ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   2   3   4   5   6   7   8   9   10   ...   23

___________Milli Kitabxana_______________ 

24 

Handan-hana Ramiz dilləndi. Amma həyat yoldaşının 

sualına birbaşa cavab vermədi, daha çox sanki öz-özü ilə 

danışırmış kimi: 

– Allah özü qorusun, Allah qorusun, – dedi. 

Şövkət xanım Ramizin üzündə güclə sezilən tüklərin neçə 

qabardığını, gözlərinin yaşardığını görüb həyəcanla arxa 

oturacağa sarı boylandı. Uşaqlar maraq və heyrətlə bu 

mənzərəni seyr edirdilər. 

Ramiz ehtiyatla maşını izdehamın arasından çıxarıb 

anasıgilə gedən döngəyə sarı sürdü. Yol boyu hər kəs öz 

narahat düşüncələrinin qoynundan ayrıla bilmədi. Nədənsə 

uşaqların da səsi çıxmırdı. 

Çox çətinliklə  də olsa anasıgilə çatdılar. Burada da hamı 

narahat idi. Salamlaşmağa macal tapmadılar, evdəkilər 

nigarançılıqla bildirdilər ki, bir qədər əvvəl televiziya verilişləri 

qəfildən kəsildi. Deyirlər ki, televiziyanın enerji blokunu 

partladıblar. Bu hadisə camaatı  təşvişə salmışdı. Cavabsız 

suallar, müxtəlif mülahizələr, bir-birindən qorxulu xəbərlər

adamları çaş-baş qoymuşdu. Doğru, dürüst məlumat almaq 

mümkün deyildi. Ölkənin yeganə informasiya mərkəzi – 

Azərbaycan Dövlət Televiziyası susdurulmuşdu. Yola toplaşan 

insanların səsi az qala evin içində eşidilirdi.  

Ramiz çox narahat idi, içində oyalana-oyalana qalmışdı. 

Açıq danışıb bildiklərini evdəkilərə söyləmək istəmirdi. Neçə 

gün idi ki, iş yoldaşları, tanışları, dostları ilə Sovet ordusunun 

Bakıya gəlişi barədə danışırdılar, Xalq Cəbhəsinin gördüyü 

işləri müzakirə edirdilər, xalqın bu aksiyaya etirazının nə ilə 

nətilənəcəyi barədə fikir yürüdürdülər. 

O illərdə hamı siyasətçi olmuşdu, hamı siyasətdən danışırdı, 

hamı öz fikrinin düzgünlüyünü sübuta yetirməyə çalışırdı. 

Siyasətçilər başlarını itirmişdilər. Respublikanın rəhbərliyi 




___________Milli Kitabxana_______________ 

25 

vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, Moskvadan kömək 

umur, oradan gələn  əmirləri müticəsinə yerinə yetirir, öz 

xalqının  əl-qolunu bağlayıb düşmənin ayaqları altına atır, heç 

kəsə danışmağa, sözünü deməyə aman vermirdi.  

Ramiz ayağa qalxdı, paltosunu çiyninə salıb heç kəsin üzünə 

baxmadan, özü-özünə komanda veririrmiş kimi qətiyyətlə dedi:  

– Gedim görüm camaat orada neynəyir, bəlkə mən də kömək 

eləyə bildim. Siz narahat olmayın. Uşaqları da həyətə burax-

mayın. Məndən də nigaran qalmayın, bir azdan qayıdacağam.  

Anası  nə isə demək istədi. Amma oğlunun qırımını görüb 

susdu.  Şövkət  ərinin arxasınca qapıya getdi. O min faiz əmin 

idi ki, bu dəqiqə heç nə Ramizi yolundan saxlamayacaq. Ona 

görə də ancaq bunları deyə bildi:  

Ay Ramiz, sən Allah, bir az ehtiyatlı ol, – dedi. Sonra da 

həm özünü inandırmaq, həm də  ərinin narahatlığını bir qədər 

azaltmaq üçün. 

–  Vallah mənə elə gəlir ki, Sovet Ordusu, bizim Qızıl Ordu 

öz vətəndaşına əl qaldırmaz, çox güman ki, onlar bizə köməyə 

gəlir, bu erməni məsələsini həll etməyə gəlir... Dünyasında ola 

bilməz ki, Sovet Ordusu əli-yalın, silahsız insanlara güllə atsın.  

Uşaqlar da analarının böyrünə sığınıb durmuşdular. 

– Hər  şey ola bilər, bu ermənipərəst Qorbaçovdan hər cür 

əclaflıq gözlənilir, – Ramiz əyilib bir-bir balalarını öpdü. Elə 

həsrətlə, elə  məhəbbətlə, elə  şəfqətlə öpdü ki, Şövkətin  əti 

ürpəşdi, ürəyi titrədi. Qapını açıb həyətə çıxdı, dönüb arxasınca 

gələn Şövkətə baxdı: 

– Qayıt evə, anamdan, uşaqlardan muğayat ol, mən bir azdan 

qayıdacağam, – deyib darvazadan çölə addımladı.  

Şövkət xanım  əli qoynunda evə qayıtdı. Qayınanası çox 

narahatlıqla: 

– Səhər tezdən sizə gedərik. Burada yaman qarışıqlıqdır -




___________Milli Kitabxana_______________ 

26 

dedi. 


– Yaxşı ana, sən narahat olma, yat. Dərmanlarını içmisənmi? 

Sözünü tamamlamağa macal tapmamış  işıqlar söndü. 

Küçədə səslər çoxaldı. Kəndin işığını da kəsdilər...  

Qaranlıqda qaynanasının yorğun səsi eşidildi: 

– Siz də yatın, uşaqların üstünü qalın elə soyuq dəyməsin.  

Ananın yuxusu ərşə çəkilmişdi, gəlininə, nəvələrinə rahatlıq, 

xeyirli gecə arzulasa da özü narahat idi. Dünya görmüş bu 

xanım bu qış gecənin xeyir gətirməyəcəyini hiss eləyirdi. Ürəyi 

oğlunun, Ramizinin yanında idi. 

...Ramiz  şosse yoluna çatanda aləm bir-birinə qarışmışdı. 

Kənd qadınlarının qışqırığı  eşidilirdi. Hərə öz övladını geri 

dönməyə çağırırdı. 

Qarşısına çıxan ilk həmkəndlisi ilə salamlaşdı; 

– Nə olub? 

– Deyirlər Sovet Qoşunları bizim üstümüzə tanklarla gəlir! 

Elə bu zaman uzaqdan tank səsi eşidildi. 

– Gəlirlər, eşidirsiniz, dağılışın. Yoxsa qıracaqlar. 

Aləm qarışmışdı. Ağız deyəni qulaq eşitmirdi. 

Ramiz cavanlara müraciətlə: 

– Tez olun, evlərinizə dağılışın, tez, tez. 

Ramiz var səsilə bağırdığının fərqində deyildi. 

Amma heç kəs yerindən tərpənmək istəmirdi, hamı ovsun-

lanmış kimi yerində quruyub qalmışdı. Baş verəcək hadisənin, 

gözlənilən faciənin ağırlığını heç kəs təsəvvür eləmirdi. Hamı 

hələ  də bu ümiddə idi ki, Sovet əsgəri Sovet vətəndaşına atəş 

açmaz. 


– Məryəm xala, oğlunun əlindən bərk tut, götür evə apar. 

– Çox sağ ol, ay bala. 

Beləcə Ramiz cavanları bir-bir öz valideynlərinə, qohum-

larına ötürür, ərki çatanların qolundan tutub izdehamdan kənara 




___________Milli Kitabxana_______________ 

27 

itələyirdi. 

Tanklar doğrudan-doğruya sürətlə yaxınlaşırdı. Artıq ilk atəş 

səsi də  eşidilmişdi. Tanklar yolu kəsmiş maşınları  vəhşicəsinə 

əzib keçir, əliyalın insanlara atəş açırdılar. Qışqırıq, yaralıların 

iniltisi, qadınların fəryadı yeri-göyü lərzəyə  gətirmişdi.  Əsl 

müharibə meydanı idi. Adamlar çaşqınlıq içərisində özlərini 

kola-kosa vurur, qəfil güllələrdən qorunmağa çalışırdılar. 

Ramiz də camaatla bərabər qaçırdı. Birdən ayağı nəyəsə ilişdi. 

Dayandı, aşağı  əyildi. Yıxılan cavan bir oğlan idi. Yaralının 

başını qaldırdı, nəbzini yoxladı. Cavan oğlan artıq keçinmişdi. 

Rus  əsgərlərinin dəli bağırtısını az qala qulağının dibində 

eşidib, tələsik özünü yolun kənarındakı kolluğa vurdu. Əsgərlər 

2-3 dəqiqədən sonra bayaq onun dayandığı yerə çatdılar. 

Ramizin gözləri qəzəbdən alışıb yanırdı, cəlladlar oğlanın 

meyitini süngü ilə deşik-deşik elədilər. Qana susamış  əclaflar 

artıq ölmüş insandan da əl çəkmir, dəli bir hayqırtı ilə onun 

cansız bədənini təpikləyirdilər. 

Bu faciəli səhnəyə ürəyi tab gətirməyən Ramiz nə vaxt yola 

çıxdığını, nə vaxt üzü tüklü, əli avtomatlı  əsgərlərin üstünə 

atıldığını bilmədi. O yalın  əlləri ilə  pəvəzəng  əsgərin 

boğazından yapışdı:  

– Əclaflar, axı bizdən nə istəyirsiniz? Niyə bu günahsız xalqı 

qanına qəltan eləyirsiniz. Biz sizə neyləmişik ki... 

5-6 yerdən açılan atəş ona sözünü tamamlamağa imkan 

vermədi.  

Ramiz sonuncu dəfə doğulub boya-başa çatdığı evə baxdı, 

anasını, Şövkətini, balalarını göz önünə gətirdi. Qolları boşaldı 

və o çox sevdiyi Vətən torpağının özü boyda hissəsini 

düşməndən qoruyurmuş kimi bağrına basdı... 

 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə