ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   2   3   4   5   6   7   8   9   ...   23

___________Milli Kitabxana_______________ 

17 

buraxa, sizi gizlədə bilmərəm.  Əğər bundan qonşularım xəbər 

tutsa, sonra mən o zülm-zillət görmüş insanların üzünə necə 

baxaram. Onda gərək köçüb gedəm bu məhəllədən.. 

Kişi yalvardı ki, heç olmasa, bu uşağa bir az yemək ver, iki 

gündür acdır... 

Mən tərəddüd içində qaldım, uşağın üzünə baxdım. Göz-

lərindən gilələnən yaş yanağından üzü aşağı yuvarlanırdı. Mənə 

elə baxırdı, elə baxırdı ki... Mətbəxə getdim, gətirdiyim yavan 

çörəyi körpəyə uzatdım. Uşaq cəld çörəyi  əlimdən alıb 

acgözlüklə  ağzına apardı, iri tikələri az qala çeynəmədən içəri 

ötürməyə  tələsdi. Bir yandan yeyirdi, bir yandan ağlayırdi, 

amma gözlərini də  mənim gözümdən ayırmırdı. Onun 

gözlərindəki ifadə tüklərimi ürpəşdirirdi.  

Kişi yenə  də yalvarırdı, bəlkə, uşaq bir neçə saatlığa sizdə 

qalsın, bizim dalımızca maşın gələcək, bu gecə mütləq 

şəhərdən çıxıb gedəcəyik.  

Ancaq erməni daşnaklarının bizimkilərin başına gətirdikləri 

müsibətləri xatırlayanda dedim ki, ərim evdə yoxdur, mən 

özbaşına heç nə edə bilmərəm. Söhbətə qulaq asan Ramiz: 

– Bax, indi görürsən silah nəyə lazımdır? Bizi bilə-bilə, 

qəsdən tərkisilah ediblər ki, gözümüzü qorxutsunlar, bizi diz 

çökdürsünlər ki, onların dediklərini qəbul eləyək. Ancaq biz öz 

balalarımızın gələcəyi naminə, onları qorumaq üçün yenə  də 

ehtiyatımızı əldən verməməliyik. Götür, gizlət bu silahı... 

– Ay Ramiz, sən məni lap qorxudursan, – Şövkət ehtiyatla 

bir uşaq oyuncağına oxşayan balaca tapançaya, bir də israrla 

silahı ona uzadan ərinə baxdı, – məncə  hər  şey yaxşı olacaq. 

Biz sülhsevər ölkəyik, bizim millətin bir günahı yoxdur. Bu 

boyda dünyaya meydan oxuyan SSRİ-də kimdir öz 

vətəndaşının qəsdinə duran. Beş-on erməni dığasının atdanıb-

düşməyinə də yəqin ki, bir tədbi görərlər. Vallah, belə getməz




___________Milli Kitabxana_______________ 

18 

hər şey yaxşılıqla həll olunacaq, bax görərsən... 

– Ay arvad, sən bunlara çox güvənmə, heç kəsə də yazığın 

gəlməsin.  İlana zəhər verən, aləmi bir-birinə qatan elə bunlar 

deyilmi? Onlara üzüdönük erməni deyiblər. lazım gələndə tülki 

cildinə girirlər, lazım gələndə canavara dönürlər. Qarbaçov 

kimi başı xaraba da belə iki üzli, mindilli, fırıldaq və alçaq 

adamlar lazımdır ki, istədiyini eləyə bilsin. Görmürsən, 

ermənilərə necə havadarlıq edir, ermənilər də  nə ondan nə  də 

arvadından  əl çəkirlər... Bütün dünya da onları müdafiə edir. 

Amerikadan, Fransadan, Yunanıstandan onlara dəstək 

verənlərin sayı çoxalır. Belə getsə, bizi təkləyəcəklər. Bu xəmir 

hələ çox su aparacaq. 

– Eh, mənim bu siyasətdən heç başım çıxmır, dovşana qaç 

deyirlər, tazıya tut! Bizim silahlarımızı əlimizdən alırlar, onları 

isə silahlandırırlar. Daha bunun nəyi  ədalətli oldu ki? Bizə bu 

siyasət lazım deyil, biz siyasətdən uzaq adamlarıq- deyə Şövkət 

ərini də özünü də bu qorxulu fikirlərdən uzaqlaşdırmaq istədi: 

– Bu film niyə başlamadı, axı? 

Ramiz hələ  də öz aləmində idi. Handan-hana ağır-ağır 

dilləndi: 

– Elə demə,  Şövkət,  əzizim. Vətən, xalq darda olanda 

hamımız bir-birimizə dayaq olmalıyıq. 1988-ci ildə sovet 

quruluşuna, arxalanan daşnaklar Qərbi Azərbaycandan bizim 

soydaşlarımızın kökünü kəsməkdən ötrü soyqırm törətdilər. 

Ermənistandan məcburi, silah gücünə azərbaycanlıları öz ata-

baba yurdlarından didərgin saldılar. Sağ qalanlar Azərbaycana 

pənah gətirdilər. Görmürsən yazıqlar nə  vəziyyətdədir. 

Çoxunun nə evi var, nə də fərli-başlı bir işi. Axı, onların çoxu 

kənddə-kəsəkdə böyüyən adamlardı, ömrü boyu əkin-biçinlə, 

mal-qara saxlamaqla məşğul olublar, onların bu şəhərdə, bu 

asfaltın üstündə  nə  işləri var. Gərək bizimkilər də  tələb 




___________Milli Kitabxana_______________ 

19 

eləyəydilər ki, ermənilər Dağlıq Qarabağdan Ermənistana 

köçürülsün, azərbaycanlılar da ora yerləşdirilsin. O zavallı 

insanlar hər şeylərini itiriblər, bu şəhər onların sağlamlığını da 

əlindən alacaq. 

Şövkət xanım ürəyinin neçə həyəcanla çırpındığını hiss elə-

yirdi, sifəti od tutub yanırdı. Durub vanna otağına keçdi, əl-

üzünə su vurub otağa qayıtdı. Ramizin gözləri ekranda olsa da 

fikri ayrı yerdə olduğundan heç Şövkətin qayıtmasından da 

xəbər tutmadı. 

–  Çayını təzələyim, yəqin ki, bu soyuyub. 

Ramiz dinmədi. Sakitcə Şövkətə baxdı... 



 

* * * 

 

Şövkət xanım onda bilmirdi ki, qarşıda onu necə böyük 



müsibətlər, sınaqlar gözləyir. O hələ bilmirdi ki, düz bir ay 

sonra onun bu kiçik ailəsi hansı oddan, alovdan keçəcək. Heç 

ağlına da gətirmirdi ki, indi şəfqət və məhəbbətlə ona baxan əri 

qəfil bir güllənin qurbanı olacaq, şəhidlik zirvəsinə yüksələcək. 

Həmişə  şux, zarafatcıl, nikbin, həyatsevər, xeyirxah bir insan 

olan əri onun qolları arasında inləyə-inləyə can verəcək və o da 

ərini, dünyada hər kəsdən və hamıdan çox sevdiyi, inandığı və 

güvəndiyi bir kişini ölümün pəncəsindən xilas edə bilməyəcək. 

Ağlına gətirə bilməzdi, o soyuq yanvar gecəsi sifətləri daşa 

dönmüş imperiya əsgərlərini üzünə tüpürəcək, soyuqda 

göyərmiş  əlləri ilə  ərinin son nəfəsdə “üşüyərsən bunu gey” 

deyib ona uzatdığı pencəyini yaxasını açıb o əsgərin qarşısında 

dayanaraq dəlicəsinə bağıracaq: ”Strelyay, i v menya strelyay, 

qad, strelyay” – deyəcək. O əsgər də bir qadının, bir ananın 

fəryadı qarşısında kiçiləcək, dili dolaşa-dolaşa: “Eto ne mı, oni 

uje uyexali, eto ne mı” – deyib qaça-qaça ondan uzaqlaşacaq.  




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə