə keçirməliyik. Hələ  ağlamağa da, dərd 

çəkməyə də vaxtımız olacaq. Dur, özünü topla! 

Qaynanasının bu sözlərindən sonra Şövkət özünə  gəldi. 

Ətrafdakıları birər-birər gözdən keçirdi, qara geyimli, gözüyaşlı 

qadınlar ona mərhəmətlə,  şəfqətlə baxırdılar... Bacısı onun 

boynunu qucaqladı: 

– Biz hamımız sənin yanındayıq, hamımız sənini ağrı-acını 

bölüşməyə  gəlmişik bacım. Qaynanan düz deyir, indi bütün 

gözlər sənə dikilib, bu ailənin böyüyü, ağbirçəyi, yol göstərəni 

bundan belə sənsən... 

Şövkət  əyilmiş  qəddini düzəltdi, oturduğu yerdən yavaş-

yavaş qalxdı. Sanki daş heykəl hərəkətə  gəldi. Bu daş heykəl 

oğlunun tabutu başında əyləşən pərişan anaya yaxınlaşdı, onun 

qarşısında diz çöküb üzünü onun əllərinə söykədi. 




___________Milli Kitabxana_______________ 

51 

– Məni bağışla, ana, – dedi bu daş heykəl, – axı özümlə 

bacara bilmirəm. 

Ana onun başını qaldırdı, gözlərinin içinə baxdı  və 

qətiyyətlə: 

– Sən mənim gəlinim, oğlumun yoldaşı, nəvələrimin 

anasısan, – dedi, – sən bacaracaqsan, sən bu dərdə dözəcəksən, 

sən balalarını böyüdəcəksən, sən Ramizimin yadigarlarını 

qoruyacaqsan. Bu sənin borcundur... 

Şövkət o an dərk elədi ki, bu dünya görmüş, sinəsinə  oğul 

dağı  çəkilmiş qadın indi ondan daha güclü, daha qərarlı, daha 

dözümlüdür. O anladı ki, dağ vüqarını, qürurunu qorumağı 

bacaran, dərdə sinə gərməyi bacaran, balasının cənazəsi başında 

orun-korun yanan qaynanası haqlıdır. O belə bir ananın gəlini 

idi, elə bir kişinin həyat yoldaşı idi. Şövkət mübarizə dolu 

gələcək illəri şərəflə, qeyrətlə yaşamaq üçün özündə güc-qüvvə 

tapmalıdır. O, 4 körpəsinə arxa, dayaq olmalı, onları böyüdüb 

ərsəyə çatdırmalı idi. O, bu gücü, cəsarəti, dözümü hər səhər 

doğan günəşdən almalı idi. Qış günəşinin ilıq hərarəti onun 

sınıq qəlbinə yeni bir duyğu gətirmişdi, Şövkətin əyilən qəddini 

düzəltmişdi. O qaynanasının  əllərindən öpüb ayağa qalxdı. 

Başını dik tutaraq ürəyində bir daha Allaha yalvardı ki, ona bu 

ağrılı-acılı əbədi ayrılıq səhərindən sonra gələcək günlərdə ona 

dözüm, övladlarını böyütmək üçün qüvvət versin. 



 

* * * 

 

Hələ belə hüzür görməmişdi kənd. Qadınların dediyi ağılar 



heç vaxt belə təsirli olmamışdı. Hələ qadınlarımız bu qədər göz 

yaşı axıtmamışdılar, analar bu qədər ağlamamış, yanıb 

yaxılmamışdılar. 

Ramizin yas mərasimində minlərlə adam iştirak edirdi. Onu 




___________Milli Kitabxana_______________ 

52 

kənd qəbirstanlığında dəfn etməyi qərara almışdılar. Bunu anası 

istəmişdi: 

– Gözümün qabağında olsa yaxşıdır, yanında mənə  də yer 

saxlayın, – demişdi.  

– Qış günüdür, cənazəni saat 4-də götürsək yaxşıdır. Millət 

də çoxdur. – deyə kənd mollası ev yiyəsi ilə, Ramizin qardaşı 

Sabbarla məsləhətləşdi. 

– Necə məsləhətdir. Bəlkə hələ bir az da tez , saat 4-ün yarısı 

canəzəni qal-dıraq, qəbristanlığa da xeyli yol var, - bunu da 

Ramizin o biri qardaşı, Hüseynağa dedi. 

Təziyəyə  gələnlərdən bəzisi mollaya yaxınlaşıb öz fikirini 

bildirirdi: 

– Deyirlər dəfn mərasimində çıxış edənlər də olacaq. Gün də 

gödəkdir, hava axşam üstü lap souyur, nə  qədər tez getsək, 

daha yaxşı olar. 

Molla razılıqla başını  tərpətdi. Sonra yenidən Sabbara 

müraciət elədi. 

– Vaxtdır... Qoy içəridəkilər Ramizlə vidalaşsınlar. Cavan-

lara da deyin bir azdan cənazəni çıxarmağa hazırlaşsınlar... 

Kimsə soruşdu: 

Bəs uşaqlar, oğlanları necə, onlar da gedəcəkmi 

qəbristanlığa, axı  hələ kiçikdilər, indidən onlara bu dəhşəti 

yaşatmaq nəyə lazım... 

– Getsələr yaxşıdır. Uşaq olsalar da qoy atalarının bir 

qəhrəman kimi həlak olduğunu və belə hörmət-izzətlə, təntənə 

ilə dəfn edildiyini yadda saxlasınlar. 

Ümumi fikir bu oldu ki, Ceyhunla, Əbülfəzi də  dəfn məra-

siminə aparsınlar. Qadınlardan birinə uşaqları isti geyindirməyi 

tapşırdılar. 

Cənazə  həyət darvazasından çıxarılanda kənd ağsaqqalları 

qadınların qarşısına keçdi: 




___________Milli Kitabxana_______________ 

53 

– Siz geri qayıdın, buracan bəsdir. 

Sonra üzünü Şövkətə tutdu: 

– Başını dik tut, qızım, qəddini  şax saxla, bizim Ramiz 

balamız qəhrəmanlıqla həlak olub, o təkcə sizin ailənin, bizim 

kəndin deyil, bütün Azərbaycanın  şəhid oğludur. Hər kişi də 

şəhid olmağı, Vətən yolunda ölməyi bacarmır, sən bunu heç 

vaxt unutma. Onun adı tarixə düşəcək,  əbədiləşəcək. Ölüm 

haqdır. Bir gün yaranmışıqsa, bir gün də öləcəyik. Ancaq belə 

ölüm az adama nəsib olur. Allah rəhmət eləsin.  

Üzündən hələ  də  gəlinlik təravəti silinməyən  Şövkət xanım 

gənc qadına xas olan həya ilə başını qaldırmadan: 

– Sağ olun, ölənləriniz rəhmət! – qəhərləndi, – deyəcəyi bü-

tün sözlər boğazına tıxanıb qaldı. 

– Ramizə  də, onun kimi şəhid olmış yüzlərlə insana da bu 

gün bütün Azərbaycan ağlayır. Sən sil gözünün yaşını. Şəhidlər 

ölmürlər. Ramiz də ölməyib. O, daima sizinlə, bizimlə olacaq. 

Ruhu daima bu həyatda onu tanıyanlarla doğmaları, əzizləri ilə 

bərabər olacaq. 

Ramiz getdi. Bu evdən, bu ailədən əbədi ayrıldı. Bu gedişin 

dönüşü, bu ayrılığın görüşü, bu həsrətin vüsalı heç vaxt 

olmayacaqdı... Həyat bir andaca boşaldı. Hər  şeyin rəngi 

dəyişdi. 

 

Könlünə qar düşsə, nə din, nə danış, 



Mən bircə gecəlik qışın olacam. 

Desələr əlacın uçmağa qalmış, 

Əngin səmalarda quşun olacam. 

 

Yuyum göz yaşımla, yaran sağalsın, 



Başının üstündən duman dağılsın, 

Qayıt gəl, yollardan gözüm yığılsın, 

Nəmli kipriyində yaşın olacam. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə