ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   2   3   4   5   6   7   8   9   ...   23

___________Milli Kitabxana_______________ 

20 

Şövkət xanım o gecə heç ağlına bələ gətirməzdi ki, bu gün 

şadlıq-şadyanalıq içində üzə gülən evinin divarlar 40 gün ağı, 

bayatı  eşidəcək.  Şövkət xanımım həsrətdən, dərddən cadar-

cadar olmuş ürəyindən təzə-təzə bayatılar süzüləcək: 

 

Bu yollar, qarlı yollar,  



Qarlı-boranlı yollar, 

Əzizim gecə getdi, 

Siz deyin, hanı yollar? 

Bu qeçə qərib gecə, 

Zülfünü sərib gecə, 

İgidlər arasında  

Ramizi görüb gecə. 

 

Çiçəklə, güllə gəldi, 



Həftəylə, illə gəldi, 

Şəhidlər aparmağa  

Bir qəfil güllə gəldi. 

 

Eləmi gecə gəldi, 



Bilmədim necə gəldi. 

Gündüz qaçıb gizləndi 

Dərdlərim gecə gəldi... 

 

O gecə xoşbəxt, bəxtiyar ailənin 4 kiçik övladı qonşu 



otaqlarda rahat uyuyurdular. Onlar da bilmirdilər ki, bu gecə 

əslində ataları onlarla vidalaşırmış, onlara vəsiyyət eləyirmiş, 

hələ dünyanın istisini-soyuğunu görməyən bu körpələrə əslində 

gələcək həyat yollarını nişan verirdi. 

Şövkət xanım ağlına belə  gətirməzdi ki, cəmi bir aydan 

sonra çoxdan unudulmuş  Şəhid sözü Azərbaycan xalqının 




___________Milli Kitabxana_______________ 

21 

leksikonuna daxil olacaq. Qaçqın, məcburi köçkün, şəhid 

yetimləri,  şəhid ailələri kimi müasir sovet adamına yad olan 

ifadələr gündə milyon dəfə səslənəcək. Şəhid sözünün ağırlığı, 

dəhşətli,  əzablı, kədərli və müqəddəs möhrü onun da qapısına 

vurulacaq. Onun balalarına  şəhid övladı deyiləcək,  şəfqətlə, 

təəssüflə, sevgi ilə başlarına sığal çəkəcəklər.  Şövkət xanım 

gözəl gözlərinə əbədi bir kədər qonacaq. 

1989-cu ildə Azərbaycanın azadlıq hərəkatında mühüm bir 

hadisə baş verdi. 1988-ci ildə Sovet qoşunlarının rəhbərliyi ilə 

erməni daşnakları Ermənistandan azərbaycanlıları silah gücünə 

qovdular. Yurdsuz qalan qaçqınlar Azərbaycana pənah gə-

tirdilər. Gələnlər danışdığı hadisələr, real faktlara söykənən 

xatirələr xalqın müxtəlif təbəqələri arasında bir çaxnaşma, 

gərginlik yaratmışdı.  İnsanların coşub-daşan etiraz dalğasının 

miqyası gündən-günə artırdı.  İşğalçılara qarşı bütün xalq 

mübarizəyə qalxmışdı. Azadlıq meydanı  təlatümlü dənizi 

xatırladırdı. 

“Bakıya qoşun gəlir!” – bu sözlər hamıda bir xof, qorxu 

yaratmışdı. Hamıya aydın idi ki, bu qoşun Bakıya elə-belə, boş 

yerə  gəlmirdi. Xalqın azadlıq uğrunda apardığı mübarizəni 

boğmaq, etiraz səsini batırmaq məqsədilə göndərilirdi bu 

qoşun. Bütün, şəhər, bütün Azərbaycan həyacan və xof 

içərisində gözləyirdi.  

1990-cı ilin ilk günündən vəziyyət daha da gərginləşirdi. 

Şövkət xanım çox narahat idi. Qayınanası  xəstələnmişdi. 

Ona baş  çəkməyə getməliydilər. Gülxanım ananın öz evinə 

getməsinə razılıq verdiyinə görə özünü indi günahlandırırdı. 

Ramiz də evə tez gəlmişdi. Yenə də qayğılı, fikirli idi. 

-

 



Şəhərin bu qarışığında uşaqları evdə  tək qoymaq olmaz. 

Yaxşısı budur, gözləyək, uşaqlar da dərsdən gəlsin, bir yerdə 

gedək. 



___________Milli Kitabxana_______________ 

22 

Ramizdən səs çıxmadığını görüb sözünə davam etdi:  

–  Yorulmusansa, bir az uzan, uşaqlar gələnəcən sən dincəl, 

mən onlara dəyişək yığım. 

– Deyəsən, orada çox qalası olacağıq, – deyə Ramiz fikirli-

fikirli dilləndi. 

– Yox, ananı da götürüb evə qayıdarıq. Yanımızda olsa 

yaxşıdır, iynəsinə-dərmanına özüm nəzarət edərəm. 

–  Şövkət, sən tədarük görsən yaxşıdır. Vəziyyət yaman 

gərginləşib. Bəlkə, orada qalası olduq. Kənd yeridir, oralar 

şəhərə nisbətən sakitlikdir...  

– Yaxşı, yaxşı, nə deyirəm, tədarüklü gedərik, mən 

yığışaram. 

Şövkət xanım,  əli gəlməsə  də, uşaqlara dəyişək götürdü.. 

Qapının zəngi çalındı. 

– Ramiz, uşaqlardır, qapını aç, gediriksə, tez gedək, axşama 

qalmayaq. Anadan nigaranam.  

– Yaxşı... 

Bir azdan Ramiz balalarını sorğu-suala tutmuşdu: 

–  Hə, deyin görüm, kim beş alıb? 

– Məndən dərs soruşmayıblar- kiçik oğlu burnunun altında 

mızıldandı. 

– Məndən də...bizdə, ümumiyyətlə, dərs keçməyiblər, aləm 

qarışıb bir-birinə – bunu da böyük oğlu dedi. 

– Niyə? – Şövkət xanım təəccüblə soruşdu. 

Bilmirəm, nələrsə baş verir. Deyirlər Moskvadan qoşun 

göndəriblər. Sovet Ordusu Bakıya gəlib bizi qıracaq... 

Şövkət xanım uşaqlara acıqlandı. 

–  Ağlınıza gələni dilinizə  gətirməyin, belə  şey ola bilməz. 

Hamı siyasətçi olub, hamı proqnoz verir. Siz də deyilənləri 

orda-burda danışmayın, camaat onsuz da bir himə bənddir. 

– Ay ana, deyəsən sən fil qulağında yatmısan.  




___________Milli Kitabxana_______________ 

23 

Şövkət qımışdı: 

– Ay Əbülfəz, sən heç fil görmüsən? 

– Niyə görməmişəm, ata bizi heyvanxanaya aparmışdı orada 

fil də vardı, bir də televizorda görmüşəm. 

– Ay Əbülfəz, onda de görüm onun qulaqlarında mama necə 

yata bilər? – Ceyhun söhbətə qarışdı. 

– Mən nə bilim e... hamı belə deyir də... – deyə  Əbülfəz 

pərtliyini gizlətmək üçün gülə-gülə öz otağına getdi. 

Şövkət xanım onun arxasınca səsləndi: 

–  Orada çox yubanma, ay söz güləşdirən balam, cəld ol bir 

az, əynini dəyişdir, nə lazımdırsa götür, nənəngilə gedirik. Siz 

də, ay Ceyhun, bir az tez yığışın, qızlara da kömək edin, 

geyinsinlər, gedirik.  

Maşınla gəzmək uşaqlar üçün o qədər maraqlı idi ki, hara 

gedəcəklərinin, kimin yanına gedəcəklərinin onlar üçün o qədər 

də əhəmiyyəti yox idi, əsas məsələ bu idi ki, onlar valideynləri 

ilə  bərabər idilər, maşınla gedəcəkdilər, yol boyu şəhərin 

dəyişən mənzərələrinə baxacaqdılar, oğlanlar rastlarına çıxan 

təzə maşınların modelini təyin etməyə çalışacaqdılar. 

Uşaqlar iki dəqiqədən sonra təkrar dəhlizdə  cəmləşdilər. 

Hamısı sözləşiblərmiş kimi bir ağızda qışqırdılar: 

– Biz hazırıq... 

Maşın kənd yoluna çatanda Ramiz sürəti azaltdı. Adam 

əlindən tərpənmək mümkün deyildi. Kəndin caamatı yola 

yığışmışdı. Hamının çöhrəsi tutqun, qaş-qabaqlı idi. Adamların 

əhval-ruhiyyəsi Şövkəti də, Ramizi də narahat etdi.  

Şövkət xanımın bədənindən soyuq bir gizilti keçdi. Ehtiyatla 

ərinin üzünə baxıb, uşaqlar eşitməsin deyə pıçıltı ilə soruşdu: 

–  Avariya olub, maşın kimisə vurub? 

Ramiz qayğı içində başını buladı. 

–  Bəs onda bu camaat niyə bura toplaşıb?  




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə