ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   15   16   17   18   19   20   21   22   23

___________Milli Kitabxana_______________ 

85 

biri idi. Uzun illər məsul vəzifələrdə  işləmişdi. Köhnə 

kommunistlərdən sayılırdı. Partiya biletini də heç kəsə etibar 

etmir, həmişə ürəyinin üstündə gəzdirirdi.  

Atam illər boyu sədaqətlə qulluq etdiyi bir partiyanın öz xal-

qına qarşı bu amansızlığına, xəyanətinə dözə bilmədi, hamının 

gözü qarşısında partiya biletini çıxartdı, onu parça-parca eləyib 

yerə tökdü: 

– Bundan sonra, mən belə qaniçənlərlə bir partiyada ola 

bilmərəm, – dedi atam. Bir il sonra isə baş verən hadisələrlə 

barışmayaraq dünyasını dəyişdi.  

İllər keçdi. Bir dəfə Rusiyada təsadüfən bir serjantla söhbət 

edəsi oldum. O Bakı qırğınında iştirak etdiyini söylədi. 

Onun sağ qolu şikəst idi. Fikirləşdim ki, bundan çox şey 

öyrənə bilərəm. Bir az da onu sorğu-suala tutandan sonra mənə 

hər şey aydın oldu. Bakıdakı qırğın zamanı bəzi yerlərdə atışma 

olubmuş, həmçinin də Yeni Suraxanı  ərazisində. O həvəslə 

insanları öldürdüklərindən, sonra da singü ilə  dəlik-deşik 

etdiklərindən danışırdı. Mən  şoka düşmüşdüm. Bəlkə Ramizi 

də elə bunun atdığı güllələr ölümcül yaralamışdı. Bəlkə 

Ramizin ölümünə elə bu alçağın atdığı güllələr səbəb olub. 

Daha dözməyib Bakıdan olduğumu, hətta Yeni Suraxanıda 

doğulub böyüdüyümü, bu qırğında çox yaxın dostumu 

itirdiyimi söylədim. O başını aşağı salıb: 

– Məndən incimə, mənim nə günahım var? Mən  əsgərəm, 

əmri yerinə yetirmək məcburiyyətindəyəm, – deyib özünə 

bəraət qazanmağa çalışdı və  mənim qəzəbli baxışlarım altında 

yumağa çevrilərək, tələsik məndən uzaqlaşdı.  

Artıq o gecədən 20 il keçir Mən də hər il Yanvarın 20-də onun 

məzarını ziyarət edirəm. Allah dostumun qəbrini nurla doldursun! 

Amin! 

Zakir Kərim oğlu Mehdiyev,  

dostu 

 



___________Milli Kitabxana_______________ 

86 

 

 



 


___________Milli Kitabxana_______________ 

87 

 

 



 


___________Milli Kitabxana_______________ 

88 

* * * 


 

20 Yanvar dedikdə hər bir Azərbaycan vətəndaşının təsəvvü-

ründə  həmin qanlı gecə ganlanır, xalqımızın başına gətirilən 

müsibətlər yada düşür. O gecə insanlıq simasını itirmiş 

quldurlar, azğınlaşmış köpək sürüsü kimi resbublikamızın 

üstünə cuman vəhşilər neçə-neçə körpəni atasız, anaları 

övladsız, bacıları qardaşsız, qadınalrı ərsiz qoydular. 

Nə qədər adam şikəst oldu, mənəvi zərbə aldı, qalan ömrünü 

əlil arabasında yaşamağa məhkum edildi, o gecənin əzabları bu 

gün də ürəkləri ağrıdır, illər ötsə da yaraları qaysaq bağlamır, 

sağalmır. Yəqin ki, Azərbaycan xalqı yaşadıqca, var olduqca bu 

faciənin izləri də tariximizin qanlı  səhifəsi kimi daim 

xatırlanacaq.  

Mən bu hadisələrin canlı  şahidi olmamışam. Mən dünyaya 

həmin gecədən 2 ay sonra göz açmışam Ancaq ömrüm boyu bu 

gecəni unutmayacağam. Çünki həmin gecə  şəhid olan 

vətənpərvər Azərbaycan övladları  mənim kimi minlərlə 

körpənin gələcəyi naminə həyatını qurban verdi.  

2000-ci ilin yanvar ayında məni və 1990-cı il təvəllüddən 

olan məktəb yoldaşlarımı Respublika sarayında keçiriləcək 

tədbirə dəvət etdilər. Mən o zaman 4-cü sinifdə oxuyurdum. O 

tarixi gündə ulu öndərimiz Heydər Əliyev də iştirak edirdi.  

20 Yanvar şəhidlərinin 10 illik anım mərasimində nümayiş 

etdirilən çox təsirli bir göstəridən sonra səhnəyə çıxış üçün xanım 

dəvət olundu. Onun həyat yoldaşı  şəhid olmuşdu. Dörd övlad 

anası olan bu mərd, qururlu və mübariz Ana 20 Yanvar 

gecəsindən sonra yaşadığı hisləri, duyğuları dilə gətirəndə bütün 

salona dərin bir sükut çökmüşdü. O təkcə öz ailəsinin yaşan-

tılarından, öz həyat yoldaşından danışmırdı, bütövlikdə  şəhid 

ailələrinin üzləşdiyi problemlərdən, qayğılardan söz açırdı. Natiq 

bütün çıxışı boyu öz təmkinini, qururunu saxladı, kövrəlmədi, 



___________Milli Kitabxana_______________ 

89 

ağlamadı, başını dik tutdu, salona toplaşan gənclərə  vətəni 

sevməyi, onu göz bəbəyi kimi qorumağı, düçmənə qarşı amansız 

olmağı, yeri gələndə torpaq uğrunda şəhid olmağı tövsiyyə etdi.  

Bütün həmyaşıdlarım kimi o qadına heyranlıqla qulaq 

asırdım və elə bilirdim ki, bu an mən də sinəmi düşmən tankına 

sipər etmək qüdrətindəyəm, gözümü belə  qırpmadan ölümə 

getməyə hazıram. 

O xanım sözünü bitirib alqış sədaları altında səhnədən endi 

camaatın həsrət dolu baxışları altında özyerinə doğru getdi. 

Həmin dün mən çox istəsəm də onunla yaxından tanış ola 

bilmədim, ancaq onu öyrəndim ki, onun adı  Şövkət xanım 

Xanməmmədovadır.  Şövkət xanım 20 Yanvar gecəsi həyat 

yoldaşı Ramizi öz qucağında xəstəxanaya gətirib. Bütün səylərə 

rəğmən onu xilas etmək mümkün olmayıb və bu cəfakeş xanım 

mərdi-mərdanə öz övladlarını atalarının adına layiq böyütməyə 

çalışır. 

İllər sonra mən Şövkət xanımla təkrar üz-üzə gəldim. Bizim 

görüşümüz Azərbaycan Respublikası  İnsan Haqları üzrə 

müvəkkil – ombudsman - Elmira xanım Süleymanovanın 

“Azərbaycan Qadın və İnkişaf Mərkəzi” nəznində yaratdığı ilk 

uşaq təşkilatı – “Azərbaycan: Uşaqdan-Uşağa Sülh” 

Şəbəkəsində oldu.  

Təbii ki, mən bu görüşə və əyani tanışlığa çox sevindim. Onu 

da deyim ki, mən indi Şövkət xanımın hər uğuruna sevinən bir 

gəncə çevrilmişəm.  Şövkət xanımla ünsiyyətdə olduğum zaman 

həmişə onun saraydakı çıxışından heyrətləndiyimi, təsirləndiyimi 

qeyd edirəm.  Şövkət xanım təşkilatımızda da davamlı olaraq 

uşaqlarla görüşür və  hər zaman səmimi tövsiyyətləri, müdrik 

məsləhətləri ilə köməyimizə çatır. Mən də çalışıram ki, onun 

apardığı söhbətlərdə müntəzəm iştirak edim, onun nəsihətlərindən 

bəhrələnim.  




___________Milli Kitabxana_______________ 

90 

Mən bir gənc olaraq onun Azərbaycan Qadın və  İnkişaf 

Mərkəzinin vitse-prizidenti vəzifəsinə  qədər yüksəlməsinin, 

qazandığı digər uğurların nə  qədər zəhmət və  məsuliyyət tələb 

etdiyini yaxşı başa düşürəm. Təbii ki, Şövkət xanım bunların 

öhdəsindən bacarıqla gəlir, yorulmur, usanmır, hər halda bunu 

büruzə vermirdi heç vaxt. Ailə başçısını itirmiş bir qadın bu illər 

ərzində ocağını sönməyə imkan vermədi,  əksinə, onu daha da 

alovlandırmağı bacardı.  İndi  Şövkət xanımın övladları 

valideynlərinin adı, əməlləri ilə fəxr edirlər. Nəinki övladları, həm 

də  mənim üzv olduğum bu şəbəkənin üzvləri adından deyə 

bilərəm ki, biz hamımız  Şövkət xanımın dəyərli fikirlərindən 

həmişə bəhrələnirik  

Deyirlər tarix o vaxt yaddaşlarda qalır ki, o bədiiləşsin. 

Şövkət xanımın Qanlı yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi 

bu kitab da təkcə  həyat yoldaşının deyil, həmin gecə  vətən 

uğrunda canından keçən hər bir şəhidin yaşadığı ömür yolunun 

bir parçadır. Ümidvaram ki, bu kitabı oxuyan hər bir kəsin 

təsəvvüründə həmin hadisələr yenidən canlanacaq və hər kəsin 

qəlbində yaşayan vətənpərvərlik duyğuları daha da alovlanacaq.  

Mən  Şövkət xanıma uzun ömür cansağlığı, işlərində yeni-

yeni uğurlar arzu edirəm. Xalqıma da məhz  Şövkət xanım kimi 

mərd, qeyrətli, vətən üçün və  vətənin övladları üçün bütün 

gücünü, əməyini sərf edən qadınlar, analar, xanımlar arzu edirəm 

Çünki belə qadınlarımızın sayı nə qədər çox olsa, gənclərin vətən 

məhəbbəti, müstəqil dövlətimizi müdafiə əzmi bir o qədər yüksək 

olar.  

 

Kənan Bağırov, 

UUSŞ-nin üzvü, Azərbaycan Kooperasiya  

Universitetinin 3-cü kurs tələbəsi. 

 



___________Milli Kitabxana_______________ 

91 

* * * 


 

20 yanvar hadisələri zamanı  və sonrakı hadisələr dövründə 

tökülən qanlar Azərbaycan xalqının iradəsini, azadlıq  əzmini 

nəinki qırmış, əksinə, daha da artırmışdı. Ölkəmizin müstəqillik 

tarixi qanla yazılsa da, bir sınanmış həqiqət də var ki, mübarizə 

ilə qurbanlar verərək qazanılan azadlıq daha şirin, daha əziz, 

daha uzun ömürlü olur 

Deyirlər ki, “Torpaq uğrunda ölən varsa, Vətəndir!”. Vətənin 

ana Vətən, Torpağın  əziz məkan, Yurdun doğma məskan 

olması üçün onu sevmək, qorumaq müdafiə etmək vacib 

şərtdir. Milli yaddaşımızın  əbədi-yaşar abidəsi olan “Kitabi 

Dədə Qorqud” dastanında Qorqud Dədə deyir ki: “Torpağı 

əkib-becərməsən qorumağa, qorumasan əkib-becərməyə 

dəyməz!”  

İnsanın döğulub boya-başa çatdığı yurdun, torpağın Vətən 

olması üçün onu təmənnasız bir məhəbbətlə sevməyi, uğrunda 

canından keçməyi bacarmaqla mümkündür. Biz də 

Azərbaycanımızın, qədim Odlar yurdunu belə bir məhəbbətlə 

sevduyumizi dəfələrlə sübüt eləmişik. Bu Torpağın hər qarışına 

şəhid qanı çilənib, tarixin yaddaşına köçən bir sıra hadisələri, 

yadellilərin hücumlarını, yurdumuza göz dikən yağılara qarşı 

xalqın üsyanlarını xatırladıb vaxtınızı çox almaq istəmirəm. Tanrı 

zaman-zaman bizim xalqı imtahana çəkib, onu sınaqdan keçirib, 

millətin millət kimi formalaşmasına, özünütəsdiqinə imkan verən 

burulğanlardan qurtarıb.  

Bizim nəslin qismətində iki əsrin qovuşağında yaşamaq, iki 

ictimayi formasiyanın, quruluşun ağrı-acılarını, sevinc və 

kədərini hiss etmək, duymaq qisməti düşüb. Ötən yüzilliyin 

həm əvvəlində, həm də sonuncu onilliyində bizim müllətimizin 

başına gətirilən müsübətləri bəlkə  də yaxın və uzaq 




___________Milli Kitabxana_______________ 

92 

qonşularımızdan heç biri heç vaxt bu dəhşətdə, bu ağırlıqda, bu 

ciddiyyətdə yaşamayıb. 

1990-cu ulin Qanlı  şənbə gecəsində  də Azərbaycan xalqı 

minillik qəhramanlıq tarixinin yeni səhifəsini yazdı. O soyuq, 

qan, ölüm qoxulu gecənin, müasir Azərbaycan tarixinə Qara 

Yanvar kimi düşən gecəninin dəhşətləri, ağrıları üstündən 20 il 

keçməsinə baxmayaraq bu gün də yaddaşlardan silinmir. Hər il 

yanvarın 20-də yüzminlərlə insanın qəlbini titrədən, ruhunu 

tarıma çəkən, yaddaşını oyalayan bu geçənin  şəhidləri 

unudulmur,  şahidlərinin xatirəsi hər dəfə yeni detallarla, yeni 

faktlarla zənginləşir. Mənə elə gəlir ki, Qanlı Yanvar gecəsində 

baş verənlərin əsl mənzərəsi hələ də tamamilə açılmayıb. 

Ancaq Azərbaycanda elə bir ailə, elə bir insan tapılmaz ki, o 

gecənin ağrılarını unutsun. 

Həmin gecə, əgər belə demək mümkünsə, ön cəbhədə olan, 

hadisələri öz gözləri ilə görən, o soyuq, şaxtalı gecədə ora-bura 

çovan güllələrdən adi təsadüf nəticəsində yaxa qurtaran 

insanların yaddaşında bu gün də  sızıltılı bir xatirə kimi 

yaşamaqdadır.  Şəhidlər bir dəfə sinələrini düşmən gülləsinə 

sipər etdilər, şahidlərsə...biz şahidlərsə hər gün, hər saat, hər an 

sinəmizdə  və yaddaşımızda o ağrını, o güllələrin göynərtisini 

hiss edirik.  

Deyirlər zaman ən qüdrətli loğman, vaxt ən gözəl dərmandır. 

Düzdür vaxt ötdükcə yaralarımız qaysaq tutdu, o gecənin 

dəhşətləri bir qədər ikinci plana keçdi, həyat davam elədi, 

şəhidlərin ailələri özlərində güc, qüvvə tapıb ayağa qalxdılar, 

uşaqlar atasız, analar oğulsuz dünyanın manelərlə dolu həyat 

yolunda addımlamağa başladılar. Ancaq yola saldığımız illər 

bizə 20 Yanvar faciəsini unutdura bilmədi.  

O gün cavanlarımız silahla deyil, ölümləri ilə ölüm saçan 

tanklara meydan oxuyarkən artıq  əbədiyyətin, ölümsüzlüyün 




___________Milli Kitabxana_______________ 

93 

şah zirvəsinə – yəni ölümdən yüksəkdə dayanan şəhidlik zir-

vəsinə qədəm qoyduqlarının fərqində idilər. Onlar həmin geçə 

Şəhidlik libası geyinmişdilər, Vətən uğruda  şəhid olmağı  ən 

böyük İnsanlıq, kişilik şərəfi saydılar. 

Bu gün Şəhidlər xiyabanı bizim and yerimiz, 20 Yanvar 

gecəsi isə qatillərimizə, düşmənlərimizə nifrət gecəsi kimi 

yaddaşlara həkk olunacaq. Azərbaycan o gecə yüzlərlə övladını 

itirsə də, tarixin bu qanlı sınağından da alnıaçıq, üzü ağ çıxdı. 

Biz İmperiya vassallarına bir daha sübut elədik ki, azərbaycan 

xalqının  əzmini, polad iradəsini heç kəs qıra bilməz. Hətta 

gecənin qoynuna soxulan, minlərlə  gəncin ömrünü yarımçıq 

qoyan, küçələrini xarabazara çevirən, evlərini, xəstəxanalarını, 

insan hənirtisi gələn hər kolu, addım səsi eşidilən hər dalanı 

atəşə tutan cəlladların bizim mübarizə  əzmimizi öldürməyə 

gücü çatmadı. Bu bizim Şəhidlərimiz öz ölümləri ilə Ölümün 

özünü öldürdülər. 

20 il öncə göz yaşı, qəhər ilə yaşadığımız günlər indi qürur 

günü kimi anılmaqdadır O gün nə iqtidar vardı, nə də müxalifət 

O gün bir yumruq kimi birləşib çağrılmamış “qonaqların” – 

topu-tüfəngi ilə üstümüzə od yağdıranların qarşısını kəsməkdə 

israrlı olan Xalq vardı, Vətən adlı müqəddəs bir varlıq vardı, 

uğrunda şəhid olmağa dəyən doğma Azərbaycan vardı. 

 

Nə yaxşı dünyada müqəddəs Vətən,  



Nə yaxşı müqəddəs ahd yerimiz var.  

Yox yox ağlamıram bu ölümə mən 

Namuslu oğullar şəhid olurlar... 

 

Müasir Azərbaycanın azadlığı 20 Yanvar ağrısından, 20 



Yanvar qeyrətindən doğuldu. Bu azadlığı bizə qazandıran isə 

Şəhid oğullarımız oldu. Sonralar bu gecə barədə, kimin haqlı, 




___________Milli Kitabxana_______________ 

94 

kimin günahkar olması barədə mübahisələr, rəylər, söz-

söhbətlər çox olacaqdı. Ancaq bu polemikaların heç birinin o 

günahsız şəhidlərilə aidiyyatı yoxdur. O gecə Vətən darda idi, o 

gecə  Vətən öz vətəndaşlarından imdad istəyirdi, o gecə bir 

millətin, bir xalqın müqəddaratı həll olunurdu. O igidlər də bu 

çağrışa birincilər sırasında səs verdilər, canlarını Vətənə qurban 

verməyi bacardılar. 

Bəs biz, sağ qalan şahidlər,  şəhid ailələrinə bu güngü 

firəvanlığımızın, azadlığımızın müqabilində nə verdik? Əlbəttə, 

onlara  şəhidlərinizin xatirəsinə diqqət və qayğıdan başqa heç 

bir  şey lazım da deyil Onların xatirəsinin  əziz tutulması  ən 

böyük təsəllidir,  ən vacib qayğıdır,  ən məhrəm mərhəmətdir. 

Şəhid ailələri bir daha əmin olurlar ki, itirdikləri  əziz insanlar 

yalnız öz ailələrinə, öz kənd və rayonlarına,  şəhər və 

qəsəbələrinə deyil, bütün xalqa, millətə başucalığı  gətiriblər, 

onların qürür və iftixar ünvanına çevriliblər. 

Biz artıq 20 ildir ki, Bakının  ən uca yeridə  qərar tutmuş 

Şəhidlər xiyabanını ümummilli ziyarətgaha çevirmişik Orada 

şəhidlərin adına layiq abidə ucaldılıb. Bu abidə təkcə Şəhidlər 

xiyabanı kompleksinin ayrılmaz hissəsi deyil, həm də 

Azərbaycanın müstəqillik rəmzinə çevrilmiş bir abidədir. 

Övladlıq borcunu şərəflə yerinə yetirmış  şəhidlərimizi 

həmişə hörmət və  məhəbbətlə, iftixar və qürurla yad edən 

Vətənimizin qədirbilən övladları qarşısında baş əyirəm.  

Bəzən düşünürəm ki, görəsən o qanlı  şənbə gecəsində 

qəddar düşmənin gülləsinə tuş gələnlər sağ qalsaydılar, bu gün 

hansı  işləri görər, canları  qədər sevdikləri Vətənini tərəqqisi 

naminə nələr edərdilər?  

Yəqin ki, İlqarlar, İlhamlar, Ülvilər neçə-neçə şeir kitabının 

müəlləfi, ya da ali təhsilli mütəxəssis olardılar, müstəqil 

Azərbaycanımızın layiqli övladları kimi ad-san qazanardılar. 




___________Milli Kitabxana_______________ 

95 

Farizələr,  İlhamlar oğul qız böyüdərdilər. Ya da Qarabağ 

cəbhələrində  mənfur erməni işğalçıları ilə savaşa atılardılar, 

yenə  şəhid olardılar. Çünki bu igidlər Tanrının verdiyi ömür 

payını şərəflə yaşamaqdan özgə yol tanımırdılar.  

Mən yazıçı olmasam da qələmə aldığım bu kiçik povesti 

həm ömür-gün yoldaşım Cəbrayıl (Ramiz) Xanməmmədova və 

Azərbaycanın azadlığı  uğrunda həlak olmuş bütün şəhidləri-

mizin xatirəsinə həsr edir və onların müqəddəs ruhu qarşısında 

ehtiramla baş əyirəm.  



 

 Şövkət Xanməmmədova,  

 şəhid ailəsi. 

 



___________Milli Kitabxana_______________ 

96 

 

 

 

ŞÖVKƏT XANMƏMMƏDOVA 

 

 

20-dən 

20-yə 

 

(20 Yanvar şəhidlərinin  

əziz xatirəsinə həsr olunur) 

 

 



 

Nаşir: Rаfiq Хаn-Sаyаdоğlu 

Tехniki rеdаktоr: Ülvi Аrif 

Bədii rеdаktоr: İrаdə Əhmədоvа 

Dizаynеr: Cеyhun Əliyеv 

Оpеrаtоr: Səаdət Аbbаsоvа 



 

________________________________ 

Yığılmаğа vеrilmişdir: 27.12.2009 

Çаpа imzаlаnmışdır: 11.01.2010 

Tirаj 500; ş.ç.v. 6 

«MBM» MMC mətbəəsində  

çаp оlunmuşdur 

 

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə