ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   2   3   4   5   6   7   8   9   ...   23

___________Milli Kitabxana_______________ 

14 

nin axırına çıxmasa deyəsən rahat olmayacaq. O qaniçənin 

göstərişilə azərbaycanlılardan ov tüfənglərini də  yığışdırıblar. 

Amma o heç kəsdən utanıb-çəkinmədən Ermənistana bol-bol 

silah göndərməkdən çəkinmir, dünyaya da bəyan edirlər ki, 

Azərbaycanda ekstremist qüvvələr fəallaşıb, ermənilərin 

hüquqları tapdanır...Bu qədər də həyasızlıq olar? – Ramiz əsəbi 

halda yumruğunu düyünləyib stola çırpdı. 

– Ramiz, mən yaman qorxuram, görəsən müharibə başlaya 

bilər? Bunlar görəsən nə fikirləşirlər, niyə bu ermıniləri 

susdurub yerində oturdan tapılmır, bu xalqın səbrini nə  qədər 

sınayacaqlar, bu işlərin bir axırı olacaq, ya yox?- Şövkət xanım 

üşənmiş kimi oldu və yavaşca ərinə sığındı. 

– Ay əzizim, sən niyə qorxursan, axı? - Ramiz zarafatla 

güldü, – mənim artıq 50 yaşım var, arxayın ol, bu yaşdan sonra 

məni müharibəyə aparmayacaqlar, oğlanlaramız isə  hələ 

balacadır, onlar böyüyənəcən, bu ermənilərin də Azərbaycan-

dan kökü kəsiləcək, inşallah...  

Şövkət az qala fəryad qopardı: 

–  Sən nə danışırsan, mən səni tanımıram, bəyəm? Allah 

eləməsin, ara qarışsa özünü odun içinə atan birincilərin 

arasında sənin qabağa düşəcəyinə heç şübhə eləmirəm. Allah 

özü qorusun, Allah özü ermənilərin də, onların ayağının altına 

daş qoyanların da cəzasını versin, inşallah!  

Ramiz  Şövkətin həyəcanını, təşvişini hiss etdiyindən 

ciddiləşdi, bayaqkı zarafatından əsər-əlamət qalmadı: 

– Allah eləməsin, bir hadisə baş versin. Heç kəs dözməz, bu 

təhqirə. Səbrin, dözümün də bir həddi var. Deyirlər su boğazına 

çıxanda meymun balasını da ayaq altına qoyur. Belə getsə, 

bütün xalq ayağa qalxacaq. Sonrası da nə olacaq, bunu yalnız 

Allah bilir... 

– Ay Ramiz, gəl söhbəti dəyişək, bu mövzu bizim yaralı 




___________Milli Kitabxana_______________ 

15 

yerimizdir, ancaq təəssüf ki, xalqın rəyini soruşan, xalqla 

hesablaşan yoxdur. Bu xallı köpəkoğlu hələ çox oyunlardan 

çıxacaq, görək başımıza nə  gəlir. Azadlıq meydanındakı 

mitinqlərdə  də deyiblər ki, Qarbaçov xalqı  hədələyib ki, belə 

getsə, Bakıya qoşun göndərəcəklər. Allah, hansı xeyirdir onu 

versin... 

Şövkət xanım yorğunluğunu da unutmuşdu, yuxusuzluğunu 

da. Qarabağda baş verənlər bir vətəndaş, bir insan, bir ana kimi 

onu da narahat edirdi. O da bilirdi ki, əsrlər boyu ermənilər bu 

xalqın torpağına göz dikib, yersiz-yurdsuz, olmalarına 

baxmayaraq məhz bizim torpaqların hesabına özlərinə 

respublika yaradıblar, ölkə qurublar... 

O həyat yoldaşının dərin fikrə getdiyini görüb daha çox 

narahat oldu. Qadın bu gecənin nəşəsini, sevincini pozmaq 

istəmirdi, ona görə də yenə söhbətin yönünü dəyişməyə çalışdı:  

– Ay Ramiz, sənin bu filmini deyəsən bu gün göstərmə-

yəcəklər.  

– Yox, 10 dəqiqəyə başlayacaq, amma daha mənim heç o 

filmə baxmağa da həvəsim qalmadı. 

Ramiz hələ  də  ağır düşüncələrin məngənəsində idi. O, 

Şövkət sarı çevrilib təəssüflə dedi: 

– Əzizim, bu gün tüfəngi aparıb təhvil verdim.  

Şövkətin təəccüblə baxdığını görüb: 

– Ov tüfəngini deyirəm də. Milisdən neçə dəfə adam göndər-

mişdilər ki, silahını versin. Guya o tüfənglə  mən bu boyda 

imperiyanın topunun-tüfənginin qabağına çıxa bilərəm... 

O elə bil nə isə demək istəyirdi, ancaq qərarlaşdırıb, dilinə 

gətirməyə ürək eləmirdi. Sonra nəsə fikirləşib, qəti addımlarla 

yataq otağına getdi, tez də qayıtdı. Əlində bükülü nə isə var idi. 

– Bu nədir, ay Ramiz? 

– Silahdır, tapanca, qorxma, bunu dar gün üçün almışam. 




___________Milli Kitabxana_______________ 

16 

İndiki zamanda evdə silah olsa, yaxşıdır. Çox qarışıqlıqdır. 

Bilmək olmaz. Erməni dığaları ölməyib, ölməyəcək də... bunu 

əlçatmaz bir yerdə saxla, yerini bir sən bil, bir də  mən. Çalış 

uşaqların gözünə dəyməsin, birdən götürüb qurdalayarlar, Allah 

qorusun... 

– Ay Ramiz, yadına gəlir qonşumuz, üzbəüzdəki erməni 

ailəsini deyirəm e... Bakıda ara qarışanda onlar da bir müddət 

şəhərdən çıxıb getmişdilər. Sonra nədənsə geri döndülər. 

Dedilər ki, icazə veriblər onlara, qayıdıb gəliblər ki, ev 

əşyalarını aparsınlar. Sən ezamiyyətdə olanda Ermınistandan 

güclə qovulan azərbaycanlıların vəziyyətindən qeyzə  gələn 

qonşular tökülüşüb gəldilər, başladılar onların da qapısını 

sındırmağa. İçəridən səs gəlmədiyini görüb çıxıb getdilər. Ara 

sakitləşəndə gördüm qapı döyülür. Açdım. Qonşu idi, kiçik 

oğlunun  əlindən tutub dayanmışdı kandarda. Mənə yalvarırdı 

ki, qoy uşaq bir-iki günlüyə sizdə qalsın, mənə bir şey olsa, heç 

olmasa uşaq sağ qalsın. 

– Vallah, bizim heç bir günahımız yoxdur, heç mən 

bilmirəm Ermənistanın qapısı haradan açılır, oradakılar 

dünənəcən heç bizi adam yerinə qoymurdular, bizə müsəl-

mandandönmə deyirdilər.İndi başlayıblar bizim adımızdan 

danışmağa. Şövkət bacı, iki gündür qorxumuzdan evdən bayıra 

çıxa bilmirik. Bu uşağı yedirtməyə heç nə tapa bilmirəm. 

Qurban olum, mənə kömək elə! 

– O boyda kişi az qalırdı ayaqlarıma düşüb yalvarsın. Ramiz, 

bilmədim neyləyim. Ermənistandan qovulanların döyülmüş, 

eybəcər hala salınmış sifətini, ürəkləri parçalayan söz-söhbətini 

xatırladım, bircə anlığa düşündüm ki, bizim camaatın başına 

gətirilən müsibətlər bizim onlara elədiklərimizin yanında heç 

nədir, odur ki, dedim: 

– Məndən kömək gözləmə, nə  səni, nə  də  uşağını evə 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə